Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-343/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56)açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Qaradağ rayon XDS İK-nin xx.xx.1985-ci il tarixli, 5/79 saylı qərarı ilə ona verilmiş Qaradağ rayonu, ünvan 7, 4 saylı mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının atası Böyük Vətən müharibəsi veteranı olmuşdur. 1960-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7, 4 saylı mənzil iddiaçının atası X1 verilmişdir. Daha sonra iddiaçının atasına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil verilmişdir. Qaradağ rayon XDS İK-nin xx.xx.1985-ci il tarixli, 5/79 saylı qərarı ilə iddiaçının atası qeydiyyatdan çıxmış və həmin mənzil ailə üzvləri ilə birlikdə iddiaçının istifadəsinə verilmişdir. Həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, sonununcunun cavab məktubu ilə ərizəyə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsas gətilirirək müraciətin təmin edilməsindən imtina edilmişdir. Hesab edilir ki, cavabdehin qeyd olunan əsaslarla iddiaçının müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli **********22 nömrəli etirazında bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2019-ci il tarixli, **********54 saylı cavab məktub ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, cavabdeh tərəfindən verilmiş etirazda iddianın mümkün sayılmamasının göstərilməsinə baxmayaraq, iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Qaradağ rayon İcraiyyə Komitəsinin Xalq Deputatları Sovetinin 5/79 saylı, xx.xx.1985-ci il tarixli “Böyük vətən müharibəsi əlili İ.İddiaçı mənzilin təqdim edilməsi barədə” qərarının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhər İcraiyyə komitəsinin 26 aprel 1985-ci il tarixli 5/73 saylı qərarı ilə Qaradağ rayon İcraiyyə Komitəsinin sovetliyinə Böyük vətən müharibəsi iştirakçısını təmin etmək üçün Qobustan qəsəbəsində iki ədəd ikiotaqlı mənzil ayrılmışdır. Rayon İcraiyyə Komitəsinin mənzil komissiyası icraiyyə komitəsinə 6 nəfərdən ibarət ailə tərkibi ilə Böyük vətən müharibəsi iştirakçısı İ.İddiaçı təqdim etməyi tövsiyə edir. Böyük vətən müharibəsi iştirakçısı X11, ailə tərkibi 6 nəfər, 3 nəfərdən ibarət ailə tərkibi ilə ünvan 3 ünvanında yaşayır, sahəsi 25,5 kv.metr, mənzil uçotunda 1973-cü ildən durur, dördotaqlı mənzil üçün birinci qeydə alınıb. Qaradağ rayon icraiyyə komitəsinin xalq deputatları soveti qərara alır: 1) Rayon icraiyyə komitəsinin mənzil komissiyasının qərarını təsdiq etmək və 6 nəfərdən ibarət ailə ünvan 4 ünvanında sahəsi 58, 30 kv.metr olan 6-cı blokda, 1, 4-cü mərtəbələrdə, iki ədəd iki otaqlı, 52 və 56 nömrəli mənzillər təqdim edilsin. 2) Orderə daxildir: 1. X11, 2. X4, 3. X2, 4. X12, 5. X5, 6. X10. 3) Mənzil uçotundan çıxarılsın. 4) Köhnə mənzildə 3 nəfərdən ibarət ailə tərkibi ilə oğlu İddiaçı ailəsi qalır. - Qaradağ rayon İcraiyyə Komitəsinin Xalq Deputatları Sovetinin 29 aprel 1985-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Qaradağ rayonu, ünvan 7, 4 saylı mənzilə dair üç nəfər ailə üzvü ilə İddiaçı adına 237666 saylı, 05 may 1985-ci il tarixli order verilmişdir. - Qaradağ rayon MKTD tərəfindən verilmiş 359 saylı, xx.xx.2019-cu il tarixli forma-2 arayışından aydın olur ki, İddiaçı adına xx.xx.1976-cı il tarixdə 166 nömrəli şəxsi hesab açılmışdır. İddiaçı həqiqətən Qobustan rayonu, Torağay yolu, 12 nömrəli ikimərtəbəli evin 1-ci mərtəbəsində, sahəsi 25,5 kv.metr olan, 4 nömrəli ikiotaqlı mənzilində yaşayır. Mənzil tam kommunal şəraitlidir. Mənzili icarəyə götürən (mülkiyyətçi) İddiaçıdur. İddiaçı ailəsi 6 nəfərdən ibarətdir: özü, xx.xx.1957-ci il təvəllüdlü X6, xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9. - İİ-ЖГ seriyalı, 489842 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 1995-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. - AZ-1 seriyalı, 271816 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 22 noyabr 2007-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 598 nömrəsi ilə qeyd aparılmışdır. - Notarial qaydada tərtib edilmiş ərizələrdən aydın olur ki, iddiaçının yetkinlik yaşına çatmış ailə üzvləri - X6, X13 və X7 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********54saylı, xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən 4 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlərin 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmədiyi əsas gətirilməklə ərizənin təmin edilməsindən imtina olunmuşdur. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı yaşadığı və kirayəçisi olduğu mənzili öz adına özəlləşdirilməsi üçün ərizə ilə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və ərizəsinə Qaradağ rayon İcraiyyə Komitəsinin xalq deputatları sovetinin müvafiq qərarını, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilən mənzilin kommunal məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 №-li forma), sözügedən mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzilə sahəsinə hüquq olan 18 yaşı tamam olmuş şəxslərin (ailə üzvlərinin) ərizələrini və digər sənədləriəlavə etmiş və həmin sənədlər onun 4 nömrəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yetərli olmuşdur. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı **********54 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubunda isə bildirilmişdir ki, mənzil fondunun özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş sənədlər təqdim edilməmişdir. Cavabdehin iddiaya dair xx.xx.2020-ci il tarixli **********22 nömrəli etirazında da eyni “əsaslar” və qanunların məsələnin mahiyyəti ilə heç bir əlaqəsi olmayan müddəaları sadalanmışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Qanunun yuxarıda şərh edilən müddəalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmək olur ki, iddiaçının yaşadığı və kirayəçisi olduğu mənzili özəlləşdirmək üçün cavabdeh inzibati orqana müraciəti və bununla bağlı təqdim etdiyi sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun olduğundan, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanuni və əsaslıdır. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilən hallar da qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində isə qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı imtinasını və yuxarıda şərh edilən qanunvericiliyin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaması qanunsuz və əsassız olmuşdur. Cavabdehin cavab məktubunda və iddiaya dair etirazında qeyd edilən çatışmamazlıqların inzibati icraat zamanı aradan qaldırılması mümkün olduğu halda, cavabdeh inzibati orqan imtinaya üstünlük verərək, məsələnin həllindən yayınmışdır. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.2-1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh digər inzibati orqanın arxivində saxlanılan sənədlər əsasında zəruri hesab edilən araşdırmaları aparmamış və nəticədə formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Beləliklə, işin faktiki və yuxarıda şərh edilən hallarından görünür ki, cavabdeh iddiaçının kirayəçisi olduğu mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqdan imtina etməklə mövcud qanunvericiliyin tələblərini pozmuş və bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu məhdudlaşdırmışdır. İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd etmışdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı vəəsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Digər tərəfdən, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən 4 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən 4 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan şikayət onun tam formada tərəfə təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 9 Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 11 QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-343/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-343/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver