Məhkəmə qərarları › İş №2-1(112)-3441/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3441/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3441/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “12 fevral 2021-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə daimi (faktiki) olaraq yaşayır. İddiaçı hələ məktəbli olduğu vaxt avtoqəza nəticəsində sol diz nahiyyəsindən xəsarət almışdır və Azərbaycan Respublikası Mərkəzi Xəstəxanasında ambulator və stasionar şəraitdə müalicələr almışdır, 2-ci qrup əlildir. Daha sonra illər keçdikcə və yaşa dolduqca sol diz nahiyyəsində xroniki olaraq ağrılar artamağa başladı və axsamağa başladı. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən qeydiyyatda olduğu Bakı şəhəri İ saylı poliklinikaya müraciət etmiş və bir neçə il müalicə almışdır. 2012-ci ilə qədər 2-ci qrup əlilliklə əlaqədar pensiya almışdır. 2021-ci ilin fevral ayından etibarən iddiaçıya təyin olunan əlillik dərəcəsi üzrə pensiya ödənişləri dayandırılmışdır. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edərək 1 nömrəli Şəhər Poliklinasının barəsində tərtib etdiyi 2782003AABX4 saylı göndərişi də təqdim etmişdir. Buna baxmayaraq sözügedən qurum xx.xx.2021-ci il tarixində müraciətinə imtina cavabı vermişdir. İmtina verilməsinə səbəb “əlavə müalicəyə ehtiyacın olması”, ətraflı isə “əzələ atrofiyası və ətrafların qısalığı qeyd edilməmişdir” kimi göstərilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh orqanın ünvanladığı imtina məktubu ilə razı deyil, çünki sonuncu dəfə iddiaçıya xx.xx.2021-cı il tarixində “Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya Sol diz oynağının keçirilmiş əməliyyatdan sonrakı qüsurlu valqus deformasiyası ” diaqnozu təyin edilmişdir. Həmçinin, təyin olunmuş əsas diaqnozdan əlavə "hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmamaları Sol aşağı ətrafda hərəkət funksiyalarının pozulması, ağrı sindromu ilə "əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi sol bud sümüyünün distal 13-nin içəri arxa səthində ekzostozları, əzələ atrofiyası” oynaqların kontrakturası Kobud deformasiya edən artozu, açıcı-bükücü kəskin kontrakturası (açıcı 165 dərəcə, bükücü 155 dərəcə) kimi ağırlaşma göstərilmişdir. İddiaçı dəfələrlə mövcud problemin həlli ilə bağlı olaraq əlaqədar qurumlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi qiymətləndirildiyi 12 fevral 2021-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi- Sosial Ekspertiza Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

4. Cavabdeh orqanın nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.1 - Digər oynaqların posttravmatik artr...; Diaqnozun mətni: sol diz oynağının ağır forma posttravmatik deformasiyaedici artrozo-artriti; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: sol diz oynağının ağır forma posttravmatik deformasiyaedici artrozo-artriti” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 1 saylı Şəhər Poliklinikasının 14.01,2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik ; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri =:> M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.8 - Digər dəqiqləşdirilmiş artroz; Diaqnozun mətni: Sol diz ounağının deformasiyaedici artrozu, varus deformasiyası, açıcl bükücü kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol diz ounağının deformasiyaedici artrozu, varus deformasiyası, açıcl bükücü kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 1 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik ; X1:Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M17 - Qonartroz [diz oynağının artrozu] => M17.1 - Digər birincili q...; Diaqnozun mətni: Qonartroz diz oynağın artrozu digər birincili qonartroz.ətrafların qazanılma deformasiyaları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qonartroz diz oynağın artrozu digər birincili qonartroz.ətrafların qazanılma deformasiyaları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M17 - Qonartroz [diz oynağının artrozu] => M17.1 - Digər birincili q...; Diaqnozun mətni: Qonartroz diz oynağın artrozu digər birincili qonartroz.ətrafların qazanılma deformasiyaları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qonartroz diz oynağın artrozu digər birincili qonartroz.ətrafların qazanılma deformasiyaları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2782003AABX4 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M21 - Ətrafların digər qazınılma deformasiyaları.,.;Diaqnozunmətni: M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Sol diz oynağının keçirilmiş əməliyyatdan sonrakıqüsurlu valqus deformasiyası Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sol aşağı ətrafda hərəkət funk, pozulması, agrı sindromu ilə Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bud sümüyünün distal 1/3nin içəri arxa səthində ekzostozları, əzələ atrofiyası Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Kobud deformasiya edən artrozu.Açıcı- büküçü kəskin kontrakturası (açıcı 165 dərəcə, bükücü 155 dərəcə ) Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əzələ atrofiyası və ətrafların qısalığı qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTnın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasTnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarTna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömpli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TŞEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Cavabdeh orqanın nümayəndəsi qeyd olunanlar nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qiymətləndirildiyi 12 fevral 2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin qoyulmasına dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilmişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə agentlikdə mütəxəsislərin iştirakı ilə komissiyada əyani müayinə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə müvafiq olaraq İddiaçı barəsində xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmişdir.

7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar