Məhkəmə qərarları › İş №2-1(112)-3453/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3453/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3453/2021 14.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 01 iyul 2017-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının 64,5 yaşı tamam olduğu 18 fevral 2020-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 18 avqust 1955-ci il tarixində doğulmuşdur. Əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərindən görünür ki, 06 may 1974-cü il tarixdən 15 iyun 1976-cı il (2 il 1 ay 9 gün) tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 09 iyul 1976-cı il tarixdən 10 oktyabr 1979-cu il tarixinədək (3 il 3 ay 1 gün) Bakı şəhəri “Yaşayış fondunun əsaslı təmiri” trestinin 4 saylı xüsusi idarəsində fəhlə və izoləedici vəzifələrində, 11 oktyabr 1979-cu il tarixdən 22 aprel 1980-ci il tarixinədək (6 ay 11 gün) “Xüsusitəmirtikinti” trestində izoləedici vəzifəsində, 23 aprel 1980-ci il tarixdən 08 noyabr 1980-ci il tarixinədək (6 ay 15 gün) “Könüllü” xüsusi təsərrüfat idarəsində dülgər vəzifəsində, 05 dekabr 1980-ci il tarixdən 04 may 1981-ci il tarixinədək (4 ay 29 gün) “Xüsusitəmirtikinti” trestinin 5 №-li “Xüsusitəmirtikinti” idarəsində izoləedici vəzifəsində, 05 iyun 1981-ci il tarixdən 30 sentyabr 1981-ci il tarixinədək (3 ay 25 gün) Krasnodar vilayətinin “Oraks” sovxozunda dülgər vəzifəsində, 27 yanvar 1982-ci il tarixdən 04 aprel 1984-cü il tarixinədək (2 il 2 ay 7 gün) Bakı şəhəri Kirov rayon İctimai- İaşə İdarəsində fəhlə və aşbaz vəzifələrində, 14 aprel 1984-cü il tarixdən 19 noyabr 1984cü il tarixinədək (7 ay 15 gün) Krasnodar vilayətinin Şirasnovsk sovxozunda aşbaz vəzifəsində, 03 dekabr 1984-cü il tarixdən 03 sentyabr 1992-ci il tarixinədək (7 il 9 ay) Bakı şəhəri Kirov rayon İctimai-İaşə idarəsində fəhlə və aşbaz vəzifələrində, 03 sentyabr 1992ci il tarixdən 10 dekabr 1994-cü il tarixinədək (2 il 3 ay 7 gün) “Bakıbaştikinti” trestinin ETK-də yeməkxananın anbar müdiri vəzifəsində və 01 mart 1996-cı il tarixdən 27 dekabr 2004-cü il tarixinədək (8 il 9 ay 26 gün) “Bakı Baş Tikinti İdarəsi”nin 1 №-li ETK-da yeməkxananın anbar müdiri vəzifəsində işləmişdir. Göründüyü kimi 27 dekab 2004-cü il tarixinədək ümumi iş stajı 28 il 9 ay 19 gün təşkil etmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. (Kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun tələblərinə müvafiq olaraq 2019-cu ilin iyulun 1dən 2020- ci ilin iyulun 1-dək kişilərin yaş həddi 64 il 6 ay təşkil etdiyindən və onun həmin yaş həddi 2020-ci ilin 18 fevral tarixində tamam olduğundan bu tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ona pensiya təyin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən **********6 saylı 21 dekabr 2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı 05.11.2020-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun bu tələbinə haqlı olaraq imtina verilmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Vətəndaşın cavabdeh orqana təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasına əsasən 20 il 5 ay 21 gün sığorta stajı olduğu müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında qeyd olunan "xxxx"ASC-də vətəndaşın işlədiyi illərin yerində yoxlanılması həyata keçirilmişdir. Yoxlama zamanı 13.07.1976-cı il tarixli əmək kitabçasında qeyd olunmuş 10.09.1996-cı il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və işdən azad olunduğu 27.12.2004-cü il tarixədək ona əmək haqqı hesablanmadığı məlum olmuşdur. Yuxarda qeyd olunanlara əsasən cavabdeh orqan tərəfindən 27.11.2020-ci il tarixli “iş stajının yerində yoxlanılmasına dair akt”ı tərtib edilmiş və iş materilallarına əlavə edilmişdir. Eyni zamanda məhkəmə prosesi zamanı İddiaçı izahatında 10.09.1996-cı il tarixdən 27.12.2004-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğunu etiraf etmiş və bu hal protokola qeyd edilmişdir. Qeyd edilən səbəbdən sığorta stajı hesablanarkən 10.09.1996-cı il tarixdən - 27.12.2004-cü il tarixədək ( 8 il 3 ay 7 gün) olan dövrün sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının” 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 19.04.2021-ci il tarixdə **********2 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn 27.04.2021-ci il tarixli 4/869 nömrəli cavab məktubuna əsasən qeyd olunan müəssisəyə dair arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd edilmişdir. İlk olaraq qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunan Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər”. Cavabdeh iddiaçının 10.09.1996-cı il tarixdən - 27.12.2004-cü il tarixədək (8 il 3 ay 7 gün) öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu, həmin tarixlərdə əmək haqqı almasının müəssisədə saxlanılan əmək haqqı ödəniş cədvəllərinə əsasən təsdiq edilmədiyini bildirir, iddiaçı faktı təkzib və mübahisə etmir. Digər tərəfdən 6 ildən çox müddətə, habelə öz hesabına ödənişsiz məzuniyyətdə olma Əmək Məcəlləsinin 112 və 128-ci maddələri anlamında ödənişsiz məzuniyyət deyil. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı əmək kitabçası ilə təsdiq olunan 20 il 5 ay 21 gün sığorta stajı və fərdi hesabın sığorta hissəsində 14826 manat məbləğində pensiya kapitalı mövcuddur. İddiaçının mövcud olan sığorta stajı və pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan şərtlərə cavab vermədiyi üçün pensiya hüququ yaranmır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 06 may 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan SSR X3 Təhsili Komitəsi tərəfindən verilmiş 4481 saylı attestatdan görünür ki, İddiaçı 23 noyabr 1981-ci il tarixdə Azərbaycan SSR 112 saylı kənd texniki peşə məktəbinə daxil olmuş, 26 iyul 1982-ci ildə təhsil müddəti 8 ay olan həmin məktəbi bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 09 iyul 1976-cı il tarixdən 10 oktyabr 1979-cu il tarixinədək (3 il 3 ay 1 gün) Bakı şəhəri “Yaşayış fondunun əsaslı təmiri” trestinin 4 saylı xüsusi idarəsində fəhlə və izoləedici vəzifələrində, 11 oktyabr 1979-cu il tarixdən 22 aprel 1980-ci il tarixinədək (6 ay 11 gün) “Xüsusitəmirtikinti” trestində izoləedici vəzifəsində, 23 aprel 1980-ci il tarixdən 08 noyabr 1980-ci il tarixinədək (6 ay 15 gün) “Könüllü” xüsusi təsərrüfat idarəsində dülgər vəzifəsində, 05 dekabr 1980-ci il tarixdən 04 may 1981-ci il tarixinədək (4 ay 29 gün) “Xüsusitəmirtikinti” trestinin 5 №-li “Xüsusitəmirtikinti” idarəsində izoləedici vəzifəsində, 05 iyun 1981-ci il tarixdən 30 sentyabr 1981-ci il tarixinədək (3 ay 25 gün) Krasnodar vilayətinin “Oraks” sovxozunda dülgər vəzifəsində, 27 yanvar 1982-ci il tarixdən 04 aprel 1984-cü il tarixinədək (2 il 2 ay 7 gün) Bakı şəhəri Kirov rayon İctimai-İaşə İdarəsində fəhlə və aşbaz vəzifələrində, 14 aprel 1984-cü il tarixdən 19 noyabr 1984-cü il tarixinədək (7 ay 15 gün) Krasnodar vilayətinin Şirasnovsk sovxozunda aşbaz vəzifəsində, 03 dekabr 1984cü il tarixdən 03 sentyabr 1992-ci il tarixinədək (7 il 9 ay) Bakı şəhəri Kirov rayon İctimai- İaşə idarəsində fəhlə və aşbaz vəzifələrində, 03 sentyabr 1992-ci il tarixdən 10 dekabr 1994-cü il tarixinədək (2 il 3 ay 7 gün) “Bakıbaştikinti” trestinin ETK-də yeməkxananın anbar müdiri vəzifəsində və 01 mart 1996-cı il tarixdən 27 dekabr 2004-cü il tarixinədək (8 il 9 ay 26 gün) “Bakı Baş Tikinti İdarəsi”nin 1 №-li ETK-da yeməkxananın anbar müdiri vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, 4/869 saylı məktubdan görünür ki, İddiaçı Əli oğlu barəsində olan sorğuda qeyd olunan "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Cavabdeh tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, **********6 saylı imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış, bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ( 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ( kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 20 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 13.07.1976-cı il tarixli əmək kitabçasında qeyd olunmuş 10.09.1996-cı il tarixdən sonra öz hesabına məzuniyyətdə olmuşdur. 27.12.2004-cü il tarixdən sonra ona əmək haqqı hesablanmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajınıza əlavə olunması mümkün hesab olunmur. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (20 il) sığorta kapitalı 14826,00 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında" Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq oma yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün 3 saylı Bakı “DOST” mərkəzinə müraciət etməsi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (13174,00 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 01 iyul 2019-cu il tarixdən 01 iyul 2020-ci il tarixədək kişilərin yaş həddi 64 yaş 6 ay müəyyən olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, pensiya yaşı 18 fevral 2020-ci ildə tamam olmuşdur. Hazırki halda iddiaçı onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına və pensiya təyin edilməsi tələb olunan azı 25 ildən artıq sığorta stajına malik olmasını baxmayaraq ona pensiya təyin edilməsindən imtina edildiyi əsası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ümumi iş stajının 28 il 9 ay 19 gün təşkil etdiyini göstərsə də, lakin aparılmış araşdırma nəticəsində iddiaçının 25 ildən artıq sığorta stajına malik olması öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən öz səlahiyyətləri çərçivəsidə iddiaçıya pensiya təyin edilməsi üçün aparılan araşdırma zamanı əmək kitabçasında qeyd olunmuş "xxxx" ASCdə işlədiyi illərin yerində yoxlanılmasını həyata keçirmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun 01 mart 1996-cı il tarixdən 27 dekabr 2004-cü il tarixinədək (8 il 9 ay 26 gün) “Bakı Baş Tikinti İdarəsi”nin 1 №-li ETK-da yeməkxananın anbar müdiri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Yoxlama zamanı iddiaçının 10.09.1996-cı il tarixdən sonra öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və işdən azad olunduğu 27.12.2004-cü il tarixədək ona əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Bu barədə cavabdeh orqan tərəfindən 27.11.2020-ci il tarixli “iş stajının yerində yoxlanılmasına dair” Akt tərtib edilmiş və həmin aktın surəti məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı hazırki iddia tələbi üzrə 10.09.1996-cı il tarixdən 27.12.2004-cü il tarixədək olan 08 il 03 ay 7 gün müddətin də sosial sığorta stajına hesablanmaqla, onun sosial sığorta stajının 25 ildən artıq müddəti təşkil etdiyini iddia edir. Halbuki həmin dövr iddiaçının iş stajına daxil edilə bilməz. Bu halda iddiaçının ümumi sosial sığorta stajı 20 il 05 ay 21 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən edilmiş müddətin tələblərinə cavab vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericiliklə əmək (iş) dövlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsdiq olunmamışdır. Məhkəmə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilməməsi qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1344/2020 saylı, 14.07.2020-ci il tarixli (hakim N.Rəsulbəyova) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Həmçinin iddiaçının 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun sığorta kapitalının 14826 manat olmaqla, tələb olunan sığorta kapitalından az olduğu, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan minimum sosial sığorta stajına malik olmadığı, həmçinin fərdi hesabın sığorta hissəsində mövcud olan 14826 manat məbləğində pensiya kapitalı tələb olunan sığorta kapitalından az olmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar