Məhkəmə qərarları › İş №2-1(112)-3449/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3449/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3449/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarının etibarsız hesab edilməsi və Azərbaycan Respublikası DİN-nin bazasından ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2021 saylı 27.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi və Azərbaycan Beynəlxalq Bankı ASC hazırki məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşdurlar. İş üzrə məhkəmə iclası 25 avqust 2021-ci il tarixə təyin edilmiş, cavabdehə və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxslər hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə bağlanmış 15.05.2008-ci il tarixli, 819 saylı Kredit müqaviləsinə əsasən Nissan Murano markalı avtomobili ipoteka ilə yüklü edərək 18300 manat məbləğində kredit götürmüşdür. Kredit ödənişlərinin bir müddət ödədikdən sonra, sahibkarlıq fəaliyyətində problemlər yaranmış və bu səbəbdən kredit öhdəliklərini vaxtında icra edə bilməmişdir. Ona görə də, 2009-cu ildə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialının rəhbərliyi ilə razılıq əsasında ipoteka ilə yüklü edilmiş “Nissan Murano” markalı avtomobili etibarnamə əsasında bankın əməkdaşlarına təhvil vermiş, əvəzində isə onun banka olan borcu silinmişdir. Həmin hadisədən 7 il sonra, yəni 2016-cı ildə Azərbaycan Beynəlxalq Bankı ASC Nərimanov Rayon Məhkəməsinə müraciət edərək 17000 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın isə ipoteka predmeti olan avtomobilə yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4949/2016 saylı, 26.04.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apelllyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-8641 /16 saylı, 23.1 1.2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2744/l7 saylı, 01.05.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Daha sonra Azərbaycan Beynəlxalq Bankı ASC-nin əməkdaşları barəsində cinayət təqibi başlanmış, hüquq mühafizə orqanlarında araşdırmalar aparılarkən o da Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmuş və yuxarıda göstərdiyi kredit müqaviləsi üzrə izahat vermişdir. İzahat verərkən, kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsini bildirərək, qanuni qüvvəsini almış məhkəmə qərarlarını da müstəntiqə təqdim etmişdir. Bakı şəhər Baş Polis İdarəsində izahat verəndən sonra həmin məsələ ilə bağlı onu hüquq-mühafizə orqanlarından heç kim narahat etməmiş, lakin bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən ölkə hüdudlarına çıxmağına qadağa qoyulması barədə qərar qəbul edilmişdir. Lakin həmin qərar ona təqdim edilməmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Ölkədən getmə hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması üçün dəfələrlə Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciətlər etmiş və Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Yasin Mikayıllıın imzası ilə ona gələn 01.06.2020-ci il tarixli, ***-**** saylı məktubunda bildirilmişdir ki, "xxxx" ASCnin pul vəsaitinin hüquqi və fiziki şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı aparılan cinayət işi üzrə müstəntiqlər tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, güya onun Azərbaycan Beynəlxalq Bankı ASC-nin “Sənayə” filialına olan kredit borcu ödənilməmiş və işin halları araşdırmaqla istintaq davam edir. Azərbaycan Respublikası hüdudlarından kənara çıxılması ilə bağlı məhdudiyyətin götürülməsi üçün cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsini 5-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. Lakin Bakı şəhər Baş Polis İdarəsi onun barəsində cinayət işi olmadığı halda və heç bir qanuni asas olmadan, hətta kredit borcunun olmamasını təsdiq edən məhkəmə qərarlarının mövcud olmasına baxmayaraq konstitusion hüquqlarını kobud surətdə pozub ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Qeyd edilənlərə əsasən iddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi tərəfindən 10.03.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə yaradılmış birgə istintaq qrupunun tərkibinə daxil olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqləri tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 15 may 2008-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialına 13.635 manat əsas, 2.643 manat faiz borcu olmaqla ümumilikdə 16.278 manat kredit borcu ödənilməmişdir. Hazırda istintaq davam etdirilir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 25.05.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı oğluna Azərbaycan Respublikasının hüdudlarından kənar hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, iş materiallarında olan sənədlərdən və məhkəmə sorğularına cavab məktublarından aydın görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinə qarşı iddia qaldırmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə barəsində qoyulmuş ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın ləğvini tələb edir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, iddiaçı ibtidai istintaqın araşdırılması zamanı ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı qəbul edilmiş qərardan (hərəkətdən) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə, eyni zamanda həmin məcəllənin 122.2.1-ci maddəsinə əsasən təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarlarından – ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar