Məhkəmə qərarları › İş №2-1(112)-3465/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3465/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3465/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakıilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsi) qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına uyğun olaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X8 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə həvalə edilməsi və pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X8 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X8 İdarəsini cavabdehlərin siyahısından çıxararaq üçüncü şəxs kimi işə cəlb edilməsi, iddia tələbindən «pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X8 İdarəsinə həvalə edilməsi» hissəsinin çıxarılması və iddia tələbinin «Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına uyğun otaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMFnin X8 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsi» hissədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsi cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsivə vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı gömrük orqanlarında uzun müddət, 20 ildən artıq xidmət etdikdən sonra xx.xx.2014-cü il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiya hüququ verən xidmət illərinə görəkomitə sədrinin müvaflq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsindən Azərbaycan Respublikasi Əmək və X5 Nazirliyi yanında DSMF-ya təqdim edilən məlumat vərəqi əsasında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilənpul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında“ xx xxxxxx 2011-cil iltarixli, 388 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i təminat xərcinə daxil edilmiş və bunlara əsasən ümumi formalaşmış əmək haqqından iddiaçıya pensiya təyin edilmişdir. Büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr vədigər ödənişlər xx xxxxxx 2018ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ilin yanvar ayından təminat xərcliyindən çıxarılmışdır. «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işı sahəsində prosedurların sadələşdirilməsivə şəffaflığın artırılması ilə əlaqədar tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 fevral2011-ci il tarixli 388 nömrəli Fərmanına sonradan 2 dəfə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016 tarixli 810 nömrəli Fərmanıilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50%-i və xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60%-i Dövlət Gömrük Komitəsinin xüsusurütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, gömrük əməkdaşlarının vəzifə maaşına edilmiş yuxarıda qeyd edilmiş əlavələr (25%-in 60%-lə əvəz edilməsi) nəticəsində gömrük orqanlarında xidmət edən gömrük əməkdaşlarının əmək haqqı (təminat xərcliyi) artmış və 2019-cu ilin yanvar ayının birinə qədər gömrük orqanlarından pensiyaya çıxan gömrük əməkdaşlarına pensiya həmin artımla, 60% və digərləri ilə hesablanmışdır. Lakin gömrük əməkdaşlarının təminat xərcliynin artmasına baxmayaraq, iddiaçının büdcədənkənar inkişaf fondundan 25% əlavə ilə pensiyaya çıxmağına baxmayaraq, pensiyasında artım baş verməmişdir.Yuxarıda göstərilən qanunların tələblərinə görə gömrük əməkdaşlarının təminat xərcliyi artdıqca pensiya da artmalıdır. Hazırda təqaüdə çıxan gömrük əməkdaşlarının pensiyasıilə iddiaçının pensiyası arasında xeyli fərq var. Bu, həm qanuni cəhətdən, həmdə sosial ədalət prinsipi baxımından düzgün deyil. Gömrük əməkdaşlarının vəzifə maaşlarına edilmiş Azərbaycan Respublikası Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i təminat xərcliyi kimi qəbul edilib və iddiaçıya pensiya təyin olunarkən nəzərə alınmış, lakin təminat xərcliyinin həmin hissəsi artanda, 60% olanda onun pensiyasında artım baş verməmişdir. Bununla bağlı iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək, pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi ücün gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60 faiz əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsinə göndərilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000-210/2xx-xx/027156 saylı cavab məktubu ilə imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X8 İdarəsinə göndərməli və Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X8 İdarəsi həmin məlumat vərəqinə əsasən pensiyanı yenidən hesablamalı və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsini təmin etməlidir. Oxşar mübahisələrlə bağlıartıq daha əvvəl Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən müvafiq qərarlar - X4 işi üzrə 2-1(102)-1461/14 saylı, xx xxxxxx 2014-cü il tarixli qərar, X1 işi üzrə 2-1(102)-1463/14 saylı, xx xxxxxx 2014-cü il tarixli qərar, X3 işi üzrə 2-1(102)- 1842/17saylı, xx xxxxxx 2017-ci il tarixli qərar, Vəkil işi üzrə 2-1(102)-1348/19 saylı, xx xxxx 2019-cu il tarixli qərar və digər onlarla qərarlar vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəasını şərh edir. Qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququolan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur». İddiaçı gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 25% əlavəni alıb, sosial sığortasını ödəyib, həmin əlavə iddiaçının təminatı xərcliyinin tərkib hissəsinə daxil edilib və verilib. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsiolan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, iddiaçı həmin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-ni aldığına və sosial sığortasını ödədiyinə, həmin əlavə iddiaçının təminat xərcliyinin tərkib hissəsinə daxil edildiyinə və verildiyinə görə onun təminat xərcliyində artım baş verib və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarına görə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilməsi iddiaçı üçün «sonrakı artım» hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə iddiaçının təminat xərcliyində sonrakı artım baş verdiyinə görə və Konstitusiya Məhkəməsinin qərarına görə büdcədənkənar inkişaf fonduna daxil olan 60% vəsait «sonrakı artımlar» hesab olunduğuna görə pensiyayenidən hesablanmalıdır, bunun üçün isə cavabdeh təminat xərcliyində baş vermiş sonrakı artıma görə yeni məlumat vərəqəsini DSMF-nin X8 İdarəsinə göndərməlidir. İddiaçı üçün büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60%-i xidmət etdiyi dövrdə aldığı və dövlət sosial sığortasına cəlb olunan əlavəyə edilən artımdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Komitə sədrinin xx.xx.2014-cu il tarixli 100/863ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunuilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onlarınailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunuilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 93-cü maddəsinə əsəsən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin (sonradan xx.xx.2016-cı il tarixli 810 nömrəli Fərmanla 50 faizininvə xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 faizinin) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulan digər əlavələrə daxildir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 388 nömrəli Fərmanının 1-cibəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 140 nömrəliqərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnaməvə fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqatişlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərininaylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən mükafatdanvə aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığortahaqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2011-ci il tarixli 002 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülənvəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin ödənilməsi şərtlərini və qaydasını müəyyən edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat”ın 1.4-cü bəndinə və bu Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq təminat xərcliyinə daxiledilir. Əmək haqqına əlavələrin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin həcminə uyğun həyata keçirilir və həmin vəsaitlərin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir, tətbiq olunan əmsal stabil olmur. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat”a əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faizinin və xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə isə 60 faizinin sabiq əməkdaş İddiaçı təminat xərcliyinə daxil edilməsi qeyri-mümkündür. Beləliklə iş materiallarından göründüyü kimi İddiaçı təqaüdə çıxarkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli və xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50faiz və 60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X12 köçürülməmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsiilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğunolaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi) tərəfindən həyata keçirilir. Göründüyü kimi İddiaçı xidmətinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəlivə xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin Fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən fərmanlara əsasən yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinatİ darəsi tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əməkpensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) -hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata vəya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmətillərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ciil 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminatxərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyinedilməsi üçün Azərbaycan Respublikası Dövlət X12 göndərilir. xx xxxxxx 2018-ci ul tarixli, 1362-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30 maddəsinə əsasən “bu maddədə nəzərdətutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır”. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli1000-210/2xx-xx/027156 saylı məktubda qeyd olunur: Sizin xx.xx.2019-cu il tarixli müraciətinizə Dövlət Gömrük Komitəsi tərəfindən baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələlərlə əlaqədar olaraq bildiririk ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 5.3-cü maddəsinə (Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsiqaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) və “Əməkpensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməkpensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci iltarixli 17 nömrəli Qərarının 2.1-ci bəndinə (Əmək pensiyası hüququ olan şəxslərbu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət X12 yaxud Fondun şəhər (rayon) şöbələrinə və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə müraciət edə bilərlər) əsasən tənzimlənir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət SosialMüdafiə X6 Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********6 saylı məktubda qeyd olunur: Ərizənizə baxaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarıilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyinedilməsi üçün Fondun X8 İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlarda həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş x xxxxxx 2014-cüil tarixli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada xx xxxxxx 2014-cü iltarixində İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla x xxxx 2018-ci il tarixinədək sonuncu vəzifənizə uyğun olaraq 24 il 9 ay 15 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 23 il 1 ay 28 gün, ali təhsil müddəti 1 il 7 ay 17 gün) təminat xərcliyinizin (773,85 manat) 62 faizi-479,79 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. x xxxx 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3776 nömrəli Sərəncamına əsasən əmək pensiyanız 495,22 manata artırılaraq sizə ödənilmişdir. x xxxx 2019-cu il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyanız 506,79 manata artırılaraq sizə ödənilmişdir. x xxxxxxxx 2019-cu il tarixindən xidmət etdiyiniz orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 295,00 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəniz-133,50 manat, digər növ əlavəniz-312,85 manat və ərzaq payı əvəzinə kompensasiya 32,00 manat olmaqla cəmi təminat xərcliyiniz 923,35 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, x xxxx 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (773,85 manat)ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (923,35 manat) arasındakı fərq məbləğinin (149,50 manat) 59,34 faizi-88,71 manat 1 mart2018-ci il tarixinədək olan pensiyanızın (479,79 manat) üzərinə əlavə olunmaqla 568,50 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, müraciətiniz əsasında aparılmış araşdırma zamanı əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi hesablanarkən natamam ildəki cəmi iş stajı ayları 9 ay hesablanmalı olduğu halda, 8 ay hesablanması faktı aşkar edilmişdir. Bu səbəbdəndə cari ilin fevral ayından əmək pensiyanız yenidən hesablanacaq, həmçinin ötən dövr üzrə yaranacaq fərq məbləği də əmək pensiyanızın üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürüləcəkdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işindəolan Azərbaycan Respublikası DSMF-nin HQXRŞİD əmək pensiyası təyin edən komissiyanın qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü ildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-cimaddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiyaişində olan məlumat vərəqəsindən görünür ki, İddiaçı pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrükişi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması qərara alınmışdır. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrükişi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 810 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsində “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrükişi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsində “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona xx.xx.2014-ciildən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunanəlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilədəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Hazırda iddiaçı həmin Fərman tətbiq edilməklə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi nəzərə alınmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edirki, iddiaçıya xx.xx.2014-cü ildən pensiya təyin edilmişdir və həmin tarixdə iddiaçının aldığı əlavə (25%) ona pensiya təyin edilərkən nəzərə alınmışdır. Lakin Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizinin, daha sonra isə 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilməsi ilə əlaqədar olan dəyişiklik isə müvafiq olaraq 29 fevral2016-cı və xx xxxxxx 2017-ci il tarixlərdə edilmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə 60 faiz əlavəni almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5,9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən vəya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və yaqulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələbetdiyi 60 faiz əlavəni işlədiyi dövrdə almadığı üçün həmin əlavə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasəninzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyənhərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbuledilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsiilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəməiddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58,68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6Təyinat İdarəsi) qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar