Məhkəmə qərarları › İş №2-1(112)-3424/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3424/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3424/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və hərbi xidmətə bərpa olunma” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ehtiyata buraxılmağına dair Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli müvafiq əmrinin ləğv olunmasına və hərbi xidmətə bərpa olunmağına dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Ordusunun “mayor” rütbəli zabiti, sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustasıdır. Xidmət müddətində bir sıra mühüm əməliyyatlarda, o cümlədən 2010-cu ildə mərhum general-mayor P.Həşimovun rəhbərliyi altında vacib hakim yüksəklik uğrunda, 2015-ci ildə mərhum Milli Qəhrəman M.Mirzəyevin rəhbərliyi ilə Daşkəsən istiqamətində təxribatin qarşısinı almaq üçün döyüş tapşırıqlarında iştirak etmiş və bu barədə şəxsi işində qeydlər aparılmışdır. 44 günlük Vətən Müharibəsinin iştirakçısı və veteranı, həmçinin bu ilin sentyabr ayında aparılmış antiterror tədbirlərinin iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə və Baş Nazirin Qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Bundan əlavə, cənab Prezidentin adından verilməklə Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən “Qüsursuz xidmətə görə” medalın 3-cü və 2-ci dərəcələri ilə, həmçinin müxtəlif yubiley medalları ilə təltif olunmuşdur. 20 sentyabr 2023cü il tarixdə səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin madditexniki təminat bölməsinin rəisi qismində işğaldan azad olunmuş Ağdərə rayonunda erməni işğalçılarından alınmış mövqelərdə möhkəmlənən bölmələrin maddi-texniki təminatı ilə yerlərdə tanış olmaq və tədbirlər görmək məqsədi ilə təhkim olunmuş “UAZ” hərbi avtomobilinin nasazlığı səbəbindən erməni polis maşınına əyləşərək tapşırığı icra etmək üçün “Qozlu körpü” istiqamətinden “Təmas postu” istiqamətinə təminat məntəqəsinə hərəkət etmişdir. Avtomobildə ondan başqa N saylı hərbi hissənin snayper bölüyünün baş çavusu gizir T.Ə.Məmmədov da olmuşdur. O, həmin zaman icazə və xəbəri olmadan özünəməxsus mobil telefonla bir neçə dəqiqəlik gizli çəkiliş aparmış, həmin çəkilişi dayısı oğluna göndərrmiş, o da sosial şəbəkələrdə yaymışdır. Bu barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə edildikdən sonra məsələnin araşdırılmasına göstəriş verilmiş, araşdıma zamanı günahının olmadığı sübut olunsa da, şifahi göstəriş əsasında barəsində təqdimat yazılaraq xx.xx.2023-cü il tarixdə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Müdafiə nazirinin müvafiq əmri imzalanmışdır. Həmin əmr barədə xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Kadrlar İdarəsindən məlumat almışdır. Barəsində bu cür əmrin imzalanması qanunsuzdur. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli, 0709 №-li əmrinin iddiaçıya aid olan hissəsinin ləğv edilməsi və iddiaçının hərbi xidmətə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3.10.1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 2005-2023-cü illərdə Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi olmuş, o xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcürübəli savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da buna nail olma bilmədiyi, vəzifə borclarını yerinə yetirməsində çətinlik çəkdiyini, verilən əmr və göstərişləri vaxtında yerinə yetirməyə çalışmamş, dəfələrlə “Şiddətli töhmət” və “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam məsuliyyətinə cəlb olunmuşdur. 2023-cü ilin sentiyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsilə video çəklişlər aparılaraq həmin videoyazını sosial şəbəkədə yerləşdirərək Ordunun nüfuzuna xələl gətirdiyi üçün onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və Azərbyacan Respublikası müdafiə nazirinin 3.10.2023-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölməsinin (Q4) rəisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməlidir. Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Beləliklə qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması 2023-cü ilin sentiyabr ayının 19-dan 20-dək aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsilə video çəklişlər aparılaraq həmin videoyazını aparılan əməliyyatlarla əlaqədar müvəqqəti girişi məhdudlaşdırılmış sosial şəbəkədə yerləşdirərək Ordunun nüfuzuna xələl gətirdiyi üçün hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoyması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən təqdim edilmiş M/V seriyalı 103154 saylı xx.xx.2022-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azerbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilmiş 031 saylı xx.xx.2006-cı il tarixli vəsiqədən görünür ki, İddiaçı sərbəst güləş üzrə Azərbaycan Respublikasının idman ustası adı verilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0117t saylı xx.xx.2016-cı il tarixli əmri ilə qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İ-372 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Məlikov X4 azad olunmasına görə medalı ilə təltif edilmişdir. İ-206 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Məlikov X4 azad olunmasına görə medalı ilə təltif edilmişdir. İ-43486 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, İddiaçı Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Baş leytenant İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t saylı xx.xx.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0174 saylı xx.xx.2021-ci il tarixli əmri ilə qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə təltif edilmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş İddiaçı dair A- 012381 saylı xx.xx.1986-cı il tarixli şəxsi vəsiqədən görünür ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 050R saylı əmri ilə mayor hərbi rütbəsi verilmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 031 saylı əmri ilə N nömrəli hərbi hissənin tabor komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0519 saylı əmri ilə N nömrəli hərbi hissənin motoatıcı tabor komandiri təyin edilmişdir. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 0160 saylı xx.xx.2021-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisi təyin edilmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı xidməti uyğunsuzluğuna görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması təqdim edilmiş xx.xx.2023-cü il tarixli təqdimata əsasən xx.xx.2020-ci il tarixdə SQ BQR-nin 050r №-li əmri ilə hərbi rütbə verilmiş, xx.xx.2005-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir. Döyüş əməliyyatlarında iştirakı İştirak edib, yaralanmayıb. Sonuncu attestasiyanın nəticəsi 2022ci ildə 88.02 bal. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması üçün təqdim olunur. Mayor İddiaçı xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Vəzifə borclarını yerinə yetirilməsində çətinlik çəkir. Verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməyə çalışmır. 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsi ilə video çəkilişlər apararaq həmin vidioları sosial şəbəkələrə yerləşdirərək Ordunun nüfuzuna xərər gətirmişdir. Fiziki cəhətdən sağlamdır. Mayor İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsinə göndəriləcəkdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Mayor R.Nuriyev, mayor Ə.Əmirov, kapitan T.Əliyev və H.Səfərli tərəfindən tərtib edilmiş və N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş Mayor İddiaçı söhbətləşmədən imtina etməsi haqqında 7450 saylı aktdan görünür ki, maddi-texniki təminat bölməsinin (Q4) rəisi mayor İddiaçı, söhbətləşmədən imtina etdiyinə görə söhbətləşmə aparmaq olmur (Təklif: maddi-texniki təminat bölməsinin (Q4) rəisi mayor İddiaçı təqdimatını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı qərargah göndərilsin). N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini tərəfindən Mayor İddiaçı təqdim edilmiş xidməti xasiyyətnamədə bildirilmişdir ki, Mayor İddiaçı Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Vəzifə borclarını yerinə yetirilməsində çətinlik çəkir. Verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməyə çalışmır. Hərbi nəzakət və davranış qaydalarını bilmir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkir. Təşkilatçılıq və çətin şəraitlərdə qərar qəbul etməyi bacarmır. Qanunları, rəhbər sənədləri və silahlı qüvvələrin nizamnamələrini bilmir və gündəlik işində onlardan düzgün istifadə etmir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 314 nömrəli əmri ilə 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon vasitəsi ilə video çəkilişlər apararaq sosial şəbəkələrə yerləşdirdiyi üçün intizam qaydasında hərbi rütbəsinin bir pillə aşağı salınmasına qərar verilmişdir. Fiziki cəhətdən sağlamdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı dair təqdim edilmiş xidmət vərəqəsindən görünür ki, 1468 saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən Dövlət bayrağı günü münasibəti ilə əvvəllər verilmiş bir intizam cəzası götürülmüşdür. 981 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən 26 iyun Silahlı Qüvvələrin yaranması günü münasibətilə əvvəllər verilmiş bir intizam cəzasi götürülmüşdür. 1147 saylı avqust 2019-cu il tarixli əmrə əsasən Qurban bayramı günü münasibəti ilə əvvəllər verilmiş bir intizam cəzasi götürülmüşdür. 414 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən 31 dekabr Dünya azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə əvvəllər verilmiş bir intizam cəzasi götürülmüşdür. 322 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən mina partlayışı nəticəsində ağır yaralanma və təqsirkar şəxslərin cəzalandırılması haqqında şiddətli töhmət verilmişdir. xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixli 284 nömrəli telefonoqramı vaxtında icra etmədiyi üçün töhmət verilmişdir. xx.xx.2018-ci il tarixli əmrə əsasən verilən tapşırığa səhlənkar yanaşdığı üçün töhmət verilmişdir. xx.xx.2018-ci il tarixli şifahi əmrə əsasən xx.xx.2018-ci il tarixli telefonoqramı vaxtında icra etmədiyi üçün şiddətli töhmət verilmişdir. 733 saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən 15 iyun Qurtuluş günü münasibətilə təşəkkür edilmişdir. 155 nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən Silahlı Qüvvələrin yaranmasının 100-cü il dönümü münasibətilə əvvəllər verilmiş bir intizam cəzasi götürülmüşdür. 1276 saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən 01 Oktyabr h/h yaranma günü münasibəti ilə əvvəllər verilmiş bir intizam cəzasi götürülmüşdür. 1357 saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə fəxri fərman ilə təltif edilmişdir. xx.xx.2017-ci il tarixli əmrə əsasən bölmənin uçotuna zəif nəzarət etdiyi üçün töhmət verilmişdir. xx.xx.2017-ci il tarixli əmrə əsasən avtomobil texnikalarına nəzarət etmədiyinə görə şiddətli töhmət verilmişdir. xx.xx.2016-cı il tarixli əmrə əsasən nahar yeməyinin vaxtında hazır olmadığına və şəxsi heyətə çatdırılmadığına görə töhmət verilmişdir. xx.xx.2017-ci il tarixli əmrə əsasən vəzifə borclarını bilmədiyinə və öhdəsindən gələ bilmədiyinə görə xəbərdarlıq verilmişdir. xx.xx.2017-ci il tarixli əmrə əsasən şəxsi heyətə zəif nəzarət etdiyi üçün töhmət verilmişdir. 1276 saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən taborun qidalanmasını vaxtlı-vaxtında təmin etmədiyi üçün şiddətli töhmət verilmişdir. 261 saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən rəhbəredici əmrlərinvə təlimatların tələblərini zəif bildiyinə və fiziki cəhətdən aşağı nəticə göstərdiyinə görə şiddətli töhmət verilmişdir. xx.xx.2019-cu il tarixli əmrə əsasən döyüş hazırlığına vaxtında hazırlaşmadığına görə töhmət verilmişdir. xx.xx.2019-cu il tarixli əmrə əsasən növbəti həftə məşqlərin dəqiqləşdirilməsinə gəlmədiyinə görə töhmət verilmişdir. xx.xx.2019-cu il tarixli əmrə əsasən atışa nəzarət etmədiyinə görə töhmət verilmişdir. 243 saylı xx.xx.2019cu il tarixli əmrə əsasən hərbi hissələrdə baş vermiş hadisələrlə əlaqədar təqsirkar vəzifəli şəxslərin cəzalandırılması barədə şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən səhər düzülüşünə gecikdiyinə görə şiddətli töhmət verilmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən verilən tapşırığa səhlənkar yanaşdığına görə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən verilən tapşırığa səhlənkar yanaşdığına görə şiddətli töhmət verilmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən park təsərrüfat gününün planı hazır olmadığına görə şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən verilən əmrə laqeyd yanadığı üçün şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən sürücülərin hazırlığına və maşın başçılarının təyin edilməsinə nəzarəti zəif təşkil etdiyinə görə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən verilən tapşırığa laqeyd yanaşdığı üçün şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən sıraya gecikdiyinə görə şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən artilleriya diviziyasının maddi texniki-təminat üzrə xidmətlərində baş vermiş nöqsanlara görə, xidmətə nəzarət etmədiyinə görə xəbərdarlıq edilmişdir. 63 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən maddi vasitələrin qorunub saxlanılması, maddi texniki təminat üzrə təsərrüfat fəaliyyətinin planlaşdırılması və təşkilində yol verdikləri nöqsanlara görə şiddətli töhmət verilmişdir. xx.xx.2021-ci il tarixli əmrə əsasən verilən tapşırığa laqeyd yanaşdığı üçün şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən xx.xx.2022-ci il tarixdə xidməti yerinə qayıtmadığına görə şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli əmrə əsasən xidməti vəzifələrinə laqeyd yanaşdığına görə şiddətli töhmət verilmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən h/h komandirinin verdiyi tapşırığa səhlənkar yanaşdığına görə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən qadağan olunmuş smartfon tipli telefon ilə video çəkiliş edərək sosial şəbəkələrdə yerləşdiyi üçün vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq edilmişdir. N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən İddiaçı dair təqdim edilmiş xidməti xasiyyətnamədə bildirilmişdir ki, Mayor İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilir. Vəzifə borclarını yerinə yetirilməsində çətinlik çəkmir. Verilən əmr və göstərişləri vaxtında və dəqiq yerinə yetirməyə çalışır. Hərbi nəzakət və davranış qaydalarını bilir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkmir. Təşkilatçılıq və çətin şəraitlərdə qərar qəbul etməyi bacarır. Qanunları, rəhbər sənədləri və silahlı qüvvələrin nizamnamələrini bilir və gündəlik işində onlardan düzgün istifadə edir. Tutduğu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəkmir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 314 nömrəli əmri ilə 2023-cü ilin sentyabr ayının 19-dan 20-dək aparılan antiterror əməliyyatları zamanı qənimət götürülmüş hərbi avtomobilin idarə etdiyi zaman baş gizir X3 tərəfindən çəkilən və paylaşılan qısa video çəkilişinə görə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-сı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmışdır. Fiziki cəhətdən sağlamdır. N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim edilmiş 1323 saylı xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, hərbi hissə komandirinin müavinləri, bölmə, xidmət rəisiləri və bölmə komandirləri: xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların adlı siyahısı müvafiq qaydada tərtib edilmişdir. Kadrlar bölmə rəisi döyüş əməliyyatlarında iştirak edən zabit və gizirlərin şəxsi işlərində müvafiq qeydlər aparılmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx-xx/1085 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.1986-cı il tarixdə anadan olmuş X2 həqiqətən Lənkəran rayonunun Boladı kəndində yaşayır və hal-hazırda heç bir yerdə işləmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 0709 saylı xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) və Azərbyacan Respublikası müdafiə nazirinin 327 nömrəli 3 oktyabr 2023-cü il tarixli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissənin maddi-texniki təmina bölməsinin (Q4) rəisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, telefonla video çəkiliş edildiyini bilmiş, video yazı zamanı etiraz etməmişdir. Lakin videonun sosial şəbəkədə yerləşdirilməsi və yayılması onun tərəfindən edilməmişdir. İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Müdafiə nazirinin 0709 saylı xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) və Azərbyacan Respublikası müdafiə nazirinin 327 nömrəli 3 oktyabr 2023-cü il tarixli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissənin maddi-texniki təmina bölməsinin (Q4) rəisi mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməlidir. Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu lokal xarakterli antiterror əməliyyatları zamanı qadağan olunmuş smartfon telefon vasitəsilə video çəklişlər aparılması və həmin videoyazının aparılan əməliyyatlarla əlaqədar müvəqqəti girişi məhdudlaşdırılmış sosial şəbəkədə yayılması ilə əsaslandırır. Ordunun nüfuzuna xələl gətirdiyi üçün iddiaçı ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoymasını qanunvericiliyin tələblərinə uyğun həyata edir. Məhkəmə nəzərə alır ki, iddiaçı əməliyyatlarla əlaqədar smartfon telefon vasitəsilə video çəklişlər aparılmasının qadağan edilməsi və video çəkliş aparılarkən iddiaçının məlumatlı olması işin mübahisələndirilməyən halıdır. Sonuncu hal həmçinin cavabdeh tərəfindən təqdim edilmiş videodiskə baxış keçirilərkən də aşkar müşahidə edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və ya həmin əmr verilərkən inzibati icraatın həmin əmrə təsir edən şəkildə pozulduğu halları müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar