Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3430/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 9 nömrəli evin 19 kv.m sahəsi olan 1 otaqlı, 17 nömrəli mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil Şaumyan rayon XDS İK-nın xx.xx.1982-ci il tarixli, 11/1 İD saylı qərarı əsasında iddiaçının mərhum həyat yoldaşı X1 verilmişdir. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra isə xx.xx.2000ci il tarixli, M-725 saylı Xətai rayon İcra Hakmiyyətinin Sərəncamına əsasən, sözügedən mənzilə dair kirayə müqaviləsi iddiaçının adına dəyişdirilərək onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil iddiaçının və ailə üzvlərinin faktiki olaraq istifadəsindədir. İddiaçı qeyd edir ki, faktiki sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin onun adına dövlət qeydiyyatına alınması məqsədilə rəsmi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsinə dair müraciət etsə də, çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası iddiaçının hüquqlarına toxunur. Belə ki, imtina məktubundada istinad edilmiş “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa diqqətlə baxsaq müvəqqəti yaşayış sahəsi kimi vətəndaşın istifadəsinə verilmiş əmlakların özəlləşdirilməsi ilə bağlı hər hansı bir məhdudiyyət və qadağa mövcud deyildir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə müvafiq olaraq Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlamın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin normada əmlakın daimi və ya müvəqqəti istifadəyə verilməsi halında özəlləşdirilə bilməsi qeydi öz əksini tapmadığından, qanunla birbaşa qadağa edilmədiyindən ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınması qanunidir. Həmçinin ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında ” 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Sözü gedən normada da kirayə müqaviləsi əsasında əmlakın dövlət qeydiyyatına alınmasını şərtləndirir. Bundan başqa “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə müvafiq olaraq vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Sadalanan bütün sənədlər cavabdeh orqana müraciət olunan zaman təqdim edilmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan mənim istifadəmdə olan daşınmaz əmlakı özəlləşdirməkdən yayındığı üçün sənədlərin təqdim edilməməsinə istinad etmişdir. İddiaçı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında " 29 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Göründüyü kimi, bütün qanuni tələblər iddiaçıya məxsus, faktiki sahibliyində və uzun illərdir istifadəsində olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin onun adına rəsmiləşdirilməsini şərtləndirir. Belə olduğu halda, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya məxsus əmlakın dövlət qeydiyyatına almasından imtina edilməsi onun hüquqlarının pozulmasının bariz münuməsidir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məqsədəmüvafıqdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ərizədə qeyd olunan 1 (bir) otaqlı mənzil Şaumyan rayon XDS İK-nın 11/11D saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə X4 müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında Xətai rayonu İHB-nın M-725 saylı, xx.xx.2000-ci il tarixli sərəncamında Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 9 saylı evin, 17 saylı mənzilinin daimi verilməsinə dair hər hansı qeyd edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 9 saylı evin, 17 saylı mənzilinin faktiki olaraq 3 (üç) otaqlı olduğu müəyyən olunmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin əridəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının ərizəsinə əlavə etdiyi qeyd olunan 1 (bir) otaqlı mənzil Şaumyan rayon XDS İKnın 11/11D saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə X4 müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında Xətai rayonu İHB-nın M- 725 saylı, xx.xx.2000-ci il tarixli sərəncamında Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 9 saylı evin, 17 saylı mənzilinin daimi verilməsinə dair hər hansı qeyd edilməmişdir. Əlavə olaraq bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş texniki baxış zamanı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 9 saylı evin, 17 saylı mənzilinin faktiki olaraq 3 (üç) otaqlı olduğu və sahəsinin 54,1 kv.m olduğu müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********36 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin maddənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2010-cu il tarixli, 272 saylı Fərmanının 1.4cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27-cı maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
6. Şaumyan rayon XDS İk-in 11/11D saylı, xx.xx.1982-ci il tarixli Qərarına əsasən Əhmədli yolu küçəsindəki 9 №-li evin yaşayış sahəsi 19.0 kv.m olan 1 otaqlı 17 №-li mənzil X4 7 nəfər ailə üzvü ilə birliktə (özü, arvadı, 5 nəfər uşağı) müvəqqəti yaşayış sahəsi kimi verilmişdir.
7. Xətai rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, M-725 saylı Sərəncamında qeyd olunmuşdur ki, Əhmədli yolu küçəsindəki 9 №-li evin yaşayış sahəsi 19.0 kv.m olan 1 otaqlı 17 №-li mənzilinin kirayəçisi vət. T.A.Tariyev ölmüşdür. Göstərilən mənzil sahəsi kirayəçinin müvəqqəti istifadəsində olmuşdur. O vəfatı ilə əlaqədar xx.xx.1990-cı il tarixdən yuxarıda göstərilən mənzildən pasport qeydiyyatından çıxarılmışdır. /ölüm haqqında şəhadətnamə İV-JQ 297597 xx.xx.1990-cı il/. Onun arvadı vət. İddiaçı ərizə ilə Xətai Rayon İcra hakimiyyətinə müraciət edərək yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş edir. Qeyd olunanlara və eləcə də Azərbaycan Respublikasının MM-nin 85-ci maddəsinə əsasən Əhmədli yolu küçəsindəki 9 №-li evin müvəqqəti istifadədə olan yaşayış sahəsi 19,0 kv.m 1 otaqlı mənzilinin kirayə müqaviləsi vət. X8 ilə bağlanmış və mənzilin şəxsi maliyyə hesabına dəyişiklik edilmişdir. Ailə tərkibi 2 nəfər olmaqla vət. T.Q.Tariyeva mənzilin kirayəçisi hesab edilmişdir.
8. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, xidmət ərazisi üzrə 66 saylı MKİS-in verdiyi məlumata əsasən bildirilir ki, K.Kərimov küçəsi 9 ünvanda yerləşən istismar müddəti bitmiş 1900-cu ildə tikilmiş, 1 mərtəbəli, 20 mənzilli yaşayış evinin qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi rəy bildirilməmişdir.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən ünvanda 9 saylı binanın qəzalı olub olmaması barədə Agentlikdə məlumat yoxdur.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. Məhkəmə qeyd edir ki, Şaumyan rayon XDS İk-in 11/11D saylı, xx.xx.1982-ci il tarixli Qərarına əsasən mübahisə edilən mənzil (Əhmədli yolu küçəsindəki 9 №-li evin yaşayış sahəsi 19.0 kv.m olan 1 otaqlı 17 №-li mənzil) X4 7 nəfər ailə üzvü ilə birliktə (özü, arvadı, 5 nəfər uşağı) müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. X6 öldükdən sonra Əhmədli yolu küçəsindəki 9 №-li evin müvəqqəti istifadədə olan yaşayış sahəsi 19,0 kv.m 1 otaqlı mənzilinin kirayə müqaviləsi vət. X8 ilə bağlanmışdır.
24. Məhkəmə qeyni zamanda qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanan məktubda xidmət ərazisi üzrə 66 saylı MKİS-in verdiyi məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən 9 saylı binanın istismar müddətinin bitdiyi müəyyən olunmuşdur.
25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.
26. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan mənzil iddiaçının mərhum ərinə, daha sonra isə iddiaçıya müvəqqəti yaşayış sahəsi kimi istifadəyə verildiyindən (kirayə müqaviləsi əsasında) və hazırda isə binanın istismar müddəti bitdiyindən iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva