Məhkəmə qərarları › İş №2-1(112)-347/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-347/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-347/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə (ünvan 1i ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olması, İddiaçı əlillik pensiyasının müəyyən olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması və iddia tələbini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı yönəldilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı 1-ci qrup müddətsiz əmək qabiliyyətsiz əlillik dərəcəsinin verilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. “Məhkəmə-X8 X3” X5 T 111/2022 saylı ekspert rəyi məhkəməyə göndərilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı (xx.xx.1988, AZE AZE ********, fın xxxxxxx) əlillik dərəcəsi verilib (2-ci qrup 5 illik və xüsusi şəraitdə işlə bilər formasında) sadəcə tam düzgün verilməyib, verilməli idi 1 qrup müddətsiz və əmək qabiliyyətsiz, çünki 1-ci sinifdən eöilepsikdir və 4-cü sinifdən evdə təhsil almışdır. Respublika üzrə Baş Psixiator təsdiq edib iddiaçının vəziyyətini və pulsuz dərman alması barədə qərar verib, iddiaçı neçə illərdi psixotrop dərmanlar içir, bu formada heç yerdə işləyə bilməz, nədə Azərbaycanda bunun müalicəsi yoxdur, sadəcə sakitləşdirici dərmanlar gün ərzində müvəqqəti dayandıra bilər amma dərmanı buraxan kimi əvvəlki vəziyyət alır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı adma Balakən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0228003AAH5A saylı göndərişində xəstəliyin xx.xx.1988-ci il tarixdən başladığı, xroniki gedişli olduğu qeyd edilmişdir. Xəstəliyə görə son 6 ay ərzində müraciətləri “ G40-epilepsiya ilə əlaqədar müraciət tarixləri: xx.xx.2020, xx.xx.2019-cu il”; Ambulator tibbi yardım: (xx.xx.2019; xx.xx.2019, xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2020, xx.xx.2020 bu tarixlərdə BŞT və TTYŞ xx.xx.2020-ci il “CİTİ” hospitalda ambulator müayinələrdə olub). Xəstəliyə görə stasionar müalicə: “G40 diaqnozu ilə 26.05-xx.xx.2015; və F44 diaqnozu ilə 17.07-xx.xx.2019-cu il tarixlərdə X7 PHŞ-də”; “F07.0 diaqnozu ilə xx.xx.2019-cu il tarixdə Psixi Sağlamlıq Mərkəzində”; G40- diaqnozu ilə Respublika Neyrocərrahiyyə xəstəxanası PHŞ”-də müayinə və müalicədə olmuşdur. Anadangəlmə xəstədir. Xəstəliyə görə daima müşahidədədir. İşdə olan İddiaçı adına Balakən rayonunda tərtib edilmiş xx.xx.2020-ci il tarixli 0228003AAH5A saylı göndərişdə qeyd edilmişdir ki, ... “Müayinə tarixi: xx.xx.2020-ci il, Akt nömrəsi: xxxxxxx0007, xüsusi yaradılmış şəraitdə işləyə bilər. “X1: Vİ Sinif- sinir sistemi xəstəlikləri => G40-G47-epizodik və paroksizmal pozğunluqlar=>G40-epilepsiya =>G40.0fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal, parsial...). Diaqnozun mətni: epilepsiya, epileptik tutmalar tez-tez baş verən (8-10 dəfə ayda). Ağırlaşma: R56başqa rubrikalarda təsnif olunmayan qıcolmalar (8- 10 dəfə ayda), F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu (epilepsiya nəticəsində). Meyar: İİ dərəcə əlillik=> 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41,9). İş materiallarından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8 X4-Təcrübi və Tədris Birliyinin T 111/2022 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1,2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Balakən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0228Q03AAH5A saylı göndərişlərlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilən diaqnozlar kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Qeyd olunan xəstəlik və ağırlaşmalar şəxsin əyani müayinəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.2 maddəsinin əhatə dairəsinə uyğun olduğundan İİ dərəcə əlillik öz qüvvəsində qalır.” Həmçinin, ekspert rəyində bildirilmişdir ki, İddiaçı adına Balakən rayon mərkəzi xəstəxanası phş-si tərəfindən tərtib edilmiş 0228Q03AAH5A saylı Forma 88 saylı göndərişində olan diaqnozda qeyd olunan xəstəlik və ağırlaşmalarla əlaqədar təyin edilmiş İİ dərəcə əlilliyin öz qüvvəsində qalmasını düzgün hesab etmək olar. Belə ki, şəxsin əyani müayinəsi zamanı İ əlillik dərəcəsinə uyğun meyarlar aşkar edilmədi. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). Göründüyü kimi, iddiaçının diaqnozu ona ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının əyani müayinəsi zamanı İ əlillik dərəcəsinə uyğun meyarlar aşkar edilmədiyindən, Balakən rayon mərkəzi xəstəxanası phş-si tərəfindən tərtib edilmiş 0228Q03AAH5A saylı Forma 88 saylı göndərişində olan diaqnozda qeyd olunan xəstəlik və ağırlaşmalarla əlaqədar iddiaçıya düzgün olaraq İİ dərəcə əlilliyin təyin edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İddiaçı 1-ci qrup müddətsiz əmək qabiliyyətsiz əlillik dərəcəsinin verilməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar