Məhkəmə qərarları › İş №2-1(112)-3425/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3425/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3425/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının xx.xx.2024-cü il tarixdən bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən pensiya hüququ bərpa olunacağı tarixədək olan pensiya məbləğinin birdəfəlik hesablanaraq ona ödənilməsi, vəzifəsinin cavabdehin üzərinə qoyulması və ona vurulmuş maddi ziyana görə 3800 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq, cavabdeh qurumdan alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, xx.xx.2024-cü il tarixdən mərhum - xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 xx.xx.2023-cü il tarixli nəvəsi X14 baxması ilə bağlı ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması və xx.xx.2024-cü il tarixdən məhkəmə qərarı icra olunacağı tarixədək olan pensiya məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla ona ödənilməsi və vurulmuş mənəvi ziyana görə 1500 manat məbəğin cavabdeh qurumdan alınaraq İddiaçı ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X17 uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıralarında xidmət etmiş, polkovnik-lentenant rütbəsi ilə 2000-ci ildə təqaüdə çıxmışdır. O vaxtdan ərinin himayəsində olmuşdur. Lakin əri X17 xx.xx.2017-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. xx.xx.2017-ci il tarixdən ona ərinin aldığı əmək pensiyasının 80-%-i məbləğində əmək pensiyası təyin olunsa da 2024-cü ilin avqust ayında qanunsuz olaraq kəsilmişdir. Ona əmək pensiyası təyin olunduğu vaxt qadınlar üçün pensiya yaşı 57 yaş olmuşdur. Onun isə hal-hazırda 63 yaşı var. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən vətəndaşın vəziyyətini pisləşdirən normativ aktlar geriyə tətbiq oluna bilməz. Halbuki, Azərbaycan Respublikasında aparılan hüquqi islahatlar çərçivəsində pensiya sahəsində də bir sıra mütərəqqi normativ hüquqi aktlar qəbul olunmuş, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlər reallaşdırılmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 14.1.3-cü maddəsinə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı Departamentinin 137 saylı mənzil istismar sahəsinin xx.xx.2024-cü il tarixli, 503 saylı arayışından göründüyü kimi xx.xx.2023-cü il tarixli nəvəsi X20 onun himayəsində olmaqla həmin uşağa o, baxır. Belə ki, o, nəvəsi xx.xx.2023-cü il təvəllüdlü X15 baxılması ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, cavbadeh inzibati orqan tərəfindən müraciəti təmin edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-259111/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2- 259111/2024 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İİ dərəcə əlil olduğu üçün ona 11 iyul 2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq mərhum X7 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçı müvafiq təminat xəcliyinin (1237,75 manat) 80 faizi-990,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası və 99,02 manat maddi yardım ödənilib. İddiaçının əlilliyinin etibarlılıq müddəti 3 oktyabr 2022-ci il tarixinədək olması ilə əlaqədar ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının müddəti də 1 noyabr 2022-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçının müraciəti ilə əlaqədar 1 iyun 2022-ci il tarixindən Qanunun 14.1.3-cü maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Atamalı Sadıxovun 8 yaşına çatmamış nəvəsinə baxdığına görə ailə başçısını itirməyə görə müvafiq təminat xərcliyinin (1237,75 manat) 80 faizi- 990,20 manat məbləğində əmək pensiyası və 99,02 manat maddi yardım müəyyən edilməklə ödənilib. İddiaçının nəvəsi X11 8 yaşına çatması ilə əlaqədar Qanunun 14.1.3-cü maddəsinə uyğun olaraq, ona baxmağı ilə əlaqədar ona ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi 1 avqust 2024-cü il tarixindən dayandırılıb. Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək), Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış (hazırda qadınlar üçün 64 yaş, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş atası, anası, əri (arvadı), vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qeyd olunanlara əsasən, iddiaçıya əmək pensiya hüququ verən yaşı (hazırda qadınlar üçün 64 yaş) tamam olmadığından, eyni zamanda orqanizmin funksiyalarının 61-80 faiz (İİ dərəcəli) və ya 81-100 faiz (İ dərəcəli) pozulmasına görə əlil olmağını təsdiq edəcək hər hansı sənəd Mərkəzi Filialda mövcud olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan 2 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 859683 “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X17 xx.xx.2017-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 03 ayının 02 günündə 393 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun “Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi”nin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 18/1343 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ailə başçısının itirməyə görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinə əsasən yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 990 manat, 20 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 990 manat, 20 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ailə başçısının itirməyə görə əmək pensiyası yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 990 manat, 20 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 990 manat, 20 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 №-li məktubunda göstərilmişdir ki, “... İİ dərəcə əlil olduğunuz üçün sizə özünüzə münasibətdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 11 iyul 2017ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2ci və 20.17.2-ci maddələrinə uyğun olaraq mərhum X7 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla sizə müvafiq təminat xəcliyinin (1237,75 manat) 80 faizi-990,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası və 99,02 manat maddi yardım ödənilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Müraciətinizlə əlaqədar sizə özünüzə münasibətdə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılaraq, 1 iyun 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3cü və 20.17.2-ci maddələrinə uyğun olaraq mərhum Atamalı Sadıxovun 8 yaşına çatmamış nəvəsinə baxdığınıza görə ailə başçısını itirməyə görə müvafiq təminat xərcliyinin (1237,75 manat) 80 faizi-990,20 manat məbləğində əmək pensiyası və 99,02 manat maddi yardım müəyyən edilməklə ödənilir.” 4 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV № 926048 “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X20 xx.xx.2023-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin 09-cu ayının 22-ci günündə 3882 №-li qeyd edilmişdir. Ata qrafasında X4 adı və ana qrafasında X9 adı qeyd olunmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2023-cü il təvəllüdlü X20 ünvan 1 ünvanında qeydiyyatdadır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış “Pensiyanın ödənişin dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-212276/2024 №-li məktubunda göstərilmişdir ki, “... İİ dərəcə əlil olduğunuz üçün sizə 11 iyul 2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq mərhum X7 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla sizə müvafiq təminat xəcliyinin (1237,75 manat) 80 faizi-990,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası və 99,02 manat maddi yardım ödənilib. Əlilliyinizin etibarlılıq müddəti 3 oktyabr 2022-ci il tarixinədək olması ilə əlaqədar ailə başçısını itirməyə görə ödənilən əmək pensiyanızın müddəti də 1 noyabr 2022-ci il tarixinədək müəyyən edilmişdir. Müraciətinizlə əlaqədar 1 iyun 2022-ci il tarixindən Qanunun 14.1.3-cü maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2ci maddəsinə uyğun olaraq, mərhum Atamalı Sadıxovun 8 yaşına çatmamış nəvəsinə baxdığınıza görə ailə başçısını itirməyə görə müvafiq təminat xərcliyinin (1237,75 manat) 80 faizi-990,20 manat məbləğində əmək pensiyası və 99,02 manat maddi yardım müəyyən edilməklə ödənilib. X1 8 yaşına çatması ilə əlaqədar Qanunun 14.1.3-cü maddəsinə uyğun olaraq, ona baxmağınızla əlaqədar Sizə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi 1 avqust 2024-cü il tarixindən dayandırılıb. Məlumat üçün bildiririk ki, Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; - Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - Həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış (hazırda qadınlar üçün 64 yaş, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş atası, anası, əri (arvadı); - Vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.” Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1644 №-li arayışında göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanında nəvəsi xx.xx.2023-cü il təvəllüdlü X20 ilə birlikdə yaşayır və X2 Gülüstan Ağar qızının himayəsindədir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-17- 1/2-S-62369/2025 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) 20 fevral 2025-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir”. Qeyd olunanları nəzərə alaraq, nəvəniz X19 (təvəllüd: 9 avqust 2023-cü il) X8 vəfatından (27 fevral 2017-ci il) sonra doğulduğundan X32 baxdığınıza görə mərhum Atamalı Sadıqovun vəfat etməsi ilə bağlı onun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası ... 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. ... 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. ... 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. ... 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. ... 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. MƏHKƏMƏNİN MÖVQEYİ. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum - xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X6 xx.xx.2023-cü il tarixli nəvəsi X15 baxması ilə əlaqədar olaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir. İlkin olaraq qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası, o cümlədən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir. Belə ki, iddia tələbinin hüqüqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxs olunsun. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinin məqsədi uşağın hüquqlarının müdafiəsi ilə bağlı deyildir. Həmin norma ailə başçısının ölməsi səbəbindən pensiya alma hüququnun nəvəyə deyil, nəvəyə baxan valideynlərdən birinə və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacıya keçməsini nəzərdə tutur. Bu norma, ailə başçısı öldüyü halda, ailə başçısının təminatında olan şəxsin sosial təminatının davam etdirilməsi şərtlərini (habelə buna hüququ olan şəxslərin dairəsini) müəyyən edir. Bu hüquqi şərtlər, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı üzrə dövlətin sosial sahədə öhdəlikləri və bu normanın konstitusion məqsədləri baxımından təhlil olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsində qeyd olunur ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bu baxımdan qeyd olunan normada “nəvəyə baxma” dedikdə, sadəcə nəvəyə nəvaziş və qayğı göstərməkdən bəhs olunmur. Bu anlayışla valideynləri tərəfindən qayğı və qulluqdan kənarda qalmış uşaqlara nənə və ya baba tərəfindən baxıldığı halları nəzərdə tutulur ki, bunun da Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən olunmuş rəsmiləşmə qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar dairəsi müəyyən edilmişdir ki, hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Eyni zamanda bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş Suraxanı Rayonu İcra Hakimiyyəti Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1644 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında xx.xx.2023-cü il təvəllüdlü nəvəsi X20 ilə birlikdə yaşayır və nəvəsi X2 Gülüstan Ağar qızının himayəsindədir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayış xx.xx.2023-cü il təvəllüdlü nəvəsi X10 İddiaçı himayəsində olmasını təsdiq edən mötəbər sənəd kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136.3-cü və 136.4-cü maddələrinə əsasən, uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir və uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Məcəlləyə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıdaki müddəalarına nəzər yetirdikdə məlum olur ki, Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 35. Qəyyumlar və himayəçilər 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Belə ki, qanunvericiliyin müvafiq müddəalarına əsasən qeyd edir ki, valideyn himayəsindən məhrum olan uşaqlara qəyyum təyin edilməsini dəqiq tənzimləyən inzibati və qaydalar (reqlament) müəyyən olunduğundan və valideyn himayəsindən məhrum olmuş uşağa qəyyum təyin edilməsi barədə qəyyumluq orqanının qərarı (sərəncamı) olmadan İddiaçı xx.xx.2023-cü il təvəllüdlü nəvəsi X10 himayəçisi kimi qəbul edilməsi maddi-hüquqi cəhətdən mümkün deyildir. İş üzrə əlavə qiymət verilməli hal ondan ibarətdir ki, X18 ailə başçısı kimi vəfat edərkən X10 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olubolmamasıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 03 nömrəli Qərarının 3.1-ci bəndində izah olunmşdur ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Mübahisə doğurmur ki, X17 xx.xx.2017-ci il tarixdə ölmüş və X20 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Belə olduqda görünür ki, X3 Atamalı Qafar oğlunun vəfat edənə qədər tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmadığından ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda məhkəmənin mövqeyinə görə, xx.xx.2023cü il tarixli nəvəsi X22 valideyn himayəsindən məhrum olmuş uşaq kimi iddiaçının himayəsində olmadığından və qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun himayəsinə və ya övladlığına verilmədiyindən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsində təsbit olunmuş şəxslər dairəsinə düşmədiyindən, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ mövcud deyildir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar