Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3440/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 111a ünvanında yerləşən 27 saylı mənzilin texniki göstəriciləri qeyd olunan texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti ev 111а ünvanında yerləşən 27 saylı mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsində xx.xx.2021-ci il tarixdə ********** reyestrdə qeydə alınmaqla xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Lakin həmin mənzilə çıxarış verilərkən texniki göstəriciləri qeyd olunan texniki pasport ona təqdim edilməmişdir. İddiaçı mənzilin texniki pasportun təqdim edilməsi ilə bağlı tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla müraciətin icrasından imtina edilmişdir. İmtina səbəbi kimi mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmadığından texniki pasportun tərtib edilməsinin mümkün olmadığı göstərilmişdir. Lakin mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisləri mənzilə gəlməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və sadəcə formal xarakter daşıyır. Belə ki, çıxarış ona təqdim olunan zaman mənzilin texniki göstəricilərini müəyyən edən texpasport da onunla birlikdə iddiaçıya təqdim olunmalı idi. Həmçinin iddiaçı qeyd etmişdir ki, cavabdeh imtinada qeyd etdiyi xüsusatlara dair və ya onları təsdiq edə biləcək heç bir sənəd (yazılı sübut) imtinaya əlavə etməmişdir.
3. Cavabdeh tərəfindən elektron qaydada məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti ev 111а ünvanında yerləşən 27 saylı mənzilin texniki göstəriciləri qeyd olunan texniki pasportun verilməsi ilə bağlı ********** qeydiyyat nömrəsi ilə müraciət etmişdir. Aparılmış inzibati icraat zamanı məlum olmuşdur ki, iddiaçının tələbi təmin olunmuş, mənzilin texniki pasportu hazırlanmışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraza etmədiyini bildirdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin məhkəməyə ünvanlanmış ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva