Məhkəmə qərarları › İş №2-1(112)-3442/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3442/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3442/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 14 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 2 nömrəli X1 sədr-ekspert cərrahı, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı avtomobil verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması məyyarlarına dair” Əsasnamənin 5.2.3.6-cı yarımbəndinin tələbləri əsasında ona avtomobil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, “Əlilliyin və sağlamlığın imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiqlənmiş Əsasnamənin 5.2.3.6-cı yarım bəndində göstərilir “hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcəli arterial çatışmazlığı” diaqnozu ilə avtomobil verilir. 1988-ci il dekabr ayının sonunda Dağlıq Qarabağ hadisələri ilə əlaqədar döyüş zonasında hərbi xidmət keçərkən başından yaranlanmışdır və xəstəxana şəraitində stasionar müalicə almışdır. Hal- hazırda ikinci qrup müharibə əlili və müharibə veteranıdır. xx.xx.2019-cu il tarixdə 10 nömrəli X2 (BŞX) X7 tərəfindən müayinə olunmuşdur. Müayinə olunan zaman əsas diaqnoz “ağırlaşma” (177.1) Arteriyaların daralması. Hər iki aşağı ətrafın trombooblitrasivaedici xəstəliyi. Hər iki aşağı ətrafın venalarının varikoz genişlənməsi ikinci dərəcə. Xroniki venoz çatışmazlığı ikinci dərəcə. Durğunluq ürək çatışmazlığı maşın almaq üçün forma 88 TSEK-ə göndərilmişdir. X13 Ekspertiza Komissiyasının sədri X6 “Əlilliyi təsdiq edən sənədin verilməsi üçün keçirilmiş müayinə barədə məlumat” qrafasında TSEK-in diaqnozu: Bas beyin travmatik xəstəliyi. Tez-tez nəzərə çarpan asteno nevrotik vəziyyət. Uzanan gedişli vegetativ damar distonivası qeyd edir. Halbuki həmin travmanı o, 1988-ci ildə almışdır. Avtomobil və motorlu araba ilə təmin olunması haqqında müayinə məlumatları qrafasında qüvvədən düşmüş 99 №-li qərara istinad edərək avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı: imtina edilir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq olunması haqqında 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərar, 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə ləğv edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “20 yanvar hadisələri ilə əlaqədar” səbəbindən əlilliyi olan şəxslər, həmçinin müharibə əlili və onlara bərabər tutulan əlillər tibbi göstəriş olduğu halda minik avtomobili ilə təmin olunurlar. Əlilliyi olan şəxslərə pulsuz minik avtomobilinə tibbi göstəriş səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə tibbi-X8nda “Baş beynin travmatik xəstəliyi. Tez-tez nəzərə çarpan asteno nevrotik vəziyyət. Uzanan gedişli. Vegetativ damar distoniyası” diaqnozu ilə təkrar müayinə edilmiş və “hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. “Hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə əlilliyi olan şəxs kimi İddiaçı avtomobilə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin 0105003AABPV saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və tibbi göstərişin təyinindən imtina qərarı verilmişdir. Səhiyyə müəssisəsinin 0105003AABPV saylı göndərişində qeyd edilən diaqnozlar Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3-cü bölməsində nəzərdə tutulan hallara uyğun gəlmədiyinə görə avtomobilə tibbi təyinindən imtina qərarı verilmişdir. Belə ki, göndərişdə qeyd edilən “Stenokardiya [döş inağı], ÜİX-qeyri stabil stenokardiyasi. Postinfaktli kardioskleroz. Durğunluq ürək çatmamazlığı. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ(İV). Stenokardiya [döş inağı], Nevrasteniya” diaqnozlarının heç biri Əsasnamənin 5.2.3-cü bölməsinə uyğun olaraq avtomobilə tibbi göstərişin təyininə əsas vermir. “Arteriyaların daralması, hər iki aşağı ətrafın trombo oblitrasiya edici xəstəliyi. Hər iki asağı ətrafın venalarının varikoz genişlənməsi İİ dər. Xroniki venoz çatmamazlıq İİ dər” diaqnozu isə köməkçi diaqnostik müayinələr və obyektiv müayinə ilə təsdiqlənmir. Qeyd edilənlərə əsasən İddiaçı avtomobilə tibbi göstərişin təyinindən imtina qərarı əsaslı verilmişdir. İddiaçıya avtomobilə tibbi-göstərişin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi 9 saylı X14 X8 tərəfindən verilmiuş SER TSE-02 № 155730 saylı arayışdan görünür ki, İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əsas olaraq 1490 saylı xx.xx.2011-ci il tarixli müayinət aktı göstərilmişdir. İşdə olan 10 nömrəli X4 tərəfindən maşın almaq üçün İddiaçı adına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi X8na göndərilmiş 0105003AABPV saylı göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu stenokardiya (döş inağı) ÜİX qeyri-stabil stenokardiyası. Postinfaktli kardioskleroz, ağırlaşma kimi arteriyaların daralması. Hər iki aşağı ətrafın trombo oblitrasiya edici xəstəliyi. Hər iki aşağı ətrafın venalarının varikoz genişlənməsi İİ dər. Xroniki venoz çatmamazlıq İİ dər. Durğunluq ürək çatmamazlığı. Yanaşı xəstəliklər kimi essensial (birincili) hipertenziya hipertoniya xəstəliyi İİİ (İV), stenokardiya (döş inağı) nevrastaniya göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş müayinə məlumatından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz ikinci dərəcəli təkrar əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, TSEKin diaqnozu: Baş beyin travmatik xəstəliyi. Tez-tez nəzərə çarpan asteno nevrotik vəziyyət. Uzanan gedişli. Vegetativ damar distoniyası. Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları göstərilmişdir. Həmin məlumatın avtomobil və motorlu araba ilə təmin olunması haqqında müayinə məlumatları qrafasında; 99 saylı qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarına əsasən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 1-ci bəndindən görünür ki, tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və X9 və Naxçıvan Muxtar Respublikası Əmək və X9 nazirlikləri tərəfindən növbə qaydasında həyata keçirilir. Həmin Təlimatın 2-ci bəndinə əsasən əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-X8 (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər. Təlimatın 8-ci bəndinə əsasən Əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-na göndəriş verir. Təlimatın 9-cu bəndinə əsasən TSEK tibbi sənədlərin öyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X10 şəhər, rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür. İşdə olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda ikinci dərəcəli əlildir. O, xx.xx.2011-ci il tarixdə tibbi-X8nda “Baş beyinin travmatik xəstəliyi. Tez-tez nəzərə çarpan asteno nevrotik vəziyyət. Uzanan gedişli. Vegetativ damar distoniyası” diaqnozu ilə təkrar müayinə edilmiş və “hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyi olan şəxs kimi avtomobil verilməsi ilə əlaqədar tibbi göstəriş verilməsi ilə bağlı 10 nömrəli X4 tərəfindən verilmiş 0105003AABPV saylı göndərişlə cavabdehə müraciət olunmuş, cavabdeh tərəfindən həmin göndəriş xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək, tibbi göstərişin təyin edilməsindən imtina olunmuşdur. Lakin iddiaçı həmin imtina ilə razılaşmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” Əsasnamənin 5.2.3.6-cı yarımbəndinin tələbləri əsasında ona avtomobil verilməli olmasına istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması məyyarlarına dair” Əsasnamənin 5.2.3-cü bəndinə əsasən avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı diaqnozu olan xəstəliklərə. Hazırki iddia tələbi üzrə iddiaçının istinad etdiyi hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı diaqnozu olan xəstəlik avtomobil verilməsi ilə əlaqədar tibbi göstərişin verilməsi ilə bağlı 10 nömrəli X4 tərəfindən cavabdehə ünvanlanmış göndərişdə əsas diaqnoz kimi təyin edilməmiş, ağırlaşma kimi göstərilmiş, həmin diaqnoz köməkçi diaqnostik müayinələr və obyektiv müayinə ilə təsdiqlənmədiyindən cavabdeh tərəfindən haqlı olaraq imtina edilmişdir. Əsas diaqnoz olaraq stenokardiya (döş inağı) ÜİX qeyri-stabil stenokardiyası. Postinfaktli kardiosklerozu göstərilmişdir. İddiaçı barəsində avtomobil verilməsi üçün tibbi göstəriş verilməsinə dair tibbi müəssisə tərəfindən cavabdehə göndərilmiş göndərişdə əsas diaqnoz kimi təyin edilmiş stenokardiya (döş inağı) ÜİX qeyri-stabil stenokardiyası. Postinfaktli kardiosklerozu xəstəliyi avtomobil verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısına daxil deyildir. Belə ki, “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması məyyarlarına dair” Əsasnamənin 5.2.3-cü bəndi üzrə avtomobil verilməli olan xəstəliklərin diaqnozları sadalanmışdır. İddiaçıya təyin edilmiş stenokardiya (döş inağı) ÜİX qeyri-stabil stenokardiyası. Postinfaktli kardiosklerozu əsas diaqnozu avtomobil verilməsi üçün sadalanmış həmin xəstəliklərin hər hansı birinə uyğun gəlmədiyindən cavabdeh tərəfindən avtomobil verilməsi üçün tibbi göstərişin təyin olunmasından haqlı olaraq imtina olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmçinin tibbi göstərişin təyin olunması zamanı tibbi müəssisəsinin göndərişindən başqa şəxsin Komissiya tərəfindən vizual müayinə edildiyini, bu zaman iddiaçıda “ağırlaşma” kimi qeyd edilən hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı xəstəliyinin əlamətlərinin olmasının müəyyən edilmədiyini bildirmişdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçıya avtomobil verilməsi üçün tibbi göstərişin təyin olunmasından imtina olunması qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar