Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-343/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun üçüncü qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə 09 saylı tibbi-sosial ekspert komissiyası tərəfindən ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Lakin 2021-ci ildə TSEK təkrar iclas keçirərək hüquqa zidd şəkildə ona verilmiş əlillik statusunu ləğv etmişdir. İddiaçının əlilliyə əsas yaradan xəstəliyi sağalmaz fibroz tənəffüs çatışmalığıdır ki, həmin xəstəlik ağ ciyərlərdə dəliklərin olması ilə müşahidə olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 3 saylı X4 Məntəqəsinin xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və X2: i Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => -15- A19 - Vərəm => A16 - Tənəffüss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: sol ağ ciyərin infiltrativ vərəmi dağılma mərhıələsidə tənəffüs çatmazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə mtina verilmişdir. 3 saylı X4 Məntəqəsinin 1-ci Poliklinika bölməsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull...; Diaqnozun mətni: keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri.hepatit C.; Meyar: 2.3. Üçüncü cərəcə əlillik => DİGƏR: keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri.hepatit 0” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ədliyyə Nazirliyinin Pnetensiar Xidmətinin X1 '9.06.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik: X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər ~> -15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X2: İ Sinif - Bəzi infeksion və parazitar j xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloj; təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull..Diaqnozun mətni: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Ədliyyə Nazirliyinin Pnetensiar Xidmətinin X1 xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri fibrozvə bərk ocaqlar şəklində.VM(-) neqativ Ağırlaşma A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Yanaşı xəstəliklər B17.1 Kəskin C hepatiti; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: AXİ-da müayinə və müalicə olunmaq tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Ədliyyə Nazirliyinin Pnetensiar Xidmətinin X1 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri fibroz və bərk ocaqlar şəklində .VM(-) neqativ , tənəffüs çatmamazlığı İİ dərəcə , Kəskin C hepatiti; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin son 5 ildə stasionar müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müayinə və müalicə olunmaq tövsiyyə olunur” olmuşdur. Odur ki, iddiaçıya əlavə müalicə olunduqdan sonra əlilliyin qiymətləndirilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1970-ci il təvəllüdlü Xudaşov X5 rayonu, Şorbaçı ərazi dairəsi, Məmmədrzalı kəndi ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəbi: Ümumi xəstəlik, “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull...; Diaqnozun mətni: keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri.hepatit C.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: keçirilmiş ağ ciyər vərəmindən sonrakı qaiıq əlamətləri.hepatit C” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull: Diaqnozun mətni: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş. Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsullarla təsdiq edilmiş, Xroniki respirator çatmamazlıq Kəskin C hepatiti” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri fibrozvə bərk ocaqlar şəklində.VM(-) neqativ Ağırlaşma A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Yanaşı xəstəliklər B17.1 Kəskin C hepatiti; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: AXİ-da müayinə və müalicə olunmaq tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə ƏN PX X1 xx.xx.2022-ci il tarixli, 4450003AAAPT saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Əsas diaqnoz – A15.0 – Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya aramsız, Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri fibrioz və bərk ocaqlar şəklində. VM (-) neqativ. Ağırlaşma - J96.1 Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə, Yanaşı xəstəliklər - B17.1 Kəskin C hepatiti, Kəskin C hepatiti. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin son 5 ildə stasionar müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2022-ci il tarixli, xx/xx-3300 nömrəli məktubu ilə göndərilmiş tibbi arayışdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş (cəzanın əvvəlixx.xx.2018-ci il; sonu-xx.xx.2026-cı il) 1970-ci il təvəllüdlü məhkum İddiaçı barədə Tibbi Arayışda qeyd edilmişdir ki, Verilir ona görə ki, məhkum 1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə ƏN PX 1 saylı Cəzaçəkmə müəssisəsindən Əlillik dərəcəsinin təyini məqsədi ilə ƏN PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə (İMM) daxil olmuşdur. Xəstə stasionarda kliniki, instrumental və laborator müayinələrdən keçirilmiş və onda “Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fıbroz və bərk ocaqlar şəklində, VM (-) neqativ. “C” viruslu hepatit, subklinik mərhələ” kliniki diaqnozu təsdiqlənmişdir. xx.xx.2021-ci il XHK-nın qərarına əsasən xəstədən götürülmüş bəlğəmin əkmə müayinəsinin nəticəsi neqativ olduğu üçün dispanser şöbəsində dinamik müşahidə altında saxlanılması məsləhət görülmüşdür. Hal-hazırda İddiaçı ümumi vəziyyəti kafidir, müəssisənin dispanser şöbəsinin qeydiyyatında saxlanılır. Qeyd etmək istəyirik ki, İddiaçı ƏN İMM-də 2 dəfə stasionarda vərəm müalicəsində olmuşdur: xx.xx.2005-ci ildə 1 saylı İstintaq təcridxanasından “Ağciyərlərin infiltrativ vərəmi” diaqnozu ilə İMM-nə daxil olmuşdur.Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “Sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, infiltrasiya mərhələsində, VM (+) pozitiv, kliniki diaqnozu təsdiqlənmişdir. xx.xx.2005-ci il tarixdə XHK-nın qərarı ilə DOTS proqramı üzrə müalicə kursuna cəlb edilmiş, xx.xx.2005-ci il tarixdə “Sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, VM (-) neqativ” diaqnozu müalicəsi başa çatdırılmışdır. Təkrarən İddiaçı xx.xx.2013-cü il tarixində 2 saylı İstintaq təcridxanasından “Ağciyər vərəmi” diaqnozu ilə İMM-nə daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “Ağciyərlərin ocaqlı vərəmi, infiltrasiya mərhələsində, VM (+) pozitiv” kliniki diaqnozu təsdiqlənmişdir. xx.xx.2013-cü il tarixdə XHK-nın qərarı ilə DOTS proqramı üzrə müalicə kursuna cəlb edilmiş, xx.xx.2013cü il tarixdə “Ağciyərlərin ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, VM (-) neqativ” müalicəsi “sağalıb” nəticəsi ilə başa çatdırılmışdır. Əlavə olaraq bildirmək istəyirik ki, 2022ci ilin may ayında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları tərəfindən xəstəyə əyani baxış keçirilmiş, və video lentə alınaraq şikayətləri dinlənilmiş və tibbi sənədlərinə baxılmışdır. Bu barədə qurumun yekun qərar verəcəyi tərəfimizə bildirilmişdir. Sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı son 5 ildə stasionarda spesifik vərəməleyhinə müalicə almamasına səbəb aparılan bütün tibbi müayinələrin nəticəsində aktiv vərəm prosesinin aşkar edilməməsi olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsində Agentliyin Tibbi-sosial ekspert komissiyasının həkim- mütəxəssisləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq 2013-cü ildən heç bir stasionar müalicəsi olmadığından və müalicə potensialı tükənmədiyindən, barəsində “Əlavə müalicəyə ehtiyacın olması” qərarı qəbul edilmişdir. 14 saylı TSEK-in xx.xx.2022-ci il tarixli əyani müayinə aktından görünür ki, əlilliyin qiymətləndirilməsindən narazı qalan Bakı ƏN PX İxtisaslaşdırılmış Müalicə müəssisəsində İddiaçı 5 və 6 saylı TSEK komissiyası tərəfindən müayinə otağında müayinə olundu. Müəyyən olundu ki, Bakı ƏN PX İxtisaslaçdırılmış Müalicə müəssisəsində İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 4450003AAAPT saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina qərarı verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində diaqnoz keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri fibroz və bərk ocaqlar şəklində VM(-) neqativ, tənəffüs çatmamazlığı İİ dərəcə, kəskin C hepatiti. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: şikayətləri ürək döyünmə, təngnəfəslik, bəlğəmli öskürək, baş ağrıları, dəri və görünən selikli qişaları normal rəngdədir, dərialtı piy qatı normal inkişaf edib, periferik limfa düyünləri əllənmir, sümük əzələ sistemi patalogiyasızdır, tənəffüs sistemi ağ ciyər üzərində auskultasiya zamanı ağ ciyərlər üzərində sərt tənəffüs eşidilir, ürək qan damar sistemi-ürək tonları karlaşıb, ritmikdir, At 140/90 Ps ritmikdir, həzm sistemi dili qurudur, qaraciyər və dalaq əllənmir, stul və diurez normaldır, sinir sistemi asteno nevrotik vəziyyət, sidik cinsiyyət sistemi patalogiyasızdır, status lokalist-özünü 15-16 ildir ki xəstə hesab edir. Xəstə hal-hazırda Bakı ƏN PX İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicə kursu keçir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertləri tərəfindən əyani müayinənin keçirilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Məhkəmənin adıçəkilən qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 19 mart 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vətəndaş 7 nömrəli TSEK-in ekspert həkimi tərəfindən Cəzaçəkmə Müəssisəsində müayinə olunmuş müayinə zamanı çəkilmiş video-görüntü və toplanan tibbi sənədlər əsasında akt tərtib edilərək, DTSERA-ya göndərilmişdir. Göndərilmiş sənədlər arasında, ƏN X1 xx.xx.2023–xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından 467/23 nömrəli çıxarışına əsasən diaqnoz "Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində VH (-) neqativ Qarışıq tipli ventilyasıya pozğunluğu ilə fəsadlaşmış C virus mənşəli hepatit subklinik mərhələ şəklində göstərilmiş orada aparılmış spirometriya müayinəsinin nəticəsi Restriksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu”na uyğun olmuş xx.xx.2023-cü il tarixində aparılmış USM nəticəsi “Zəif dərəcəli toxuma sıxlığı fonunda hepatomeqalıya. Öd kisəsi boynunda əyrilik divarında qalınlaşma” kimi qiymətləndirilmiş və əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Cəzaçəkmə Müəssisəsində vətəndaşın obyektiv müayinəsi zamanı çəkilmiş video görüntü nəticəsində məlum olmuşdur ki, düzgün bədən quruluşlu olmuş, dəri və görünən selikli qişaların rəngi normal izlənilmiş tənəffüs çatışmazlığına dair əlamətlər qeyd edilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən "Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı 2021-ci ildə əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı əlillik vəziyyəti 3 saylı X7 Tibb Məntəqəsinin rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə təkrar, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə təkrar, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə “Təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra ƏN Pentensiar Xidmətinin X1 xx.xx.2021-ci il tarixli 4450003AAANU nömrəli və xx.xx.2022-ci il tarixli 4450003AAAPT nömrəli rəsmiləşdirilmiş göndərişləri Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı barəsində tibbi göndərişi təqdim edən müalicə müəsisəsinin məhkəmə sorğusuna əsasən verdiyi cavabda sonuncunun xx.xx.2013-cü il tarixdə XHK-nın qərarı ilə DOTS proqramı üzrə müalicə kursuna cəlb edildiyi, xx.xx.2013-cü il tarixdə “Ağciyərlərin ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, VM (-) neqativ” müalicəsi “sağalıb” nəticəsi ilə başa çatdırıldığı bildirilmişdir. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq İddiaçı son 5 ildə stasionarda spesifik vərəm əleyhinə müalicə almamasına səbəb kimi isə aparılan bütün tibbi müayinələrin nəticəsində aktiv vərəm prosesinin aşkar edilməməsi olmadığı qeyd edilmişdir. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli, 4450003AAAPT saylı göndərişdə əsas diqnozu A15.0 – Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya aramsız, Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri fibrioz və bərk ocaqlar şəklində. VM (-) neqativ olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının adıçəkilən xx.xx.2022-ci il tarixli, 4450003AAAPT saylı saylı tibbi göndərişindəki əsas diaqnozu və ağırlaşmaları əlillik təyinatından imtina zamanı qüvvədə olmuş hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 3.1.14. davamlı, İİ-İİİ dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzlərinin vərəmi (A15-A16.9, A19, J96.0-J96.9) qeyd edilsə də iddiaçıda sadalanan meyarlardakı xəstəlik aşkarlanmamışdır. Həmçinin, hazırkı halda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi, tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları kimi xəstəliklərin qiymətləndirmə meyarlarında xəstəliyin əlilliyə əsas verən əlaməti xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunmasıdır. Sonuncu dəfə məhkəmə qərardadına əsasən iddiaçının cavabdehin ekspertləri tərəfindən 19 mart 2024-cü il tarixli müayinəsi zamanı onun tibbi sənədləri, əyani yoxlaması keçirilmiş və müəyyən edilmişdir ki, ƏN X1 xx.xx.2023–xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasında diaqnoz "Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində VH (-) neqativ qeyd edilmiş, spirometriya müayinəsinin nəticəsi “restriksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu”na uyğun olmuş, iddiaçıda tənəffüs çatışmazlığına dair əlamətlər aşkar olunmamışdır. Beləliklə, iddiaçıda aktiv vərəm prosesi müşahidə olunmamış, aşkar olunan xəstəlik ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri -bərk ocaqlar şəklində olmuş və xroniki tənəffüs çatışmazlığı isə aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-343/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-343/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver