Məhkəmə qərarları › İş №2-1(112)-3456/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3456/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3456/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Tibbi Ərazi X1rşı “sorğunun cavablandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Tibbi Ərazi X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə iddiaçıların müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və sorğunun cavablandırılması öhdəliyinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2000-ci ildən 2012-ci ilədək X2 ginekologiya şöbəsinin tibb bacısı, 2012-ci ildən əməliyyat blokunun tibb bacısı vəzifəsində işləmişdir. İddiaçı2 2009-cu ildən X2 rentgen texnik vəzifəsində işləyir. 2020-ci ildə Covid-19 pandemiyası başladıqda və X5 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeçiliyinə keçdikdən sonra, İddiaçı1 və İddiaçı2 iş şəraitinin ağırlaşması və əmək haqqı məbləğinin tədricən azalmasını gördü. Bu barədə dəfələrlə X5 rəhbərliyinə şifahi və yazılı müraciətlər etmiş, heç bir rəsmi cavab verilməmişdir. Bu səbəbdən yuxarıda göstərilən iş şəraitinin ağırlaşması və əmək haqqı məbləğinin tədricən azalması, səbəblərini araşdırmaq üçün aşağıda qeyd edilən sualları qeyd edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 12 avqust 2022-ci il tarixli V/S-104 saylı vəkil vasitəsilə müraciət etmişlər. Ancaq müraciətin cavablandırılması üçün 23 avqust 2022-ci il tarixdə Cavabdehnə aidiyyatı üzrə baxılması üçün göndərildi. Cavabdeh publik hüquqi şəxs 21 sentyabr 2022-ci il tarixdə PHŞ/6-2- 202208098 saylı məktubla vəkilə ümumi cümlələrlə, natamam cavab verilmişdir. Ümumiyyətlə verilən suallara, əsas olaraq (iş şəraitinin ağırlaşması və əmək haqqı məbləğinin tədricən azalması) ilə bağlı heç bir cavab verilməmişdir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edir və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə iddia qaldırırlar. Hesab edirlərki, cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim olunmuş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli, 136 saylı qərarı ilə intibati orqanların təsnifatı təsdiq edilmişdir və həmin Qərarda TƏBİB inzibati orqan kimi müəyyən edilməmişdir. TƏBİB-in inzibati orqan deyildir və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Digər tərəfdən, TƏBİB inzibati hüquq münasibətlərinin subyekti kimi inzibati orqanın elementlərini özündə əks etdirmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Burada əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. TƏBİB-in Nizamnaməsinə nəzər saldıqda, TƏBİB-in hər hansı inzibati akt qəbul etməsinə dair normanın olmadığının əyani şahidi oluruq. İnzibati orqanlar qanuna əsasən xüsusi səlahiyyətlərə malik olduğu üçün onlarda hakimiyyət daşıyıcısı olmaq xüsusiyyəti mövcuddur. İnzibati orqanlar birtərəfli qaydada sərəncam qəbul edə, əmrlər verə, nəyisə qadağan edə, eləcə də sadalanan bütün bu hərəkətləri özləri icra edə bilərlər. Eyni zamanda, bu kimi situasiyalarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt mövcud olur ki, bu da daim yalnız inzibati prosesdə mübahisə predmeti ola bilər (mübahisələndirmə və ya məcburetmə haqqında iddia üzrə). TƏBİB tərəfindən iddiaçıya göndərilmiş cavab məktubu imtina deyildir və informasiya xarakterlidir. İddiaçının vəkilinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xx.xx.2022-ci il tarixində ünvanlandığı sorğusu aiddiyət üzrə TƏBİB-ə göndərilmişdir və sorğuda qeyd edilən suallara xx.xx.2022ci il tarixli PHŞ/6-2-2022-8098 nömrəli cavab məktubu ilə müvafiq qaydada cavab verilmişdir. Göründüyü kimi iddiaçının sorğusu informasiya xarakterlidir. “İnformasiya əldə etmək haqqında” Qanunun 3.0.6-cı maddəsinə əsasən, informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin qanuna əsaslanaraq qeyd edirik ki, iddia tələbi üzrə əsas informasiya sahibi “X3 (bundan sonra - Xəstəxana). Çünki iddiaçı ilə Xəstəxana arasındakı münasibətlər əmək münasibətləridir və müvafiq sualların əsaslı şəkildə cavablandırılması üçün informasiya sahibi işəgötürən Xəstəxanadır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı tərəfindən məhkəmə aidiyyəti düzgün müəyyən edilmədiyindən icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddinın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materaillarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, 15 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı2 Gürcüstan, Qardabani rayonu ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıların nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli V/S103 nömrəli və V/S104 nömrəli informasiya sorğularında aşağıdakı sualların cavablandırılması xahiş edilmişdir: 1.Covid-19 pandemiyası dövründə işlədiyimiz vaxta, edilmiş əlavələr, istifadə edilməmiş məzuniyyət məbləği kompensasiyasına hesablanırmı? 2.X4 Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə dərəcəsi? 3.X8 hansı tarixdən Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeçiliyinə keçmişdir? 4.Müraciət edən işçinin 1 illik ödənilmiş əmək haqqı ödəniş cədvəlinin (çıxarış) verilməsi? 5.Əməyin ödəniş dərəcələri VTC, İTS və hansı aydan başlayıb? 6.Eyni katoqoriyalı eyni aylıq saat işləyən işçilərin, əmək haqlarında olan fərqin izah edilməsi? 7.Əməliyyat tibb bacılarının (əməliyyatdan), Rentgen texniklərin ambulator, stasionar və əməliyyat zamanı radioloji müanilərdən pullu xidmət xətti, icbari, Premium asistans, A qrup, Meqa və s. Sığorta xətti ilə keçən xəstələrdən faizləri? 8.Əməliyyat tibb bacılarının və Rentgen texniklərin zərəli işlərə görə faizləri? İş materiallarına əlavə edilmiş cavabdeh orqanın iddiaçıların vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli PHŞ/6-2-2022-8098 nömrəli cavab məktubunda bidirilmişdir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına edilmiş müddətli əlavələr daimi xarakter daşımadığı üçün məzuniyyət vaxtına görə orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınmır. “X8” publik hüquqi şəxs (Xəstəxana) TƏBİB-in tabeliyində 3 “C” qrup tibb müəssisəsi olaraq fəaliyyət göstərməkdədir. Xəstəxana 11 aprel 2022-ci il tarixdən etibarən təsisçi kimi çıxış edən TƏBİB tərəfindən “Mərkəzi Neftçilər «estəxanası” publik hüquqi şəxs olaraq yenidən təşkil edilmişdir. Həmçinin bildiririk ki, əməyin ödəniş dərəcələri xx.xx.2022ci il tarixdən “Cavabdehn tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır. Əməliyyat tibb bacılarının və rentgen texniklərin zərərli işlərə görə əlavəsi 15 faiz təşkil edir. Xəstəxananın əməkdaşları İddiaçı1 və İddiaçı2 ödənilmiş əmək haqlarına dair cədvəldən çıxarışları qoşmada sizə təqdim edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2023-cü il tarixli, PHŞ-6/2-1506/2023 nömrəli məktubunda bildirilmişdir ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş Qayda ilə müəyyən edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2023-cü il tarixli, PHŞ-6/2-1840/2023 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək haqlarının ödənilməsi “X8” publik hüquqi şəxs tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın subyekt və predmet baxımından mümkünlüyünə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. -2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüquqlarına malikdir. -3.0.3-cü maddəsinə əsasən ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. -3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. -3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. -3.0.8-ci maddəsinə görə informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. -9.1-ci maddəsinə əsasən aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. -9.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. -15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. -15.5-ci maddəsinə əsasən sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. -21.2-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə. -22.4-cü maddəsinə görə informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. -29.1-ci maddəsinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.11. normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən. -29.2-ci maddəsinə əsasən bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. Qanunun sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. İnformasiya sorğusu sorğulanan məlumata (informasiyaya) malik informasiya sahibindən tələb edilməlidir. Hazırkı halda tələb edilən informasiyanın bir qismi cavabdehə aid olan bir hissədə açıq informasiyadır. Belə ki, X8 TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisəsidir. İddiaçılar sözügedən xəstəxanada əməliyyat tibb bacısı və rentgen texnik vəzifələrində çalışan tibb işçiləridir. İddiaçıların, o cümlədən həmin xəstəxanada çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin ümumi qaydaları, şərtləri və məbləğləri, fəaliyyətlərinin qiymətləndirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə tənzimlənir. Adıçəkilən Qayda internet imformasiya ehtiyatlarında hər kəs üçün açıq informasiyadır və bu baxımdan “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulan informasiya sorğusunun predmeti qismində çıxış etmir. Bundan əlavə iddiaçıların informasiya sorğusunda tələb etdikləri digər məlumatlarəməliyyat tibb bacılarının (əməliyyatdan), rentgen texniklərin ambulator, stasionar və əməliyyat zamanı radioloji müayinələrdən pullu xidmət xətti, icbari, premium asistans, A qrup, Meqa və s. sığorta xətti ilə keçən xəstələrdən faizlər, eyni katoqoriyalı eyni aylıq saat işləyən işçilərin, əmək haqlarında olan fərqin izahı və s. məlumatların-informasiyanın sahibi isə iddiaçıların çalışdıqları və əmək haqlarını bilavasitə ödəyən X3. X8 TƏBİB-in tabeliyində olsa da xəstəxanada çalışan tibb işçilərinin əməyinin ödənilməsi ilə bağlı məsul orqan qismində tibb müəssisələrinə ümumi idarəetməni həyata keçirən TƏBİB deyil, işəgötürən qismində çalışdıqları xəstəxana çıxış edir. Nəzərə alınmalıdır ki, X8 ilə iddiaçılar-səhiyyə işçiləri arasında yaranan münasibətlər publik hüquqdan deyil, əmək münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Başqa sözlə, TƏBİB iddiaçılara ödənilən əmək haqlarının hesablanması, məbləği və ödənilməsi ilə bağlı informasiya sahibi deyil və ondan malik olmadığı informasiyanın cavablandırılması da tələb edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Tibbi Ərazi X1rşı “sorğunun cavablandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar