Məhkəmə qərarları › İş №2-1(112)-3451/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3451/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3451/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv olunması, pensiya məbləğinin yenidən hesablanması və pensiya məbləğinin azaldıldığı dövrdən hazıradək yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli və xx.xx.2021-ci il tarixli məktublarının, xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” və xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “pul tələbinin icraya yöndəldilməsi haqqında” qərarlarının ləğv edilməsi, əmək pensiyasının məbləğinin 3235.60 manat olaraq müəyyən edilməsi, pensiyasının azaldıldığı dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 aprel 2019-cu il tarixdə prokurorluq işçisi kimi pensiyaya çıxmışdır və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə işlədiyi son 2 ilin əmək haqqı cədvəlini və istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya barədə arayışı göndərməklə, pensiyasının hesablanaraq ödənilməsini xahiş etmişdir. Həmin tarixdən 2020-ci ilin dekabr ayınadək 3235,60 manat pensiya təyin edilərək ona ödənilirdi. Pensiyasının hesablanması işlədiyi son 2 ilin əmək haqqı (cəmi 89 777,41 manat) cədvəli və istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (cəmi 5155,49 manat) barədə rəsmi təsdiqlənmiş arayış əsasında aparılmışdır. Həmin arayışdan görünür ki, əmək haqqında artımlar pul qismində hesablanaraq tam həcmdə ödənilmiş və ona uyğun məcburi sosial sığortaya cəlb olunaraq, ümumi nisbət nəzərə alınmaqla qanunun tələbinə əsasən təyin olunmuş miqdarda sosial fonda ödənişlər icra edilmişdir. Lakin, 2020-ci ilin dekabr ayından etibarən pensiyası 249,51 manat azadılmış və 2986,09 manat təyin edilərək ödənilir. Bu ödəniş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra - Cavabdeh) xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubu olan inzibati aktına əsaslanır (əlavə edilir). Eyni zamanda, həmin inzibati aktda göstərilmişdir ki, xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərdə hər ay 249,51 manat olmaqla, cəmi 4622,27 manat artıq əmək pensiyası ona ödənilmişdir və həmin pulun geri qaytarılması tələb olunmuşdur. Bundan sonra Cavabdeh xx.xx.2021-ci il tarixli, **********5 nömrəli «Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında» qərar qəbul edərək, 4622,27 manat artıq ödənilmiş pensiyanın ona ödənilməsini tələb etmiş (əlavə edilir), daha sonra xx.xx.2021-ci il tarixli, **********9 nömrəli «Pul tələbinin icraya yönəldilməsi haqqında» və icra üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarların qanunsuz olması ilə əlaqədar ləğv edilməsi barədə müraciətim Cavabdehin xx.xx.2021ci il tarixli, **********4 nömrəli məktubu ilə rədd edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarını “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi ilə əsaslandırmışdır ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Pensiya məbləğinin azadılmasının səbəbini aydınlaşdırmaq məqsədilə çoxsaylı müraciətlərinə cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, yeni hesablama aparılarkən yalnız prokurorluq orqanlarında qulluq keçdiyi son 24 ay ərzindəki əmək haqqı barədə cədvəl nəzərə alınmışdır. Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı»nın (bundan sonra - Siyahı) 31-ci abzasına (sonuncu) əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya nəzərə alınmayan ödənc növüdür və həmin kompensasiya əmək pensiyası hesablanarkən nəzərə alına bilməz. Eyni zamanda xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01 yanvar 2006-cı il tarixdən, “İnzibati icraat haqqında” Qanun isə 01 yanvar 2011-ci il tarixdə qəbul olnmuş və “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir, odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-cu maddəsində artiq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulması qeyd edilməsinə baxmayaraq, bu məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları əsas götürülmüşdür. Cavabdehin qərarı və onun hüquqi dəlilləri aşağıdakılara görə qanunsuz və əsassızdır. İlk növbədə qeyd edir ki, xüsusi rütbəli şəxslərə, o cümlədən prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavə hesablanarkən qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği nəzərə alınır. Həmin “Siyahı” əmək pensiyasının qulluq stajına görə əlavəsi hesablanarkən nəzərə alınan əmək haqqının orta aylıq məbləğinin tapılması məqsədləri üçün deyil, “Qeyd” hissəsinin 1-ci cümləsində göstərildiyi kimi, Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir. Əmək Məcəlləsindən də, məlum olduğu kimi, orta əmək haqqı Məcəllənin 177-ci maddəsindən başqa, 77 (Əmək müqaviləsinə xitam verilərkən işçilərə ödənilən müavinət), 140 (məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi), 175 (əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası) və 198-ci (işçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti) maddələrində təsbit edilmişdir. Digər tərəfdən, Nazirlər Kabinetinin Qərarının 1-ci bəndindən də göründüyü kimi, həmin “Siyahı” “Əmək pensiyaları haqqında”, yaxud o dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyi kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunlarda müəyyən edilmiş əmək haqqının orta aylıq məbləği hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısını deyil, Əmək Məcəlləsində təsbit edilmiş əmək haqqının orta aylıq məbləği hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısını müəyyən edir. Bu isə onu göstərir ki, həmin normativ-hüquqi akt pensiya hüquqi məqsədlər üçün deyil, əmək hüquqi məqsədlər üçün qəbul edilmişdir. “Siyahıya” istinad etməklə prokurorluq orqanlarında qulluq keçdiyi son 24 ay ərzində aldığı məzuniyyətə görə kompensasiya məbləğinin orta aylıq əmək haqqına daxil edilən ödənclər siyahısından çıxarılması və buna müvafiq pensiyanın ödənilməsi isə hüquqların məhdudlaşdırılması məqsədilə qanunun analogiya üzrə tətbiqini göstərir. Halbuki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun (bundan sonra - Konstitusiya Qanunu) 13.5-ci maddəsi [...] hüquqların məhdudlaşdırılması [...] halında [...] qanunun analogiyasından istifadə olunmasına qadağa qoyur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə ğörə, əmək pensiyası - bu Qanunda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin...kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinə, 110-cu maddəsinə əsasən Ödənişli məzuniyyət almaq işçinin hüqüqüdur, həmin Məcəllənin 139-cu maddəsinə görə ödənişli məzuniyyət əmək haqqının hesabına yaranır və onun hesabına ödənilir, buna görə də əmək haqqı vəsaiti kimi ondan Dövlət Sosial Müdafiə Fondunun pensiya kapitalının formalaşdırılması ücün ayırmalar edilir. “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində də qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. Onun barəsində sosial arayışdan da, görünür ki, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya məbləği onun gəliri kimi məcburi dövlət sosial sığorta vəsaiti kimi qəbul edilərək, həmin məbləğdən Dövlət Sosial Müdafiə Fonduna ödənişlər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi ücün dövlət məvacibinin hesablanması Qaydaları”nda və “Dövlət qulluqçularına əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda qeyd olunmuşdur ki, əmək pensiyası hesablanarkən, məcburi dövlət sosial sığortasına cəlb edilən bütün pul ödənişləri nəzərə alınmalıdır. Belə ki, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi ücün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndində qeyd edilmişdir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.02, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020- ci il tarixli Plenumunun Qərarında da qeyd olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı ğünə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Onun pensiyası da. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə işlədiyi son 2 ilin əmək haqqı cədvəli və istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya barədə arayiş təqdim edildikdən sonra hesablanmış, cədvəldə və arayışda qeyd edilmiş hər bir vəsait məcburi sosial sığortaya cəlb olunaraq, qanunun tələbinə əsasən təyin olunmuş miqdarda sosial fonda ödənişlər icra edilmişdir. Odur ki, “Siyahıya” istinad etməklə pensiya məbləğinin azaldılması və artıq ödənilmiş hesab edilməklə pensiyanın geri ödənilməsi barədə qərar qəbul edilməsi qanunsuzdur. Bundan başqa, Cavabdeh xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarını “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi ilə əsaslandırarkən unutmuşdur ki, 82.1-ci maddə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrasının “İcra haqqında” Qanununa əsasən icra məmurları tərəfindən icra edilməsini müəyyən edir. Bu isə onu göstərir ki, cavabdehin tələbin məcburi icraya yönəldilməsi barədə qərarı qanunsuzdur. Digər tərəfdən isə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası [...] əmək pensiyaçısının [...] razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həm də, “İnzibati icraat haqqında” Qanunla “Əmək pensiyaları haqqında” Qanun bir-birinə ziddiyyətli hesab edilsəydi, onda bu ziddiyyət sahə normativ-hüquqi akt olan “Əmək pensiyaları haqqında” Qanunun xeyrinə həll ediləcəkdir. X2 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Odur ki, həmin qərarlar qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən 29 avqust 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 oktyabr 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 953,54 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 429,09 manat, rütbəyə görə əlavəsi 138,00 manat və digər növ əlavələri 1464,74 manat olmaqla orta aylıq əmək haqqı 2985,37 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.8.3- cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2985,37 manat) 80 faizi-2388,30 manat məbləğində hesablanmışdır. Eyni zamanda işləyən əmək pensiyaçı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2388,30 manat) sığorta hissəsi tam (187,84 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2388,30- 187,84=2200, 46 x 50 % = 1100,23 manat) olmaqla ümumilikdə 1288,07 manat (187,84 + 1100,23) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin xx.xx.2017 - xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1268,27 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində iddiaçıya 59,40 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilərək əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2018-ci il tarixindən 198,54 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (198,54 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2388,30-198,54=2189,76x50%=1094,88 manat) olmaqla ümumilikdə 1293,42 manat (198,54+1094,88) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin 2018-ci ilin yanvar və fevral aylarında iddiaçıya hər ay 1268,27 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində 50,30 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1048,96 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 472,03 manat, rütbəyə görə əlavəsi 138,00 manat və digər növ əlavələri 1597,66 manat olmaqla orta aylıq əmək haqqı 3256,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3256,65 manat) 80 faizi-2605,32 manat məbləğində hesablanmışdır. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2605,32 manat) sığorta hissəsi tam (198,54 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2605,32- 198,54=2406,78x50%=1203,39 manat) olmaqla ümumilikdə 1401,93 manat (198,54+1203,39) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1384,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində iddiaçıya 177,90 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2019-cu il tarixindən 204,50 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (204,50 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2605,32-204,50=2400,82x50%=1200,41 manat) olmaqla ümumilikdə 1404,91 manat (204,50+1200,41) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1384,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində 63,69 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 3 aprel 2019-cu il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə təqdim etdiyi son 24 ay ərzindəki əmək haqqı barədə arayışa əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 984,67 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi443,10 manat, rütbəyə görə əlavə 138,00 manat və digər növ əlavələr 2166,84 manat olmaqla orta aylıq əmək haqqı 3732,61 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3732,61 manat) 80 faizi-2986,09 manat məbləğində hesablanmışdır. Lakin, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 3235,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 4973,56 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 351,29 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 4973,56 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 4622,27 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda qeyd edilmişdir ki, “bu Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir”. Bu səbəbdən də əmək pensiyası hesablanması zamanı sözügedən Siyahının tələbləri nəzərə alınmışdır. Bundan əlavə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısfmn 31 -ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Eyni zamanda bildirilmişdir ki, “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1 yanvar 2006-cı il tarixindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu isə 1 yanvar 2011-ci il tarixindən qüvvəyə minmişdir. Buna görə də əmək pensiyasından artıq ödənilmiş pul vəsaitlərinin tutulması məsələsində “İnzibati icraat haqqında” Qanun əsas götürülmüşdür. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 81.1 -ci maddəsinə əsasən İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli və xx.xx.2021-ci il tarixli məktubu, xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” və xx.xx.2021-ci il tarixli, **********9 nömrəli "Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarlarının ləğv olunması, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya daxil olmaqla məcburi dövlət sosial sığortasına cəlb edilən bütün pul ödənişləri nəzərə alınaraq əmək pensiyasının hesablanması vəzifəsinin, pensiyasının azaldıldığı dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17/304 nömrəli arayışın surətindən görünür ki, prokurorluğun sabiq əməkdaşı İddiaçı işdən çıxarkən ona 5155,49 manat istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya hesablanıb ödənilmiş, kompensasiyadan Dövlət Sosial Müdafiə Fonduna ayırmalar edilmişdir. İşdə olan cavabdeh tərəfindən ididaçıya ünvanlanmış 28 yanvar 2021-ci il tarixli, **********1 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubun surətindən görünür ki, ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 29 avqust 2006-cı il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 oktyabr 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 953,54 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi -429,09 manat, rütbəyə görə əlavə 138,0.0 manat və digər növ əlavələri 1464,74 manat olmaqla orta aylıq əmək haqqı 2985,37 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.8.3-cü maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2985,37 manat) 80 faizi-2388,30 manat məbləğində hesablanmışdır. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2388,30 manat) sığorta hissəsi tam (187,84 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (2388,30-187,84=2200,46x50%=1100,23 manat) olmaqla ümumilikdə 1288,07 manat (187,84+1100,23) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin, xx.xx.2017- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1268,27 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 59,40 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilərək əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2018- ci il tarixindən 198,54 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (198,54 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2388,30-198,54=2189,76x50%=1094,88 manat) olmaqla ümumilikdə 1293,42 manat (198,54+1094,88) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin, 2018-ci ilin yanvar və fevral aylarında ona hər ay 1268,27 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində 50,30 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1048,96 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi-472,03 manat, rütbəyə görə əlavəsi 138,00 manat və digər növ əlavələri 1597,66 manat olmaqla orta aylıq əmək haqqı 3256,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3256,65 manat) 80 faizi- 2605,32 manat məbləğində hesablanmışdır. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona "Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2605,32 manat) sığorta hissəsi tam (198,54 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2605,32- 198,54=2406,78x50%=* 1203,39 manat) olmaqla ümumilikdə 1401,93 manat (198,54+1203,39) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin, xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1384,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 177,90 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2019-cu il tarixindən 204,50 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (204,50 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2605,32- 204,50=2400,82x50%=1200,41 manat) olmaqla ümumilikdə 1404,91 manat (204,50+1200,41) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Lakin, xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1384,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində 63,69 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. 3 aprel 2019-cu il tarixindən prokurorluq orqanlarından azad olunması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə təqdim etdiyi son 24 ay ərzindəki əmək haqqı barədə arayışa əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 984,67 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-443,10 manat, rütbəyə görə əlavə 138,00 manat və digər növ əlavələri 2166,84 manat olmaqla orta aylıq əmək haqqı 3732,61 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (3732,61 manat) 80 faizi-2986,09 manat məbləğində hesablanmışdır. Lakin,xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 3235,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 4973,56 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 351,29 manat əskik pul vəsaiti, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 4973,56 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 4622,27 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 4622,27 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin dekabr ayından etibarən əmək pensiyası 2986,09 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16 may 2021-ci il tarixli, **********2 nömrəli “Kompensasiyanın orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınmasının mümkün olmaması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısının 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göründüyü kimi, ərizəsində qeyd etdiyi pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli “Kompensasiyanın orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınmasının mümkün olmaması və əmək pensiyasından tutulma haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”-da qeyd edilmişdir ki, "bu Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir". Bu səbəbdən də, əmək pensiyanın hesablanması zamanı sözügedən Siyahının tələbləri nəzərə alınmışdır. Eyni zamanda bildirilmişdir ki, "Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.6-cı maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Əmək pensiyaları haqqında" X1 1 yanvar 2006-cı il tarixindən, “İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanunu isə 1 yanvar 2011-ci il tarixindən qüvvəyə minmişdir. Buna görə də, əmək pensiyasından artıq ödənilmiş pul vəsaitlərinin tutulması məsələsində “İnzibati icraat haqqında" Qanun əsas götürülmüşdür. Məlumat üçün bildirilir ki, bir çox müvafiq məhkəmə qərarlarında əmək pensiyasından artıq ödənilmiş pul vəsaitinin tutulmanın aparılması məsələlərinə yuxarıda qeyd olunan səbəbdən “İnzibati icraat haqqında" Qanunun tətbiq edilməli olduğu göstərilmişdir. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarının surətindən görünür ki, xx.xx.1959-cu il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 4622.27 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “pul tələbinin icraya yönəldilməsi haqqında” qərarının surətindən görünür ki, Azərbayca Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarının (icra sənədinin) icraya yönəldilməsi qərara alınmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 20/548 nömrəli cavab məktubundan görünür ki, İddiaçı istifadə olunmamış məzuniyyətlərinə görə kompensasiyası aşağıdakı illərə görə ödənilmişdir: 1993/1994-cü illərə görə - 36 gün, 1999/2000-ci illərə görə - 30 gün, 2002/2003-cü illərə görə - 30 gün, 2019-cu ilə görə - 5 gün olmaqla, cəmi 101 gün təşkil etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 28 yanvar 2021-ci il tarixli, **********1 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında”, 16 may 2021-ci il tarixli, **********2 nömrəli “Kompensasiyanın orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınmasının mümkün olmaması haqqında”, “kompensasiyanın orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınmasının mümkün olmaması və əmək pensiyasından tutulma haqqında” 11 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı artıq ödənilmiş pul məbləğinin tutulması ilə bağlı qərarın icrası ilə əlaqədar cavabdeh quruma dəfələrlə müraciət etmiş və müraciətlərinə cavab olaraq yuxarıda qeyd edilən cavab məktubları verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, qismən əsaslıdır. Məhkəmə ilk öncə iddianın xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” və xx.xx.2021-ci il tarixli, **********9 nömrəli "Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarlarının ləğv olunması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə prokurorluq əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hərhansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə eləcə də, iddiaçının tələbinin “pul tələbinin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi hissəsini də, əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Məhkəmə həmçinin iddiaçının digər tələbləri olan - istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya daxil olmaqla məcburi dövlət sosial sığortasına cəlb edilən bütün pul ödənişlərinin nəzərə alınaraq əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi, pensiyasının azaldığı dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəlinin cavabdehə həvalə edilməsi və iddiaçının müraciətlərindən imtina edilməsi barədə məktubların qanunsuz hesab edilməsi ilə bağlı tələblərinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsassız hesab olunmaqla təmin edilməməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının pensiya məbləğinin azalmasının əsasını istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya məbləğinin məcburi dövlət sosial sığortasına cəlb edilən pul ödənişi kimi əmək pensiyasına hesablanmaması təşkil edir. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş pensiya işinə və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş arayışa əsasən müəyyən edilmişdir ki: - iddiaçıya pensiya hesablanması zamanı onun təqdim etdiyi arayışa əsasən prokurorluq orqanlarında qulluq keçdiyi son 24 ay ərzindəki əmək haqqı nəzərə alınmışdır. - iddiaçıya isə istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya məbləği aşağıdakı illərə görə ödənilmişdir: 1993/1994-cü illərə görə - 36 gün, 1999/2000-ci illərə görə - 30 gün, 2002/2003-cü illərə görə - 30 gün, 2019-cu ilə görə - 5 gün olmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2017-2019-cu illərədək olan dövrə aiddir. Bu səbəbdən də, həmin məbləğlər iddiaçıya 2019-cu ildə hesablanmış, son iki ili əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da, vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2017-2019-cu illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” və xx.xx.2021-ci il tarixli, **********9 nömrəli "Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarları ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar