Məhkəmə qərarları › İş №2-1(112)-3460/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3460/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3460/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun əlilliyinin müəyyən edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1974-cü ildə doğulmuşdur. 2004-cü ildən ürəyində ağrılar yaranmış, mütəmadi müalicə alsa da, bu getdikcə kəskinləşmiş, o, ürəyindən əməliyyat olmağa məcbur olmuşdur. Belə ki, ürəyində olan xəstəlik kəskinləşdiyindən o, 13 noyabr 2010-cu ildə ürəyindən açıq əməliyyat olunmuşdur. O, DİN DQ-da xidmət etdiyinə görə ürəyindən əməliyyat olunduqdan sonra DİN DQ-n 08 fevral 2011-ci il tarixli, 3 nömrəli Tibbi Şəhadətnaməyə əsasən ona həkimlər tərəfindən ürəyin xroniki işemik xəstəliyi, ÜİX gərginlik stenokardiyası, İV FS, aterosklerotik kardioskleroz, Hipertoniya xəstəlyii İİ mərhələ, Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, qan dövranı çatışmazlı diaqnozu qoyulmuş və o, xidmətdən tərxis edilmişdir. Bununla əlaqədar ona 07 iyun 2011-ci ildən 2-ci qrup əllik verilmişdir. Əlil olmağı ilə əlaqədar ona pensiya təyin edilmiş və o, 08 may 2021-ci il tarixədək aylıq pensiyanı almış və mütəmadi olaraq müalicə almışdır. 08 may 2021-ci il tarixdə isə onun pensiyası kəsilmiş, bunun səbəbi ilə maraqlandıqda isə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlillik dərəcəsinin ləğv edildiyi bildirilmişdir. O, cavabdehə müraciət edərək, ona təyin edilmiş əlillik dərəcəmin ləğv edilməsi səbəbini öyrənmək istəmiş, cavabdeh isə bununla əlaqədar ona heç bir əsas bildirməmişdir. Bundan sonra isə əlillik müddətinin qurtarması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikadan Tibbi Sosial Ekspert Komissiyasına 4399003AAAPQ saylı, 088 formalı “Göndəriş” göndərilmiş, həmin Göndərişdə onun əsas xəstəliyi, xəstəliyinin ağırlaşma halı ətraflı göstərilmişdir. Lakin cavabdeh tərəfindən ona əlillik dərəcəsi verilməkdən imtina edilmiş, əsas kimi isə əlillik əlamətlərinin təyin edilməməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-3460/20022 saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3-ci maddənin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli poliklinikası tərəfindən göndərilmiş; - xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndərişində əsas diaqnoz- 125- Ürəyin xroniki işemik xəstəliyi ÜİX.Gərginlik stenokardiyası, İV FS, aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ mərhələ. Aorta koronar şuntlama əməliyyatınddan sonrakı vəziyyət. Qan dövranı çatışmazlığı. DİN-nin DQ-nın xx.xx.2011-ci il tarixli 3 nömrəli Tibbi Şəhadətləndirməyə əsasən Xəstəlik hərbi xidmət dövründə almışdır; Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları ÜİX.Gərginlik stenokardiyası İİ FS Hipertoniya xəstəliyi İİ dərəcə. AKŞ (x3) sonrakı vəziyyət. AF=45 faiz. Ürək Çatışmazlığı İİ dərəcə; 150.00-durğunluq ürək çatmamazlığı ÜİX. Gərginlik stenokardiyasıİİ FS Hipertoniya xəstəliyi İİ dərəcə.AKŞ (x3) sonrakı vəziyyət. AF=45 faiz Ürək çatışmazlığı İİ dərəcə; 125- Ürəyin xroniki işemik xəstəliyi ÜİX. Gərginlik stenokardiyası İİ FS Hipertoniya xəstəliyi İİ dərəcə.AKŞ (x3) sonrakı vəziyyət. AF=445 faiz. Ürək çaatışmazlığı İİ dərəcə. xx.xx.2021ci il tarixli elmi X1 tibbi rəyinə əsasən; Z95.1- Aortokoronor şuntlu transplantatın olması ÜİX.Gərginliik stenokardiyası İİ FS.Hhipertoniya xəstəliyi İİ dərəcə.AKŞ (x3) sonrakı vəziyyət AF=45 faiz, ürək Çatışmazlığı İİ dərəcə; 110 –Essensial (birincili) hipertenziya ÜİX.Gərginlik stenokardiyası İİ FS Hipertoniya xəstəliyi İİ dərəcə. AKŞ (x3) sonrakı vəziyyət.AF 45 faiz Ürək Çatışmazlığı İİ dərəcə. Cavabdeh inzibati orqan tərəfindən 4399003AAAPQ saylı göndəriş üzrə xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtina edidlmiş və imtinanın səbəbi kimi aşağıdakılar göstərilmişdir: - Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 119/2022 saylı (ekspertizanın başlanma tarixi 14 mart 2022-ci il, başa çatma tarixi 12 aprel 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “İ25-ürəyin xroniki işemiş xəstəliyi, ÜİX, gərginlik stenokardiyası, İV FS, aterozklerotik kardioskreloz, hipertoniya İİ mərhələ, aortakoronar şuntlama əməliyyatından sonrakı vəziyyəti AF= 45%, qan dövranı catışmazlığı” diaqnozlar kliniki, laborator-instrmuntal müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Diaqnoz şəxsin əyani müayinəsindən əlillik əlamətləri təyin etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmür. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bununla yanaşı mübaməhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən müvəqqəti əmək qabiliyyəti itirilmədiyi və əyani müayinə zamanı “Diaqnoz”da əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar edilmədiyin müəyyən olunduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar