Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3426/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçının əlillik vəziyyəti 4 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında xx.xx.2013-cü il tarixində ilkin qiymətləndirilmiş və xx.xx.2013-cü il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 1 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Boyun fəqərələrinin toral osteoxondrozu vertebro baziliyar qan dövranı pozğunluğu kökcük agrıları ilə. ÜİX: Gərginlik stenokardiyası. Ezofaqit qeyd edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2014-cü il tarixindən sonra iddiaçının əlillik vəziyyəti 4 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixində təkrar qiymətləndirilmiş və xx.xx.2014-cü il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 1 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Boyun fəqərələrinin toral osteoxondrozu vertebro baziliyar qan dövranı pozğunluğu kökcük agrıları ilə. ÜİX: Gərginlik stenokardiyası. Ezofaqit qeyd edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti 4 saylı Şəhər Poliklinikasının Forma 88 nömrəsi 0100003AAA81 olan, xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixində təkrar qiymətləndirilmiş və xx.xx.2015-ci il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 1 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Boyun fəqərələrinin toral osteoxondrozu vertebro baziliyar qan dövranı pozğunluğu kökcük agrıları ilə. ÜİX: Gərginlik stenokardiyası qeyd edilmişdir. Sonraki dövrdə iddiaçının əlillik vəziyyəti Göyçay rayon X5 88 nömrəsi 0276003AAJ8P olan, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 5 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artılma və artımsız, Ağ ciyərlərin sirrotik fibrozkovernoz vərəmi. Qanhaxırma, Qanhayxırma. Ağçiyət-ürək çatmamazlığının digər formaları, Ağ ciyər ürək çatmamazlığı İİİ mərhəli. Ürəyin xroniki işemik xəstəliyi, ÜİX. Hipertenziv ensefalopatiya qeyd edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti Göyçay rayon X5 88 nömrəsi 0276003AALWX olan, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 5 il, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: TSEK göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsəs diaqnoz A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, keltural üsulla – mühitdə artımla və ya artımsız, Ağ ciyərinin sirrotik fibroz kavernoz vərəmi XDR forma. Ağırlaşma R04.2 Qanhayxırma, Qanhayxırma. Ağırlaşma İ27.8 Ağciyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları, Ağ ciyər-ürək çatmamazlığı İİİ dərəcə. Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu. Yanası xəstəliklər İ20 Stenokardiya [döş inağı]. ÜİX.Gərginlik stenokardiyası İİİ fs. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya. Yanaşı xəstəliklər M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi. Boyun-bel fəqərələrinin osteoxondrozu kökcük agrıları ilə qeyd edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyəti Göyçay rayon X5 88 nömrəsi 0276003AANPC olan, xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixində təkrar qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli əlilik təyin edilmişdir. Əlilliyin müddəti – müddətsiz, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Ağ ciyərlərin sirrotik fibroz kavernoz vərəmi XDR forma. Ağ ciyər – ürək çatmamazlığı İİİ dərəcə. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Qanhayxırma. Hipertenziv ensefalopatiya. ÜİX. Gərginlik stenokardiyası İİİ fs. Boyun-bel fəqərələrinin osteoxondrozu kökcük ağrıları ilə qeyd edilmişdir. Sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Göyçay rayon X5 88 nömrəsi L00204723MNT olan, xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirilmiş. Əlilliyin müddəti – müddətsiz, səbəb: ümumi xəstəliklər, Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız. Ağ ciyərlərin fibroz kavernoz vərəmi XDR forma. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, AXOX-yı ağır gedişli kəskinləşmə mərhələsi. Qanhayxırma. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventiliyasiya pozğunluğu. Generalizə edilmiş həyəcan pozuntuları, Generalizə edilmiş depressiv pozuntu. Xroniki respirator çatmamazlıq, XTÇ İİİ B mərhələ. qeyd olunmuş. Meyar: 1.1.6.2. bənd, XBT kodu: A15.0 – Əsas, Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri=>Vərəm=>Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş kultural üsulla – mühitdə artımla və ya artımsız=>İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesefik prosesin sorulması və bərkitməsi mərhərləsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)=>; orqanizmin funksiyalarının 80 faiz pozulması qeyd edilmişdir. İddidaçı bununla razılaşmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edərək əlillik dərəcəsinin artırılması xahiş etmişdir. İddiaçının müraciətinə cavab verilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2024-cü il tarixdən birinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, sağlamlığını itirmiş və ona əlillik təyin edilmişdir. Ən son olaraq səlahiyyətli poliklinika tərəfindən Forma-88 doldurularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş və orada ona “ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla-mühitdə artımla və ya artımsız, ağ ciyərlərin fibroz kavernoz vərəmi XDR forma” diaqnozu qoyulmuş və müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Onun faktiki olaraq əmək qabiliyyəti yoxdur. Hazırda bir çox xəstəliklərdən əziyyət çəkir və hərəkət etməkdə çətinlik çəkir. Ona əlillik təyin olunan zaman orqanizmin funksiyalarının pozulması faizi 80 faiz olaraq götürülsə də, faktiki olaraq onda orqanizmin funksiyalarının pozulma faizi 100 faizdir. Onlar məhz birinci qrup əlillik təyin etməmək üçün bunu 81 deyil, məhz 80 faiz pozulma kimi qeyd etmişlər. Hesab edir ki, məhz onda da yuxarıda göstərilən hallar olduğu üçün yüksək olan göstərici 10 faiz artırılmaqla ona əlillik təyin olunmalı idi. Lakin cavabdeh qanunsuz və əsassız hərəkət edərək ona ikinci qrup əlillik təyin etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş müddətsiz ikinci qrup əlillik qanunsuz hesab edilməklə, ona birinci qrup müddətsiz əlillik təyin edilməlidir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay RMX-ın xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Əsas diaqnoz A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Ag ciyərlərin fibroz-kavernoz vərəmi XDR forma.TDM(+). Yanaşı xəstəliklər J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ag ciyərlərin xroniki obstruktiv xəstəliyi agır gedişli kəskinləşmə mərhələsində. Ağırlaşma Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, KƏNAR ŞƏXSİN QULLUĞUNA EHTİYACİ VAR! Yanaşı xəstəliklər F41.1 Generalizə edilmiş həyəcan pozuntuları, Generalizə olunmuş depressiv həyəcan pozuntusu.: birtərəfli; OPT 80 faiz” olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının göndərişində və tibbi sənədlərdən çıxarışlarda ekspert komissiyaları tərəfindən qoyulan Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Ag ciyərlərin fibroz - kavernoz vərəmi XDR forma. diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması haqqında Əsasnamənin 1.1.6.2.-ci bəndinə uyğun əlillik təyinatına əsas verir. Bakı İnzibati Məhkəməsinin İş 2-1(112)-3426/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri nəzərə alınaraq qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması və iddiaçıda olan əsas diqanozun və ağırlaşmaların, o cümlədən yanaşı xəstəliklərin faiz dərəcələri ayrı-ayrılıqda göstərilməklə əsaslandırılmış qərarın qəbul edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının Q00233883QCV nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə nəticəsindən narazı olan İddiaçı məhkəməyə müraciət etmiş və qərardadınıza uyğun olaraq xx.xx.2025-ci il tarixində 13 nömrəli Tibbi-sosial ekspert komissiyasının eksperthəkimləri tərəfindən yaşadığı ünvanda əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixli ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 20 fevral 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Göyçan Rayon Mərkəzi Xəstəxanasının “Ağ ciyər vərəmidiaqnozu ilə rəsmiləşdirilmiş göndərişi əsasında vətəndaşın iştirakı olmadan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan şəxs məhkəməyə müraciət etmiş, məhkəmə qərardadı əsasında Agentliyin həkim-ekspertləri tərəfindən müayinə olunması üçün DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət edilmiş, lakin əyani müayinədə iştirak edə bilmədiyindən, məhkəmə qərarı əsasında xx.xx.2025-ci il tarixində ərazi üzrə fəaliyyət göstərən 13 saylı TSEK-in ekspert-həkimləri tərəfindən yaşadığı ünvanda ev şəraitində müayinə olunmuş, video-görüntüsü çəkilərək və tibbi sənədləri toplanaraq 3-17-4/3-1-2891/2025 nömrəli akt tərtib edilmiş, DTSERA-ya Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərilmişdir. Çəkilmiş video-görüntü əsasında İddiaçı şikayətlərinin fiziki hərəkət zamanı döş qəfəsində ağrılardan, bəlğəmli öskürəkdən, təngnəfəslikdən, nəfəs alıb vermənin çətinləşməsindən, boğulmadan olmuş, anamnestik olaraq 2006-cı il tarixindən bu xəstəlikdən əziyyət çəkdiyini, xəstəliyinin həbsxanada olduğu zaman başladığını, müxtəlif tibb müəsisələrində, Elmi Təhqiqat AğX2 və Xüsusiləşdirilmiş vərəm xəstəxanalarında ambulator və stasionar müalicələr, hazırda isə simptomatik müalicələr aldığını bildirmiş, obyektiv müayinəsi zamanı dəri və görünən selikli qişaların rəngi avazımış, əllərində dərialtı piy qatı kafi inkişaf etmiş, auskultasiya zamanı ağciyərlərin üzərində sərtləşmiş tənəffüs fonunda fitverici xırıltıların eşidildiyi məlum olmuşdur. Toplanılmış sənədlər arasında, 2 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü l tarixli epikrizinə əsasən diaqnoz "Ag ciyərlərin fibroz- kavernoz vərəmi XDR forma.” şəklində göstərilmiş, X8 X2 xx.xx.2024-cü il tarixində aparılmış Spirometriya müayinəsinin nəticəsi "Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox agır ventilyasiya pozğunluğu qeyd olunur.” kimi qiymətləndirilmişdir. Dövlət tibb müəssisəsinin qiymətləndirilməyə əsas verən göndərişində qeyd edilmiş əsas diaqnozun obyektiv müayinə zamanı aşkar edilmiş ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulmasına uyğun olduğu müəyyən edilmiş, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın əsaslı olduğu məlum olmuşdur. Beləliklə, anamnestik məlumatlar, obyektiv və intrumental muayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2 bəndinə müvafiq xx.xx.2024-cü il tarixindən etibarən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). İddiaçı əlilliyin dərəcəsinin daha yüksək olduğunu iddia edir ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş, iş materiallarında həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı məlum olmadığından və iddia ərizəısinə əlavə edilmiş əlillik təyinatı barədə qərar xx.xx.2024-cü il tarixdə çap edildiyindən məhkəmə iddiaçının hazırda mübahisələndirdiyi qərardan həmin tarixdə məlumatlı olmasınıə əsas götürərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlir. (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya ilk dəfə xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə, 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə, 1 il müddətinə, xx.xx.2021-ci il tarixdə, 5 il müddətinə və xx.xx.2021-ci il tarixdə, 5 il müddətinə 2-ci dərəcəli əlil hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, forma 88 nömrəsi L00204723MNT nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddidaçı bununla razılaşmamış və cavabdehə müraciət edərək əlillik dərəcəsinin artırılmasını, yəni ona İ dərəcə (orqanizmin funksiyalarının 81-100% pozulması ilə) əlillik təyin edilməsini xahiş edir. Məhkəmə hesabe edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. İş materiallarında müəyyən edilir ki, sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 2 nömrəli X3 tərəfindən xx.xx.2024-cü il tarixli, Forma 88 nömrəsi L00204723MNT olan göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xəstəlikləri aşağıdakı kimi olmuşdur. Əsas diaqnoz – XBT kodu – A15.0 Ağ ciyərin fibroz kaveroz vərəmi.. Yanaşı xəstəlik – XBT kodu – J960 XTÇ İİİ dərəcə; Yanaşı xəstəlik – XBT kodu – B18.1. Hepatit B; Qeyd edilən əsas diaqnoz və yanaşı xəstəliklərin iddiaçıda olması iş materiallarında olan tibbi sənədlərə əsasən öz təsdiqini tapır. Göndərişdə qeyd olunan diaqnozların iddiaçıda olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda da etiraf edilmişdir və mübahisələndirilmir. Lakin cavabdeh iddiaçının orqanizmin funksiyalarının pozulma faizini düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh iddiaçıda olan əsas diqanozla müəyyən edilmiş faiz dərəcəsinə, iddiaçıda qeyd edilən yanaşı xəstəliklərin faiz dərəcəsini əlavə etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti İddiaçının əsas diaqnozu – XBT kodu – A15.0 Ağ ciyərin fibroz kaveroz vərəmi. 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) – 65-80% Hazırkı işdə cavabdeh qeyd olunan əsas diaqnoz üzrə iddiaçının əlilliyi Meyarların 1.1.6.2-ci bəndinə uyöun olaraq OFP 80% müəyyən etmiş, həmin faizin üzərinə üzə iddiaçıda olan yanaşı xətsəlilər bağlı diaqnozu, yəni tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadlarına görə 10% əlavə etməmişdir. Belə olan halda, cavabdeh iddiaçının əsas diaqnozunu OFP faizini 80% deyil, yanaşı xəstəliklərinə görə isə, 10% əlavə edilməklə İ dərəcə əlillik, yəni OFP 81-100% müəyyən edilməli idir. İddiaçıda olan yanaşı diqanozlar: Yanaşı xəstəlik – XBT kodu – B90.9 tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları - 1.1.7.1 - İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri) – 35-60%. 1.1.1.1. - təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə - 35-60% 1.1.8.1 - zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz orta dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti – 35-60% İddiaçıda olan əsas diqanoz və yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi cavabdeh tərəfindən bu diqaqnozların iddiaçıda olması və əlillik təyinatına əsas verməsini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 1 dərəcə (OFP 81-100%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; ... Məhkəmə iddiaçının əyani müayinənin nəticələri ilə bağlə qeyd edir ki, əyani müayinə iddiaçının yaşadığı mənzildə formal aparılmış, cavabdeh əyani müayinə nəticəsində iddiaçının barəsində istisaslaşmış tibb müəssələri (X4 və s.) tərəfindən verilmiş tibbi sənəbləri nəzərə almamasını əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Məhkəmə iş üzrə xx.xx.2025-ci il tarixli ekspert rəyini mötəbər sübut hesab etmir, ona görə ki, rəydə işin halalrı köçürülmüş, ekspertiza hər hansı tədqiqqat aparmamış, cavabdehin iddiçıya əlillik təyin edilməsinə dair qərarda qeyd edilənlər rəyin nəticə hissəsinə köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək İddiaçı orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3426/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3426/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver