Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3451/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 29 iyul 2020-ci il tarixli 5/Ə-5694/068 saylı məktubu ilə cavabdeh orqana göndərilən pozulmuş hüquqların bərpası barədə şikayət ərizəsinə cavab verməməsi qanunsuz, əsassız hesab edilməsi və bu şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 29 iyul 2020-ci il tarixli 5/Ə-5694/068 saylı məktubu ilə cavabdeh orqana göndərilən pozulmuş hüquqların bərpası barədə şikayət ərizəsinə cavab verməməsi qanunsuz, əsassız hesab edilməsi və bu şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri cənab Kərəm Həsənova “pozulmuş hüquqların bərpası barədə” şikayət ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində onun mənzillə təmin edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri cənab Kərəm Həsənov Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 29 iyul 2020-ci il tarixli 5/Ə-5694/068 saylı məktubla müraciət edərək iddiaçının ərizəsində göstəriln məsələyə baxıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilmsini xahiş edib. Lakin cavabdeh şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Cavabdeh təşkilatın və onun rəhbəri X1 qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasına məsuliyyətsiz yanaşması nəticəsində mənzillə təmin edilməmiş, nəticədə iddiaçı maddimənəvi zərər çəkmişdir. Həmçinin cavabdeh təşkilat və onun rəhbəri qanunsuz hərəkətlərə yol verərək yazılı müraciətinin cavablandırılmasından imtina edib. Bununla da, vəzifəli şəxs qanuni əsasları olmayan hərəkətsizlik edib və bir neçə normativ-hüquqi aktın tələblərini pozub. X3 mənzil probleminin həll edilməsi üçün zəruri tədbirlər görmür, dinləmələr və qəbul həyata keçirmir, qanunla müəyyən edilmiş vəzifə funksiyasını icra etmir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, X4 yuxarı icra hakimiyyəti orqanlarından, həmçinin Prezidentin Administrasiyasından daxil olan müraciətləri iddiaçının iştirakı təmin edilməklə araşdırılmasına və problemin həll edilməsinə səy göstərmir. Belə qanunsuzluq, vəzifə funksiyalarını icra etməmə X1 bürokratik məmur olmasını, rəhbər vəzifəli şəxs kimi yerində olmamasını, vətəndaşlara qayğı göstərilməsi, onların müraciətlərinə həssas yanaşılması barədə ölkə Prezidentinin çoxsaylı çağırışlarına saymaz münasibət bəsləndiyini təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin cavabı almamış, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair münasibətində cavabdeh göstərmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli Ə/5- 5694/068 saylı, və xx.xx.2020ci il tarixli məktuba ünvan 2 ünvanında yerləşən yataqxana binasının söküntüsü ilə əlaqədar müraciətində binanın 315 saylı otağında yaşayan İddiaçı ayrıca mənzillə təmin edilməsinə və ya kompensasiya ödənilməsinə köməklik göstərilməsi ilə əlaqədar ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və həmin məktuba cavab verilməsi öhtəliyinin Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə tələbin təmin edilməsi xahiş olunur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7- 214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.m çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş X10 xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli,4 girişli yataqxana binasında yaşayan ailələrə ( siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi- Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- "RFM” Məhdud Məsuliyyətli Cəmiyyətin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” institutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsinin 15 avqust 2016-cı il tarixli nigahın pozulması haqqında Şəhadətnaməyə əsasən bina sakinləri şikayətçi İddiaçı və X6 arasında nigah ləğv edilmiş və tərəflər arasında məhkəmə qaydasında boşanma və boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapmamışdır. Xətai Rayon Məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş Ne2(011)-7148/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli Qətnaməsi üzrə Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında İddiaçı 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır. Qəzalı binada yaşayan 146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28,8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X2 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmaqla 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. Hazırda Gen.Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X5 (5 nəfər ailə tərkibi -özü,keçmiş həyat yoldaşı,oğlu,qızı və ögey qızı) General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54,5 kv.m tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı- 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuş və hazırda razılaşma qanuni qüvvəsindədir. Lakin İddiaçı ayrıca mənzillə təmin olunmasını tələb edir. Müraciətdə qeyd edilənlə bağlı İddiaçı dəfələrlə Rayon İcra Hakimiyyətində qəbulda olmuş və müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verilmişdir. Müvafiq razılaşma əsasında qəzalı binadan sakinlərin kirayə mənzillərə köçürülməsi davam etdirilir, ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının inşasına başlanılmış və Rayon İcra Hakimiyətinin komissiyası tərəfindən tikinti işlərinin gedişatı və sakinlərin müraciətləri nəzarətdə saxlanılır. Cavabdeh yuxarıda qeyd edilənlərə əsaslanaraq iddia tələbinin hüquqi əsası olmadığından iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: İddiaçının Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova ünvanlanmış şikayətə əsasən iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində onun ayrı mənzillə təmin edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 29 iyul 2020-ci il tarixli, 5/Ə-5694/068 nömrəli məktubunun surətundən görünür ki, iddiaçının ərizəsində göstərilən məsələyə baxıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Hazırda iddiaçı qeyd edilən şikayətə cavabdeh tərəfindən cavab verilmədiyini göstərərək şikayət ərizəsinə cavab verməməsi qanunsuz, əsassız hesab edilməsi və bu şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən, bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Həmin Qanunun 12.3.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməli, məsələrin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməli (maddə 12.3.2), müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər (maddə 12.3.3). “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli 4 nömrəli Fərmanının 7-ci bəndində qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasını və haqlı tələblərinin həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında nizamintizamın gücləndirilməsi üçün zəruri tədbirlər görsünlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətinə yazılı cavab verilməmişdir. Bununla da cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətsizliyə yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 29 iyul 2020-ci il tarixli 5/Ə-5694/068 saylı məktubu ilə göndərilən İddiaçı şikayət ərizəsinə cavab verməməsi qanunsuz hesab edilərək, bu şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələnişlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 15-ci, 52ci, 68-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Xətai rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 29 iyul 2020-ci il tarixli 5/Ə-5694/068 saylı məktubu ilə göndərilən İddiaçı şikayət ərizəsinə cavab verməməsi qanunsuz hesab edilsin, bu şikayət ərizəsinə cavab verilməsi vəzifəsi cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3451/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3451/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver