Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3454/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı3 nümayəndəsi X7 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıların ümumi paylı mülkiyyətində olan sahələrinin (İddiaçı1 18,6 kv.m, İddiaçı2 30 kv.m, İddiaçı3 85,8 kv.m, X1 18,6 kv.m) hər kv.m 2500 manatdan hesablanaraq iddiaçılara kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiaçıların ümumi paylı mülkiyyətində olan sahələrinin (İddiaçı1 18,6 kv.m, İddiaçı2 30 kv.m, İddiaçı3 85,8 kv.m, X1 18,6 kv.m) hər kv.m 2500 manatdan hesablanaraq iddiaçılara kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 1a və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bir bloklu yaşayış binasının sakinləri mülkiyyətçiləri, həmçinin "xxxx" MTK-nin üzvləridirlər. xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin müavini Etibar Əhmədovun imzası ilə bina sakinlərinə bildiriş paylanmışdır. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Bakı şəhərinin Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlaşdırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 nömrəli Sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 (beş) gün müddətinə hüquqi sənədlərinizlə komissiyaya müraciət etməyiniz Sizdən xahiş olunur.” Bundan sonra bina sakinlərinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlər başlanılmış, 23 noyabr 2021-ci il tarixdə binanın həyətyanı sahəsinin hasarı uçurulmuş, 10 dekabr 2021-ci il tarixdə isə binanın elektrik təchizatı qanunsuz olaraq özbaşına şəbəkədən ayrılmışdır. Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları şifahi olaraq mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq yaşayış sahəsinin hər kv.m 2.200 manat, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə 2.500 manat pul ödəniləcəyini, ümumiyyətlə sakinlərin razılığının olubolmamasında asılı olmayaraq binanın söküləcəyini bildirmişdirlər. Hal-hazırda mübahisəli çoxmənzilli yaşayış binasının söküntüsü həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılar mülkiyyətində olan yaşayış sahələrinə münasibətdə kompensasiyanı ayrı iddia qaldıraraq tələb edirlər. İddiaçılar hesab edir ki, onların təkcə mülkiyyətlərində olan yaşayış sahələrinə deyil, həmçinin ümumi paylı mülkiyyətdə olan digər sahələrə münasibətdə də kompensasiya almaq hüquqları vardır. Kompensasiyanın natura yaxud digər formalardan ödənilməsi imkanı qanunvericilikdə bir mənalı olaraq göstərilmişdir. Belə ki, qanunvericilik dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaqların alınması ilə bağlı mübahisələrdə vətəndaşa seçim etmək hüququ vermişdir ki, bu hüquq qarşılığında şəxs öz seçimi əsasında alan orqana kompensasiya və ya köçürülməsinin təmin edilməsini tələb edə bilər. Nəzərə alınmalıdır ki, “kompensasiya” anlayışı özü-özlüyündə geniş məna kəsb etmir və kompensasiya məbləğinin müəyyən edilməsində geniş xüsusları ehtiva edir. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Lakin, burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və maraqlarının qorunması ilə nəticələnir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. Göründüyü kimi dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı mexanizm “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları üzərində qurulmuşdur ki, kompensasiyanın ödənilməsi əmlakın bazar qiymətinin müəyyən edilməsi əhəmiyyət kəsbedici amillərdən biridir. Ümumməlum olan arqumentdir ki, hər yaşayış binasında olduğu kimi - "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a ünvanında yerləşən yaşayış binasının 718 kv.m ümumi və 126 kv.m zirzəmi mərtəbəsində ümumi istifadədə sahələr mövcuddur. Həmin sahələr proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağına əsasən üzvlər (sakinlər) arasında pay şəklində ayrılmışdır. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021 -ci il tarixli 2021 -ci il tarixli ümumi yığıncağının 36 №-li protokoldan çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 373 nömrəli sərəncamından irəli gələn layihə "xxxx" MTK-nın Yusif Səfərov 1a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının sakinlərinin Dövlət tərəfindən köçürülməsi və kompensasiya verilməsi barədə MTK-nın ümumi yığıncağı keçirilmiş, bununla bağlı müzakirələr aparılmış, nəticədə ümumi istifadə olan sahələrin üzvlər arasında bölüşdürülməsinə qərar verilmişdir. İddiaçılara münasibətdə ayrılan paylar aşağıdaki formada olmuşdur: X12 -18,6 kv.m (ümumi) İddiaçı2 - 18,6 kv.m (ümumi) + 11,4 kv.m (zirzəmi) İddiaçı3 - 11,4 kv.m (zirzəmi) + 74,4 kv.m (ümumi) X4 - 18,6 kv.m (ümumi) Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçiləri arasında proprosional bölgü əsasında ümumi istifadədə olan sahələr paylar şəklində iddiaçılar və digər yaşayış binasının sakinləri arasında bölünmüşdür. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin sahələr ümumi istifadə də olsa da, iddiaçılar həmin sahələrə münasibətdə kompensasiya tələb etmək hüququna malikdirlər. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afıyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2021-ci il tarixli, 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli, 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.metri üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirilir. Göstərilən sərəncama əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.m-nə 2200 manat, qeyri yaşayış sahələrinin 1 kv.m-nə isə 2500 manat müəyyən edilmişdir. İddiaçıların iddia tələblərində mübahisələndirdikləri ümumi paylı mülkiyyətdə olan sahələrə dair komissiyaya müraciət olunmamış və şəxsi mülkiyyətdə olan hüquqi sənədlərini təqdim etməmişdirlər. xx.xx.2022ci il tarixli AN-1 № ******* və ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinə əsasən iş üzrə İddiaçı3 ilə müqavilə bağlanılmış və iddiaçıya ümumilikdə 92.036 (doxsan iki min manat otuz altı qəpik) kompensasiya onun bank hesabına köçürülmüşdür.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçılarının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi X13 iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a, mənzil 34 xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2, zirzəmi, qaraj 18 qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüquqi ilə X6 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (15 saylı qaraj) xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (17 saylı qaraj) xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriya, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (43 saylı qaraj) xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. "xxxx" MTK-nın Bakı şəhəri İcra Hakimiyyətinə ünvanladığı 31 mart 2022-ci il tarixli, 01 nömrəli məktubuna əsasən bildirilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrdən əlavə binada ümumi istifadə sahələridə mövcuddur. Bu sahələri MTK üzvləri arasında bölünməsi məqsədi ilə "xxxx" MTK-nın 19 noyabr və 22 noyabr 2021-ci il tarixlərində MTK üzvlərinin ümumi yığıncağı keçirilib. Ümumi istifadə sahələri MTK üzvləri arasında bölüşdürülüb. Ümumi yığıncağın protokollarında və çıxarışların surətləri təqdim edilməklə, həmin sahələrə kompensasiya ödənilməsi xahiş edilmişdir. "xxxx" MTK üzvlərinin 19 noyabr 2021-ci il tarixli ümumi yığıncağının 36 nömrəli protokolundan çıxarışa əsasən, dövlət tərəfindən köçürülməsi və kompensasiya nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələri vətəndaşların (MTK üzvlərin) mülkiyyətindən əlavə olaraq hər bir mənzil sahibinin və qaraj sahibinin MTK-nın balansında olan 718,0 kv.m binada və 126,0 kv.m zirzəmi mərtəbəsində ümumi istifadə sahələri mövcuddur. Proporsional bölgü prinsipinə əsasən MTK-nın ümumi yığıncağı qərar verir ki, vətəndaşlara ümumi istifadə sahəsindən pay verilsin. Bu pay mənzilin tərkib hissəsidir və bu paya görə dövlət tərəfindən kompensasiya verilməlidir. "xxxx" MTK üzvlərinin 14 dekabr 2021-ci il tarixli ümumi yığıncağının 68 nömrəli protokolundan çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 1 a ünvanında yerləşən X8 məxsus olan binada ümumi istifadə payından – 70 kv.m, binanın hasar içində həyətinin sahəsi – 74,4 kv.m, zirzəmidə istifadə sahəsi – 11,4 kv.m qaynanası İddiaçı3 adına keçməsinə etiraz edilmir. "xxxx" MTK-nın “Bakı şəhəri Xətai rayon Yusif Səfərov 1 a ünvanında yerləşən 11 mərtəbəli yaşayış binasının ümumi istifadə sahələri barədə” 14 mart 2023-cü il tarixli, 01 nömrəli arayışına əsasən, mənzillərin giriş qapılarının qabağı sahə - 23,94 kv.m, mərtəbə sayı -8 ümumi 191,52 kv.m, liftlər, pilləkənlar, kommunikasiya şaxtaları, lift qabağı sahələr, koridorlar – 47,86 kv.m (7,7 x 6,2), mərtəbə satı – 11 ümumi 526,48 kv.m. Ümumi istifadə sahələri (zirzəmi xaric) – 718 kv.m, zirzəmi (yeraltı qarajlar) ümumi sahəsi 522 kv.m, qarajlar sahəsi 396 kv.mr (22 ədəd 18 kv.m). Qarajların ümumi istifadə sahəsi 126 kv.m. Məhkəmə sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəməyə ünvaladığı 9 may 2023cü il tarixli, 3-35-1/2-1152/2023 saylı cavab məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 134 saylı sərəncamı ilə tiktintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Sənədlərin surətinin verilməsi barədə” cavab məktubuna əsasən, "xxxx" MTK tərəfindən ünvan 6 ünvanında inşa edilən binaya dair istismara qəbul aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 689-cu məhəllədə yaşayış evi və sərgi salonuna dair Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsi DBLİ “Azərdövlətlayihə” təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş etiraza dəlil qismində AN-İ ******* nömrəli, 23 iyul 2022-ci il tarixli və AN-İ ******* nörməli, 23 iyul 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satı müqavilə”ləri, Bakı şəhər İcra Hakimiyyəti başçısının 278 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı, Xətai rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamdan çıxarış məhkəməyə təqdim edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
10. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - 233.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər: 233.1.1. mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə; 233.1.2. daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi. - 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən:
- 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. - 36.2. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payının aqibəti həmin sahəyə mülkiyyət hüququnun kimə mənsub olmasından asılıdır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
İşin faktiki hallarına əsasən iddiaçıların kompensasiyanın ödənilməsini tələb etdikləri ümumi istifadə olunan sahələrə dair mülkiyyət hüquqları iddiaçıların adına dövlət qeydiyyatına alınmamışdır. Odur ki, cavabdehin hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanunsuz olmadığından, qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçılara vurulmuş zərərin ödənilməsi öhdəliyi yaranmamışdır.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 11-ci maddəsində göstərilmişdir: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” - 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü ki, yalnız qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə inzibati orqan məsuliyyət daşıyir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıların ümumi paylı mülkiyyətində olan sahələrinin (İddiaçı1 18,6 kv.m, İddiaçı2 30 kv.m, İddiaçı3 85,8 kv.m, X1 18,6 kv.m) hər kv.m 2500 manatdan hesablanaraq iddiaçılara kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia əsassız olduğu üçün təmin edilməməlidir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova