Məhkəmə qərarları › İş №2-1(112)-3440/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3440/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3440/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin pensiya təyinindən imtinası barədə 14 sentyabr 2024cü il tarixli, 3-17-1/2-Ə-222246/2024 nömrəli məktubunun əsassız hesab edilməsi, İddiaçı güzəştli şərtlərlə pensiya təyininin qanunamüvafiq qaydada həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" QSC-də əmək fəaliyyətinə 1997ci ildən başlamış və hal-hazıradək eskalator xidmətinin 1 saylı eskalator distansiyası “İçərişəhər-Sahil” stansiyalarının maşın zalı sahəsində eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraiti ilə 2 növbəli (08:00-20:00; 20:00-08:00) iş rejimi ilə) peşəsində işləyir. Ümumi iş stajının 27 ildən artıq müddətini ağır və zərərli əmək şəraitində fəaliyyət göstərir. Belə ki, xx.xx.1989-cu il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə kimi Bakı Metropoliteninin Elektomexanika xidmətində ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ağır iş şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətinin Eskalator distansiysında eskalator maşinisti (12% zərərli və yeraltı iş şəraiti ilə), xx.xx.2016-cı il tarixdən hal-hazıradək isə Eskalator xidmətinin 1 saylı Eskalator distansiysının “İçərişəhər-Sahil” stansiyalarının maşın zalı sahəsində eskalator maşinisti (12% zərəli və yeraltı iş şəraiti ilə) peşəsində fəaliyyətini davam etdirir. 2024-cü ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, habelə, ağır və zərərli əmək şəraitində iş stajının 27 il 00 ay 2 gün təşkil etməsi barədə "xxxx" QSC tərəfindən tərtib edilmiş müvafiq məlumatı da, cavabdehə təqdim etmişdir. Cavabdeh inzibati orqan isə güzəştli iş stajının olmamasını əsas gətirib, ona əmək pensiyasının təyin edilməsindən imtina etmiş və bu barədə rəsmi məktub göndərmişdir. 14 sentyabr 2024-cü il tarixdli, 3-17-1/2-Ə- 222246/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, güzəştli iş stajı yoxdur. Hesab edir ki, cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən imtina etməsi qanunsuz və əsassızdır. "xxxx" QSC tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, A/253 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə kimi "xxxx"nin Elektromexanika xidmətində ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ağır iş şəraiti ilə eskalator maşinisti peşəsində, xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Elektromexanika xidmətinin eskalator distansiyasında eskalator maşinisti (12% zərərli və yeraltı iş şəraiti ilə), xx.xx.2016-cı il tarixdən hal-hazıradək isə Eskalator xidmətinin 1 saylı Eskalator distansiyasının “İçərişəhər-Sahil” stansiyalarının maşın zalı sahəsində eskalator maşinisti (12 % zərərli və yeraltı iş şəraiti ilə) peşəsində fəaliyyət göstərir. Ağır və zərərli əmək şəraitində iş stajı 27 il 00 ay 2 gün təşkil edir. Göründyüük imi, cavabdeh tərəfindən konstitusion hüquqları kobud şəkildə pozulmuş, ona pensiya təyin edilməsindən əsassız şəkildə imtina edilmişdir.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək cavabdehin pensiya təyinindən imtinası barədə 14 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-222246/2024 nömrəli məktubunun əsassız hesba edilməsi və İddiaçı 13 avqust 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr yarımbəndində (21.5.1) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd olunan iş üzrə məhkəmə icraatı zamanı "xxxx" QSC tərəfindən təqdim olunan iddiaçıya dair xx.xx.2024-cü il tarixli, 13-18/2-1533/2024 nömrəli aryaışda İddiaçı xx.xx.1997xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Elektromexanika xidmətinin Eskalator distansiyasında elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda İddiaçı elektrik çilingəri vəzifəsində işlədiyi müddətdə tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışıb-çalımşadığı, eyni zamanda eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib-işləməməsi barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, iddiaçının xx.xx.2002-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Elektromexanika xidmətinin Eskalator distansiyasında və xx.xx.2016-cı il tarixindən bugünədək Eskalator xidmətinin 1 saylı Eskalator distansiyasında işlədiyi eskalator maşinisti vəzifəsi yuxarıda qeyd olunan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən İddiaçı güzəştli iş stajı mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesabalması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzətli şərtlə əmək pensiyası hüququ verənişdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Qeyd etmək lazımdır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1040/2024 nömrəli qərarında məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də, həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəkməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə abxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münsibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılamsı və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halalrın mövcudluğunu müəyyən emtəli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarı ilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də, daha sorna məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Belə olan halda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 14 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-222246/2024 nömrəli məktubla imtina edilmişdir.

8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

9. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti "xxxx" QSC-də aşağıdakı kimi olmuşdur: xx.xx.1997 – h/h.

10. "xxxx" QSC tərəfindən verilmiş A/253 nömrəli, 23 avqust 2024-cü il tarixli arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək Bakı Metropolitenində Elektromexanika xidmətində ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü ilədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən "xxxx" və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiyasınd eskalator maşinisti (12 % zərərli əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixdən hal-hazıradək Eskalator xidmətinin 1 saylı Eskalator distansiyası “İçərişəhər-sahil” stansiyalarının maşın zalı sahəsində eskalator maşinisti (12% zərərli və yeraltı əmək şəraiti ilə 2 növbəti (08:00- 20:00; 20:00-08:00) iş rejimi ilə) peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırılması, sınağı və təhvili, esakalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı esakalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsindən və s. ibarətdir. Eyni zamanda, eskalator maşinisti peşəsinin xüsusiyyətləri də, sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Ağır və zərərli əmək şəraitində iş stajı 27 il 00 ay 02 gün (xx.xx.2024-cü il tarixinə) təşkil edir.

11. İş materiallarına Bakı Metropoliteninin rəisi tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş “Eskalator maşinisti və maşinist köməkçisi”nin təlimatı əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-19/2-1533/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 13-19/2-727/2025 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Bakı Metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2002-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2024-cü il tarixdən "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiysında zərərli əmək şəraiti ilə eskalator maşinisti, xx.xx.2016-cı il tarixdən hal-hazıradək Eskalator xidmətinin 1 saylı Eskalator distansiyası “İçərişəhər-Sahil” stansiyalarının maşın zalı sahəsində zərərli və yeraltı əmək şəraitilə eskalator maşinisti (2 növbəli (08:00-20:00; 20:00-08:00) iş rejimi ilə) peşəsində işləyir. İddiaçı zərərli əmək şəraitində çalışdığı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5. Metropolitenlər bəndinin (eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri) sətirinə aid etmək olar. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadnlıqların quraşdırılması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kkinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funskiyaları yenilik təşkil etdiyindən bərabər tutula bilər. Həmçinin, qeyd edilmişdir ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərinin yüksələ biləcəyi vəzifə (2 il işlədikdə) eskalator maşinistidir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının xx.xx.2024-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

20. İddiaçıya məxsus əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu cavabdehin imtinası və etirazının dəlilləri bir daha təsdiq edir.

21. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlara (arayışlarda əmək funksiyaları və işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əks olunmuşdur) əsasən müəyyən edilir ki, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri və funksiyaları eskalator maşinisti peşəsini xüsusiyyətləri və funksiyaları ilə eynilik təşkil edir, eləcə də, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərinin 2 il işlədikdən sonra yüksələ biləcəyi vəzifə eskalator maşinisti olmaqla, eskalator maşinisti elektrik çilingəri peşəsindən daha yuxarı təsnifatda olan peşədir.

22. Bundan əlavə, məhkəmə cavabdehin “iddiaçının yalnız gecə vaxtı yerinə yetirilən daimi işdə işləməli olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı eskalator maşinisti peşəsində 2 növbəli - 08:00-20:00; 20:00-08:00 iş rejimi və 12 % zərərli, yeraltı əmək şəraitində, həqiqətən, güzəştli şərtlərlə pensiya hüququ verən sahədə və peşədə işləyir. Qeyd edilən hallar işin mübahisəsiz halıdır.

23. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışlara əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

24. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir.

25. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

30. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

31. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

32. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

33. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

35. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar