Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3422/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işburaxma dövrünün onun sığorta stjına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-3422/2022 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1470/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-1470/2022 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, məhkəmənin icraatında olan digər iş üzrə İddiaçı hazırkı iş üzrə də cavabdeh olan Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia tələbi ilə eyni faktiki əsasa söykənən digər tələblər irəli sürmüşdür. Hər iki iş üzrə mübahisə predmeti isə iddiaçının 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işburaxma dövrü ilə əlaqədardır. Göründüyü kimi hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. İPM-in: 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, birlikdə baxılması üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3422/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-1470/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-1470/2022 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzbati-Prosessual Məcəlləsinin 56, 83.3.4 və 83.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3422/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-1470/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair iş 2-1(112)-1470/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3422/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3422/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver