Məhkəmə qərarları › İş №2-1(112)-3445/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3445/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3445/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuz sayılması, İddiaçı 60 yaşı tamam olduğu vaxtdan xx.xx.2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1980-ci ildə başlamış və fasiləsiz olaraq işləmişdir. İddiaçı 60 yaşı tamam olduqdan sonra xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-17-l/Z-250446/2023 saylı məktubla imtina edilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu müəyyən edən iş stajını hesablayarkən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək və xx.xx.2021-ci il tarixdən hal-hazırkı vaxtadək teplovoz maşinist köməkçisi, teplovoz maşisinti vəzifələrində işlədiyi iş stajını güzəştli şərtlərlə iş stajı kimi nəzərə alsalar da, əsassız səbəbdən eyni iş yerində eyni vəzifədə işlədiyi müddəti nəzərə almamışdırlar. Halbuki iddiaçının təqdim etdiyi sənədlərdə 1986-1999-cu il tarixinədək iş stajını təsdiq edən əmək kitabçası da mövcud olmuşdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd olunmuşdur ki, "Əmək, pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 ii 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərii və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digor fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm Nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin sizə dair 21 sentyabr 2023-cü il tarixli 59- 18/12 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə teplovoz maşinist köməkçisi, lokomotiv maşinist köməkçisi və lokomotiv maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəblə də iddiaçının güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 5 ay 29 gün (xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2018-ci ilin oktyabr, 2021-ci ilin mart, aprel, may ayları üzrə öz əksini tapmadığından həmin müddətin (4 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-15645/2023 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z-250466/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 59-18/12 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə teplovoz maşinisti köməkçisi, lokomotiv maşinisti köməkçisi və lokomotiv maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olmuş Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Azərelektromaş” X6 Baş müəssisəsi - Bakı Elektirik Maşınqayırma Zavodunun bazasında 2001-ci ilin iyul ayında yaradılmışdır. Müəssisə 1946-ci ildə yaradılıb və istehsal fəaliyyətinə 1947-ci ildən etibarən başlamışdır. Müəssisənin fəaliyyət sahəsini: - müxtəlif ölçülü elektrik mühərriklərin; - istehlak mallarının; - geoloji-kəşfiyyat, qazma, neftçıxarma, quyuların təmiri və mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və ehtiyat hissələri, habelə kimya sənayesi, kənd təsərrüfatı və digər sahələr üçün müxtəlif məhsulların istehsalını əhatə edir. Göründüyü kimi, iddiaçının işlədiyi "xxxx" ASC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəblə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 5 av 29 gün (xx.xx.2015xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirilir ki, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2018-ci ilin oktyabr, 2021-ci ilin mart, aprel, may ayları üzrə öz əksini tapmadığından həmin müddətin (4 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

5. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışa əsasən İddiaçı Rəsuı oğlu “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin Vəzifədən İşdən azad edilmə (başqa işə azad Sıra Çalışdığı struktur Vəzifə (peşənin) olunduğu (başqa №-si keçirilmə) barədə edilməyə dair İşə başladığı tarix vahidi adı işə keçirildiyi) əmrin tarixi və əmrin tarixi və tarix nömrəsi nömrəsi

Sərnişin daşımaları xx.xx.2015 1 teplovoz maşinist xx.xx.2015 departamentinin Bakı 190/k 267/k xx.xx.2015 xx.xx.2015 köməkçisi lokomotiv deposu

Sərnişin daşımaları xx.xx.2015 2 Teplovoz xx.xx.2017 departamentinin Bakı maşinisti 282/k xx.xx.2015 xx.xx.2017 144 k lokomotiv deposu

Sərnişin daşımaları Teplovoz xx.xx.2017 xx.xx.2021 3 departamentinin Bakı maşinisti 127/k xx.xx.2017 xx.xx.2021 159 k lokomotiv deposu

Sərnişin daşımaları xx.xx.2021 hal-hazırda 4 Teplovoz - xx.xx.2021 departamentinin maşinisti 162 işləyir İstismar xidməti İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 8 il 23 gün təşkil edir. İşlədiyi teplovoz maşinisti və teplovoz maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri təhkim edilmiş müvafiq lokomotiv (teplovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə əhbəriik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yoiu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda 21.4-cü bəndin müvafiq olaraq 7, 13 və 17-ci abzaslarına uyğundur.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İzahlı arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1986-cı ildən (Əmr 144/xx.xx.1986-ci il) xx.xx.2008- ci ilədək (Əmr 53/xx.xx.2008-ci ilədək) "xxxx" ASC-də göstərilən peşələrdə işləmişdir:

1. xx.xx.1986-cı ildən - xx.xx.1988-ci ilədək 19 saylı dəmir yolu nəqliyyat sahəsində teplovoz maşinisti köməkçisi

2. xx.xx.1988-ci ildən - xx.xx.1994-cti ilədək lokomotiv maşinist köməkçisi.

3. xx.xx.1994-cti ildən - xx.xx.1999- cu ilədək lokomotiv maşinisti. Zavodda işləyən maşinist dizel yanacağı ilə işləyən TQM- 23 markalı teplovozu idarə edir. O. vaqonları yük doldurma və boşaltma məntəqələrinə yerləşdirir, vaqonları açıbbağlayır, qatarları formalaşdırır və manevrlərcdərək onları lazımi məntəqələr çatdırır. Akkumlyatorun yüklənməsini, dəyişdirilməsini və yerləşdirilməsini təmin edir, ölçü cihazlarına nəzaət edir. İşdə yaranan nasazlıqları aradan qaldırılır. İddiaçı zərərli iş şəraitinə görə əlavə əmək haqqı və məzuniyyət verilmişdir. İddiaçı əmək kitabçası üzrə ‘"xxxx" ASC - də güzəştli iş stajı: Maşinist köməkçisi kimi - 2 il 3 ay 22 gün Lokomotiv maşinist köməkçisi kimi - 5 il 9 ay 0 gün Lokomotiv maşinisti kimi - 5 il 0 ay 0 gün Cəmi: 13 il 22 gün

7. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, "xxxx" Açıq səhmdar Cəmiyyəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil deyildir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X4 xx.xx.2010-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin vəfat etməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmışdır. Əlavə olaraq bildirilir ki, İslam Ələkbərovun "xxxx" ASC-də tutduğu vəzifə və iş yerində zərərli şərtlərlə işləməsinə dair arayışı Mərkəzi Filialda olan pensiya işinə dair materiallarda mövcud deyildir.

9. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş və bilirmişdir ki, onunla eyni şəraitdə işləyən X3 da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

10. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13.“Əmək pensiyaları haqqında” Qanunun 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

14. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

15. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023-cü il tarixində cavabdeh quruma müraciət etmişdir.

16. İddiaçının ümümi əmək stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisənin mahiyyəti iddiaçının "xxxx" ASC-də işlədiyi xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövrün güzəştli iş stajı kimi nəzərə alınması ilə bağlıdır.

17. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

18. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olmuş Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Azərelektromaş” X6 Baş müəssisəsi - Bakı Elektirik Maşınqayırma Zavodunun bazasında 2001-ci ilin iyul ayında yaradılmışdır. Müəssisə 1946-ci ildə yaradılıb və istehsal fəaliyyətinə 1947-ci ildən etibarən başlamışdır. Müəssisənin fəaliyyət sahəsini 1) müxtəlif ölçülü elektrik mühərriklərin; 2) istehlak mallarının; 3) geoloji-kəşfiyyat, qazma, neftçıxarma, quyuların təmiri və mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və ehtiyat hissələri, habelə kimya sənayesi, kənd təsərrüfatı və digər sahələr üçün müxtəlif məhsulların istehsalını əhatə edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, "xxxx" Açıq səhmdar Cəmiyyəti "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil deyildir.

19. Məhkəmə nəzərə alır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İzahlı arayışa əsasən İddiaçı zavodda işləyən maşinist dizel yanacağı ilə işləyən TQM-23 markalı teplovozu idarə etmiş; vaqonları yük doldurma və boşaltma məntəqələrinə yerləşdirmiş; vaqonları açıb-bağlamış; qatarları formalaşdırmış; manevrlər edərək onları lazımi məntəqələr çatdırmış; akkumlyatorun yüklənməsini, dəyişdirilməsini və yerləşdirilməsini təmin etmiş; ölçü cihazlarına nəzarət etmiş və işdə yaranan nasazlıqları aradan qaldırmışdır. İddiaçı xx.xx.1986-cı ildən - xx.xx.1988-ci ilədək teplovoz maşinisti köməkçisi; xx.xx.1988-ci ildən - xx.xx.1994-cü ilədək lokomotiv maşinist köməkçisi; xx.xx.1994-cü ildən - xx.xx.1999-cu ilədək lokomotiv maşinisti peşələrində işləmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı icra etdiyi əmək funksiyaları ilə bağlı izahatında bildirmişdir ki, "xxxx" ASC-də idarə etdiyi reysli teplovozun ümumi magistral dəmiryolu xətlərinə çıxışı olsa da, iddiaçı xx.xx.1986-xx.xx.1999-cu il tarixlərində işlədiyi dövrdə zavod daxilindəki dəmiryolu xətlərində teplovozu idarə etmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısı:

21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: (Dizel yanacağı ilə işləyən) - dizel qatarlarının maşinistləri - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri

22. Odur ki, zavod daxilindəki dəmiryolu xətləri dəmiryol nəqliyyatının tərkib hissəsi hesab edilə bilməz. Bu səbəbdən İddiaçı xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə "xxxx" ASC-də işlədiyi vəzifənin xarakteri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsi arasında uyğunluq müəyyən edilmir.

23. İddiaçının onunla birlikdə eyni şərtlərlə işlədiyini iddia etdiyi şəxsə (X3) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə dəlillərini məhkəmə araşdırmış və həmin hallar öz təsdiqini tapmamışdır. Belə ki, müəyyən olunmuşdur ki, X3 xx.xx.2010-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (adıçəkilən şəxsin vəfat etməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmışdır). X1 pensiya işinə dair sənədlərdə "xxxx" ASC-də tutduğu vəzifə və iş yerində zərərli şərtlərlə işləməsinə dair arayış mövcud deyil. Odur ki, İddiaçı və X5 arasında bərabər vəziyyət mövcud deyil.

24. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün güzəştli iş stajı mövcud deyil və iddiaçıının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim ediliyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar