Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3428/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçı hüquqi şəxs İddiaçı nümayəndəsi (təsisçisi və direktoru) Nümayəndə1,cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxslər "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil və “X5” MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “əmtəə nişanından qanunsuz istifadənin dayandırılması və törədilmiş pozuntuya görə maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərarın qəbul edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddiasına üçüncü şəxs qismində “X5” MMC və "xxxx" MMC cəlb olunmaqla məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti.
1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27 sentyabr 2023-cü il tarixli, 3-21-1/2-19537/2023 nömrəli qərarının ləğv edilməsi, cavabdehlər “X5” MMC və "xxxx" MMC tərəfindən “Dıolasheer ice” əmtəə nişanından qanunsuz istifadəyə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzasının tələblərinin pozulmasının dayandırılması və törədilmiş pozuntuya görə maliyyə sanksiyasının tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X5” MMC və "xxxx" MMC tərəfindən “DİOLASHeer ice” əmtəə nişanından qanunsuz istifadəyə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzasının tələblərinin pozulmasının dayandırılması və törədilmiş pozuntuya görə “X5” MMC-yə və "xxxx" MMC-yə qarşı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərarın qəbul edilməsi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin 29 fevral 2024-cü il tarixli qərardadı ilə, “X5” MMC və "xxxx" MMC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
4. Məhkəmənin 19 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ildən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışını həyata keçirən kommersiya hüquqi şəxsdir. İddiaçı MMC qabaqcıl dünya ölkələrinin şirkətləri ilə əməkdaşlıq edərək ən son innovasiyalı texnologiyaların ölkədə satışı, servisi və sözügedən avadanlıqların istifadəsinə dair təlimlərin keçirilməsi üzrə ixtisaslaşmışdır. İddiaçı tərəfindən kosmetoloji və lazer epilyasiya avadanlıqlarının satışı zamanı uzun müddət “CUATRO”, “WERTEX” və “DİOLASHeer ice” nişanlarından istifadə edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət tərəfindən verilmiş N20221271, N20221537 və N20221801 nömrəli qeydiyyat şəhadətnamələri ilə bəhs olunan əmtəə nişanları İddiaçı MMC-nin adına rəsmiləşdirilmişdir. Fəaliyyət göstərilən müddətdə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti” qanunsuz olaraq iddiaçıya məxsus “CUATRO”, “WERTEX” nişanlarından sərbəst olaraq maneəsiz istifadə etməyə başlamış, bu istifadə faktı getdikdə daha da çirkin hal almışdır. Nə hüquq mühafizə orqanları, nə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qanunvericiliklə cəzalandırılmalı olan "xxxx" MMC-nin yanında olduğundan və onun qanunsuzluqlarına göz yumduqlarından "xxxx" MMC daha da irəli getmiş, bu dəfə digər əmtəə nişanlarına əsassızcasına hücum etmişdir. Belə ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə sosial şəbəkə üzərindən lazer-epillyasiya avadanlıqlarının reklamının əks olunduğu video-çarx paylaşmışdır. Həmin videoda “DİOLASHeer ice” nişanı həkk olunmuş avadanlıqlar yerləşdirilmişdir. "xxxx" MMC qanunazidd yollara əl ataraq öz cihazlarının haqsız reklamını həyata keçirmiş, üzərində iddiaçının əmtəə nişanı olan “DİOLASHeer ice” nişanlı avadanlıqları öz malları kimi təqdim etmişdir. Nəticədə, bu video vasitəsilə çoxlu satışlar həyata keçirərək "xxxx" MMC İddiaçı MMC-nin xitab edə biləcəyi müştərilərin siyahısını azaltmışdır. Başqasına məxsus əmtəə nişanı altında bir çox müştərilərə, yeni biznesə başlayan sahibkarlara satışlar edilmişdir. Həmin video "xxxx" MMC-nin əməkdaşlarının sosial şəbəkə hesablarında paylaşılmış, hətta "xxxx" MMC-nin rəsmi “İnstagram” hesabından da yayımlanmışdır. Hesabdan paylaşılan videoda videonu çəkən şəxs bu hərəkətlərinin böyük müharibəyə səbəb olacağını gülüş səsləri ilə bildirərək yol vermiş olduqları davranışın qanun pozuntusu olduğunu dərk etdiklərini (yəni qəsdən və bilə-bilə), lakin prinsipə bunu etdiklərini göstərmişdir. Videonun əvvəlində cihazların üstündəki İddiaçı MMC-yə məxsus əmtəə nişanlarının üstü örtülmüş, lakin sonradan cihazlara yapışdırdıqları örtücü kağızları qaldırdıqda “DİOLASHeer ice” nişanın olduğu aydınca görünür. Şübhəsiz ki, "xxxx" MMC-nin qanun pozuntularını dayandırmaması və qəsdən planlaşdırılmış şəkildə məsuliyyətini dərk edərək hər vəchlə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə mane olması cəzasızlıq hissi ilə bağlıdır. Əmtəə nişanlarından qanunsuz istifadə ilə bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət edilmiş, lakin müraciətlərin araşdırılması istiqamətində heç bir əsaslı tədbir görülməmişdir. Məsuliyyət tədbirlərinin görülməməsi də qarşı tərəfdə əminlik, əsassız özünəgüvənin formalaşmasına səbəb olmaqla daha da çirkin əməllərin törədilməsinə şərait yaratmışdır. Maraqlıdır ki, “DİOLASHeer ice” əmtəə nişanın İddiaçı MMC-yə aidliyi və dərhal qeyri-qanuni istifadənin dayandırılması barədə dəfələrlə "xxxx" MMC-yə xəbərdarlıq edilmişdir. Xəbərdarlıqlara məhəl qoymadığından hüquq çərçivəsində aidiyyəti orqanlara iddiaçı müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə qanunla ona verilmiş səlahiyyətlərinin icrasından imtina edərək işi araşdırmağa belə özünə əlavə yük hesab etmişdir. Əvvəlki məktublarına verilən cavablara bənzər əsaslandırılmamış və ilk baxışdan qərəz nümayiş etdirən cavab məktubunu iddiaçıya təqdim etmişdir. Həmin cavab məktubunda isə "xxxx" MMC-nin heç bir günahının olmadığını bildirmək üçün bir-birilə əlaqəsi olmayan əsaslar (əgər buna əsas demək olarsa) göstərilmişdir. "xxxx" MMC bu pozuntunu onun “İnstagram” səhifəsinə edilmiş kiberhücumla əlaqələndirmişdir. Guya bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. Lakin indiyədək müraciətin nəticəsi olmamış, hər hansı bir tədbir görülməmişdir. Diqqəti cəlb edən odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hələ yekunlaşmamış araşdırmaya necə istinad edir. Bəlkə ümumiyyətlə, heç belə bir kiberhücum olmamışdır? Bu qeyri-müəyyən iddiaya etibar edəcək qədərmi, acizdirlər? Əlavə olaraq, "xxxx" MMC-nin dediyinə görə guya onun faktiki istifadəsində olan avadanlıqların üzərindəki “DİOLASHeer ice” əmtəə nişanı Çin şirkəti olan “Beijing Nubway S&T Co., LTD”yə aiddir. Əlimizdə “DİOLASHeer ice” əmtəə nişanın İddiaçıə qanuni mənsubluğunu təsdiq edən dövlət qurumu tərəfindən verilən N2022 1801 nömrəli qeydiyyat şəhadətnaməsi var. Bu sənəd "xxxx" MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. Agentliyin verdiyi hüquqi sənədi görməzdən gəlməklə Xidmət əslində iş prinsiplərini meydanda nümayiş etdirmişdir: irəli sürülən əsaslı dəlilləri bir kənara ataraq saxta və uydurma məlumatlara istinad etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti göstərmişdir ki, iddiaçı ilkin olaraq ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə edilməsi ilə bağlı Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü tarixli məktublarla müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Buna görə İddiaçı MMC-nin müraciətinə əsasən pozuntu faktının müəyyən edilməsi ilə əlaqədar Xidmət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 3- 21-1/2-14460/2023 nömrəli sorğu məktubu ünvanlanmışdır. Daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" MMC-yə məxsus “azestetik” adlı “instagram” sosial şəbəkəsi səhifəsinə kənar müdaxilə nəticəsində kiberhücum təşkil edildiyi və bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edildiyi bildirilmişdir. Bununla əlaqədar Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixli, 3-21-1/2-16211/2023 nömrəli sorğu məktubu ünvanlanmışdır. Xidmət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 3-21-1/2-17920/2023 nömrəli sorğu məktubu ünvanlanmışdır. Daxil olmuş cavab məktubunda “DİOLASHeer ice” əmtəə nişanının alqı-satqısı həyata keçirilən mallara “Beijing Nubway S&T Co., Ltd” şirkəti tərəfindən yerləşdirildiyi, daha sonra həmin malların aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satıldığı və "xxxx" MMC-nin həmin malları "xxxx" MMC-dən əldə etdiyi bildirilmişdir. Eləcə də "xxxx" MMC tərəfindən “Beijing Nubway S&T Co., Ltd” şirkəti ilə əlaqə saxlanıldığı, “DİOLASHeer ice” əmtəə nişanının xx.xx.2022-ci il tarixində həmin şirkətin adına qeydə alındığı və məsələnin aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasına müraciət edildiyi qeyd edilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən Xidmətə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasının xx.xx.2023-cü il tarixli, A223-7/22 nömrəli və xx.xx.2023-cü il tarixli A224-7/22 Qərarlarının surətləri təqdim edilmişdir. Həmin Qərarlarla İddiaçı MMC-yə məxsus N 2022 1271 qeydiyyat nömrəli “CUATRO” və N 2022 1537 qeydiyyat nömrəli “WERTEX” əmtəə nişanlarının qeydiyyatları etibarsız hesab edilmişdir. Habelə Xidmət tərəfindən aparılmış araşdırma zamanı, iddiaçının sosial şəbəkələrdə edilən reklamlarla bağlı iddia ərizəsində qeyd etdiyi pozuntu faktlarının "xxxx" MMC tərəfindən törədildiyi sübuta yetirilə bilməmişdir. Belə ki, Xidmətin xx.xx.2023-cü il tarixli, 3-21-1/2-14460/2023 nömrəli məktubuna münasibətdə "xxxx" MMC tərəfindən Xidmətə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı MMC tərəfindən Xidmətə təqdim edilmiş fotogörüntülərdə qeyd edilmiş saytların ona məxsus olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunmadıqda Antiinhisar orqanı qanun pozuntularının olmaması barədə bu Qaydaların 1.3-cü bəndində göstərilən müddətdə ərizəyə yazılı şəkildə məlumat verməlidir. Dövlət Xidməti İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi faktların əsassız olması, habelə iş üzrə baxıb müvafiq qərar qəbul etmək üçün yetərsiz olması baxımından iddiaçının xx.xx.2023-cü il tarixli, 11,08.2023-cü il tarixli və 11,08.2023-cü tarixli müraciətlərini təmin etməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 7.Daha sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iddia ərizəsinə etirazına əlavəni təqdim edərək göstərmişdir ki, 13 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun Qərarına əsasən, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) uçun müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.Yəni, “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları"na əsasan iddiaçı ilkin olaraq ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə edilməsi ilə bağlı Dövlət Xidmətinə müraciət etmiş, Dövlət Xidməti tərəfindən aparılan icraat zamanı pozuntu faktı aşkarlanmadığı üçün şikayət təmin edilməmişdir və Xidmət tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-21-1/2-19537/2023 nömrəli məktub ilə məsələyə yekun münasibət bildirilmişdir.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarına əsasən inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər.Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır.Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar,sərəncam və ya digər növ aktdır. İddiaçının müraciətinin araşdırılması ilə əlaqədar Xidmət tərəfindən “Estetik Group" MMC-yə xx.xx.2023-cü il tarixli 3-21-1/2-14460/2023 nömrəli sorğu məktubu ünvanlanmışdır. Daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" MMC-yə məxsus “azestetik” adlı “instagram" sosial şəbəkəsi səhifəsinə kənar müdaxilə nəticəsində kiberhücum təşkil edildiyi və bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edildiyi bildirilmişdir.Bununla əlaqədar Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinə xx.xx.2023-cü il tarixli, 3-21-1/2- 16211/2023 nömrəli sorğu məktubu ünvanlansa da, hazırki tarixə qədər sorğu cavablandırılmamışdır.Habelə, "xxxx" MMC tərəfindən Xidmətə ünvanlanmış xx.xx.2023cü il tarixli cavab məktubunda “Azcosmetics" MMC tərəfindən Xidmətə təqdim edilmiş fotogörüntülərdə qeyd edilmiş saytların ona məxsus olmadığı bildirilmişdir.Bununla əlaqədar Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinə xx.xx.2023-cü il tarixli,3-21-1/2-16211/202. nömrəli sorğu məktubu ünvanlanmışdır.Əlavə olaraq bildiririk ki, Xidmət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 3-21-1/2-17920/2023 nömrəli sorğu məktubu ünvanlanmışdır. Daxil olmuş cavab məktubunda DİOLASHeer ice əmtəə nişanının alqısatqısı həyata keçirilən mallara “Beijing Nubway S&T Co., Ltd” şirkəti tərəfindən yerləşdirildiyi, daha sonra həmin malların bağlanmış alqı-satı müqaviləsinə əsasən "xxxx" MMC-yə satıldığı və həmin malların "xxxx" MMC-dən əldə etdiyi bildirilmişdir. Eləcə də "xxxx" MMC tərəfindən "Beijing Nubway S&T Co., Ltd” şirkəti ilə əlaqə saxlanıldığı, “DİOLASHeer ice” əmtəə nişanının xx.xx.2022-ci il tarixində həmin şirkətin adına qeydə alındığı və məsələnin aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasına müraciət edildiyi qeyd edilmişdir."xxxx" MMC tərəfindən Xidmətə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasının xx.xx.2023-cü il tarixli, A223-7/22 nömrəli və xx.xx.2023-cü il tarixli, A224-7/22 nömrəli Qərarlarının surətləri təqdim edilmişdir. Belə ki, «Azcosmetics” MMC-nin iddia ərizəsində də qeyd etdiyi, "DİOLASHeer İCE" əmtəə nişanından savayı, İddiaçı MMC-yə məxsus N 2022 1271 qeydiyyat nömrəli “CUATRO" və N 2022 1537 qeydiyyat nömrəli “WERTEX' əmtəə nişanlarının qeydiyyatları etibarsız hesab edilmişdir.Eyni zamanda, "xxxx" MMC tərəfindən Xidmətə təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasının xx.xx.2024-cü il tarixli А183/23 nömrəli Qərarının surəti təqdim edilmişdir. Belə ki, İddiaçı MMC-yə məxsus N 2022 1801 qeydiyyat nömrəli DİOLASHeer ice əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilmişdir.Bununla əlaqədar olaraq bildiririk ki, həmin dövrdə qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla özbaşına təqlid edilməsi;digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.Habelə, həmin Qanunun 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçılarını çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.Yuxarıda göstərilənlərə əsasən, "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyətində iddiaçının qeyd etdiyi qanunsuzluqlar aşkar edilməmişdir.İddiaçı iddia ərizəsində əlavə olaraq qeyd edir ki, "xxxx" MMC və "xxxx" MMC qanunsuz fəaliyyət göstərdiyi üçün barələrində “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 4 və 9-cu maddələrinə əsasən maliyyə sanksiya tətbiq edilsin.Bununla əlaqədar bildirilir ki, həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 4-9-cu maddələrində göstərilən qanunsuz hərəkətləri nəticəsində haqsız rəqabətə yol verən şəxslər barəsində satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə etdiyi gəlirə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.İddiaçının özünün də təqdim etdiyi Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Azər Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Nadir Rzazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarda göstərilir ki, "xxxx" MMC-nin fəaliyyət ünvanına baxış keçirilən zaman “DİOLASHeer ice” əmtəə nişanının adları dəyişdirilmişdir. Göründüyü kimi, iddiaçının iddiası üzrə qeyd etdiyi faktlara inzibati icraat zamanı Xidmət tərəfindən də baxılmış, qanunvericiliyə uyğun olaraq araşdırma aparılmış, “AzEstetik Group" MMC və "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə məxsus əmtəə nişanından qanunsuz istifadə halı aşkar edilməmişdir.Eyni zamanda, sözügedən şirkətlər barəsində maliyyə sanksiyasının tətbiqini tələb edən iddiaçı “DİOLASHeer ice” əmtəə nişanından istifadə edilərək əldə edilən hər hansı gəlirin olmadığını nəzərə almır.Cavabdeh göstərilənlərə əsasən bir daha iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
8.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
9.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 10.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 11.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu, "xxxx" MMC tərəfindən heç bir qanunsuz hərəkətə yol verilmədiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 12.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinin, iddiaçının təqdim etdiyi sübutların əsassız olduğunu, “X5” MMC tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, təqdim edilmiş fotogörüntülərdə qeyd edilmiş saytların “X5” MMC-yə məxsus olmadığını, məhsulların zavoddan aldıqdan sonra satıldığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 13.Məhkəmə iş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı "xxxx" MMC-nin ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə edilməsinə dair müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılmışdır, "xxxx" MMC tərəfindən “Azcosmetics" MMC-yə məxsus əmtəə nişanlarından qanunsuz istifadə edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 11 08.2023-cü il tarixli və xx.xx.2023-cü müraciətlərdə qaldırılan məsələlərlə bağlı Xidmət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 3-21- 1/2-14460/2023 nömrəli sorğu məktubu ünvanlanmışdır. Həmçinin Xidmət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli sorğu məktubu ünvanlanmışdır. Daxil olmuş cavab məktubunda “DİOLASHeer ice» əmtəə nişanının alqı-satqısı həyata keçirilən mallara “Beijing Nubway S&T Co., Ltd” şirkəti tərəfindən yerləşdirildiyi, daha sonra həmin malların bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satıldığı və "xxxx" MMC-nin həmin malları "AzEstetik Group” MMC-dən əldə etdiyi bildirilmişdir. Eləcə də ‘Laser Cosmetics” MMC tərəfindən “Beijing Nubway S&T Co., Ltd" şirkəti ilə əlaqə saxlanıldığı, “DİOLASHeer ice” əmtəə nişanının xx.xx.2022-ci il tarixində həmin şirkətin adına qeydə alındığı və məsələnin aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasına müraciət edildiyi qeyd edilmişdir.”AzEstetik Group” MMC tərəfindən Xidmətə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasının xx.xx.2023-cü il tarixli, A223- 7/22 nömrəli və xx.xx.2023-cü il tarixli, A224- 7/22 Qərarlarının surətləri təqdim edilmişdir. Həmin Qərarlarla İddiaçı MMC-yə məxsus N 2022 1271 qeydiyyat nömrəli “CUATRO” və N 2022 1537 qeydiyyat nömrəli “WERTEX” əmtəə nişanlarının qeydiyyatları etibarsız hesab edilmişdir; İddiaçı MMC-nin cavabdehə ünvanlanmış şikayət ərizəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar va İstehlak Bazarına Nəzarət Xidmətinin xx.xx.2023-cü il tarixli qərarının icrası məqsədilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “azestetik”, “lazeraparatlari.az”, “dr.sevlnccalilova" və “kredit_lazer_aparatlari_jnci” instaqram hesablarında İddiaçınə aid “CUATRO” və “WERTEX" əmtəə nişanlarının əks olunduğu bütün foto-şəkil və videoçarxların silinməsi üçün “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə göstəriş verilməsi, eyni zamanda xx.xx.2023cü il tarixli qərar icra edilmədiyindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 20.000 AZN miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir; İddiaçının cavabdehə ünvanlanmış “Haqsız rəqabətin qarşısının alınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” şikayətinə əsasən iddiaçı, "xxxx" MMC tərəfindən “CUATRO”, “WERTEX” və "xxxx" əmtəə nişanlarından istifadə edilməsinə görə həmin MMC və onun əməkdaşları tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 3-cü abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzasının tələblərinin pozulmasının dayandırılmasını və törədilmiş pozuntuya görə maliyyə sanksiyasının tətbiq edilməsi xahiş edilmişdir; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən “DİOLASHeer ice” əmtəə nişanı altında "xxxx" MMC tərəfindən xaricdən mal idxal edilməmiş, hər hansı xarici şirkətlə bu əmtəə nişanı altında alğı-satqı müqaviləsi bağlanmamış və ölkə daxilində mal satışı həyata keçirilməmişdir; Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əmtəə nişanı haqqında şəhadətnaməsinə əsasən “DİOLASHeerice əmtəə nişanı 2024 1801 qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır, əmtəə nişanının qüvvədə olma müddəti şəhadətnamədə xx.xx.2032-ci il göstərilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasının A183/23 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən “Beijing Nubway s&T Co/LTD şirkətinin İddiaçı MMC-yə məxsus 2022 1801 qeydiyyat nömrəli DİOLASHeer ice əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatına qarşı etiraz ərizəsi təmin edilmiş, 2022 1801 qeydiyyat nömrəli DİOLASHeer İce əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Həmin qərarda göstərilmişdir ki, “DİOLASHERR İCE” əmtəə nişanı ƏXBT-nin 10-cu sinif əmtəələri üzrə Çin Xalq Respublikasında qeydiyyata alınmışdır. Paris Konvensiyasının üzvü olan Azərbaycan Respublikası ərazisində nişan sahibi olan İddiaçı MMC “DİOLASHERR İCE” əmtəə nişanının satışı üzrə Beijing Nubway S&T Co. LTD-nin distribyutoru olmuş və həmin şirkətin məhsulunun satışını həyata keçirmişdir. Belə ki, İddiaçı MMC agent, distibyutor olduğu müddət ərzində mübahisəli nişanı Beijing Nubway S&T Co. LTD-nin icazəsi olmadan öz adına qeydə aldırmışdır. Tərəflər arasında bağlanmış eksklüziv müqavilələr İddiaçı MMC-yə “DİOLASHERR İCE” lazer aparatının yalnız satışını həyata keçirmək hüququ verilmişdir, yəni, o, nişanı öz adına qeydə aldırmaq hüququna malik olmamışdır; Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əmtəə nişanı haqqında şəhadətnaməsinə əsasən "xxxx" əmtəə nişanı 2024 0713 qeydiyyat nömrəsi ilə Beijing Nubway S&T Co., LTD., Room 307, 3rd Floor, No.5 Building, X3, No 1 Caida 3 rd Street, Nancai Town, Shunyi District, Beijing (CN) adına qeydiyyata alınmışdır, əmtəə nişanının qüvvədə olma müddəti şəhadətnamədə xx.xx.2033-ci il göstərilmişdir.
İV. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir: 22.1.1. məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi; 22.1.2. rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması; 22.1.3. rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi; 25.1-ci maddəsinə əsasən aşağıdakılar haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir:25.1.1. haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi;25.1.2. Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması;
15. xx.xx.2024-cü ilə qədər qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri; 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması;əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması;əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi;əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə:müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə;qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;vurulmuş zərəri ödəməyə;tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. 12-ci maddəsinin 3-cü hissəsinə əsasən maliyyə sanksiyaları bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının göstərişlərindən və qərarlarından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
16.«Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. 19-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır.Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 18.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0-cı bəndinə əsasən bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.3. antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək; 3.0.6. antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək; 4.0-cı bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: 4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq; 19.Tərəflər arasında mübahisənin yaranması zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq surətdə təsdiq olunmuş surətləri əlavə olunmaqla Antiinhisar orqanına təqdim edilir. Xarici dildə tərtib olunmuş sənədlər, onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir (1 nömrəli əlavə), 1.3-cü bəndinə əsasən antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübut olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar orqanı əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar orqanı ərizəçiyə yazılı şəkildə məlumat verməlidir. 1.3-1-ci bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olubolmadığını müəyyən etmək məqsədi ilə antiinhisar orqanı tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir, 1.4-cü bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunmadıqda Antiinhisar orqanı qanun pozuntularının olmaması barədə bu Qaydaların 1.3 bəndində göstərilən müddətdə ərizəyə yazılı şəkildə məlumat verməlidir.
19. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı irəli sürdüyü iddianın əsası kimi xx.xx.2023-cü ilə qədər iddiaçının adına qeydiyyatda olmuş əmtəə nişanından üçüncü şəxslərin qanunsuz istifadə etməsini, qeyd edilən qanunsuz hərəkətlərə qarşı cavabdehin qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görmədiyini qeyd etmişdir. Lakin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurasının A183/23 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Beijing Nubway s&T Co/LTD şirkətinin İddiaçı MMC-yə məxsus 2022 1801 qeydiyyat nömrəli DİOLASHeer ice əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatına qarşı etiraz ərizəsi təmin edilmiş, iddiaçının adına qeydə alınmış və hal-hazırda iddiaçının iddiasının hüquqi əsası kimi göstərilmiş 2022 1801 qeydiyyat nömrəli DİOLASHeer İce əmtəə nişanının ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə qeydiyyatı etibarsız sayılmışdır. Qeyd edilən qərarda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X1 Şurası göstərmişdir ki, “DİOLASHERR İCE” əmtəə nişanı ƏXBT-nin 10-cu sinif əmtəələri üzrə Çin Xalq Respublikasında qeydiyyata alınmışdır. Paris Konvensiyasının üzvü olan Azərbaycan Respublikası ərazisində nişan sahibi olan İddiaçı MMC “DİOLASHERR İCE” əmtəə nişanının satışı üzrə Beijing Nubway S&T Co. LTD-nin distribyutoru olmuş və həmin şirkətin məhsulunun satışını həyata keçirmişdir. İddiaçı MMC agent, distibyutor olduğu müddət ərzində mübahisəli nişanı Beijing Nubway S&T Co. LTD-nin icazəsi olmadan öz adına qeydə aldırmışdır. Tərəflər arasında bağlanmış eksklüziv müqavilələr İddiaçı MMCyə “DİOLASHERR İCE” lazer aparatının yalnız satışını həyata keçirmək hüququ verilmişdir, yəni, o, nişanı öz adına qeydə aldırmaq hüququna malik olmamışdır. Belə olan halda iddiaçı “DİOLASHERR İCE” əmtəə nişanının sahibi deyildir və həmin nişanı öz adına qeydə aldırmaq hüququna malik olmadığı üçün onun üçüncü şəxslər tərəfindən qeyd edilən əmtəə nişanından istifadə edilməsi nəticəsində hüquqlarının pozulması halı baş verməmişdir. Odur ki, məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından iddiaçının cavabdeh tərəfindən hər hansı bir publik hüququnun pozulması müəyyən edilməmişdir. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 21.Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin “X5” MMC və "xxxx" MMC tərəfindən “DİOLASHeer ice” əmtəə nişanından qanunsuz istifadəyə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzasının tələblərinin pozulmasının dayandırılması və törədilmiş pozuntuya görə cavabdehlərə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərarın qəbul edilməsi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı MMC-nin “X5” MMC və "xxxx" MMC tərəfindən “DİOLASHeer ice” əmtəə nişanından qanunsuz istifadəyə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü abzasının və 9-cu maddəsinin ikinci və üçüncü abzasının tələblərinin pozulmasının dayandırılması və törədilmiş pozuntuya görə cavabdehlərə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərarın qəbul edilməsi ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova