Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-343/2021 29.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı X13 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pedaqoji X3 Komitəsinin Məclisinin xx xxxxxx 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən mərhum atası X1 adına ayrılmış Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.m torpağı sənədləşdirərək atası X1 adına çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 məxsus Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququna dair atası X1 adına arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən 2-1(112)-1800/20 saylı inzibati iş üzrə X13 üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Məclisinin xx xxxxxx 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən, Bakı şəhəri Əzizbəyov, hazırkı Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsinin 19 saylı bağ ərazisi kimi atası, mərhum X2 verilməsi qərara alınmışdır. Atasının tək qanuni vərəsəsi olaraq Ədliyyə Nazirliyi 37 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Sözügedən torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin - çıxarışın olmaması səbəbi ilə notariat ofisi vasitəsi ilə torpaq sahəsinin sənədləşdirilərək torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizəsinə verilmiş xx.xx.2019-cu il tarixli, **********65 saylı cavab məktubu ilə, yəni inzibati aktla qanunsuz və əsassız olaraq xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Həmin inzibati akt ona xx.xx.2019-cu il tarixdə cavabdehin yerləşdiyi ünvanda alınması barədə kitaba imza edilərək təqdim edilmişdir. Belə ki, məktubda göstərilmişdir ki, bağçılıq yoldaşlığının ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan sözügedən torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, əlavə edilmişdir ki, iddiaçının mərhum atasına ayrılmış 19 saylı bağ sahəsi xx/xx-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmin bağ sahəsi isə digər fiziki şəxs tərəfindən hazırda istifadə olunmaqdadır. Buna görə də ərizənin icrası mümkün olmamışdır. Cavabdehin ona ünvanlandığı məktub, yəni müraciətinə dair qəbul etdiyi inzibati akt qanunsuz və əsassız olmuş, müraciəti üzrə yeterli inzibati araşdırma aparılmamış, hər iki torpaq sahəsinin sərhədləri müasir ölçmə cihazları ilə dəqiq müəyyən edilməmiş, nəticədə ona münasibətdə mülkiyyət hüquqlarını tam həyata keçirməyə mane olacaq inzibati akt qəbul edilmişdir. xx/xx-2076/2077 saylı bağ sahəsi fiziki şəxsin adına ayrılarkən həmin ərazidə digər fiziki şəxsin, indiki halda mərhum atasının adına torpaq sahəsinin ayrılmasından ƏMDK-nin ərazi üzrə müvafiq şöbəsi məlumatlı olmalı və ya həmin ərazidə digər fikizi və ya hüquqi şəxslərin adına əvvəlcədən torpaq sahəsinin ayrılıbayrılmaması ehtimal ilə gərəkli araşdırma aparılmalı, daha sonra torpağın ayrılması barədə qərar qəbul edilməli idi. Bundan başqa cavab məktubunda ondan torpaq sahəsinin sərhədlərinin arasında bölgüyə dair notarial qaydada razılıq tələb edilməsi gözləntisinin qeyd olunması da tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X14 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********65 nömrəli bildirişdə göstərilmişdir ki, bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan sahənin yerini dəqiqləşdirmək mümkün olmadı. Həmçinin bağ sahəsi xx/xx-2076/2077 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir və bununla bağlı həmin bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş sxemi təqdim olunmamışdır. Bundan əlavə bağ sahəsi digər fiziki şəxs tərəfindən istifadə olunmaqdadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan Bağçının 19 №-li bağçılıq üzvlük kitabçasına, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Məclisinin xx xxxxxx 1996-cı il tarixli iclasının 28 saylı protokoluna əsasən, Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) Şüvəlan qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsi 19 saylı bağ ərazisi X2 ayrılmaqla bağcılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 19 saylı bağ sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m, faktiki ölçüsü isə 750 kv.m-dir. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuşdur. Məhkəmə sorgusu əsasında daxil olmuş Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********10 saylı məktubunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağçılıq yoldaşlığının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 19 nömrəli bağ sahəsinə dair (üzvlük kitabçası, protokoldan çıxarış və s) arxiv qovluğunda aşkar olunmadıgı göstərilmişdir. Tələb edilmiş materiallardan görünür ki: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının X9 Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X13 arasında bağlanmış 38603 saylı xx xxxxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən Şüvəlan ərazisindəki 26/27- 2076/2077 nömrəli bağ X11 istifadəsinə verilmişdir; -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən xx/xx-2076/2077 nömrəli bağ sahəsinə dair sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq Bağ Təsərrüfatı və İstismar Birliyinin 38603 nömrəli 20 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən sahəsi 0.09 ha olan xx/xx-2076/2077 nömrəli bağ sahəsində X11 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1188916 saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, xx/xx-2076/2077 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Muradova Təranə Adil qızının adına daşınmaz əmlakın dövlət reyestrində 766 nömrəli reyestr kitabının 72574 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “istİfadəyə (icarəyə) verilən torpaq sahəsinin 06/16 saylı xx.xx.2006-cı il tarixli ayrıc aktına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1990-cu il tarixli, 4/145 saylı sərəncamı ilə Əzizbəyov rayonunda “Şimal” Dres-in cənub-şərq hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün 2.0490 hektar torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri Əzizbəyov rayonun Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Şimal” Dres-in cənub-şərq hissəsində 06/16 saylı xx.xx.2006-cı il tarixli ayrıc aktı əsasında ADPUnun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemindən görünür ki, 19 saylı torpaq sahəsi X4 ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ЖГ № 458814 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 oğlu xx xxxxxx 1996-cı ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 37 saylı Notariat Ofisinin cavabdeh ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı X1 vərəsəsidir. Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(112)-1800/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2723 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Qərardadın birinci sualı üzrə: “xxxx” MMC-nin mütəxəssis rəyində ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları müəyyən edilərək müvafiq sxem tərtib olundu. Həmin ərazi Dövlət mülkiyyətinə aid olmaqla bağ torpaq sahələrinin ərazisidir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X8 oğlunun adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ümumi sahəsi 0,09 ha olan xx/xx-2076/2077 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 10 metr kənarda yerləşir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən Səidməmmədov Aynal Seyfəlmülk oğlunun adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağa münasibətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində “Şimal” DRES-in cənub şərq hissəsində 06/16 saylı xx.xx.2006-cı il tarixli ayrıc aktı əsasında ADPUnun əməkdaşlarına bağçılıq-yoldaşlıq təsərrüfatı üçün verilmiş torpaq sahəsinin üzvləri arasında bölgü sxemi arasında uyğunsuzluq mövcud deyil. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.metr bağ sahəsi bütövlükdə üçüncü şəxslər tərəfindən istifadə edilir. Hasara alınmış həmin bağ sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunün 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum atası X2 Azərbaycan Dövlət Pedaqoji X3 Komitəsinin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə 19 saylı bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası X15 Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının iddia tələbi ilə bağlı bağçılıq yoldaşlığın ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum atasının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Sxematik xəritə ilə bağlı uyğunsuzluq olduğu dəlilinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə həmçinin iddia olunan torpaq sahəsinin 3-cü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin dəlillərini araşdırmış, bu faktın müəyyən olunması üçün ekspertiza təyin etmişdir. Ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X8 oğlunun adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı bağın faktiki yeri və koordinatları X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ümumi sahəsi 0,09 ha olan xx/xx- 2076/2077 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 10 metr kənarda yerləşir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Hazırkı İddiaçı mərhum atası X1 vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X5 vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, xx xxxxxxx 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilərək, ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.metr bağ sahəsinin İddiaçı mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2723 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat göstərilmişdir. “xxxx” MMC-nin (VÖEN **********) 868204 saylı, xx xxxxxx 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən MMC-nin hesabına 400 (dörd yüz) manat məbləğində xidmət haqqı köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə, üçüncü şəxsə münasibətdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.4-cü maddəsində göstərilən hallarından hər hansı biri müəyyən edilmədiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ADPU-nun HİK-nin Məclisinin xx xxxxxx 1996-cı il tarixli 28 saylı protokoluna əsasən X1 adına ayrılmış Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən 19 saylı 600 kv.metr bağ sahəsinin İddiaçı mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- X7; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE**********00********). İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına köçürülmüş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi olaraq 400 manat (dörd yüz) məbləğində pul Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq İddiaçı ödənilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 HAKİM : MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-343/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-343/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver