Məhkəmə qərarları › İş №2-1(112)-3461/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3461/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3461/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdeh və digər CavabdehN nümayəndəsi Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və CavabdehN qarşı “cavabdehlərin ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması barədə qərarın qəbul edilməsi” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Cavabdeh1 və CavabdehN qarşı “cavabdehlərin ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu “Puta” hərbi şəhərciyi 57/4, 50 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin əsaslarla Cavabdeh1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyinə görə (N nömrəli hərbi hissədə Xüsusi Təyinatlı Gəmilər Divizionunun komandirinin şəxsi heyətlə iş üzrə müavini) ailə üzvləri ilə birlikdə N015-ci ildə 110,39 kv.metr sahəsindən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi ayrılmışdır. Mübahisəli mənzilə köçməzdən əvvəl Cavabdeh1 ilə N nömrəli hərbi hissə tərəfindən ayrılmış xüsusi təyinatlı yaşayış sahəsi iltizama əsasən xidməti mənzili hərbi xidmətdən tərxis olunarkən şərtsiz olaraq hərbi hissənin mənzil orqanlarına təhvil verəcəyini öz üzərinə öhdəliyi götürmüşdür. N nömrəli hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli 01553 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı “j” bəndinə əsasən cavabdeh (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin, iddiaçı götürdüyü öhdəliyinin şərtlərini pozaraq hərbi xidmətdən tərxis olunduqdan sonra Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xüsusi təyinatlı yaşayış sahəsini hərbi hissənin mənzil orqanlarına təhvil verməmiş, mənzilin könüllü təhvil verilməsi barədə bildiriş göndərilsə də, o mübahisəli mənzili təhvil verməkdən imtina etmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Müdafiə Nazirliyi cavabdehlərin mübahisəli mənzildən çıxarılması tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən 18 aprel N0NN-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsi qət edilmişdir. X3 Nazirliyinin Bakı Apellyasya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 aprel N0NN-ci il tarixli qətnaməni ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. İddiaçıya izah edilmişdir ki, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyi ona qarşı iddia qaldırmaq istəyirdisə elə əvvəldən özü iddiaçı qismində çıxış edərdi. N nömrəli hərbi hissə komandirinin marağı var və Müdafiə Nazirliyi hüquq idarəsi ilə birləşərək iddia qaldırmaqla N nömrəli hərbi hissə komandirinin sifarişini yerinə yetirdiyini təsdiqləmişdir. cavabdehin Müdafiə Nazirliyinin hər hansı bir İdarəsi ilə rəsmi qaydada bağlanmış sosial Kirayə Müqaviləsi mövcud olmamışdır. Bu zaman sual olunur ki, Müdafiə Nazirliyi hansı hüquqi əsasla ona qarşı iddia qaldırmışdır? Çünki, rəsmi qaydada bağlanmış kirayə müqaviləsi olduğu təqdirdə tərəflər arasında müvafiq öhdəlikər yaranmalı idi, bu isə baş verməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh ilə sosial kirayə müqaviləsi bağlanmışdır. Əgər belə bir müqavilə varsa məhkəməyə təqdim edilsin. Lakin, N nömrəli hərbi hissə adından verilmiş bildirişlər və məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş hüquq idarəsi Ədliyyə və Vergilər Nazirliklərində dövlət qeydiyyatından keçməmişdir. Onun adı hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Onun ayrıca mülkiyyəti yoxdur. Öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək vəzifiləri daşımır. Onun müstəqil balansı yoxdur. Onun istifadəsinə verilmiş bütün əmlak və avadanlıqlar, o cümlədən yaşayış və qeyri yaşayış binaları Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin balansındadır. Göründüyü kimi, hüquq idarəsi və N nömrəli hərbi hissə və hüquq idarəsi hüquqi şəxs deyildir və ona görə də məhkəmədə iddiaçı olmaq hüququna da malik deyildir. Beləliklə, ehtiyatda olan mayor Cavabdeh1 qarşı xüsusi təyinatlı mənzildən çıxarılma tələbinə dair iddiaçının tələbi qanunsuzdur, əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Məhkəmə məhkəmə iclasında iştirak edən cavabdehi dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.” Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələb üzrə eyni əsaslarla daha öncə ümumi məhkəməyə müraciət etmiş, hal hazırda iddiaçının qaldırdığı iddia üzrə işə mülki icraat qaydasında baxılmış, inizibati məhkəmədə baxılması üçün verilmiş iddia tələbi yeni, fərqli əsaslarla əsaslandırılmamışdır. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi cavabdehlər X1 və XN qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin N(00N)-859/N0NN saylı işi üzrə qəbul etdiyi xx.xx.N0NN-ci il tarixli Qətnaməsi ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər CavabdehN və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N(103)-4484/N0NN saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qətnaməsi ləğv olunaraq icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N(10N)- 6389/N0NN saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının N(103)- 4484/N0N3 nömrəli iş üzrə 01 iyul N0NN-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli N(103)-N3N9/N0N3 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin N(00N)-859/N0NN saylı iş üzrə xx.xx.N0NN-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və mülki iş xx.xx.N0N3-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh1 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel N0NN-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N(103)- N3N9/N0N3 saylı Qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin N(00N)-859/N0NN saylı iş üzrə 18 aprel N0NN-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən eyni cavabdehlər və eyni predmet üzrə verilmiş iddiaya ümumi məhkəmə tərəfindən baxılmışdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və CavabdehN qarşı “cavabdehlərin ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsinddən çıxarılması barədə qərarın qəbul edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 3əyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar