Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3421/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin və əlilliklə bağlı verilmiş pul müavinətinin buraxılmış aylarla daxil olmaqla bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 vəsatətlə məhkəməyə müraciət edərək bildirdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin bilavasitə tabe olan 2 nömrəli Poliklinkasının 05.05.2021-ci il tarixli, 4400003AAAFJ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirilməklə əlaqədar; X1: XİX Sinif – Tramvalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T90- Başın...; Diaqnozun mətni: Digər kəllədaxili tramvalar, Açıq kəllə beyin travmasından sonrakı (2007) sağ tərəfli rezeksion dekompression trepanasiya, epidural hematomanın xaric edilməsindən, sağ alın gicgah təpə nahiyyəsinin sümük defektinin (6smx8sm) plastikası əməliyyatından sonrakı vəziyyət. Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, Açıq kəllə beyin travmasından sonrakı (2007) sağ tərəfli rezeksion dekompression trepanasiya, epidural hematomanın xaric edilməsindən, sağ alın gicgah təpə nahiyyəsinin sümük defektinin (6smx8sm) plastikası əməliyyatından sonrakı vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya priramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərardan görünür ki, İddiaçı 15.05.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3421/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3421/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver