Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3448/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı , İddiaçı Cavabdehnə qarşı “Doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Doğum qeydi Bakı şəhəri, Kirov (indiki Binəqədi) rayonu VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmışdır. X4, anası isə X6r. Yaşadığı evdən başqa yaşayış yerinə köçməyi ilə əlaqədar doğum haqqında şəhadətnaməni itirmişdir. Buna görə də iddiaçı şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçı yeni doğum haqqında şəhadətnamə almağı üçün anası ilə birlikdə Cavabdehnə müraciət etmiş, lakin onun anasının adına imtina məktubu verilərək bildirilmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub göndərərək, iş həcminin çox olmasını nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh xx xxxx 2019-cu il tarixli, 0519-1857/15 saylı məktubundan görünür ki, X5 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, oğlunun şəxsiyyətini təsdiq edən sənəd olmadığından, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. - Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X7 ilə xx.xx.1949-cu il təvəllüdlü X12 arasında xx xxxxxx 1975-ci il tarixində nikah bağlanmışdır. - Azərbacan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 05/Q-3907/69 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası Ucar rayonunda anadan olmuş X7 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2019-cu ilədək yoxlama aparılmış və aşağıdaki məlumatlar aşkar edilmişdir: əri-X12 (xx.xx.1949-cu il) vəfat edib; oğlu-X13 (xx.xx.1981-ci il); oğlu-İddiaçı (xx.xx.1987-ci il); oğlu – X14 (xx.xx.1980-ci il) vəfat edib; qızı – X10 (xx.xx.1975-ci il) vəfat edib. -Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 05/Q-1995/69 saylı çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1987-ci il tarixdə Cavabdehndə 487 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Cavabdehnə sorğu göndərilmiş, sorğuya cavab olaraq məhkəməyə 487 nömrəli xx xxxxxx 1987-ci il tarixli doğum haqqında akt qeydi göndərilmişdir. Akt qeydindən gürünür ki, İddiaçı xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2, anasının isə X7 olduğu göstərilmişdir. Məhkəmə iclasında İddiaçı qardaşı X13 şahid qismində çıxış edərək ifadəsində bildirmişdir ki, qardaşı X14 və bacısı X10 irsi xəstəlik nəticəsində vəfat ediblər. Qardaşı İddiaçı da nevroloji xəstəliyi var. Anası X1 Mansur Həsən oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizə ilə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə icraatı zamanı təyin olunmuş məhkəmə-psixiatrik ekspertizası zamanı, İddiaçı kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu müəyyən edilmiş və hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında malik olmadığı müəyyən edilmişdir. Lakin, İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün, mülki işin hazırki vaxtadək yekunlaşması mümkün olmamışdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünür ki, iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə ünvanlanmış müraciət iddiaçı tərəfindən deyil də, onun X3 tərəfindən olunmuşdur. İddiaçı yetkinlik yaşına çatmış fiziki şəxs olsa da, onun kəskin ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında malik olmadığı məhkəmə-psixiatrik ekspertizası ilə təsdiq olunmuşdur. Həmçinin, X7 tərəfindən İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət olunmuş və hazırda həmin iş Binəqədi rayon Məhkəməsinin icraatındadır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının X3 tərəfindən İddiaçı doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciəti və ona verilmiş imtina məktubu qəbul edilməlidir. İddianın əsaslılığı : İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə ona doğum haqqında şəhadətnamənin təkrar verilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 05/Q-1995/69 saylı çıxarış əsasında onun 487 saylı doğum haqqında akt qeydi ilə qeydiyyata alınması təsdiq olunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. “Azərbaycan Respublikası vətəndaşınınşəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra- şəxsiyyət vəsiqəsi). Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, doğum haqqında şəhadətnaməsini itirdiyindən şəxsiyyət vəsiqəsini olmadığından, cavabdeh iddiaçıya doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı doğumunun qeydiyyatını artıq bir dəfə apardığını təkzib etməmiş, hətta, bununla bağlı iddiaçıya xx xxxxxx 2019-cu il tarixli, 05/Q- 1995/69 saylı çıxarış verərək, onun xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olduğunu və bu barədə xx.xx.1987-ci il tarixdə Cavabdehndə 487 saylı doğum haqqında akt qeydinin tərtib olunduğunu təsdiq etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icra edilməsi üçün onun şəxsiyyət vəsiqəsinə malik olması zərurəti ilə bağlı təkrar doğum haqqında şəhadətnaməsinin verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəlllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydanın 1.12-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hеsаb еdir ki, iddiаçı İddiaçı iddia ərizəsi təmin edilməli, xx xxxxxx 1987-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsinə üzərinə qoyulmalıdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsi təmin edilsin. xx xxxxxx 1987-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3448/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3448/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver