Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3448/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-1- 11/2-75/2023 saylı vəkil sorğusuna cavabının əsassız hesab edilməsi və iddiaçıya Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXİİİ, Ümumi peşələr, 12100000-11465, “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar” koduna istinad edilməklə 175 nömrəli Qərara 2 nömrəli əlavəyə uyğun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dəqiqləşdirici arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq “cavabının əsassız hesab edilməsi və iddiaçıya Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXİİİ, Ümumi peşələr, 12100000-11465, “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar” koduna istinad edilməklə 175 nömrəli Qərara 2 nömrəli əlavəyə uyğun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dəqiqləşdirici arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsl cavabdeh X11 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddianın əsaslandırılması:
1. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixində doğulmuşdur. xx.xx.2006-cı il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən cox güzəştli iş stajı olduğuna görə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 52 yaşından yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bütün tələb olunan sənədləri o, cümlədən SOCAR “Azneft” İB-nin Dalğıc Xidməti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli SOCAR**********70020767A00048 nömrəli arayışı da təqdim etmişdir. Həmin arayışda xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində X12 Heyətli və Heyətsiz sualtı aparatlar dəstəsində “Svyaqa” gəmisində mühəndis, böyük mühəndis, dəstə rəisi, rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 35-ci bəndinə əsasən sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər o cümlədən yüksək atmosefer təzyiqi şəraitində il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 satdan) və yaxud dalğıclıq fəaliyyətinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat yığılmalıdır”. Lakin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial xx.xx.2022-ci il tarixli **********9 saylı cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtina məktubunda göstərilir: 'Mərkəzi Filiala təqdim edilmiş ona dair xx.xx.2021-ci il tarixli SOCAR**********70020767A00048 nömrəli arayışda xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində “Svyaqa” gəmisində Fleyətli və Heyyətsiz sualtı aparatlar dəstəsində mühəndis, böyük mühəndis, dəstə rəisi və rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda yuxarıda qeyd olunan işlədiyi vəzifələrin üzən heyyətə aid olub-olmaması və işlədiyi gəmilərin daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də, onun güzəştli iş stajını müyyənləşdirmək mümkün olmamışdır. 01,01.2006-cı il tarixinə kimi tələb olunan 20 ilə qarşı 26 il 2 ay 26 gün ümumi, 10 il güzəştli iş stajına qarşı 17 il 11 ay güzəştli stajı olduğuna görə dəqiqləşdirici arayışın Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXİ11, Ümumi peşələr, 12100000-11465, “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o, cümlədən, yüksək atmosfer təzyiqi şəraitində , il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan ) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və cox olanlar” koduna istinad edilməklə verilməsi üçün vəkil sorğusu ilə SOCAR “Aznef” X3 Xidmətinə müraciət olunmuşdur. Vəkil sorğusunda dəqiqləşdirici arayışın Nazirlr Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun qaydada tərtib edilərək verilməsi xahiş edilmişdir. Lakin, cavabdehin xx.xx.2023-cü il tarixli 14-2-1-11/2- 75/2023 saylı məktubu ilə ona bildirilmişdir ki, onun işlədiyi vəzifələrin adı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXlİl, Ümumi peşələr, kod 12100000-11465, olmadığından tərəflərindən verilmiş xx.xx.2021-ci il tarixli SOKAR**********70020767A00048 nömrəli arayışın qeyd hissəsində dəyişiklik etmək mümkün olmayacaqdır. Halbuki, həmin siyahıda nəzərdə tutulmuş sualtında işləyən “başqa işçilər” Heyyətli və ya Heyyətsiz sualtı aparatlarda işləyənləri nəzərdə tutur. Hesab edir ki, “Azneft” İB-nin Dalğıc Xidmətinin xx.xx.2023-cü il tarixli 14-2-1-11/2-75/2023 saylı imtina məktubu əsassız hesab edilməsi və cavabdehin üzərinə ona Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXİİİ, Ümumi peşələr, 12100000-1 1465, koduna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dəqiqləşdiriçi arayışın Nazirlər Kabinetinin 175 nömrəli qərarına 2 nömrəli əlavəyə uyğun tərtib edilərək verilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə cavavdehdən iddiаyа dаir münasibətin (еtirаz) bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin iştirakı və izahatları:
3. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
7. Məhkəmə hesab edir ki, mübahisənin tərəflərinin, yəni iddiaçı ilə “Azneft” İB-nin arasındakı münasibətləri ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. Belə ki, “Azneft” İB inzibati orqan olmasa da, hazırkı münasibətlərdə qanunla ona həvalə edilmiş inzibati funksiyasını yerinə yetirir və iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
Faktiki hallar və sübutlar: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsini surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçının ИT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydasında tərcümə və təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Socar “Azneft” İB Dalğıc Xidməti tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, SOCAR**********70020767A00048 №-li iş yerinə və işlədiyi peşələrə dair arayış verilmişdir. Həmin arayışdan görünür ki, iddiaçı xx.xx.1980-ci ildən – xx.xx.1981-ci ilədək İxtisaslaşmış Sualtı — Texniki işlər və X9 Qorunması İdarəsində Baş mexaniki xidmətinin 2-ci dərəcəli yardımçı fəhlə peşəsində işləmişdir. xx.xx.1981-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1983-cü ildən – xx.xx.1983-cü ilədək Texniki işlər və X9 Qorunması İdarəsinin 4 №-li sahəsində 4-cü dərəcəli təmirçi çilingər peşəsində işləmişdir. xx.xx.1983-cü ildən – xx.xx.1985-ci ilədək həmin idarənin 1 №-li sahəsində 4-cü dərəcəli motorçu peşəsində, xx.xx.1985-ci ildən – xx.xx.1986-cı ilədək X4 DDK-də mühəndiş, xx.xx.1986-cı ildən – xx.xx.1986-cı ilədək X5 mühəndis, xx.xx.1986-cı ildən – xx.xx.1988-ci ilədək İstehsalat Şöbəsində mühəndis, xx.xx.1988-ci ildən – xx.xx.1988-ci ilədək X12 Heyətsiz sualtı aparatları dəstəsinə “Svyaqa” gəmisində mühəndis kimi işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək həmin gəmidə böyük mühəndis, xx.xx.1988-ci ildən – xx.xx.1990-cı ilədək həmin gəmidə 1-ci dərəcəli mühəndis vəzifəsində işləmişdir. xx.xx.1990-cı ildən – xx.xx.1990-cı ilədək X12 Heyətsiz sualtı aparatları dəstəsində müvəqqəti dəstə rəisi işləmiş, xx.xx.1990-cı ildən – xx.xx.1995-ci ilədək həmin dəstənin rəisi vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən – xx.xx.2006-cı ilədək həmin dəstənin rəis müavini vəzifəsində işləmişdir. Sonradan işlədiyi idarənin adı dəyişdirilərək, “Azneft” İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Dalgıc Xidməti olmuşdur. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 35-ci bəndinə əsasən sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər o cümlədən yüksək atmosefer təzyiqi şəraitində il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 satdan) və yaxud dalğıclıq fəaliyyətinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat yığılmalıdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, SOCAR Azneft İB-nın Dalğıc Xidmətinin ona dair 11 avqust 2021-ci il tarixli SOCAR**********70020767A00048 nömrəli arayışında xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində “Svyaqa” gəmisində və Həyətli və Heyətsiz sualtı aparatlar dəstəsində mühəndis, dəstə rəisi, rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda yuxarıda qeyd olunan işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması və işlədiyi gəmilərin daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd ediiməmişdir. Bu səbəbdən də onun güzəştli iş stajını müəyyənləşdirmək mümkün olmamışdır. Socar “Azneft” İB Dalğıc Xidməti tərəfindən DSMF-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğu məktubundan görünür ki, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 35-ci (Ümumi peşələr) bəndinə əsasən sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat olan işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Sözügedən bəndin birinci sətirində sualtı işlərdə məşğul olan “dalğıclar və başqa işçilər” sözləri qeyd olunmuşdur. Bununla əlaqədar olaraq "başqa işçilər” sözünün hansı işçi kateqoriyasına aid olduğunu və ümumiyyətlə 35-ci bəndin açıqlanmasının verilməsində onlara köməklik göstərilməsi xahiş edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Socar-ın “Azneft” İB Dalğıc Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbayca Respublikası Qanununun 9-cu maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulur. X13 peşələr (35) bəndinin birinci abzasında sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat olmuş şəxslər nəzərdə tutulub. Bununla əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək müqaviləsində və vəzifə təlimatında sualtı işlərdə və yüksək atmosfer təzyiqi şəraitində il ərzində 275 saatdan, ay ərzində 25 saatdan az olmayaraq çalışması nəzərdə tutulan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Əlavə olaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratrna orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. X6 90.2-ci maddəsinə əsasən normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, sözügedən Siyahının 35-ci bəndinin açıqlamasının verilməsi məsələsi Mərkəzi Filialın səlahiyyətlərinə aid olmadığından qeyd olunan məsələyə tərəflərindən münasibət bildirilməsi mümkün deyildir. Socar-ın “Azneft” İB Dalğıc Xidməti tərəfindən iddiaçıya(vəkilinə) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun işlədiyi vəzifələrin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda (1 nömrəli siyahı, Bölmə XXİİİ Ümumi peşələr, kod: 12100000 - 11465) olmadığından tərəflərindən verilmiş 11 avqust 2021-ci il tarixli, SOCAR**********70020767A00048 nömrəli arayışın qeyd hissəsində dəyişiklik etmək mümkün olmayacaqdır. Socar-ın “Azneft” İB Dalğıc Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, onun Dalğıc Xidmətində fəaliyyət göstərdiyi dövrlər ərzində tutduğu vəzifənin (vəzifələrin) adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarın 35-ci bəndində (sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat) və 1993-cü il tarixli 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nın “ümumi peşələr, bölmə XXİİİ, kod 12100000-11465" bəndində (sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan), və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar) yer almırsa, bu halda Dalğıc Xidməti olaraq işçilərə, o cümlədən ona güzəştli şərtlərlə iş stajının olması barədə arayış vermək səlahiyyəti yoxdur. Əgər Qərarda qeyd edilən “başqa işçilər” ifadəsinin ona şamil olunduğunu hesab edirsə, bunun üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi, onlar imtina etdikləri təqdirdə isə məhkəməyə müraciət etməsi hüququnun olduğu izah edilmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarın 35-ci bəndi ilə 1993-cü il tarixli 21 iyun 320 saylı Qərarın (bu qərar qüvvədən düşüb) “Ümumi peşələr, bölmə XXİİİ, kod 12100000-11465” bəndi eynilik təşkil etdiyindən, ona təqdim edilən xx.xx.2021-ci il tarixli SOCAR**********70020767A00048 nömrəli məktubun “qeyd” hissəsinə dəyişiklik etməyə lüzum görmürlər. Məhkəmənin müvafiq sorğusuna əsasən Socar-ın “Azneft” İB Dalğıc Xidməti tərəfindən İddiaçı barəsində tələb olunan əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir.
Məhkəmənin mövqeyi.
8. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir.
9. Hazırki iş üzrə iddiaçının tələbi “Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXİİİ, Ümumi peşələr, 12100000-11465, “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar” koduna istinad edilməklə 175 nömrəli Qərara 2 nömrəli əlavəyə uyğun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ona dəqiqləşdirici arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarətdir.
10. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarı: «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı təsdiq edilsin (1 nömrəli əlavə).
2. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı təsdiq edilsin (2 nömrəli əlavə).
3. Müəyyən olunsun ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısında nəzərdə tutulmuşdur. - 121000000, XXİİİ. Ümumi peşələr - 12100000-11465, Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 1.1 Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
12. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.
13. Hazırki iş üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.1980-ci ildən – xx.xx.2006-cı ilədək Socar-ın “Azneft” İB Dalğıc Xidmətində (iddiaçının işlədiyi müəssisə xx.xx.2017-ci ildən sonra belə adlandırılmışdır) müəyyən vəzifələrdə çalışmışdır. Bu vəzifələrə çilingər, motorçu, mühəndis, gəmidə mühəndis, baş mühəndis, 1-ci dərəcəli mühəndis, Sualtı Aparatları və X7 rəis, rəis müavini vəzifələri aiddir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası almaq üçün iş yerindən (Socarın “Azneft” İB Dalğıc Xidməti) arayış alaraq bunu Dövlət Sosial Müdafi Fonduna təqdim etmiş və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması və işlədiyi gəmilərin daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat arayışda qeyd edilməməsi səbəbindən onun müraciətinə imtina vermişdir.
14. Belə ki, cavabdeh “Azneft” İB (tabe olan orqan) tərəfindən iddiaçıya iş yeri və işlədiyi vəzifələr barəsində arayış verilmişdir. Həmin arayışda iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısında nəzərdə tutulması və oradakı peşələrə aid olması qeyd edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşələr sözügedən siyahıda aşkar edilmədiyindən cavabdeh tərəfindən həmin peşələrin güzəştli olması barədə arayışda məlumat göstərilməmişdir.
15. İddiaçı qeyd edir ki, onun işlədiyi peşə sözügedən siyasıda birbaşa göstərilməsə də, həmin siyasının 23-cü bölməsi (Ümumi peşələr), 12100000-11465 nömrəli kodda göstərilən “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər” anlayışı ona şamil edilməli və onun işlədiyi peşə güzəştli hesab edilmədiridir. Sözügedən siyasının 23-cü bölməsi (Ümumi peşələr), 12100000-11465 nömrəli kodda göstərilmişdir: Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar.
16. Məhkəmə hesab edir ki, siyahıda göstərilən “başqa işçilər” anlayışı 1) su altında yüksək atmosfer təziqi şəraitində il ərzində 275 saatdan az olmayaraq işləyən və ya 2) dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və daha çox işləyən işçilərə aiddir. Halbuki, məhkəməyə təqdim edilmiş iddiaçıya aid əmrlərdən və əmək kitabçasından göründüyü kimi, iddiaçı sualtında çalışmamış və yüksək atmosfer təziqi şəraitində heç bir peşədə işləməmişdir. Belə olan halda cavabdeh tərərəfindən iddiaçya verilmiş arayış dözgün olmuşdur.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
18. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
20. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-1-11/2-75/2023 saylı vəkil sorğusuna cavabının əsassız hesab edilməsi və iddiaçıya Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının Bölmə XXİİİ, Ümumi peşələr, 12100000-11465, “Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıc təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar” koduna istinad edilməklə 175 nömrəli Qərara 2 nömrəli əlavəyə uyğun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dəqiqləşdirici arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
2. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
NƏTİCƏVİ HİSSƏ
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova