Məhkəmə qərarları › İş №2-1(112)-345/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-345/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-345/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 (vəkil, Masazır, ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 162, mənzil 21), Üçüncü şəxs X8 (Bakı şəhəri, Sarayevo küçəsi, ev 1, mənzil 59) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər X14 və X9) sərəncamın qismən etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X1 mülkiyyətinə verilməsinə dair Bakı şəhər Cavabdeh xx.xx.1995-ci il tarixli Sərəncamının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 və xx.xx.2022-ci il tarixli qərardadı ilə isə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X3 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamının qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən evin köməkçi sahələri ümumi istifadə olan sahələrdir. Hansıki, həmin köməkçi sahələr ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Belə ki, Cavabdeh xx.xx.1995-ci il tarixli 162/130 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də kommunal şərait umumi olaraq müəyyən edilmişdir. Cavabdeh xx.xx.1995-ci il tarixli, 162/130 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14 ünvanında yerləşən 4 otaqlı mənzil, hansıki, sahəsi 101,6 kv.m olan (yaşayış sahəsi 74 kv.m. yerdə qalan sahə isə ümumi kommunal sahə) vətəndaş Eyvazov T.Ş. oğluna verilmişdir. Onun vəfatından sonra isə həmin mənzil onun həyat yoldaşı və hazırki iş üzrə iddiaçı olan İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən binada kommunal şərait ümumi olduğuna görə qonşular öz aralarında razılaşma edərək, müəyyən hissələri öz mənzilləri ilə birləşdirmiş və həmin birləşdirilən sahələrdən gündəlik ehtiyaclarını qarşılamaq üçün mətbəx və sanitar qovşaq kimi istifadə etmişdirlər. Lakin həmin sahələr heç vaxt ayrıca olaraq özəlləşdirilməmiş və özəlləşdirilməsi də mümkün olmamışdır. Çünki həmin sahələr mülkiyyətçilərin ümumi istifadəsində və ümumi mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən də qarşılıqlı razılaşma əsasında həmin köməkçi sahələr öz mənzilinə birləşdirilmiş və uzun illərdi onun istifadəsində olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, əslində ümumi istifadə olan kommunal sahə X10 adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında ******* saylı, RX Seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli kommunal sahələr mülkiyyət hüquqi ilə X12 məxsus olmuşdur. Qeyd edilən çıxarışın ləğv edilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət edilmiş, lakin Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2315/2019 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Verilən apellyasiya şikayətinə baxılarkən məhkəmə tərəfindən verilən sorğuya əsasən müyyən edilmişdir ki, Cavabdeh xx.xx.1995-cü il tarixli Sərəncamı ilə mübahisəli mənzil X1 mülkiyyətinə verilmişdir. Lakin qeyd edilən sərəcamda ümumi kommunal ümumi sahəyə əlavə edilmiş, bu isə aşağıda qeyd edilən qanunvericliyin tələblərinə ziddir. Sözügedən Sərəncamdan iddiaçı 30 iyul 2020-ci il tarixində məhkəmə prosesində məlumat əldə etmişdir. Çıxarış və Texniki pasportdan aydın olur ki, ümumi şəraitli kommunal sahələr mülkiyyətçilərin ümumi mülkiyyətinə verilməli olduğu halda AR ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilməmiş və bununla da mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi Haqqında Qanunun 5-ci maddəsininin ikinci cümləsinə əsasən “Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir”. Qanunvericilikdə ümumi mülkiyyətinə verilir ifadəsi mülkiyyət hüququnun yaranması əsası kimi dəyərləndirilməli, MM-in bir sıra maddələrində qeyd edilən, daşınmaz əmlaka dair mülkiyyət hüququnun reyestr qeydiyyatına alınmadan əmələ gəlmə əsası kimi şərh edilməlidir. Belə ki, MM-in 146.1-ci maddəsinə əsasən “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).” Sözügedən maddədə qeyd edilən digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq məhz Cavabdeh xx.xx.1995-ci il tarixli, 162/130 saylı Sərəncamıdır. Habelə MM-in 178.1 -ci maddəsinə əsasən “Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.”Sözügedən müddəaya əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunvericilikdə nəzərədə tutulmuş hallarda reyestr qeydiyyatına alınmadan əmələ gələ bilər. Belə olan halda Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi Haqqında Qanunun 5-ci maddəsininin ikinci cümləsində qeyd edilən müddəa ümumi istifadədə olan kommunal sahələrə birgə mülkiyyət hüququnun əmələ gəlmə əsasıdır. Belə olan halda iddiaçı hesab edir ki, Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159905 nömrəli vərəqində aparılmış qeydiyyat yardımçı sahə hissəində ləğv edilməlidir. Bilindiyi kimi Daşnmaz Əmlakın qeydiyyatı iki funksiya daşıyır ki, bunlardan birincisi yaradıcı funksiya, ikincisi isə bəyanedici funksiyadır. Bağlanmış alqısatqı müqaviləsinin reyestrdə qeydiyyata alınması zamanı qeydiyyat yaradıcı funksiya rolunu oynayır. Bəyanedici funksiyaya isə vərəsənin miras kütləsinə yaranmış mülkiyyət hüququnun qeydiyyata alınmasını misal göstərmək olar. Yəni vərəsə miras qoyanın ölümündən sonra qalmış miras kütləsinə birbaşa mülkiyyət hüququna sahib olur ki, bu onun mülkiyyət hüququnun qeydiyyata alınıb alınmamasından asılı deyildir. Vərəsə sadəcə onu qeydiyyata aldırarkən bəyan etməni həyata keçirir ki, bununla da mülkiyyət hüququnu üçüncü şəxslərdən qoruyur. Yəni yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən yardımçı sahələr mülkiyyətçilərin ümumi mülkiyyəti olduğuna görə, həmin sahələr üzərində mülkiyyət hüququnun təsdiq edilməsi ilə bağlı qeydin aparılması qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxs X14 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X3 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamının qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməsini tələb edir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmeti olan sərəncamdan ən geci xx.xx.2020-ci il tarixdə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, sözügedən Sərəncam xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, həmin Sərəncam məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olsa da, tərəfə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Bunu həmin tarixli məhkəmə qərarı da təsdiq edir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli Məhkəmə İclas Protokolunun surəti məhkəməyə göndərilmişdir. Həmçinin, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4208/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsindən müəyyən edilir ki, mübahisəli daşınmaz əmlakın X6 xx.xx.2012-ci ildə nənəsi Səltənət Hüseyn qızından miras qalaraq mülkiyyətinə keçməsi və mərhum Səltənət Rzayeva isə Cavabdeh xx.xx.1995-ci il tarixli Sərəncamı əsasında mənzilə hüquq əldə etməsinə dair sənədlər Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən 22 iyul 2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmeti olan Sərəncamdan xx.xx.2020-ci il tarixdə məlumatlı olması, həmin Sərəncamda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından, həmçinin hazırkı iddia ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati məhkəməsinə müraciət edildiyindən, məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürülmüş hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli BA-06207-2021 nömrəli məktubla Cavabdeh xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamının təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İşdə olan Cavabdeh “28 May küçəsi, 14 №-li evin, 54 №-li mənzilinin əvəzsiz olaraq vət. X4 şəxsi mülkiyyət kimi verilməsi haqqında” xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamından görünür ki, 28 May küçəsi, 14 №-li evin, 1 otaqlı ümumi sahəsi 48,58 kv.m, yaşayış sahəsi 33 kv.m olan ümumi kommunal şəraitli 54 №-li mənzilini əvəzsiz olaraq vət. Rzayeva S.H. qızına şəxsiyyət mülkiyyət hüququ kimi verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X3 vərəsəsi X9 mirasda 100% pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 33 kv.m, ümumi sahəsi 48.58 kv.m olan 1 otaqlı daşınmaz əmlakdan ibarətdir. İş materiallarından müəyyən edilir ki, AN-İ 157493 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsaəsn satıcı X11 ilə alıcı X15 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin, 54 saylı mənzili X10 mülkiyyətinə keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, ünvan 4 **********54- 05101-093038 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə yerində müayinə keçirilmişdir. İşdə olan yerində müayinə protokoluna əsaəsn mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14 ünvanda yerləşən ümumi şəraitli 54 nömrəli mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 15,58 kv.m ümumi istifadədə olan otaq 54 nömrəli mənzilin 33 kv.m yaşayış sahəsindən təcrid vəziyyətdədir, dəhlizin fərqli istiqanmətlərində yerləşir, bir biri ilə bağlı hər hansı keçid yoxdur, ayrı-ayrı giriş qapıları var. Göründüyü kimi, Cavabdeh “28 May küçəsi, 14 №-li evin, 54 №-li mənzilinin əvəzsiz olaraq vət. X4 şəxsi mülkiyyət kimi verilməsi haqqında” xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamı ilə 54 nömrəli 33 kv.m yaşayış sahəsindən ibarət mənzildən əlavə, ümumi istifadədə olan 15.58 kv.m sahəsi də əvəzsiz olaraq vət. Rzayeva S.H. qızına ayrılması iş materialları ilə öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. 30 oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı ilə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. İstinad olunan Qanunun əvvəlki redaksiyasına əsasən bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzillərin (evlərin) özəlləşdirilməsinə hər bir kirayəçinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə yol verilir. İstər köhnə qanunvericiliyə əsasən, istərsə də «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun yeni müddəasının tələbləri baxımından biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillərin (evlər) özəlləşdirilməsi zamanı həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerlərinin verilməsi qaydası müəyyən edilmişdir. Qanunvericiliyin istinad olunan müddəalarını hazırki münasibətlərə tətbiq edərək məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerlərinin mülkiyyətçilərin ümumi mülkiyyətinə verilməsi qanunda birbaşa müəyyən edildiyindən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14 ünvanda yerləşən ümumi şəraitli 54 nömrəli mənzilin 15,58 kv.m və 33 kv.m yaşayış sahələri biri-digərindən təcrid olunmuş vəziyyətdə yerləşdiyindən, sözügedən müddəaların X4 münasibətdə tətbiq edilməsi qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 32-ci maddəsinin 4-cü bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ünvanda yerləşən ümumi şəraitli 14 nömrəli binanın ümumi istifadədə olan 15.58 kv.m sahəsinin Cavabdeh xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamı ilə 33 k.v m yaşayış sahəsi olan 54 nömrəli mənzil ilə birlikdə X4 verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, Cavabdeh xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamı 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X3 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamı qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar