Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3431/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsiziyinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Belə ki, həmin mənzil ilkin qeydiyyat kimi İddiaçı adına qeydiyyata alınmışdır. O, 22.06.2010-cu ildə Rusiya Federasiyasında adının Varis adından Qamid adına dəyişdirmiş və bu barədə rəsmi qeydiyyat aparılaraq şəhadətnamə verilmişdir. Elə həmin gün də, o, X6 adı ilə Rusiya Federasiyasında Raşidova Raviya Şamilovna ilə rəsmi nikaha gilmiş, nikah zamanı seçim olaraq soyadını Raşidov adına keçirmişdir. Bundan sonra o, Rusiya Federasiyası vətəndaşlığını almışdır. Bundan sonra, o, Azərbaycan Respublikası Prezidentinin 25.12.2018-ci il tarixli, 844 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən arayış da, verilmişdir. Hazırda, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzil onun Rusiya Federasiyası vətəndaşı olduğu zaman X8 adı ilə qeydiyyatda qalmışdır. Qeyd edilən mənzilin reyestr və arxiv məlumatlarında mənzilin ilkin qeydiyyatının İddiaçı kimi aparılmış, sonradan təqdim edilmiş sənədlər əsasında DƏDRXnin BŞ/İ-si tərəfindən yeni ad və soyadla dublikat çıxarış verilmişdir. Dublikat çıxarışın “Hüquq sahibləri” qrafasından müəyyən olunur ki, qeyd edilən mənzil 14.06.2008-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. Bu dəyişiklik müraciəti əsasında zəruri sənədlər götürülərək, DƏDRX tərəfindən eyni şəxs olduğu üçün dəyişdirilmiş və yeni dublikat şəhadətnamə verilmişdir. Qeyd edilən xüsusatlar və faktlar DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı müraciəti əsasında bildirilərək, ünvan 2 ünvanda yerləşən mənzilin qeydiyyat və edilmiş dəyişiklik sənədləri nəzərə alınmaqla ona həmin mənzilə dair İddiaçı kimi çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17.12.2020-ci il tarixli məktubla müraciətinə imtina verilmiş və əsas kimi, ’’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinad edilmişdir. Cavabdeh orqan tərəfindən müraciətdə qeyd edilən dəyişikliyin edilməsi barədə tələblərinə qanuni əsaslarla imtina verilməmişdir. Belə ki, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları qeyd edilmiş, cavabdeh orqan tərəfindən yalnız həmin maddəyə istinad etməklə kifayətlənmiş və imtinasının arxiv məlumatlarında olan zidiyyətlərin əsaslarını göstərməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qüvvəyə minmiş Şəki Apellyasiya məhkəməsinin 2(107)-2684/2019 saylı, 18.11.2019cu il tarixli qərardadı ilə RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın İddiaçı məxsus olmasını təsdiq edən sənədlərin mövcud olduğu təsdiq edilmişdir. Bu xüsusat eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.05.2015-ci il tarixli hökmündə də, bir daha öz təsdiqini tapmışdır. Qeyd edilən mənzilin ilkin qeydiyyat tarixindən bu günə qədər özgəninkiləşdirilmədiyi halında reystr məlumatlarında yalnız ad soyad dəyişikliyinin edilməsi və həmin dəyişiklik də yalnız ona məxsus olduğundan, cavabdeh orqan tərəfindən reystr məlumatlarında uyğunsuzluğu əsas gətirməkdə haqlı olmamışdır. Cavabdehin bu hərəkətsizliyi ona qarşı süründürməçilik, reyestr xidmətinə ödənilmiş əlavə rüsumların ödənilməsinə və vəkil xidmətlindən istifadə etmək məcburiyyətində qalmaqla əlavə xərclərin çəkilməsinə səbəb olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 12.11.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı, idarəyə məlumat üçün daxil olmuş Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2684/2019 saylı, 18.11.2019-cu il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)- 815/2019 saylı, 15.04.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Bundan əlavə, Qara Qarayev prospekti 61 nömrəli binada yerləşən 58.41 kv.metr yaşayış sahəsi olan 4 otaqdan ibarət 71 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyatdan keçmişdir və halhazırda onun mülkiyyətindədir. Belə ki, müvafiq mənzil 06 may 2008-ci il tarixli, AN – ******* nömrəli alğı-satqı müqaviləsi əsasında X7 tərəfindən İddiaçı satılmışdır. Bundan sonra, ərizəçi ilk dəfə ad, soyad və ata adının dəyişdirdikdə bu barədə 22 iyun 2010-cu il tarixli, 511335 nömrəli şəhadətnaməni təqdim edərək, sözügedən mənzilin çıxarışının dublikatını əldə etmişdir. Lakin, müvafiq daşınmaz əmlakın hazırki mülkiyyətçisi ilə ərizəçinin eyni şəxs olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə ki, ərizəçi tərəfindən ərizəyə növbəti dəfə adın, soyadın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamə əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Həmin Qaydaların 6.12-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. Bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi üçün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq onların olduğu yerin qeydiyyat şöbəsinə və ya konsulluğa 3 gün müddətində bildiriş göndərir. Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş bildiriş əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir və ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnaməni ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa, 3 gün müddətində isə bildirişi akt qeydlərinin ikinci nüsxəsinin saxlandığı X1 Reyestri Xidmətinə göndərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********74 nömrəli, 20.04.2021-ci il tarixli məktubla təqdim edilmiş ünvan 3 ünvanında yerləşən mənzillə bağlı inzibati icraat materiallarının surətindən müəyyən edilir ki, iddiaçı sözügedən mənzili satıcı X3 notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli, 06.05.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında əldə etmiş, müqavilə rəsmiləşdirilərkən alıcı qismində - İddiaçı göstərilmişdir. İddiaçının sözügedən mənzil üzərindəmülkiyyət hüquqları 14.06.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının müraicəti əsasında ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın dublikatı verilmişdir. Çıxarışın dublikatında iddiaçının adı, soyadı, ata adı – X9 göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 09.04.2021-ci il tarixli, 08/h-2431i nömrəli məktubla təqdim edilmiş “İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığıa bərpası ilə bağlı təqdim etdiyi sənədlərinin və icraat materiallarının təsdiq edilmiş surətlərindən müəyyən edilmişdir ki, xx.xx.1963-cü ildə Ağdaş rayonunda anadan olmuş İddiaçı vətəndaşlığına Azərbaycan Respublikası Prezidentinin 13.12.2010-cu il tarixli 1244 saylı Sərəncamı ilə xitam verilmiş, sonradan onun 25.10.2017-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli, 844 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilmişdir. İşdə olan adın dəyişdirilməsi haqqında 18.05.2010-cu il tarixli, 72 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı 18.05.2010-cu il tarixdə soyadını “Səmədov”dan “Rəşitova”, adını “Varis”-dən “Həmid”-ə, ata adını “Məcid”-dən, “Məcidoviç”ə dəyişdirmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 149/2015 saylı, 15 may 2015-ci il tarixli Hökmündən görünür ki, İddiaçı (X9) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş redaksiyada) 94cü maddəsinin 2-ci bəndi və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinmiş, İddiaçı (X9) cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş redaksiyada) 44cü maddəsinn 3-cü hissəsinə və hazırda qüvvədə olan Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cəzadan azad olunmuş, İddiaçı (X5) barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal həbsdən azad olunmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(107)-2684/2019 nömrəli qərardadının surətindən görünür ki: - Ərizəçi İddiaçı maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 nömrəli binada yerləşən 58.41 kv.m yaşayış sahəsi olan 4 otaqdan ibarət 71 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə verilməsinə dair verilmmiş 14 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı məxsus olması faktının müəyəyn edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. - Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(014)-815/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 61-də yerləşən 71 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə verilməsinə dair verilmiş 14 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. - Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2019-cu il tarixli, 2(107)-2684/2019 nömrəli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(014)-815/2019 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. -Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin tələb etdiyi faktın, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 nömrəli binada yerləşən 58.41 kv.m yaşayış sahəsi olan 4 otaqdan ibarət 71 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə verilməsinə dair verilmiş 14 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual əsası yoxdur. Həmin faktla bağlı məlumatlar iş materiallarında olan çıxarışlarda və ad dəyişdirilməsi haqqında şəhadətnamədə göstərilmişdir. Göründüyü kimi, iş materiallarına ********** qeydiyyat nömrəli, seriya RX,0768712 nömrəli hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı məxsus olmasnı təsdiq edən sənədlər mövcuddur və həmin sənədlərin surətləri mülki işin materiallarına əlavə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********31 nömrəli, 17.12.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti, 61 saylı evin, 71 saylı mənzilinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ad və soyadda düzəliş edilməsi ilə bağlı ********** daxil olma nömrəli, 12.11.2020-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, İdarəyə məlumat üçün daxil olmuş Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2684/2019 saylı, 18.11.2019-cu il tarixli qərardadı il Ağdaş Rayon Məhkəməsinin 2(014)- 815/2019 saylı, 15.04.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddələrinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin bu cür hallarında daşınmaz əmlakın dövlət reyestrində iddiaçı D.Rəhimovanın adına qeydə alınmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli daşınmaz əmlakla bağlı 06.05.2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlayarkən, onun ad, soyad, ata adı İddiaçı şəklində olmuşdur. O, 18.05.2010-cu il tarixdə soyadını “Səmədov”-dan “Rəşitova”, adını “Varis”-dən “Həmid”-ə, ata adını “Məcid”-dən, “Məcidoviç”ə dəyişdirmişdir. Bu barədə ona 18.05.2010-cu il tarixli, 72 nömrəli şəhadətnamə verilmişdir. O, ona məxsus mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın dublikatının verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, ona mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın dublikatının verilməsi zamanı soyad, ad, ata adı - X9 şəklində göstərilmişdir. Onun vətəndaşlığına Azərbaycan Respublikası Prezidentinin 13.12.2010-cu il tarixli, 1244 saylı sərəncamı ilə xitam verilsə də, sonradan İddiaçı 25.10.2017-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Prezidentinin 25.12.2018-ci il tarixli, 844 saylı sərəncamına əsasən o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilmişdir. İddiaçıya Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edən AZE seriyalı, ******** nömrəli, şəxsiyyət vəsiqəsi verilmiş, şəxsiyyət vəsiqəsində soyadı – Səmədov, adı – Varis, ata adı – Məcid oğlu göstərilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2684/2019 saylı, 18.11.2019-cu il tarixli qərardadı mövcuddur ki, həmin qərardadda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 nömrəli binada yerləşən 58.41 kv.m yaşayış sahəsi olan 4 otaqdan ibarət 71 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə verilməsinə dair verilmiş 14 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsini prosessual əsası yoxdur. Həmin faktla bağlı məlumatlar iş materiallarında olan çıxarışlarda və ad dəyişdirilməsi haqqında şəhadətnamədə göstərilmişdir. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 nömrəli binada yerləşən 58.41 kv.m yaşayış sahəsi olan 4 otaqdan ibarət 71 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3431/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3431/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver