Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3423/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 25 yanvar 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cu il təvəllüdlüdür. O, əmək fəliyyətinə 1979-cu ildən başlamış, müxtəlif sahələrdə olmaqla hal-hazırda, çalışmaqdadır. İddiaçı ümumilikdə 25 ildən cox sığorta stajına malikdir, həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdən də, görünür ki, o, həqiqətən 1974-1978-ci illərdə Bakı Dənizçilik Məktəbində əyani təhsil almışdır. O, xx.xx.1979-cu ildə nəqliyyat donanmasının gəmisində motorist vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildən nəqliyyat donanmasının gəmilərində 4-cü mexanik, xx.xx.1982-ci ildən nəqliyyat donanmasının gəmilərində 3-cü mexanik, xx.xx.1986-cı ildən nəqliyyat donanmasının gəmilərində 2-ci mexanik vəzifələrinə qəbul edilmişdir. xx.xx.1999cu ildə isə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Gəmilərin istismarı sahəsinə Baş mexanik vəzifəsində çalışmış, xx.xx.2020-ci ildə Dənizkənarı Bulvar İdarəsinin Komunal Xidmət, Təmir və Dənizkənarı Bulvar ərazisinin X2 xidmət şöbəsinə baş mexanik vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 286 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışı ilə bildirilmişdir ki, vətəndaş İddiaçı “26 komissar” adına sovxozun əmr kitabına əsasən xx.xx.1973-cü ildə 156 saylı əmrlə sovxoza istehsalata işə qəbul edilmiş, xx.xx.1973-cü ilədək əmək haqqı almışdır. Həmçinin, iddiaçı 1974-1978-ci illərdə Bakı Dənizçilik Məktəbində əyani təhsil aldığı müddətdə hərbi xidmət keçdiyinə görə ona hərbi bilet verilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Dövlət X4 üzücü heyətin nəqliyyat donanması gəmilərində xx.xx.1979-cu ildən, xx.xx.1999-cu ilə kimi motorçu, 4-cü, 3-cü və 2-ci mexanik vəzifələrində çalışmışdır. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyat donanmasına aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhər daxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində çalışdığı xx.xx.1979-cu ildən xx.xx.1999-cu ilə kimi güzəştli is stajı 20 il 08 ay 25 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.2-ci bəndinin “b" varımbəndində göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası NK-nin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod- ********), 1-ci yanmbəndinə 23003020—14706 kodu ilə bütün adlarda motorçular, 23003020— 23484 kodu ilə mexaniklər, onların köməkçiləri, bas və böyük mexaniklər qeyd olunmuşdur. Beləliklə, qeyd olunan iş şəraitinə uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Elə buna görə də iddiaçı ona güzəştli şərtlə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin sonuncunun xx.xx.2021-ci il tarixli məkutubu ilə imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hssəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 34400,00 manat hesablandığı halda. Fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 24629,60 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 1.0.18-ci maddəsinə görə sığorta olunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentiyabr tarixli 1597 nömrəli Fərmanı ilə təstiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh inzibati orqanın imtinası ilə razı deyillər və hesab edirlər ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün qanunla nəzərdə tutlmuş şərtlər mövcud olduğundan, cavabdehin imtinasını qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin, ərizəçinin müraciətinə baxılaraq, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə qanunvericiliklə tələb olunan pensiya kapitalının mövcud olmaması səbəbindən ərizəçiyə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun təyin edilməsi üçün Qanunda göstərilmiş üç sərt ödənilməlidir: 1) 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 2) 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. Lakin, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 24629,60 manat təşkil edir. Belə olan halda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşdan, yəni 25 yanvar 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1974-1978-ci illərdə Bakı Dənizçilik Məktəbində təhsil alıb, xx.xx.1979-cu ildə nəqliyyat donanmasının gəmisində motorist vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə nəqliyyat donanmasının gəmilərində 4-cü mexanik keçirilmiş, xx.xx.1982-ci ildə nəqliyyat donanmasının gəmilərində 3-cü mexanik, xx.xx.1986-cı il tarixdə nəqliyyat donanmasının gəmilərində 2-ci mexanik keçirilmiş, xx.xx.1999cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2013-cü il tarixdə Dənizkənarı Milli Park Müsəssisəsi MMC-nin Gəmilərin İstismarı sahəsinə Baş mexanik təyin edilmiş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci ildə Dənizkənarı Bulvar İdarəsinin Kommunal Xidmət, Təmir və Dənizkənaır Bulvar idarəsinin Mühafizə Müəssisəsi gəmilərə xidmət şöbəsinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdən hal-hazıradək işləyir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş BO seriyalı, 075289 nömrəli hərbi biletin surətindən görünür ki, SSRİ Silahlı Qüvvələrində xidmət etməmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Э-İ seriyalı, 011838 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974-cü il tarixdə SSRİ Dəniz Donanma Nazirliyi nəzdində Bakı Dənizçilik məktəbinə daxil olmuş və 1978-ci ildə qeyd olunmuş məktəbin Gəmi qüvvə (dizel) qurğularının istismarı ixtisası üzrə tam kursunu bitirmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsidnə qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 34400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 24629,60 manat təşkil edir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 286 nömrəli arxiv çıxarışından görünür ki, 26 komissar adına sovxoz üzrə, 1/vı – 1973-cü il, 156 nömrəli əmrə əsasən İddiaçı şagird istehsalat brigadasına qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 271 nömrəli əmrə əsasən İddiaçı məktəblərdə təhsil dövrü çatması ilə əlaqədar işdən azad edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən “Azərbaycan X7” QSC tərəfindən xx.xx.2022-ci il tarixli, 01/03-M-709/405 nömrəli məktubla təqdim edilmiş güzəştli iş stajı və müəssisənin adının dəyişdirilməsi barədə arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Bakı dənizçilik məktəbini bitirdikdən sonra (Диплом Э-1 № 011838) xx.xx.1979-cu ildən (xx.xx.1979-cu il tarixli 08 nömrəli əmr) xx.xx.1999-cu ilə kimi (xx.xx.1999-cu il tarixli K-523 nömrəli əmr) X4 “A.İmanov”, “Səməd Vurğun”, “Qafur Məmmədov”, “General Aslanov”, “Nurek”, “Nəsimi”, “Üzeyir Hacıbəyov” gəmilərində 4-cü mexanik, 3-cü mexanik, 2-ci mexanik vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 20 il 08 ay 25 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin “b”yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X9 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Əsas: şəxsi iş, şəxsi kartoçka. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 06 oktyabr 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad etməklə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə imtina edilmişdir. Halbuki, hazırki iddia tələbinin predmetini iddiaçıya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. İş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, diplom, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və o, hazırda 57 yaşınadək tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2016-cı il tarixdə 57 yaşı olmuş, həmin tarixədək onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində iddiaçıya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların : kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə eləcə də, iddia tələbinin ən çoxu müraciət etməzdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və eləcə də, keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3423/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3423/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver