Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3451/2020 25.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızıİddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “yenidən mənzil siyahısına daxil edilməklə ona mənzil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1aq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı məhkəmədə iddia qaldıraraq, yenidən mənzil siyahısına daxil edilməklə ona mənzil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı əvvəla aşağıdakıları göstərməyi zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Bakı şəhəri Neftayırma müəssisələri üzrə YTD-nin sosial məişət inkişafı üzrə birgə iclasının 1 saylı protokoluna əsasən İddiaçı 6 (altı) nəfər ailə üzvü ilə birlikdə (özü, həyat yoldaşı, 3 (üç) qızı, oğlu) 1986-cı il tarixdən qeydiyyatda olduğu mənzil növbəsinin Bakı şəhəri NEMM üzrə YTD-nin ümumi mənzil növbəsinə keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 221 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iddiaçının iş yeri üzrə 6 (altı) nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməsi haqqında Azərbaycan Respublikası DİN BDYTİ Bakı şəhəri NEMM üzrə YTD-nin sosialməişət inkişafı üzrə birgə iclasının xx.xx.2005-ci il tarixli 1 nömrəli protokolu təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-ın iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan aydın olur ki, iddiaçının mənzillə təmin edilməsinə köməklik göstərilməsi barədə ərizəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - “SOCAR” tərəfindən təmin edilməmiş, imtinaya əsas kimi isə onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”la əmək münasibətlərində olmaması və və “SOCAR” üzrə mənzil uçotunda olmadığı göstərilmişdir. Neftayırma müəssisələri üzrə X1 rəisinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda da bildirilmişdir ki, iddiaçının ARDNŞ ilə əmək müqaviləsi olmadığı üçün ARDNŞ-nin mənzil uçot siyahısına qoşulması və mənzil ilə təmin edilməsi imkan xaricindədir. Göründüyü kimi iddiaçı ilə hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” arasında əmək münasibətləri mövcud olmadığından onun mənzillə təmin edilməsi barədə xahişləri öz müsbət həllini tapmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati orqan hesab edilmədiyindən, mübahisənin predmetindən asılı olmayaraq iddiaya mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatındaxüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə şifahi dinləmələr keçirilmədən müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İşə əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bundan əlavə, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsi anlamında inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş "xxxx"na Dövlət Neft Şirkəti inzibati orqan kimi daxil edilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. İş materiallarından məlum olur ki, iddiaçı artıq 6 (altı) nəfər ailə üzvü ilə Xətai rayon İcra Hakimiyyətində mənzilə növbəsinə qəbul edilmişdir. İddiaçının mənzillə təmin edilməsi ilə əlaqədar müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət etməsini təsdiq edən sübutu və ya sonunculardan hər hansı birinin imtina məzmunlu cavab məktubu məhkəməyə təqdim edilmədiyindən tərəflərin əvəz edilməsi ilə əlaqədar məsələlərə baxılmamışdır. İşin yuxarıda şərh edilən hallarına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-a qarşı iddiaya hər bir halda inzibati məhkəmə icraatı çərçivəsində mahiyyəti üzrə baxılması mümkün hesab edilmədiyinə görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, bu halda, mənzillə təmin edilməsi ilə əlaqədar ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürüldüyü müvafiq icra hakimiyyəti orqanına sənədlərini ərizəsinə əlavə etməklə müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3451/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3451/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver