Məhkəmə qərarları › İş №2-1(112)-3440/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3440/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3440/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İlqar Allahverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və icra vərəqəsinin aidiyyəti üzrə göndərilməsinə dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Yasamal rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru Azər Adıgözəlov Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru İlqar Allahverdiyevin cəmiyyətin "xxxx" ASC-də olan AZ87PAHA40090AZNHC********** saylı hesabına inkasso sərəncamı qoymasının qanunsuz hesab edilməsi və Şəki Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(107)-120/2019 saylı icra vərəqəsinin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh icra məmuru İlqar Allahverdiyevin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, X5 cavabdeh İddiaçı MMC və direktoru X3 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh İddiaçı MMC-nin direktoru kimi X6 iddiaçıdan 24 yanvar 2017-ci il tarixdə 22500 manat məbləğində pul alaraq mühasibi X7 iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdehlər borcu ona xx.xx.2017-ci il tarixdə qaytaracağını bildirmişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq İddiaçı MMC və direktoru X6 borcu iddiaçı Q.Mikayılova qaytarmamışdır. Dəfələrlə pulun qaytarılması üçün N.Mirzəyevaya müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Ona görə də cavabdeh İddiaçı MMC və direktoru X1 22500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) 03 may 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 cavabdeh İddiaçı MMC və direktoru X3 qarşı pul tələbi barədə iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən, İddiaçı MMC və direktoru X1 müştərək qaydada 22500 manat məbləğdə borcun tutulub X4 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) 03 may 2018-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(107)-120/2019 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) 03 may 2018-ci il tarixli qətnaməsinə dəyişdirilərək, cavabdeh X3 qarşı 22500 manat pul tələbi əsassız olduğundan təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC tərəfindən apellyasiya məhkəməsinn qətnaməsindən şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. İş icra olunması üçün Yasamal İcra və probasiya şöbəsinə göndərilmişdir. Yasamal İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədinin aidiyyəti üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yasamal rayonuna heç bir aidiyyəti yoxdur, hazırda da hüquqi ünvanı Mingəçevir şəhəri olsa da, Bakı şəhəri, H.Əliyev prospekti 115 (X11) ünvanında fəaliyyət göstərir. Qeyd olunan ərizəyə, ümumiyyətlə, qiymət verilməmiş, Cavabdeh icra məmuru İlqar Allahverdiyev İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ87PAHA40090AZNHC********** saylı hesabına inkasso sərəncamı qoymuşdur. Hesab edilir ki, Cavabdeh, ümumiyyətlə, qeyd olunan icra sənədini icra etmək səlahiyyətinə malik deyildir. Cavabdeh qeyd olunan icra sənədi üzrə hər hansı bir hərəkəti də qanunsuzdur. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. İcra vərəqəsi aidiyyəti inzibati məhkəmə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı İnzibati Məhkəməsi) tərəfindən verilmədiyinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 16 mart 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, icra sənədi üzrə tərəf İddiaçı MMC Şəki Apellyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(107)-120/2019 saylı icra sənədi əsasında Bakı şəhəri Cavabdeh icra məmuru İlqar Allahverdiyev tərəfindən aparılmış hərəkətlərin qanuniliyini mübahisələndirmişdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə, işin göstərilən hallarından çıxış edərək belə qənaətə gəlir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İnzibati prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də, hərəkət və hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də, üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İnzibati Prosessual Məcəlləyə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçı tərəfə izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlər barəsində barəsində icra sənədini vermiş məhkəməyə və ya icra və probasiya şöbəsinin yerləşdiyi ümumi məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar