Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3455/2024 03.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X14, X15 və X17) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X2 yetkinlik yaşına çatmayan ailə üzvü xx.xx.2006-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X9 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 111 saylı evin 45 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 111 saylı evin 45 saylı mənzili əvvəl əri Elçin Əhmədovun mülkiyyətində olmuş, hazırda isə bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətindədir. Həmin mənzildə onunla birgə oğlu X18, onun sabiq arvadı X8 və onların yetkinlik yaşına çatmayan ailə üzvü xx.xx.2006-ci il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X17 yaşamış, sonuncular, yəni yetkinlik yaşına çatmayan uşaqlar həmin mənzildə qeydiyyatdadırlar. Oğlunun sabiq arvadı X8 və onların yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2006-ci il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixdən həmin mənzildə yaşamırlar (bu barədə 151 saylı MKİS-in 138 saylı xx.xx.2023-cü il tarixli arayışı əlavə olunur). Belə ki, 2022-ci ilin sonlarında oğlum ilə sabiq arvadı X2 ailə münasibətləri pozulmuş, xx.xx.2023cü il tarixdən o, yetkinlik yaşına çatmayan ailə üzvü xx.xx.2006-ci il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X12 özü ilə götürərək onun mülkiyyətində olan həmin mənzili tərk etmiş, daha sonra isə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, nəticədə Nəsimi rayon Məhkəməsinin e-2(006)-228/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların anaları X2 himayəsində saxlanılması qət edilmiş, daha sonra sabiq gəlini X8 alimentin həcminin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, nəticədə Nəsimi rayon Məhkəməsinin e-2(006)-2963/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin həcmi artırılmışdır. Nikahın pozulmasından dərhal sonra sabiq gəlinim X8 cehiz əşyalarının qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, nəticədə Nəsimi rayon Məhkəməsinin e-2(006)-2996/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cehiz əşyalarının qaytarılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuş, bütün cehiz əşyaları aparılmışdır. Belə ki, 2022-ci ilin sonlarında oğlu ilə sabiq arvadı X2 ailə münasibətləri pozulmuş, xx.xx.2023- cü il tarixdən o, yetkinlik yaşına çatmayan ailə üzvü xx.xx.2006-ci il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X12 özü ilə götürərək onun mülkiyyətində olan həmin mənzili tərk etmiş, daha sonra isə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, nəticədə Nəsimi rayon Məhkəməsinin e-2(006)-228/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların anaları X2 himayəsində saxlanılması qət edilmişdir. Beləliklə, üçüncü şəxs və onun yetkinlik yaşına çatmayan uşaqları iddiaçının ailə üzvü olmamış, iddiaçı ilə sabiq gəlini - üçüncü şəxs X8 ilə arasında heç bir münasibət qalmamış, həmçinin işdə olan sübutlara əsasən müəyyən olunur ki, onlar mübahisəli evə 2009-cu ildən sonra qeydiyyata alınmış və hazırda həmin evdə yaşamırlar. Nəticədə üçüncü şəxslərin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bunun nəticəsində isə mülkiyyət hüququ pozulur. Halbuki üçüncü şəxslər həmin mənzildə yaşamırlar. İddiaçı tərəfindən üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixli məktubla Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina qanunsuz və əsassızdır. İddiaçının vəkili və nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının sabiq gəlini X8 yetkinlik yaşına çatmayan uşaqları, yəni üçüncü şəxslər ilə birlikdə anasının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Bundan başqa, X2 özünün adına olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 299 ünvanda fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi də var. X8 4 nəfər ailə tərkibi ilə, yəni özü və yetkinlik yaşına çatmayan uşaqları, yəni üçüncü şəxslər həmin ünvanda yaşayır. Bu halı təsdiq edən sübutları, yəni həmin evə dair “Azərsu” və "xxxx" ASC-lərin elektron abonent saldosu və çıxarışının X2 adına olması barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Göstərilənlər bir daha təsdiq edir ki, hazırkı mübahisənin nəticəsinə təsir etməsə belə, iddiaçının sabiq gəlini X2 və yetkinlik yaşına çatmayan uşaqlarının yaşayış sahələri də var və onlar orada yaşayırlar. Bundan başqa, işdə olan sənədlərlə müəyyən edilir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı əlaqələri yoxdur, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlər iddianın təmin edilməsi üçün hüquqi və faktiki əsas yaradır. İddiaçının vəkili və nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2023-cü il noyabrın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları təsdiq edilmişdir. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş müddəalar, nənənin iddiasına əsasən mülkiyyətində olan mənzildən nəvəsini qeydiyyatdan çıxarılması barədə iddia qaldırılması şamil edilmir, ona görə də ilk növbədə ümumi məhkəmədə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırılmalıdır. Hazırkı iş üzrə icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olması baxımından analoji iş üzrə, yəni nənənin iddiasına əsasən mülkiyyətində olan mənzildən nəvəsini qeydiyyatdan çıxarılması barədə qanuni qüvvədə olan və icra olunmuş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2393/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı məlumat üçün məhkəməyə təqdim edilmişdir. İddiaçının vəkili və nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsatətlə hazırkı iş üzrə icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olması baxımından analoji iş üzrə, yəni babanın iddiasına əsasən mülkiyyətində olan mənzildən nəvələrini qeydiyyatdan çıxarılması barədə qanuni qüvvədə olan və icra olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1800/2019 saylı xx.xx.2019-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-466/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı məlumat üçün məhkəməyə təqdim edilmişdir. Müvafiq sənədlər ilə müəyyən edilir ki, üçüncü şəxslərin, yəni uşaqların atası X16 iddiaçının mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda, yəni ünvan 4yatdadır, üçüncü şəxslərin özləri isə iddiaçının - nənənin mülkiyyətində olan ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan digər sənədlər ilə müəyyən edilir ki, üçüncü şəxslərin, yəni uşaqların anası - qanuni nümayəndəsi (iddiaçının sabiq gəlini) X8 yetkinlik yaşına çatmayan uşaqları, yəni üçüncü şəxslər ilə birlikdə anasının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Bundan başqa, X2 özünün adına olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 299 ünvanda fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi də var və X8 4 nəfər ailə tərkibi ilə, yəni özü və yetkinlik yaşına çatmayan uşaqları, yəni üçüncü şəxslər həmin ünvanda yaşayır. Qanunvericiliyə görə 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların valideynlərinin razılığı ilə müəyyən edilir. Bundan başqa, üçüncü şəxslərin valideynlərinin yaşayış yeri iddiaçının yaşayış yeri deyil, həmçinin məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin analarının himayəsində saxlanılması qərara alınmışdır. İddiaçının mənzilində qeydiyyatda olmayan və orada yaşamayan valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının mənzilində yaşayış yeri seçməsi barədə razılığa gəlmələri də istisna edilir. Odur ki, üçüncü şəxslərin - nəvələrin iddiaçının - nənənin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları cavabdehə həvalə edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8, X14, X15 və X17 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 51/2-Ə-33180 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, mənzil 45 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il) çıxarışa əsasən ünvan 5 İddiaçı xüsusi mülkiyyətindədir. X19 və İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri Mərdanov Qardaşları küçəsi ev 111 mənzil 45 İddiaçı bağışlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X14, X15 və X17 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-38738/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, X14, X15 və X17 xx.xx.2015-ci il tarixdən azyaşlı kimi valideyninin ünvanı üzrə ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(006)- 228/2023 saylı qətnaməsi ilə X13 ilə X18 arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması və birgə nikahdan anadan olmuş 02 noyabr 2006-cü il təvəllüdlü X5, 17 mart 2008-ci il təvəllüdlü X6 və 25 noyabr 2009-cu il təvəllüdlü X9 anaları X3 yanında qalması, X10 02 noyabr 2006-cü il təvəllüdlü X5, 17 mart 2008-ci il təvəllüdlü X6 və 25 noyabr 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 rayonunun Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2963/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(006)-228/2023 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq cavabdeh X10 02 noyabr 2006-cü il təvəllüdlü X5, 17 mart 2008-ci il təvəllüdlü X6 və 25 noyabr 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X4 ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2996/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək ünvan 8 ünvanında yerləşən 1 ədəd yataq mebel dəsti, 1 ədəd “Samsung” markalı kondisioner, 1 ədəd “Bosch” markalı kondisioner, 1 ədəd “Siemens” markalı kondisioner, 1 ədəd uşaq mebel dəsti, 1 ədəd qonaq otağında olan mebel, 1 ədəd yumşaq mebel dəsti, 1 ədəd kompüter masası, 1 ədəd mətbəx mebel dəsti, 1 ədəd künc divan və masası, 1 ədəd qaz sobası, 1 ədəd yataq otağında yerləşən çilçıraq, 1 ədəd 8 şamdandan ibarət çilçıraq və 1 ədəd digər çilçıraq olmaqla cehiz əşyaları və 100 manat məbləğində pul cavabdeh X10 alınaraq iddiaçı X4 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 51/2-Ə-33180 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, mənzil 45 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. 151 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 138 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən ünvan 10 ünvanında qeydiyyatdadır. Ailə tərkibi: əri X19, oğlu X18, oğlu X20, nəvəsi X14, nəvəsi X15, nəvəsi X17, nəvələri Ayxan, Aylin, Ayla bu ünvanda qeydiyyatda olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdən bu mənzildə yaşamırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-46549/2024 **********49 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, X14, X15 və X9 ünvan 5 ünvanı üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. ünvan 5 ünvanına dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxslər X14, X15 və X17 həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, hazırda anaları X2 (qeydiyyat ünvanı fərqlidir) himayəsindədirlər, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə (3-cü və 4-cü abzası) əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə yardıma ehtiyacı olan nəvələr aid edilmişdir. Qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(006)-228/2023 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan X5, X6 və X9 anaları X3 yanında saxlanılaraq onun himayəsinə verilmələri qət edilmişdir. Odur ki, yetkinlik yaşına çatmayan üçüncü şəxslərin yaşayış yeri analarının yaşayış yeri üzrə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X14, X15 və X9 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X14, X15 və X9 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3455/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3455/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver