Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3430/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 05.06.2020-ci il tarixli qanunsuz tələbin icraya yönəldilməsi haqqında **********623000 saylı qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “16” may 2018-ci il tarixli onun tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsinə dair qərarına əsasən “04"oktyabr 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə onun apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “15” sentyabr 2017-ci il tarixli 2- 1(81)-3165/2017 saylı qərarı onun ƏDV ödəyicisi kimi dövlət reyestrindən çıxarılma tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, ƏDV qeydiyyatının ləğv edilməsi haqqında iddia tələbi təmin edilərək, onun məcburi ƏDV qeydiyyatının dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qət edilmişdir. Məhkəmələrin qanuni qüvvəsini almış qərarlarından tam şəkildə göründüyü kimi Vergi Məcəlləsinin 155, 157, 218-ci maddələrinin tələbləri vergi orqanı tərəfindən kobud surətdə pozularaq, obyekt uzun müddət, yəni 07.11.2016-cı il tarixə qədər ƏDV-də 4%-lə qeydiyyatda olan halda onlar tərəfindən qanunsuz və əsassız olaraq, onun dövriyyəsi heç vaxt 200.000 (iki yüz min) manatdan artıq olmadığı halda, obyekti 18% ƏDV-yə salmaqla heç bir araşdırılma aparmadan və nəzərə alınmamışdır ki, o, yenidən məhkəmənin qərarı ilə 4%-ə salınsa da, onlar tərəfindən yenidən 05.06.2020-ci il tarixdə tələbin icraya yönəldilməsi haqda qanunsuz qərar qəbul edilmişdir və ona görə də həmin qərarın ləğv edilməsi labüddür. Mlibahisələndirilən qərar barədə onun xəbəri 20.12.2020-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsinə dəvət edilən zaman olmuşdur və həmin tarixdə qərar adı çəkilən şöbədən götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş iddianın mümkün sayılmamasına dair 03.02.2021-ci il tarixli **********665100 yazılı vəsatətdə göstərilmişdir ki, iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab verilmədiyindən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd edilən qərara əsas olmuş qərardan iddiaçı məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinin tələblərinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, (maddə 70.2-1.3) Həmçinin “İnzibati icraat haqqında" Qanunun 62-ci maddəsinin tələbi baxımından inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi 05.06.2020-ci il tarixli **********623000 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; həmin Məcəllənin 23.1.16-cı maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Belə ki, iddiaçının vergilər üzrə 2416,05 manat, maliyyə sanksiyası üzrə 100,0 manat, faizlər üzrə 857,61 manat borcu olduğundan "Vergi borcunun ödənilməsinə dair” bildirişlər göndərilmişdir. Bildirişdə vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi bildirilmişdir. Lakin, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Daha sonra dövlət büdcəsinə olan borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada icra orqanına müraciət ediləcəyi barədə 12.02.2020-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Lakin, borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 23.1.6cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı borc tələbinin icraya yönəldilməsi haqqında 05.06.2020-ci il tarixli **********623000 saylı inzibati qərar qəbul etmişdir. Həmin qərar cavabdeh tərəfindən iddiaçının elektron qovluquna və Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə göndərilməsi təmin edilmişdir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Cavabdeh inzibati orqan qeyd olunanlara əsasən İddiaçı iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 16 may 2021-ci il tarixdə İddiaçı 03.02.2021-ci il tarixdə Bakı şəhəri LGBİ tərəfindən iddianın mümkün sayılmamasına dair təqdim olunmuş yazılı vəsatətə dair yazılı rəy təqdim edərək göstərmişdir ki, Bakı şəhəri LGBİ-nin 03.02.2021-ci il tarixli **********665100 saylı vəsatəti sübutedici sənədlərlə təsdiq olunmadığına və baxılan iddia ərizəsinə aid edilməyən vəsatətdə qanunsuz olaraq qanunveriilik toplusunu göstərməklə nəzərə alınmamışdır ki, cavabdeh vergi orqanının 05.06.2020-ci il tarixli **********623000 qərarında vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin yoxlanılmasının nəticələri, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan, iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb təmin edilməlidir. Vəsatətin sübutedici sənədlərlə tərtib edilməməsi və həqiqətə uyğun olmamasını nəzərə alaraq, qeyd edilən vəsatət iş üzrə əhəmiyyətsiz olduğundan onun iddianın tam həcimdə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X2 vəsatətə uyğun izahat verərək, vəsatətdə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-904/2018 saylı 16.05.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X5 Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 07 noyabr 2016-cı il tarixli, **********469000 saylı və 03 fevral 2017-ci il tarixli, **********144300 saylı "Vergilərin hesablanması barədə” qərarların ləğv edilməsi və onun ƏDV ödəyiciləri reyestrindən çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2-1(81)- 3165/2017 saylı şifahi məhkəmə iclası qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli, 2-1(81)- 3165/2017 saylı qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2018-ci il tarixli, 2-1(103)-36/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2018-ci il tarixli, 2-1(103)-36/2018 saylı qərarı qismən-"ƏDV ödəyiciləri reyestrindən çıxarılması” barədə iddia tələbinin təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmış hissədə - ləğv edilərək, həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” 05.06.2020-ci il tarixli qərarla İddiaçı tərəfindən 2.416,05 manat əsas, 857,61 manat faiz, 100.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 3.373,66 manat vergi, faiz və maliyyə sanksiyasını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri LGBİ-nin 03.02.2017-ci il tarixli **********144300 nömrəli, 07.11.2016cı il tarixli **********469000 nömrəli qərarların 05.06.2020-ci il tarixdə icraya icraya yönəldilməsi, tələbin icraya yöndəldilməsi haqqında 05.06.2020-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmiş qərarın surətinin İddiaçı göndərilməsi qərara alınmış və qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət verilməsi hüququ izah olunmuşdur. Bakı şəhəri LGBİ-nin Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmış və 13.11.2020-ci il tarixdə həmin şöbəyə daxil olmuş 16.10.2020-ci il tarixli **********431000 №li məktubun surətindən görünür ki, Bakı şəhəri LGBİ-də qeydiyyatda olan İddiaçı barəsində tələbin icraya yönəldilməsinə dair 05.06.2020-ci il tarixli **********623000 nömrəli qərar və ona əlavə olunmuş sənədlər “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə müvafiq olaraq icra edilməsi üçün təkrarən həmin şöbəyə göndərilmişdir. Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı göndərilmiş 195606/2020-16-22-0019711 №-li 13.11.2020-ci il tarixli tələbin könüllü icrası haqqında Bildirişdə 13.11.2020-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri LGBİ-nin **********623000 nömrəli, 05.06.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmiş, bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı qeyd olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş iddianın mümkün sayılmamasına dair 03.02.2021-ci il tarixli **********665100 yazılı vəsatətdə göstərilmişdir ki, mübahisələndirilən 05.06.2020-ci il tarixdə qəbul edilmiş qərar cavabdeh tərəfindən iddiaçının elektron qovluğuna və Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından, 05.06.2020-ci il tarixdə qəbul edilmiş qərar cavabdeh tərəfindən iddiaçının elektron qovluğuna göndərildikdən sonra qanunvericiliyin tələblərinə əsasən göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığından, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 06 (altı) ay 17 gün keçdikdən sonra, yəni 25.12.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq (iddia ərizəsi məhkəməyə göndərilməsi üçün AZ 1023 saylı poçta təqdim olunmuşdur), iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 05.06.2020-ci il tarixli **********623000 saylı qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev