Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3473/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Məhkəmə Mübahisələri ilə iş İdarəsinin aparıcı məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş stajı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşağı olan ana kimi yaşa görə pensiyanın təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxx 2015-ci il tarixdən 52 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxx 2015-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1981-ci il sentyabr ayının 01-dən 1996-cı il may ayının 05-nə qədər müxtəlif səhiyyə ocaqlarında çalışmışdır. 1996-cı il 05 may tarixində övladının xəstəliyi ilə əlaqədar olaraq işdən çıxmışdır. xx xxxx 2002-ci ildən xx xxxx 2006-cı ilə qədər Bakı şəhəri təcili tibbi yardım stansiyasında xadimə vəzifəsində çalışmışdır. 16 ilə qədər iş stajı vardır. Qızı anadan gəlmə onurğa beyninin yırtığı və hər iki pəncənin varus deformasiyası diaqnozu ilə anadan gəlmə xəstədir. O, xx xxx 2015-cı il tarixdən pensiya yaşına çatdığıma görə qızı anadan gəlmə xəstə olduğundan yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almalı idi. Ona görədə pensiya yaşına çatdığına və 16 ilə yaxın sığorta stajının olduğuna görə ona əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbə **********3 saylı, xx xxxxxx 2019-cu il tarixli məktub ilə imtina edərək ona əmək pensiyası təyin etmənin mümkün olmadığını bildirmişdir. Hesab edir ki, həmin imtina əsaszızdır və onun sosial təminat hüququnu pozur. Onun hal-hazırda 57 yaşında olduğunu, anadan gəlmə sağlamlıq imkanları məhdud olan qızını tərbiyə etdiyinə görə 16 il iş stajını nəzərə alıb ona Azərbaycan Respublikasının 2015-ci ildə qüvvədə olmuş “ Əmək pensiyası haqqında” Qanunu ilə nəzərdə tutulmuş qaydada xx xxx 2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. 2017-ci il iyul ayının 01-nə qədər qüvvədə olmuş “Əmək pensiyalar haqqında” Qanunun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların 10 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Onun pensiya hüququ xx xxx 2015-ci ildən yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən Sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 1963-cü il 19 may tarixində anadan olduğundan, xx xxx 2015-ci il tarixindən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Hazırki, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixində edilmiş, 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş dəyişikliyinin 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınlar üçün nəzərdə tutulan yaş həddi 61 yaş 6 ay olduğundan və iddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş olduğundan müəyyən edilmiş yaş həddi 56 yaş 6 ay olur ki, iddiaçının da 57 yaşı olduğundan hüququ yaranır. Qanuna edilmiş əlavə və dəyişikliyə əsasən müəyyən edilmiş sığorta stajı 2017 ci il 1 iyul tarxindən 10 il sığorta stajı 25 il sığorta stajı ilə əvəz edilmişdir. xx.xx.2017-ci il tarixdən “Əmək Pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərdən sonra Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının stajı qanunda göstərilən stajı tamamlamadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yetərli olmadığından əmək pensiyası hüququ yaranmır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iiddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklərdən sonra Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Qanuna edilən əlavə və dəyişikliklərdən sonra qadınların yaş həddi xx.xx.2017-ci il tarixdən hər il 06 ay artırılaraq 55 yaş 06 ay olmuşdur. Onun tələb olunan sığorta stajı olmadığından Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. İşdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək qarderobçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü ildən xx.xx.1996-cı il tarixədək şəhər poliklinikasında tibb bacısı, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xadimə vəzifəsində işləmişdir. Onun ümumi iş stajı 18 il 2 ay 29 gün təşkil edir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 348 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.1990-cı il təvəllüdlü qızı X1 anadangəlmə xəstədir və doğulduğu gündən anasının himayəsindədir. Beləliklə işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, hazırda 57 yaşı vardır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən ona xx xxx 2015-ci il tarixdən, yəni 52 yaşından sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavab tərəfindən müraciətin təmin edilməsindən onun tələb olunan sığorta stajı olmadığından Qanunun 8.2ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası hüququnun yaranmadığı əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etməklə ona əmək pensiyasının təyin edilməsini tələb edir və tələbini əmək pensiyası hüququnun həmin tarixədək yaranması ilə əsaslandırır. Buna görə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona xx xxx 2015-ci il tarixdən 52 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən 2015-ci ilin yanvar ayının 1-dən qadınlar üçün müəyyən olunmuş yaş həddi 60 yaş olmuşdur. Həmin dövr qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində tələb olunan 10 il sığorta stajı olsa da, Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldıldığı halda tələb olunan yaş 55 yaş olduğundan, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə həmçinin hazırki qanunvericiliyin tələbləri üzrə də iddiaçının qadınlar üçün müəyyən edilmiş yaş həddinə çatmasını müəyyən etsə də, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranmadığını müəyyən etmişdir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il tarixə qadınlar üçün yaş həddi 61 yaş 6 ay olduğundan, iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaş həddi 5 il azaldıqda onun yaşa görə pensiya hüquq 56 yaş 6 aydan yaranır. İddiaçı xx xxx 1963-cü il təvəllüdlü olmaqla, 57 yaşında olduğundan o, qanunvericilikdə tələb olunan yaş həddinə çatmışdır. Lakin iddiaçı göstərilən maddənin tələbləri üzrə yaşa görə pensiya təyin edilməsi üçün hazırda qüvvədə olan qanunvericliyin tələblərinə əsasən müəyyən edilmiş 25 il sığorta stajına malik deyildir. Belə ki, iş materiallarında olan əmək kitabçası əsasında iddiaçının ümumi iş stajının 18 il 2 ay 29 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının qanunvericiliklə müəyyən edilmiş sığorta stajı olmadığından, o müəyyən olunmuş yaş həddinə çatsa belə onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır və cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanunvericiliyin tələblərinə əsasən yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3473/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3473/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver