Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3422/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X14 Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X14 Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan, yəni 03.02.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. 23.08.1980-cı il tarixdən 06.07.1985-ci il tarixədək ali təhsil almışdır. Keçmiş Alüminum yayma zavodunda, indiki "xxxx" ASC-də 02.09.1985-ci il tarixdən 17.10.1985-ci il tarixədək məftilçəkən, 17.10.1985-ci il tarixdən 03.01.1994-cü il tarixədək metal əridən sexində usta, 03.01.1994-cü il tarixdən 03.11.1997-ci il tarixədək 4 nömrəli əridici sexində rəis vəzifəsində, 11.11.1997-ci il tarixdən 27.02.1998-ci il tarixədək Bakı şəhər İstehsalat İdarəsi Maştağa X5 usta vəzifəsində, “X15” MMC-də 25.07.2001-ci il tarixdən 16.04.2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta, 16.04.2007-ci il tarixdən 26.03.2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində işləmişdir. 29.03.2009-cu il tarixdən hal-hazıradək Azərbaycan Dövlət Neft Şirkətinin “Azərqaz” İB-də çalışır. "xxxx" ASC-də 17.10.1985-ci il tarixdən 03.01.1994cü il tarixədək işlədiyi metal əridən sexində usta vəzifəsi və “X15” MMC-də 25.07.2001-ci il tarixdən 16.04.2007-ci il tarixədək işlədiyi poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə (Əlvan və qiymətli metalların emalı və təkrar emalıb) Rəhbərlər və mütəxəssislər - ustalar, böyük ustalar- ******* b—23187; Polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması - b) rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar - 1030200b—23187), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə (7.18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı- b) mütəxəssislər: ustalar, böyük ustalar; 3.2. Polad və ferroərintilər istehsalatı - b) mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. 01.01.2006cı il tarixədək 21 ildən çox ümumi sığorta stajı, 12 ildən çox isə xüsusi sığorta stajı vardır. Filiala müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial müraciətindən imtina etmişdir. Filialın müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, o 01.01.2006-cı il tarixədək 21 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 ildən çox zərərli əmək sahəsində iş stajı toplamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 1999-cu ilədək 1 il artırılmasını nəzərə aldıqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni 03.02.2015-ci il tarixdən təyin edilməlidir. Göründüyü kimi Filialın imtinası əsassız hesab olunmalı və ona 52 yaşdan, yəni 03.02.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 17 avqust 2020-ci il tarixində Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Filiala təqdim etdiyi 08 sentyabr 1985-cı il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (21 il 8 ay 23 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. - Azrbaycan Texniki Universiteti tərəfindən verilmiş 11.08.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 131-Yn saylı əmrə əsasən 23.08.1980ci il tarixli əmrə əsasən Ç.Yıldırım adına Azərbaycan Politexnik İnstitunun (hazırki Azrbaycan Texniki Universiteti) əyani şöbəsinin Metallurgiya fakültəsinə qəbul olmuşdur. 06.07.1985-ci il tarixli №-123-Yn saylı əmrə əsasən Ç.Yıldırım adına Azərbaycan Politexnik İnstitunun əyani şöbəsinin “Əlvan metalların metallurgiyası” ixtisası üzrə tam kursu bitirərək HB “№-958396 saylı diplom verilmişdir (qeydiyyat nömrəsi 0655). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli fərmanına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Univerisiteti adlandırılmışdır. - HB seriyalı 958396 nömrəli, 06.07.1985-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1980-cı ildə Ç.Yıldırım adına Azərbaycan Politexnik İnstituna daxil olmuş, 1985-ci ildə həmin instutda “Əlvan metalların metallurgiyası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 26.06.1985-ci il tarixli qərarı ilə ona “Mühəndis-metallurq” ixtisası verilmişdir. - 08.09.1985-ci il tarixli, AT-ǀǀǀ seriyalı ******* nömrəli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.09.1985-ci ildən 03.11.1997-ci ilə qədər Bakı Alüminium Prokat Zavodunda (Bakı Əlvan Metal X9, Bakı Əlvan Metalların Emalı Zavodu, Bakı Alümunium Prokat Zavodu) 4-cü dərəcəli məftilçəkən, sexdə usta və sex rəisi (12 il 01 ay 25 gün), 11.11.1997-ci ildən 27.02.1998-ci ilə qədər Bakı şəhəri İstehsalat Qaz İdarəsi Maştağa X5 usta (03 ay 17 gün), 25.07.2001-ci ildən 26.03.2009-cü ilə qədər “X15”-də poladəritmə sexində usta və briqadir (07 il 08 ay 02 gün), 29.03.2009-cu ildən 01.04.2010-ci ilə qədər Şüvəlan 7 saylı X12 11-ci və 12-ci dərəcəli rəis (01 il 03 gün), 02.04.2010-cu ildən 19.05.2010-cu ilə qədər “Azəriqaz” İstehsalat Birliyində 10-cu dərəcəli usta (01 ay 18 gün), 20.05.2010-cu ildən 16.12.2015-ci ilə qədər “Azəriqaz” X3 X10 10-cu dərəcəli usta, 12-ci dərəcəli rəis (5 il 06 ay 27 gün), 17.12.2015-ci ildən 24.08.2018-ci ilə qədər “Azəriqaz” İB-da 12-ci dərəcəli mühəndis və böyük mühəndis (02 il 08 ay 08 gün), 27.08.2018-ci ildən 12.06.2019-cu ilə qədər “Azəriqaz” İB-da 12-ci dərəcəli böyük mühəndis (09 ay 16 gün), 13.06.2019-cu ildən hal-hazıradək “Azəriqaz” İB-da Salyan Regional qaz İstismarı İdarəsində rəis müavini vəzifəsində işləyir. - "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 16 №-li güzəştli arayışdan görünür ki, İddiaçı 02.09.1985-ci il tarixdən 17.10.1985-ci il tarixədək məftil çəkən sexində məftilçəkən vəzifəsində işləmişdir. Vəzifəsinin adə məftilçəkən siyahı İİ bölmə Vİİİ kod 2092304a-11487, 17.10.1985-ci il tarixdən 03.01.1994-cu il tarixədək metal əridici sexində usta vəzifəsində işləmişdir. Vəzifəsinin adı usta siyahı İ bölmə Vİİ kod 1072101b-23187. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı həmin işədə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış AT-İİİ ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 17 №-li arayışdan görünür ki, İddiaçı 02.09.1985-ci il tarixindən 03.11.1997-ci il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respulikası Prezidentinin 04.05.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respulikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı”na uyğun olaraq 01.07.2000-ci il tarixdən dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli, 222 saylı sərəncamına əsasən Bakı Alüminimum Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 18 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən 02.09.1985-ci il tarixdən 03.11.1997-ci il tarixə kimi keçmiş Bakı Alüminum yayma zavodunda, yəni indiki “Şüvəlan’’ ASC-də işləmişdir. İddiaçı İsmail oğlu 02.09.1985-ci ildə 1 №-li məftil çəkmə sexində məftilçəkən vəzifəsində çalışıb, sonra yenidən 17.10.1985-ci il tarixindən 03.01.1994-cü il tarixinə kimi metal əridən sexində usta vəzifəsində çalışıb. 03.01.1994-cü il tarixindən 03.11.1997-ci il kimi 4 №-li metal əridici sexində rəis vəzifəsində çalışıb. 19.02.2013-cü il tarixində zavodun arxiv sənədləri saxlanılan otağında yanğın baş verdiyindən bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanıb. İddiaçı İsmail oğlununda sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Arayış AT-İİİ ******* əmək kitabındakı əmrlər əsasında verilib. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələli Dövlət Xidmətinin 25.10.2021-ci il tarixli, **********36 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlakı Nazirliyinin 29.09.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodu bazasında "xxxx" ASC yaradılmış və səhmləri 10.11.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişdirilmişdir. - “X15” MMC tərəfindən verilmiş 10.08.2020-ci il tarixli, 200/A nömrəli araşdırıcı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X15 Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X8 Salan Mərkəz tərəfindən tərtib edilmiş X15 Limited Şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 25 iyul 2001-ci il tarixdən 16 aprel 2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsində, 16 aprel 2007-ci il tarixdən 26 mart 2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində çalışmışdır. Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X8 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları Fond № 1, Siyahı № 1Ş, 20 №-li saxlama vahidi, 373 №-li saxlama vahidi. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. - “X15” MMC tərəfindən məhkəməyə ünvanlanmış 01.06.2021-ci il tarixli, X-Y-0029 nömrəli, 19.08.2021-ci il tarixli, X-Y-0230 nömrəli məktublardan görünür ki, X15 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2009-cu ildə ləğv edilmişdir və onun maddi texniki bazası 2009-cu ildə yeni yaradılmış “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE ********) X15 MMC-də işləməyib. X15 MMC 01.09.2009-cu il tarixində yaradılıb və vətəndaşın müəssisədə işlədiyi dövr X15 MMC-nə aid deyil. Vətəndaşın əmək kitabçasına əsasən o, X15 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində 25.07.2001-ci il tarixindən 16.04.2007-ci il tarixinədək Poladəritmə sexində Usta vəzifəsində, 16.04.2004-ci il tarixindən 26.03.2009cu il tarixinədək həmin sexdə Briqadir vəzifəsində çalışmışdır. X15 hal-hazırda Məhdud Məsuliyyətli Cəmiyyətdir. Cəmiyyət Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X6. İddiaçı əmək kitabçasından görünür ki, onun iş yeri bilavasitə X4 daxilində olmuşdur. Hal hazırda X15 MMC-də iş şəraiti ağır və zərərli olduğu üçün iş yerlərinin attestasiyasının nəticələri əsasında həmin vəzifədə işləyən işçilərin maaşlarına əmək şəraitinə görə əlavə əmək haqqı və məzuniyyət günləri verilir. Usta və Briqadir vəzifələrinə gəldikdə qeyd edilir ki, hər iki vəzifədə çalışan işçi rəhbərliyin tapşırıqlarına əsasın bir başa işin icrasını təşkil və təmin edir, isti iş sahələrində əməyin təhlükəsiz təşkilinə cavabdehlik daşıyan məsul şəxsdir. Usta və briqadir bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bununla da bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar koduna uyğundur. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli **********3 saylı məktubun surətindən görünür ki, 17.08.2020-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Nq-İİ siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Mərkəzi Filiala təqdim etdiyi 8 sentyabr 1985-ci il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçada qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (21 il 8 ay 23 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 №-li əlavə və 2 №-li əlavə təsdiq edilmişdir. 1 №-li əlavə ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı, 2 №-li əlavə ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi 1 №-li siyahı ilə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri, 2 №-li siyahı ilə isə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri müəyyən edilmiş və həmin peşələrdə çalışmış şəxslərin pensiya yaşları müxtəlif, yəni müvafiq olaraq 52 yaş və 57 yaş təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki iş üzrə iddiaçının keçmiş Bakı Alüminum yayma zavodunda, yəni indiki “Şüvəlan’’ ASC-də işlədiyi dövrlə bağlı təqdim edilmiş arayışda iddiaçının 17.10.1985-ci ildən 03.01.1994-cü ilədək işlədiyi vəzifənin, yəni metaləridici sexində usta vəzifəsinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısı ilə müəyyən edilmiş vəzifəyə (siyahı İ bölmə Vİİ kod 1072101b-23187) uyğun olduğu qeyd edilmişdir. Həmin müddət 8 il 2 ay 17 gün təşkil edir. Digər arayışda isə onun X15 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində 25.07.2001-ci ildən 26.03.2009-cu ilədək işlədiyi poladəritmə sexində usta və briqadir vəzifələrinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısına deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş (3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində) vəzifəyə uyğun olması göstərilmişdir Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajı 20 ildən artıq (21 il 8 ay 15 gün) olsa da güzəştli iş stajı tələb olunan 10 ildən az olmaqla 8 il 2 ay 17 gün təşkil etdiyindən cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova