Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3427/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Cavabdehnə və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X1rşı (üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və "xxxx" MTK) “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Cavabdehnə və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X1rşı (üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş 100.000 (yüz min) manat maddi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirdi ki, ailələləri ünvan 1 ünvanında 65, 66 və 66a mənzillərinə sahib idi. Mənzilləri yerləşdiyi binalar “pilot layihəsi”nə düşmüşdür. “Pilot layihə”lərinə icazə verilməsində məqsəd qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Lakin "xxxx" MTK Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarına və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamına zidd olaraq onların mənzillərinin sökülməsini qarşılıqlı razılaşma yolu ilə həll etməyib digər “taktikanı” seçdi. "Gözəl Bakı” MKT söküntü işlərini sakinlər tam köçürülmədən apardı. Tikinti şirkəti vətəndaşların bir qismi ilə razılaşandan sonra həmin mənzilləri, binanın aparıcı konstruksiyalarını, hətta binanın əksər hissəsini, kommunikasiyaları sökərək faktiki olaraq digər vətəndaşların, o cümlədən onların həyatlarını təhlükəyə atıb onları razılığa məcbur edirdilər. Söküntü işləri əsasən axşam və gecə saatlarında buldozer vasitəsilə aparılırdı. Buna səbəb mənzillərini tərk etməmiş sakinlərə bir növ psixoloji təzyiq göstərmək idi. Axı söküntü ilə yaratdıqları və elə bil ki, qəsdən onu bir qədər də gücləndirdikləri səs və silkələmə 2000-ci ildəki zəlzələdən betər idi. Düzdür, zəlzələ bir neçə dəqiqə davam etdi, bunların söküntüsü isə bir il. Söküntü işləri aparılarkən onlar dəfələrlə aidiyyəti olan dövlət orqanlarına müraciət etmişlər. Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyindən iki məktub almışıq - birincisi № 37/36-00624, 06.02.2019-cu il və ikincisi № 37/36-01652, 05.04.2019-cu il tarixli. Hər iki məktubda MTK-nın fəaliyyəti sakinlərə münasibətdə qəbuledilməz qiymətləndirilir və MTK-ya xəbərdarlıq edilir. Hər 2 məktubun son sətrində də “Gözəl Bakı’’ MMC-yə bildirilib ki, qanunsuz hərəkətlərini davam etdirəcəkləri təqdirdə tikinti dayandırılacaq. Lakin heç bir nəticə olmamışdır. Axırıncı məktub 2019-cu ilin aprel ayında göndərilib. Onlar isə tam olaraq mənzillərini 2020-ci ilin yanvar ayında tərk etmişlər. MMC onlara qarşı həmin qəbuledilməz fəaliyyətini axıra kimi davam etdirib. Bəs Agentliyin axırıncı xəbərdırlıqdan sonra hərəkətsizliyini nə ilə izah etmək olar? MTK-nın onlara qarşı hüquqazidd əməl ilə uzunmüddətli qeyri-insani davranışları, təcavüzü nəticəsində onların ailə üzvlərinin hamısı stress keçirmiş, bunun nəticəsində onlar hamısı mənəvi ağrı və iztirabla üzləşmişlər. Bu səbəbdən anası X6 06.07.2020-ci il tarixdə ürəyi davam gətirməyib dünyasını dəyişmişdir. İddiaçı1 isə 2-ci tip şəkərli diabet xəstəliyinə tutulmuşdur, bunun fəsadı olaraq gözlərinin görmə qabiliyyətinə görə müddətsiz 3-cü dərəcəli əlil olub. Bu barədə cavabdehlərə müraciətlər ünvanlasalar da heç bir cavab verilməmişdir. Cavabdehlər hər müraciətdən sonra gələ bilmədiklərini, bir müddət sonra gələ biləcəklərini bildirirdilər. Lakin edilən müraciətlərə münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı1 və İddiaçı3 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 06.02.2019-cu il tarixli məktubda qeyd edilir: ünvan 3 ünvanlarda yaşayan vətəndaşlar Nailə İsmayılova və İddiaçı1, həmin ərazidə rəhbərlik etdiyiniz MMC tərəfindən söküntü işləri aparılmaqla evlərinin qəzalı vəziyyətə salınmasından narahatlıqları barədə Cavabdehnə ünvanladıqları 19 yanvar 2019-cu il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olduğu kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamına uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən, "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, tərəfinizdən ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətdə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, söküntü və tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsi Sizə tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 05.04.2019-cu il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1 ünvanlarda yaşayan vətəndaş İddiaçı1, həmin ərazidə rəhbərlik etdiyiniz MMC tərəfindən söküntü işləri aparılması nəticəsində ev qəzalı vəziyyətə salınmasından narahatlıqları barədə Cavabdehnə ünvanladığı 08 mart 2019-cu il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olduğu kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamına uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və sakinlərin köçürülməsi müvafiq "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, tərəfinizdən ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətdə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, söküntü və tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsi Sizə tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 070305 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 1 saylı evin 26.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 66 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi 24.04.2001-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 179332 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 saylı evin 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 66 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi 08.01.2004-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 1 saylı evin 65 saylı mənzili İddiaçı3 adına xüsusi mülkiyyət kimi 20.04.1993-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Tikintidə X4 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 06 yanvar 2022-ci il tarixli məktubda qeyd edilir: ünvan 4 ünvanda İddiaçı1 və digərlərinin yaşadığı binanın sökülməsi ilə əlaqədar təsdiq edilmiş sənədlərin surətinin təqdim edilməsi barədə Cavabdehnə ünvanladığınız 28 oktyabr 2021-ci il tarixli 2-1(112)-11863/2021 nömrəli müraciətinizə Agentlikdə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd edilən ünvanda Nəsimi rayonu İcra Hakimiyyətinin 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamı ilə "xxxx" MMC tərəfindən mövcud qeyri-yaşayış obyeklərinin və yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış və qeyriyaşayış obyeklərinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Tikintidə X4 Agentliyi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış 06.03.2019-cu il tarixli telefonoqramda qeyd olunur: Mütəxəssislərimiz tərəfindən Bakı şəhəri Nəsimi rayonu ərazisində tikintisi aparılan obyektlərə dövlət nəzarəti həyata keçirilən zaman Ak.Topçubaşov, A.Səhhət, X.Şuşinski, F.Qasımzadə küçələrinin əhatə etdiyi ərazidə, F.Qasımzadə küçəsi, ev 1 ünvanda üçmərtəbəli yaşayış binasının bir hissəsinin "xxxx" MTK tərəfindən qismən söküldüyü, digər hissəsində isə sakinlərin yaşaması faktı aşkarlanmışdır. Bu da hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd edilən ünvanda yaşayan insanların təcili köçürülməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verməyinizi xahiş edirik. İş materiallarında olan "xxxx" MTK tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış 11 avqust 2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7595/2019 saylı 30.12.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı3 faktiki istifadəsində olmuş 55 kv.m-ə görə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət-Akademik Topçubaşov küçələrinin kəsişməsindəki G girişinin 7-ci mərtəbəsində, 3 otaqlı 87.6 kv.m-dən ibarət mənzilə, Salamova Elmiranın faktiki istifadəsində olmuş 85.5 kv.m-ə görə isə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət-Akademik Topçubaşov küçələrinin kəsişməsindəki G girişinin 5-ci mərtəbəsində, 3 otaqlı 124.8 kv.m-dən ibarət mənzilə bağlı "xxxx" MTK tərəfindən təklif olunmuş müqavilələrin bağlanması üçün "xxxx" MTK-nın ofisinə gəlməniz barədə Sizə rəsmi müraciət olunmuşdur. "xxxx" MTK-ya ünvanlamış olduğunuz ərizədə MTK-nın müqavilələrin bağlanması təklifinə vermiş olduğunuz düzəlişlər Ali Məhkəmənin yuxarıda adı çəkilən qərarı baxımından qəbul edilən deyildir və bu səbəbdən Sizə yenə də yuxarıda adı çəkilən mənzillərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7595/2019 saylı 30.12.2019-cu il tarixli icra sənədinə əsasən müqavilələrin bağlanması üçün "xxxx" MTK-nın ofisinə yaxınlaşmağınız təklif olunur. İş materiallarında olan "xxxx" MTK tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış 13 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilir: Ali Məhkəmənin 2(102)- 7595/2019 saylı 30.12.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı3 faktiki istifadəsində olan 55 kv.m, Salamova Elmiranın faktiki istifadəsində olan isə 85.5 kv.m təşkil edir. "xxxx" MTK tərəfindən isə həmin faktiki istifadədə olan sahələrin Ali Məhkəmənin 2(102)- 7595/2019 saylı 30.12.2019-cu il tarixli icra sənədinə əsasən 50 faiz həcmində əlavəsi ilə birlikdə cəmi verilən 212.4 kv.m-dir. Bunlar 5-ci mərtəbədə 3 otaq 124.8 kv.m, təmirli və 7ci mərtəbədə 3 otaq 87.6 kv.m təmirli mənzillərdir. 21.06.2021-ci il tarixində Sizə ünvanladığımız məktubda da "xxxx" MTK ilə müqavilə bağlamağınız üçün "xxxx" MTK-nın ofisinə gəlməyiniz xahiş edilmişdi. Lakin Sizdən bir cavab olmadığına görə, müqavilə bağlamadığınız üçün Ali Məhkəmənin 2(102)-7595/2019 saylı 30.12.2019-cu il tarixli icra sənədinə əsasən mənzillər Sizin iştirakınızla boşaldılaraq "xxxx" MTK-ya təhvil verildiyi gündən 21.01.2020-ci il tarixindən kirayə pulu hesablanır və ilk iki ayın (21.01.2020-dən - 21.03.2020-dək) kirayə pulu 1600 AZN Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülmüşdür. 21.03.2020-ci il tarixindən 01.07.2021-ci il tarixinədək olan kirayə pulunu 16 ay x 800 = 12.800 AZN-i, təmir müddəti üçün veriləcək (01.07.2021-dən 01.10.2021-dək) 3 ay x 800 = 2400 AZN-i Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülür. Nəsimi rayon İcra və Probasiya şöbəsinə müraciət edərək kirayə pulunu və təmir müddəti üçün ayrılmış kirayə pulunu götürə bilərsiniz. Bundan sonra Sizə kirayə pulu verilməsi dayandırıldı. Təkrar olaraq bir daha Sizə müraciət edirik ki, "xxxx" MTK-nın ofsinə gəlib müqavilə bağlayasınız və digər sakinlərin özləri seçim etdiyi kimi mənzillərinizi özünüz tərəfindən təmir edilməsinə və ya "xxxx" MTK tərəfindən olunmasına qərar verəsiniz. Qeyd etmək istəyirik ki, Ali Məhkəmənin 2(102)-7595/l9 saylı 18.12.2019cu il tarixli icra sənədinə əsasən mənzillər Sizin iştirakınızla boşaldılarkən Sizə məxsus olan əşyalar "xxxx" MTK tərəfindən saxlanc yerində hər ay 350 AZN ödənilməklə saxlanılır. Xahiş edirik 25.10.2021-ci il tarixinədək saxlanc yerindən əşyalarınızı götürəsiniz. Əks halda saxlanc yeri üçün ödənilən hər ay 350 AZN 01.03.2020-ci il tarixindən hesablanaraq məhkəməyə müraciət edilərək Sizdən tələb olunacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır; 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçılar onlara məxsus ünvan 1 ünvanında, 65, 66 və 66a mənzillərin yerləşdiyi binanın "xxxx" MTK tərəfindən Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarına və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamına zidd olaraq qarşılıqlı razılaşma olmadan söküldüyünü, bununla əlaqədar cavabdehlər Fövqaladə Hallar Nazirliyinə və FHN-nin Tikintidə X4 Agentliyinə müraciət etsələr də, lakin heç bir nəticə olmadığını, nəticədə onlara 100.000 manat məbləğində maddi zərər dəydiyini bildirmişlər və hazırda dəymiş zərərin əvəzinin cavabdehlər tərəfindən onlara ödənilməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehlərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin vurulduğunu bildirsələr də və həmin zərərin əvəzi olaraq cavabdehlərdən onların xeyrinə 100.000 manat məbləğində pulun tutulmasını tələb etsələr də, cavabdehlərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3427/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3427/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver