Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-345/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz filialının mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X4rşı mənzil verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona mənzil verilməsində köməklik göstərilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4277/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X7 ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmış, buna baxmayaraq mənzillə təmin olunmamışdır. Lakin cavabdeh ona mənzil verilməsindən imtina edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasında müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı məsələsini Əmək və X3 Nazirliyi həyata keçirir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına mənzil tikintisinə dair sifarişlər verir. Mənzillər tikildikdən sonra yerli icra hakimiyyətlərində mövcud olan siyahı əsasında mənzillərin paylanması həyata keçirilir. Mövcud prosedura əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitutsiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar, şəhid ailələri dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və X3 Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü icra hakimiyyətlərindən məktubla təqdim olunan növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılan müvafiq xüsusi komissiya tərəfindən həyata keçirilir. Həmin komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayışı sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və X3 Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələrlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçı qeyd edilən sərəncamla əhatə olunan şəxslərin dairəsinə daxil deyil. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X7 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı məktubdan görünür ki, iddiaçının Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatından Əmək və X3 Nazirliyinə daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və X3 Nazirliyi tərəfindən 2015-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən sərəncamla əhatə olunmayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamı əsasında yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşıdırılmasına ehtiyacı olan vətəndaşların Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edildiyini bildirməklə, ailə təkibi və kənar şəxsin qulluğuna ehtiyacı olan İ dərəcəli gözdən əlil olması ilə əlaqadər sərəncamda müvafiq dəyişikliyin olunmasını xahiş etmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamında qismən dəyişiklik edilməsi, İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində (özü, oğlu və qızı) Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında hesab edilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 135 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamından görünür ki, İddiaçı mənzil növbəsinə götürülməsi və yaşayış yeri üzrə mənzil növbəsində duranların güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 6-M-H6 saylı, xx xxxxxxx 2011-ci il tarixli məktubdan görünür ki, iddiaçının mənzillə təmin olunması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, o, İ qrup əlil kimi xx.xx.1998-ci ildən 3 nəfər ailə tərkibində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətin nəzdindəki ümumi mənzil növbəsi siyahısında 903-cü, güzəştlidə 378-ci və Qarabağ müharibəsi əlillərinin siyahısında isə 4-cü sıradadır. Mənzil növbəsinə götürülmüş Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin verilməsi növbəlilik prinsipi əsasında Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tərəfindən həyata keçirildiyində, sözügedənlərin adlı siyahısı (o cümlədən onun) hazırlnıb məktubla aidiyyəti üzrə həmin nazirliyə göndərilmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 6-M-172/2 saylı, xx xxxxxxxx 2014-cü il tarixli məktubdan görünür ki, iddiaçının mənzil ayrılması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, imtiyazlı ailələri, o cümlədən də Səbail rayonu üzrə mənzil növbəsində duran Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsi növbəlilik prinsipi əsasında Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin sifarişi ilə inşa olunan mənzillərin verilməsi zamanı nəzərə alınması məqsədilə yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin mənzil növbəliliyi üzrə adlı siyahısı, o cümlədən də onun adı Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə göndərilmişdir. Məhkəmə araşdırlması dövründə İddiaçı müharibə əlil kimi mənzil növbəliliyini müəyyən edən sənədin (siyahı) təsdiq edilmiş surəti, həmçinin iddiaçıdan əvvəl və sonra növbəyə alınan şəxslərin siyahısının (növbəlilik üzrə) təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq 6-1335 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla tələb olunan sənədlərin surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti nəzdində yaşayış yeri üzrə mənzil növbəsində duran Qarabağ müharibəsi əlillərinin siyahısından görünür ki, həmin siyahının 2-ci sırasında 3 nəfər ailə tərkibi ilə İddiaçı adı qeyd olunmuşdur. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Mənzil Məcəlləsinin 4.0. və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 135 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamına əsasən İ dərəcəli Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və yaşayış yeri üzrə mənzil növbəsində duranların güzəştli siyahısına daxil edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018ci il tarixli sərəncamına əsasən xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamına qismən dəyişiklik edilərək, İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında hesab edilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X7 tərəfindən mənzillə təmin edilməsini tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunmayan şəxslərin siyahısında olmadığı və sərəncamla əhatə olunmyan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının Nazirliyin səlahiyyəti xaricində olması əsası ilə imtina etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il traixli, 569 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Göründüyü kimi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırki halda iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamına əsasən İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində (özü, oğlu və qızı) Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında qeydiyyata alındığından, İ dərəcəli əlil şəxslər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunan şəxslərin siyahısına aid edilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-345/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-345/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver