Məhkəmə qərarları › İş №2-1(112)-3421/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3421/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3421/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün həmin müddətdəki iş stajı da nəzərə alınmaqla 14 may 2018-ci il tarixdən başlayaraq ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 14.05.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 izahatında bildirdi ki, xx.xx.1954-cü ildə doğulmuşdur. İddiaçı 1971-ci ildən 1976-ci ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, əyani təhsilini başa vuran kimi, 09.08.1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. Dövlət qurumlarında son iş yeri olan Azərbaycan X16 və X2 ləğvi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21.02.2007-ci il tarixdə xitam verilmişdir. 14 may 2018-ci il tarixdə ümumi əsaslarla pensiyaya çıxmaq uçun zəruri olan yaş həddinə (63 il 6 ay) çatması və zəruri iş stajına malik olması ilə bağlı iddiaçı pensiya təyin edilməsinə dair cavabdehə müraciət etmişdir. Lakin pensiya təyin edilməsindən imtina olunmuşdur. İddiaçının müraciətinə cavab olaraq 26.10.2020-ci il tarixli məktubla bildirilmişdir ki, pensiya təyin edilməsi üçün zəruri iş stajı olmadığından iddiaçıya pensiya təyin edilə bilməz. Belə ki, sonuncu iş yerində, dövlət qurumu olan X16 və X1 16.09.2005ci il tarixdən 21.02.2007-ci il tarixədək işləsə də, həmin qurum tərəfindən 2006-2007-ci illərdə Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün qeyd olunan dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə ona dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Ona görə də sığortaedən Azərbaycan X16 və X4 müracət etməlidir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan X16 və X5 adlı dövlət qurumu ləğv edildiyi üçün iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməli olmuşdur. X23 və X14 verdiyi 05.04.2019-cu il tarixli 328/357 saylı arayışdan görünür ki, 2005-ci ilin sentyabr ayından 2007-ci ilin mart ayına kimi Azərbaycan X16 və X5 tərəfindən mütəmadi olaraq DSMF-na xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənmişdir. DSMF-nun iddiaçıya verdiyi rəsmi cavabdan da əslində onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi inkar edilmir. Lakin göstərilir ki, kimlərinsə günahı üzündən iddiaçının xeyrinə ödənmiş məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya dair məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Yəni pul vəsaiti faktiki DSMF-nun bank hesabına daxil olsa da iddiaçıdan asılı olmayan səbəblərdən şəxsi hesabında öz əksini tapmamışdır. Ona görə də iddiaçının X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün həmin müddətdəki iş stajı da nəzərə alınmaqla 14 may 2018-ci ıl tarixdən iddiaçıya pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 izahatında bildirdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının müraciətinə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentində baxılmışdır. Müraciətlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığı üçün əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Eyni zamanda iddiaçı X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işləsə də, həmin qurum tərəfindən 2006-2007-ci illərdə Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabatlara (Forma B1) təqdim edilsə də, Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) vaxtında və dürüst təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının həmin dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda qeyd edilmiş dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron hökumət portalı”nda (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsində sığortaedən X16 və X4 müvafiq funksionallıq verilmişdir. Həmin quruma funksionallıq verildiyi üçün asan imza və ya elektron imza vasitəsilə müəssisələr, yəni sığortaedənlər tərəfindən “X17”da (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsinə daxil olub qeyd olunan dövrlərə aid Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilməlidir. Bütün bu proseslər həyata keçirildikdən sonra iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 26.10.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyınin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxıl olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, sığortaedən "Azərbaycan ETET İnformasiya və TİT” (SUN: **********7) tərəfindən 2006-2007-cı illərdə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün qeyd etdiyiniz dövrlərə dair məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlarınız fərdi şəxsi hesabınızda əks olunmamışdır. Bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dovıət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsi olduğundan müraciətinizdə qaldırdığınız məsələ ilə bağlı sığortedən "Azərbaycan ETET İnformasiya və TİT”-yə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Elm və X14 05.04.2019-cu il tarixli 328/357 saylı arxiv arayışından görünür ki, daxil olmuş 18 mart 2019-cu il tarixli vətəndaş ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Elm və X15 mühafizə olunan “X20 və X5”nun sənədləri arasında İddiaçı iş stajını və ona hesablanmış əmək haqqını təsdiq edən aşağıdakı məlumatlar aşkarlandı: İddiaçı bağlanmış müqaviləyə əsasən 16.09.2005-ci ildən ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks) şöbəsinin ETİ tələbatlarının öyrənilməsi sektoruna 16-cı dərəcə sektor müdiri vəzifəsinə işə götürülmüşdür. İddiaçı institutun 21.02.2007-ci il tarixli 01 №-li əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. İşlədiyi 2005-2007-ci illərdə İddiaçı hesablanmış əmək haqqı aşağıdakı qaydada olmuşdur: 2005-ci il üzrə cəmi: sentyabr ayı 157500, DSMF ödəniş 4725, oktyabr ayı 270000, DSMF ödəniş 8100, noyabr ayı 400000, DSMF ödəniş 12000, dekabr ayı 634000, DSMF ödəniş 19020; 2006-cı il üzrə cəmi: yanvar ayı 100,50, DSMF ödəniş 3,01, fevral ayı 99,00, DSMF ödəniş 2,97, mart ayı 95,00, DSMF ödəniş 2,85, aprel ayı 97,00, DSMF ödəniş 2,91; may ayı 97,50, DSMF ödəniş 2,93; iyun ayı 125,00, DSMF ödəniş 3,75; iyul ayı 168,16, DSMF ödəniş 2,96; avqust ayı 42,83, DSMF ödəniş 2,29; sentyabr ayı 132,00, DSMF ödəniş 3,96; oktyabr ayı 156,00, DSMF ödəniş 4,68; noyabr ayı 189,00, DSMF ödəniş 5,67; dekabr ayı 160,00, DSMF ödəniş 4,30; 2007-ci il üzrə cəmi: yanvar ayı 100.00, DSMF ödəniş 3,00; fevral ayı 87,50, DSMF ödəniş 2,62; mart ayı 155,93 manat. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 19.03.2021-cu il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də 01.07.2019-cu ildən 01.07.2020-ci ilədək 5934,22 manat əmək haqqı hesablanmış, 1483,56 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 01.01.2006-cı il tarixdən başlandığı üçün 01.09.2005-ci il tarixdən 01.01.2006-cı il tarixədək sığortaolunan, İddiaçı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə olan məlumatların verilməsi Filial tərəfindən mümkün olmamışdır. Sığortaolunan İddiaçı 01.01.2006-cı il tarixdən 01.07.2019-cu il tarixə və 01.07.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək “X3 Sistemi"nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları" bölümündə heç bir məlumatı yoxdur. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1971-ci ildən 28.06.1976-cı ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, 09.08.1976-cı ildə 16 saylı müəssisə SSRİ Nİ yanında geodeziya və kartoqrafıya baş idarəsində 321 saylı ekspedisiyaya sahə işlərinə coğrafiyaşünas vəzifəsinə qəbul olunmuş, 27.01.1977-ci ildə Ekspedisiya xəritələrinin yenilənməsi üzrə 322 saylı qrupa keçirilmiş, 29.08.1980-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 01.09.1980-cı ildə Azərbaycan SSR EA Coğrafiya institutunda 3 il müddətinə təbiətin mühafizəsi bölməsi üzrə əyani aspiranturaya qəbul olunmuş, 01.09.1983-cü ildə təhsil müddətinin bitməsi ilə əlaqədar əyani aspiranturadan xaric olunmuş, 20.12.1983-cü ildə Azərbaycan SSR M və KTN AZ Su problemləri ETİ-də Filtrasiya laboratoriyasına laborant vəzifəsinə qəbul olunumuş, 03.05.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 04.05.1984-cü ildə Təbiətin mühafizəsi üzrə Azərbaycan SSR Dövlət Komitəsində Dövlət komitəsinin Torpaq, yerin təki, flora və landşaftların mühafizəsi şöbəsinə baş mühəndis vəzifəsinə qəbul olunmuş, 01.07.1989-cu ildə Dövlət Komitəsinin Komitənin Mərkəzi Aparatının yeni strukturunun işə salınması ilə əlaqədar olaraq, Torpaq, yer təki, flora və təbiət abidələrinin mühafizəsi şöbəsində tullantıların istifadə olunmasına nəzarət qrupuna aparıcı mühəndis təyin olunmuş, 14.11.1989-cu ildə Mərkəzi Aparat işçilərinin vəzifələrin adlarının dəyişdirilməsi ilə əlaqədar olaraq, tullantıların istifadə olunmasına nəzarət sektorun rəhbəri hesab olunmuş, 25.06.1991-ci ildə işdən azad edilmiş, 15.07.1991-ci ildə “Şəms" kiçik müəssisəsində Elm və tətbiq şöbəsinin baş mütəxəssis vəzifəsinə qəbul olunmuş, 09.08.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 12.08.1991-ci ildə “Savalan" çoxprofilli şirkətdə sex müdiri vəzifəsinə qəbul olunmuş, 14.09.1994-cü ildə yeni struktur quruluşu və “Savalan” firmasının “Əl Said” kiçik müəssisəsinə dəyişdirilməsi ilə əlaqədar marketinq üzrə direktor müavini təyin edilmiş, 12.09.2005-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 16.09.2005-ci ildə AzETETİİ Azərbaycan Elmi Tədqiqat X21 və X12 İnstitutunda bağlanmış əmək müqaviləsinə əsasən “ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks üzrə) söbəsinə sektor müdiri vəzifəsinə qəbul edilmiş, 21.02.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli 504 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İİN-in AzETETİ TİTİ ləğv edildiyi üçün Azərbaycan Respublikası ƏM-nin 70ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2017 - 30.06.2018, kişilər üzrə pensiya yaşı 63 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçı 1971-ci ildən 28.06.1976-cı ilədək Azərbaycan Dövlət Universitetində təhsil almış, 09.08.1976-cı ildə 16 saylı müəssisə SSRİ Nİ yanında geodeziya və kartoqrafıya baş idarəsində 321 saylı ekspedisiyaya sahə işlərinə coğrafiyaşünas vəzifəsinə qəbul olunmuş, 27.01.1977-ci ildə Ekspedisiya xəritələrinin yenilənməsi üzrə 322 saylı qrupa keçirilmiş, 29.08.1980-cı ildə öz xahişi ilə işdən azad edilmiş, 01.09.1980-cı ildə Azərbaycan SSR EA Coğrafiya institutunda 3 il müddətinə təbiətin mühafizəsi bölməsi üzrə əyani aspiranturaya qəbul olunmuş, 01.09.1983-cü ildə təhsil müddətinin bitməsi ilə əlaqədar əyani aspiranturadan xaric olunmuş, 20.12.1983-cü ildə Azərbaycan SSR M və KTN AZ Su problemləri ETİ-də Filtrasiya laboratoriyasına laborant vəzifəsinə qəbul olunumuş, 03.05.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 04.05.1984-cü ildə Təbiətin mühafizəsi üzrə Azərbaycan SSR Dövlət Komitəsində Dövlət komitəsinin Torpaq, yerin təki, flora və landşaftların mühafizəsi şöbəsinə baş mühəndis vəzifəsinə qəbul olunmuş, 01.07.1989-cu ildə Dövlət Komitəsinin Komitənin Mərkəzi Aparatının yeni strukturunun işə salınması ilə əlaqədar olaraq, Torpaq, yer təki, flora və təbiət abidələrinin mühafizəsi şöbəsində tullantıların istifadə olunmasına nəzarət qrupuna aparıcı mühəndis təyin olunmuş, 14.11.1989-cu ildə Mərkəzi Aparat işçilərinin vəzifələrin adlarının dəyişdirilməsi ilə əlaqədar olaraq, tullantıların istifadə olunmasına nəzarət sektorun rəhbəri hesab olunmuş, 25.06.1991-ci ildə işdən azad edilmiş, 15.07.1991-ci ildə “Şəms" kiçik müəssisəsində Elm və tətbiq şöbəsinin baş mütəxəssis vəzifəsinə qəbul olunmuş, 09.08.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 12.08.1991-ci ildə “Savalan" çoxprofilli şirkətdə sex müdiri vəzifəsinə qəbul olunmuş, 14.09.1994-cü ildə yeni struktur quruluşu və “Savalan” firmasının “Əl Said” kiçik müəssisəsinə dəyişdirilməsi ilə əlaqədar marketinq üzrə direktor müavini təyin edilmiş, 12.09.2005-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 16.09.2005-ci ildə AzETETİİ Azərbaycan Elmi Tədqiqat X21 və X12 İnstitutunda bağlanmış əmək müqaviləsinə əsasən “ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks üzrə) söbəsinə sektor müdiri vəzifəsinə qəbul edilmiş, 21.02.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli 504 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İİN-in AzETETİ TİTİ ləğv edildiyi üçün Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının xx.xx.1954-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu vaxtdan - 14.05.2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetində, 01.09.1980-cı ildən 01.09.1983-cü ildə Azərbaycan SSR X7 institutunda əyani aspiranturada təhsil almışdır. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı həmin dövrlər də sosial sığorta stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh yalnız iddiaçının X16 və X1 16.09.2005-ci il tarixdən 21.02.2007-ci il tarixədək işlədiyi dövrə aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmadığı üçün müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Elm və X14 05.04.2019-cu il tarixli 328/357 saylı arxiv arayışından görünür ki, İddiaçı bağlanmış müqaviləyə əsasən 16.09.2005-ci ildən ETİ tələbatlarının öyrənilməsi və resurslarının formalaşdırılması (aqrokompleks) şöbəsinin ETİ tələbatlarının öyrənilməsi sektoruna 16-cı dərəcə sektor müdiri vəzifəsinə işə götürülmüş, institutun 21.02.2007-ci il tarixli 01 №-li əmri ilə tutduğu vəzifəsindən azad edilmiş, işlədiyi 2005-2007-ci illərdə 2005-ci ilin sentyabr-dekabr, 2006-cı ilin yanvar-dekabr, 2007-ci ilin yanvar-fevral ayları üçün iddiaçıya əmək haqqı hesablanmış və məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. İddiaçının təhsil müddəti (1971-1976, 01.09.1980-01.09.1983) və mübahisələndirilən dövr (16.09.2005-21.02.2007) çıxılmaqla, işlədiyi illər nəzərə alınmaqla (09.08.1976- 29.08.1980, 20.12.1983-03.05.1984, 04.05.1984-25.06.1991, 15.07.1991-09.08.1991, 12.08.1991-12.09.2005), iddiaçı 25 il 08 ay 23 gün sığorta stajına malikdir. Təhsil müddəti də hesablanmaqla, iddiaçının sığorta stajı 33 il 08 ay 23 gün təşkil edir. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı təhsil dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 63 yaş 6 ayı 14.05.2018-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 14.05.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar