Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-346/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vəsatin geri qaytarılması barədə rəy verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X3 Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ödənilmiş 55000.00 manat artıq ödəmənin qaytarılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəyin verilməsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi tələb onunla əsaslandırılmışdır ki, iddiaçıdan AR Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 12.08.2015-ci il tarixli, **********931825 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən 55000,00 manat məbləğində verginin hesablanaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Nəticədə tərəfindən 55 000,00 manat məbləğində səhv vergi ödəməsi dövlət büdcəsinə ödənilmişdir. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq təyin edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.08.2015-ci il tarixli, **********931825 saylı qərarın ləğv olunmasını xahiş etmiş və məhkəmənin 28 dekabr 2015-ci il tarixli, 2-1(82)-3887/2015 saylı qərarı ilə iddia təmin edilərək Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 12.08.2015-ci il tarixli, **********931825 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.08.2016-cı il tarixli, 2- 1(103)-1048/2016 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, işə kassasiya instansiyasında baxılan zaman iş üzrə icraata xitam verilmişdir. Belə ki, cavabdeh iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək həmin iş üzrə mübahisələndirilən 12.08.2015-ci il tarixli, **********931825 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın 16.12.2016-cı il tarixli, **********068097 saylı qərarla ləğv edildiyini bildirmişdir. Buna əsasən Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.04.2017-ci il tarixli, 2-1(102)-489/2017 saylı qərarı ilə işin icraatına xitam verilmişdir. Qeyd edir ki, cavabdehə qarşı qaldırdığı yuxarıda qeyd olunan iddia 2014-2015-ci illər ərzində ünvan 2 ünvanında yerləşən 1 bloklu, 4 mərtəbəli çoxmənzilli yaşayış binasında olan mənzilləri daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən satmağı nəticəsində ona vergi hesablaması ilə bağlı olmuşdur. Belə ki, cavabdeh daşınmaz əmlakların alqı-satqısını sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyi kimi qiymətləndirmişdir. Həmin dövrdə hesablanmış verginin qanunsuz olduğunu bilmədiyindən tərəfindən dövlət büdcəsinə 55000,00 manat məbləğində səhv vergi ödəməsi olmuşdur. Bundan sonra iddiaçı 18.09.2019-cu il tarixdə cavabdehə müraciət edərək səhv ödənilmiş vergilərin qaytarılması üçün tədbirlərin görülməsini xahiş etmiş, cavabdeh tərəfindən göndərilmiş “Müraciətə baxılması barədə” məktubda artıq ödəmə məbləğinin yaranma mənbəyi kimi qeyd etdiyi səhv ödənilmiş məbləğin ödənilmə səbəbi olmuş ünvan 2 ünvanında yaşayış binası kimi inşa olunmuş 1 bloklu, 4 mərtəbəli bina üzrə görülmüş işlərdə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün araşdırılması zərurətinin yarandığı, bununla əlaqədar çoxmənzilli tikililərə, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarının, istismara qəbul aktının və xüsusi razılıq lisenziyası almış tikinti quraşdırma işlərini həyata keçirmiş vergi ödəyicisi ilə qarşılıqlı sənədlərin (müqavilə, Forma-2, təhvil-təslim aktları, VHF, ödəniş sənədləri və s.), mənzillərin alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərinin cavabdehə təqdim olunması qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh qurumun həmin məktubunda qeyd olunan sənədlərin tələb edilməsi qanunsuzdur və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəalarına uyğun deyil. Ümumiyyətlə, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, vergi orqanında xəbəri olmadan qanunsuz olaraq vergi uçotuna alınmış və buna görə vergi orqanının tələb etdiyi sənədlərdən heç birini saxlamamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin X3 üzrə Baş İdarəsindən məhkəməyə 26.12.2019-cu il tarixdə daxil olmuş etirazda göstərilmişdir ki, iddiaçı 18.09.2019-cu il tarixli **********953200 nömrəli məktubla artıq ödəməsinin geri qaytarılması barədə vergi orqanına müraciət etmişdir. Müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, artıq ödəmə məbləğinin yaranma mənbəyi kimi qeyd edilmiş səhv ödənilmiş məbləğin ödənilmə səbəbi olmuş ünvan 2 ünvanında yaşayış binası kimi inşa olunmuş 1 bloklu 4 mərtəbəli bina üzrə görülmüş işlərdə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar çoxmənzilli tikintilərə, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarın, istismara qəbul aktının və xüsusi razılıq lisenziyası almış tikinti quraşdırma işlərinin həyata keçirmiş vergi ödəyicisi ilə qarşılıqlı sənədlərin (müqavilə, Forma-2, təhvil-təslim aktları, VHF, ödəniş sənədləri və s), mənzillərin alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reystrinin çıxarış surətlərinin 5 (beş) gün ərzində Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə təqdim edilməsi vergi ödəyicisinə göndərilmiş 11.10.2019-cu il tarixli **********826800 nömrəli məktubla bildirilmişdir. Qeyd edilmiş sənədlər vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmədiyindən şəxsi hesab vərəqəsində yaranmış artıq ödəmə məbləğinin qaytarılması tələbi təmin edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, hazırkı iş üzrə təqdim edilmiş vəsatətdə göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 avqust 2018-ci il tarixli **********016000 saylı inzibati şikayətin təmin edilməsi haqqında qərarından görünür ki, 17.10.2017-ci il tarixli **********088393 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab olunması və həmin akt əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin 17.11.2017-ci il tarixli **********126968 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin iddiaçıya ünvanlanmış Müraciətə baxılması barədə məktubu ilə bildirilmişdir ki, “sizin artıq ödəmənin qaytarılması barədə müraciətinizə Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş idarəsində baxılmışdır. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.01.2017-ci il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Nəzərinizə ki, artıq ödəmə məbləğinin yaranma mənbəyi kimi qeyd etdiyiniz səhv ödənilmiş məbləğin ödənilmə səbəbi olmuş ünvan 2 ünvanında yaşayış binası kimi inşa olunmuş 1 bloklu 4 mərtəbəli bina üzrə görülmüş işlərdə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar çoxmənzilli tikintilərə, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə v ə ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarın, istismara qəbul aktının və xüsusi razılıq lisenziyası almış tikinti quraşdırma işlərinin həyata keçirmiş vergi ödəyicisi ilə qarşılıqlı sənədlərin (müqavilə, Forma-2, təhvil-təslim aktları, VHF, ödəniş sənədləri və s), mənzillərin alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reystrinin çıxarış surətlərinin 5 (beş) gün ərzində Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə təqdim edilməsini xahiş edirik. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə əsasən “Vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda” operativ vergi nəzarəti həyata keçirilə bilər. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz”. - İddiaçının şəxsi hesab vərəqəsindən 05.11.2019-cu il tarixə olan çıxarışdan görünür ki, onun 28.10.2015-ci il tarixə qədər 55.000 manat məbləğində artıq ödəmə edilmiş, 05.11.2019-cu il tarixə isə 54.960 manat məbləğində artıq ödəməsi əks olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-489/2017 saylı 12 aprel 2017-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3887/2015 saylı 28 dekabr 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.08.2015-ci il tarixli, **********931825 saylı qərarı ləğv edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1048/2016 saylı 18 avqust 2016-cı il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3887/2015 saylı 28 dekabr 2015-ci il tarixli qərarının qüvvədə saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-489/2017 saylı 12 aprel 2017-ci il tarixli qərarı ilə mübahisələndirilən qərar cavabdehin özü tərəfindən ləğv edildiyi üçün iş üzrə icraata xitam verilmişdir. -Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-1(112)-346/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X3 Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, ərizəsinin yenidən araşdırılması ilə bağlı zəruri sənədlərin Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X3 Baş İdarəsinə rəsmi olaraq təqdim edilməsi üçün İddiaçı 10 (on) gün müddət (qərardadın rəsmi qaydada təqdim edildiyi gündən), “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X3 Baş İdarəsinə 15 (on beş) gün müddət (sənədlərin rəsmi qaydada təqdim edildiyi gündən) təyin olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 09.06.2021-ci il tarixli **********751500 saylı məktubu ilə məhkəməyə bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı 55000,0 manat artıq ödəmənin qaytarılması ilə bağlı Maliyyə Nazirliyinə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-1(112)-346/2021 saylı qərardadı Bakı şəhəri X3 üzrə Baş İdarəsinə daxil olmuşdur. Məhkəmə qərardadında mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddia tələbinin təmin olunması məqsədilə, işin araşdırılması ilə bağlı zəruri sənədlərin vergi orqanına təqdim edilməsi üçün iddiaçıya 10 gün müddət, vergi orqanı tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər rəsmi qaydada təqdim edildiyi gündən 15 gün müddət təyin edildiyi qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, qeyd olunan məhkəmə qərardadının icrası ilə əlaqədar vergi orqanına təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış və iddia tələbini təşkil edən artıq ödəmə məbləğinin qaytarılmasından imtina edilmiş, bununla bağlı vergi ödəyicisinə 17.03.2021-ci il tarixli **********643400 nömrəli məktubla məlumat verilmişdir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Belə ki, həmin Qaydanın 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bu baxımdan vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeyd edilmiş 54960,0 manat artıq ödəmə məbləği ödəniş tarixindən 5 (beş) il keçməsi səbəbindən qeyd olunan artıq ödəmənin qaytarılması məqsədəmüvafıq hesab edilməmişdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən «İnzibati icraat haqqında» Qanunun 28.1-ci maddəsinə müvafiq olaraq artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə yazılı müraciət edilmiş və sonuncunun işdə olan cavab məktubundan göründüyü kimi, son nəticədə iddiaçının artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan əsasla vəsaitin qaytarılmasından imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.-15.1.4.-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.-ci maddəsinə əsasən vergi orqanları: 24.0.4-1. vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etməyə; 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə;(...) vəzifələri həyata keçirməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5.-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2.-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi və ərizənin surəti sığortaedənin ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə göndərilir, 1 (bir) nüsxəsi isə vergi orqanında qalmalıdır. Həmin Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 12.08.2015-ci il tarixli, **********931825 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən 55000,00 manat məbləğində hesablanmış vergi məbləgi dövlət büdcəsinə ödənilmişdir. Lakin buna baxmayaraq iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin qərarı mübahisələndirmiş, həmin məhkəmənin 28 dekabr 2015-ci il tarixli, 2-1(82)-3887/2015 saylı qərarı ilə iddia təmin edilərək qərar ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.08.2016-cı il tarixli, 2-1(103)-1048/2016 saylı qərarı ilə qərarı dəyişdirilmədən saxlanılmış, işə kassasiya instansiyasında baxılan zaman isə cavabdeh iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisələndirilən qərarın özünün 16.12.2016-cı il tarixli, **********068097 saylı qərarı ilə ləğv edildiyi bildirdiyindən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı 18.09.2019-cu il tarixdə cavabdehə müraciət edərək ödənilmiş vergilərin qaytarılması üçün tədbirlərin görülməsini xahiş etmiş, cavabdeh tərəfindən göndərilmiş “Müraciətə baxılması barədə” məktubda artıq ödəmə məbləğinin yaranma mənbəyi kimi qeyd etdiyi səhv ödənilmiş məbləğin ödənilmə səbəbi olmuş ünvan 2 ünvanında yaşayış binası kimi inşa olunmuş 1 bloklu, 4 mərtəbəli bina üzrə görülmüş işlərdə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün araşdırılması zərurətinin yarandığı, bununla əlaqədar çoxmənzilli tikililərə, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarının, istismara qəbul aktının və xüsusi razılıq lisenziyası almış tikinti quraşdırma işlərini həyata keçirmiş vergi ödəyicisi ilə qarşılıqlı sənədlərin (müqavilə, Forma-2, təhvil-təslim aktları, VHF, ödəniş sənədləri və s.), mənzillərin alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərinin cavabdehə təqdim olunması ondan tələb olunmuş, müraciətinin təmin edilməsindən qanunsuz olaraq imtina edilmişdir. Halbuki cavabdehin tələb etdiyi həmin sənədlər özünün səyyar vergi yoxlaması zamanı və məhkəmə çəkişmələri oldugu dövrdə tədqiq edilmişdir. Ümumiyyətlə isə məhkəmə xüsusi olaraq onu vurgulayır ki, həmin sənədlərin ərizəçidən tələb edilməsi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydalarını tənzimləyən yuxarıda istinad olunan nə Vergi Məcəlləsinin, nədə ki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda göstərilməmişdir. Bununla baglı Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-1(112)-346/2021 saylı qərardadı ilə iddiaya dair “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə müddət təyin olunmasına baxmayaraq, məhkəmənin qərardadı icra edilməmiş, cavabdeh orqan artıq yeni əsasla vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeyd edilmiş 54960,0 manat artıq ödəmə məbləği ödəniş tarixindən 5 (beş) il keçməsi səbəbindən qeyd olunan artıq ödəmənin qaytarılmasını məqsədəmüvafıq hesab etməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlillərini də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2.-ci maddəsinə əsasən (vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir) tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd oldugunu vurgulayır. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin əsaslarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona artıq ödəmənin qaytarılması barədə rəyin verilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktın düzgün realizə etməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı oğlu (VÖEN **********) tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vergi - 55.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı oğlu (VÖEN **********) tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vergi - 55.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-346/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-346/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver