Məhkəmə qərarları › İş №2-1(112)-3423/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3423/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3423/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağ massivində yerləşən 642/990 saylı, 0.18 hektar (bağ) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağ massivində yerləşən 642/990 saylı, 0.30 hektar (bağ) torpaq sahəsi 3031 saylı müqaviləyə əsasən 1955-ci ildə X5 adına verilmişdir. xx.xx.1966-cı ildə S.Abbasovun istifadəsinə verilmiş 0,30 ha torpaq sahəsinnə dair onunla icarə müqaviləsi bağlanılmışdır. 1966-cı ildən S.Abbasov həmin torpaq sahəsini İddiaçı mərhum əri X11 vermiş və onlar həmin torpaq sahəsindən istifadə etmişlər. Sonra isə S.Abbasov həmin torpaq sahəsini 1974-cü il 10 aprel tarixli müqavilə ilə X11 bağışlamışdır. H.Rzayevin vəfatından sonra istifadəsində olan torpaq sahəsinə onun həyat yoldaşı İddiaçı 1986-cı ildə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən icarə müqaviləsi əldə edib. Bundan sonra o, xx.xx.1999-cu ildə iddaçı İddiaçı həmin torpaq sahəsinə qeydiyyat vəsiqəsi almışdır. Daha sonra DƏDRX tərəfindən icarə müqaviləsinin yenilənməli olduğu İddiaçı bildirilmişdir. O, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərlə idarəyə yaxınlaşmışdır. İdarədən ona bildirilmişdir ki, artıq mülkiyyət hüquqlarının daşınmaz ənlakın dövlər reyestinidə qeydiyyata alınmasını təsdiq edən sənəd çıxarış hesab edilir. Ondan əvvəlki mülkiyyət (qeydiyyat vəsiqəsi) sənədini təhvil verdikdən sonra ona çıxarış veriləcəyi bildirilmişdir. İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin əslini DƏDRX-nə təhvil vermişdir. Sənədlər hazır olduqdan sonra ona ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********60 olan çıxarış təqdim edilmişdir. Lakin həmin çıxarışda İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 990 nömrəli bağ sahəsinin ölçüsü 0.12 hektar göstərilmişdir. İddiaçı idarənin əmkdaşlarına onun 0.30 ha torpaq sahəsinin 0.18 hektar azaldılaraq çıxarışda 0.12 hektar göstərilməsi barədə məlumat alamaq istəsə də hər dəfə ona müxtəlif bəhanələr deyilir. Halbuki, İddiaçı məxsus torpaq sahəsinin qeydiyyat vəsiqəsində 0.30 hektar qeyd edilmişdir. Lakin cavabdeh orqan tərəfindən hansı əsasla iddiaçının mülkiyyət hüququ əlindən alınaraq ona yalnız 0.12 hektar torpaq sahəinə dair çıxarış verilməsi barədə heç bir məlumat verilmir. İddiaçı əlacsız qalaraq yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək faktiki istifadəsində olan 0.18 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. İdarədən ona verilən xx.xx.2022-ci il tarixli, **********55 №-li cavabda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, tərəfinizdən vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, idarənin arxiv məlumatlarına əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/1218 nömrəli Qərarı ilə qeyd edilən (bağ) torpaq sahəsinin ölçüsü 0.25 hektar olmaqla X7 aid müqavilə X3 və İstismarı Birliyi tərəfindən dəyişdirilmişdir. Torpaq sahəsinin nömrəsi “642”, daha sonra “990” olmuşdur. X1 torpaq sahəsinin digər fiziki şəxsin adına rəsmiləşdirilməsi haqqında xx.xx.1974-cü il tarixli X3 və İstismarı Birliyinə ünvanlanmış razılıq ərizəsi mövcuddur. Qeyd edilən (bağ) torpaq sahəsinin ölçüsü 0.12 hektar olmaqla X3 və İstismarı Birliyi ilə digər fiziki şəxsin adına müqavilə ilə rəsmiləşdiyi və bağ evi kimi dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir.Daha sonra iddiaçı cavabdehin ona ünvanladığı cavab məktubunun təqzibedici məlumatlarla dolu olduğunu və verilmiş cavabın natamam olduğunu görərək təkrar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, idarənin mütəsəssisləri tərəfindən baxış keçirilən zaman torpaq sahəsinin üç hissədən ibarət olduğu, iki hissəsinin qeydiyyata alınmış torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi, qalan hissənin isə digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən edilmişdir. Bundan əlavə, tərəfinizdən təqdim edilən 3031 saylı, xx.xx.1955-ci il tarixli müqavilə məhkəmə qərarı ilə ləğv edilərək hüquqi qüvvəsini itirmiş və torpaq sahəsi boş bağlar balansına verilmişdir. Daha sonra eyni nömrəli torpaq sahəsinə dair fiziki şəxslə müqavilə bağlanılmışdır. Göründüyü kimi cavabdeh orqanın bu məktubu da birinci ilə uyğunsuzluq təşkil etməklə yanaşı, faktiki olaraq iddiaçının bir hasar daxilində istifadə etdiyi 0.30 hektar torpaq sahəsi və 3031 saylı, xx.xx.1955-ci il tarixli müqavilənin məhkəmə qərarı ilə ləğv edilməsi barədə həqiqəti əks etdirməyən yalan məlumat verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bu cavabda mötəbər sübutlarla təstiq olunmadığı üçün o, yenidən cavabdeh orqana müraciət etmək məcburiyyətində qalmışdır. İdarədən ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, sorğuya əlavə edilmiş bildirişdə qeyd edilənlərə əlavə olaraq bildiririk ki, arxiv qovluğunda saxlanılan X3 və İstismarı Birliyi tərəfindən İddiaçı və Bakı şəhər Soveti İcraiyyə Komitəsinə ünvanlanmış məktubda müqavilə öhdəlikləri pozulduğuna görə 990 nömrəli (bağ sahəsinin yeni nömrəsi) bağ sahəsinin Xalq Məhkəməsinin qərarı ilə Abbasovlar ailəsindən alındılğı və “Birliyin” boş bağlar balansına verilmədiyi barədə məlumat mövcudddur. Lakin, məktubda Xalq Məhkəməsinin qərarının tarixi və nömrəsi qeyd edilməmişdir. Həmçinin qeyd edilən məhkəmə qərarı arxiv qovluğunda aşkar olunmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı bu cavab məktubundan məlum olur ki, bu günədək iddiaçıya ünvanladığı cavablar heç bir mötəvər sübuta istinad etməmişdir. Aparılmış qeyri peşakar araşdırma arxiv məlumatlarında aşkar edilmədiyi etiraf edimişdir. İddiaçı ona verilmiş qeyri mötəbər cavablarla qane olmadığı üçün təkrar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı müraciətinizə xx.xx.2023-cü il tarixli, **********73 nömrəli məktubda cavab verilmişdir. Cavabdeh əvvəlki müraciətində verdiyi cavablara istinad etməklə, təqdim edilmiş sənədlərin surət olduğunu bəhanə etməklə iddiaçının mülkiyyət hüuququnu dövlət reyestirində qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir. Nəhayət iddiaçı sonuncu dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, inzibati orqan xx.xx.2024-cü il tarixli cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına istinad etməklə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək İddiaçı mülkiyyət hüuququnu dövlət reyestirində qeydiyyata alaraq çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, hazırkı ünvanda yaşayan bağ qonşularının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq onlara bu haqda dövlət reyestri tərəfindən mülkiyyət hüququnu təsdiq edən (çıxarış) sənəd verilmişdirsə, İddiaçı da belə bir hüququ vardır. Göründüyü kimi Qanunverivicilikdə sadalanan məsələrin heç birində X8 şamil olunmalı hal yoxdur. Qeyd etmək istəyir ki, iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair inzibati orqana etdiyi bütün müraciətlər heç bir mötəbər sübuta istinad edilməmiş və verilmiş cavabların qeyri peşəkarlığı özü- üzlüyündə məlumatın doğru olmadığını təqzib edilmişdir, iddiaçıya verilmiş müxtəlif bəhanələr, əsassız və formal məzmunlu imtina onun mülkiyyət hüqunun pozulmasına səbəb olmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından əsasız imtina olduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “ərizənizdə qeyd etdiyiniz 0.18 ha əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Bundan əlavə bildiririk ki, iddia olunan əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə sənədlərin təsdiq edilmiş surətləri, sxematik xəritədən çıxarış və ortofoto təqdim edilmişdir.

6. İddiaçı xx.xx.1989-cu il müracəti əsasında Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1989-cu il tarixli 3031(26725) nömrəli müqaviləyə əsasən, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 990 saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir.

7. X3 və İstismarı Birliyinin bağın icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 3031 nömrəli müqaviləyə əsasən, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 990 saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir.

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 990 yerləşən bağ evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 642/990 saylı bağ sahəsinin X9 adına keçirilməsinə dair hüquqmüəyyənedici sənəd (müqavilə) İdarənin arxiv qovluğunda aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq, 642/990 saylı bağ sahəsinin arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin, müayinə aktı və koordinatların təsdiq edilmiş surətləri, eləcə də ortofoto məhkəməyə təqdim edilir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbinin məzmununa uyğun izahat verdilər.

11. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırkı iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

24. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. Hazırkı iş üzrə iddia Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağ massivində yerləşən 642/990 saylı, 0.18 hektar (bağ) torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

33. İddiaçı iddia tələbinin təmin olunmasını üçün dəlil olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağ massivində yerləşən 642/990 saylı, 0.30 hektar (bağ) torpaq sahəsi 3031 saylı müqaviləyə əsasən 1955-ci ildə X5, daha sonra İddiaçı mərhum əri X9 və sonda iddiaçının istifadəsində olmuşdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda bağ sahəsinin ölçüsü 0.12 hektar göstərilmişdir.

34. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı tərəfindən iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağ massivində yerləşən 642/990 saylı, 0.18 hektar (bağ) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil.

35. Belə ki, mübahisəli bağ sahəsinə dair cavabdeh orqan tərəfindən tam qovluq təqdim edilmişdir. İş materiallarından bəlli olur ki, iddiaçının İddiaçı xx.xx.1989-cu il müracəti əsasında Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1989-cu il tarixli 3031(26725) nömrəli müqavilədə Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 990 saylı bağ sahəsi icarəyə verilmişdir. Daha sonra xx.xx.1989-cu il tarixli 3031(26725) nömrəli müqavilə X3 və İstismarı Birliyinin bağın icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 3031 nömrəli müqaviləsi ilə əvəz edilmişdir.

36. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 990 saylı bağ sahəsinə dair verilmiş qeydiyyat vəsiqəsi itdiyi üçün nəzərə alınmasını xahiş edilir. Göründüyü kimi iddiaçı sözügedən bağ sahəsinin 0,12 ha olmasını xx.xx.2023-cü il tarixli ərizəsi ilə təsdiq etmişdir.

37. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. İddia əsassız hesab edilməli və rədd edilməlidir.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar