Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3475/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Fövqaladə Hallar orqanının 0433/s nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh və Səhiyyə Nazirliyinin “Məhkəmə-kimyəvi ekspertiza” tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamış, inzibati orqanın qəbul etdiyi inzibati aktın qanuniliyi tam yoxlanılmamışdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinə 2011-ci ildə daxil olub dövlət büdcəsi hesabına təhsil almışdır. Təhsil aldığı 4 il müddətində akademiyanı nizamlı, intizamli, kursant olaraq müvəffəqiyyətlə 2015-ci ildə bitirib həmin il təyinatını leytenant rütbəsi ilə Cavabdeh (FHN), X3 mərkəzinin (BVİM), informasiya kommunikasiya texnologiyaları idarəsinin, şəbəkələrin əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti vəzifəsinə təyin edilmişdir. X3 mərkəzində 6 il xidmət apardığı müddət ərzində, həyat üçün təhlükəli sayılan ərazilərdə, yüksək mərtəbəli binaların damında, hündür mərtəbəli obyektlərin üzərində Cavabdehnə məxsus təhlükəsizlik kameralarına xidmət göstərmişdir. Lakin işlədiyi idarədə bəzi şəxslər qərəzli şəkildə rəqabətə girərək onun bu vəzifədən kənarlaşdırılmağı üçün müxtəlif maneələr törətmişdirlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində Nazirliyin daxili tədqiqat idarəsi tərəfindən iddiaçı və iş yoldaşları S.H, H.N, M.C həmin idarəyə dəvət olunmuş, orada narkotik vasitələrindən istifadə etdikləri barədə məlumat daxil olduğu bildirilmiş, ona və iş yoldaşlarına bu məsələni könüllü olaraq qəbul edib izahat yazmaqları təklif edilmiş, bu məsələyə könüllü olaraq razılaşmadıqları halda onları Cavabdeh poliklinikasına aparacaqlarını bildirmişlər. İddiaçı öz yerinə cavabında narkotik vasitələrinin istifadəçisi və aludəçisi olmadığından əmin olaraq buna razılıq vermişdir. Çünki 6 il xidmət apardığı müddət ərzində həyat üçün təhlükəli sayılan ərazilərdə, yüksək mərtəbəli binaların damında Cavabdeh nəzarət kameralarına xidmət göstərərkən ona böhtanla atılan bu maddənin təsiri altında olsa idi bu yüksəkliklərdə xidmət aparmağı mümkünsüz olardı. Amma bunlar nəzərə alınmayaraq ona böhtan atılaraq əsassız yerə onu Cavabdeh poliklinikasına könülsüz olaraq analiz verməyə aparmışlar. İddiaçıdan və iş yoldaşlarından orada (sidik) vasitəsilə analiz götürülmüşdür. Analizin cavabı olaraq narkotik vasitə sayılan (marexuana THC) aşkar edilmişdir. Ancaq bu analiz qeyri-şəffaf keçirilmiş və onlara testin necə keçirildiyi barədə heç bir məlumat verilməmişdir. Onlar daxili tədqiqat idarəsinə qayıdaraq nəticələrdən razı olub-olmadıqlarını soruşmuşlar. Buna cavab olaraq analizin nəticəsinin üzərində narazılığını bildirmişdir. Lakin onunla birlikdə aparılan əməkdaşlar analizin nəticəsiylə razılaşmışlar. Bundan sonra iddiaçı həmin əməkdaşlarla (THC nəticəsi pozitiv olan) birlikdə könülsüz olaraq təkidlə məhkəmə-kimyəvi ekspertizaya dəvət olunmuşdur. Orada daxili tədqiqat idarəsinin 2 əməkdaşı onlardan öncə həkimin otağına daxil olub qapını bağlamış, 3-5 dəqiqə söhbətdən sonra iddiaçı otağa daxil olarkən “sən hələ gözlə” ifadəsini işlətmiş, bu da onda məsələnin onlardan öncə danışılıb razılaşdırıldığına (həkimin və tədqiqatın əməkdaşları arasında) şübhə doğurmuşdur. Əgər belə bir hadisə həqiqətən baş vermişdirsə, Cavabdeh daxili tədqiqat idarəsinin əmri ilə onları qanuni şəkildə yoxlanış üçün Bakı şəhəri, Sabunçu rayonu, Maşdağa qəsəbəsində yerləşən Respublika “Narkaloji Mərkəzə” müayinə üçün qrup halında deyil, tək göndərilməli idilər. Onların “Məhkəmə-kimyəvi ekspertiza”ya həm də Fövqəladə Halların Nazirliyinin Tibb Xidməti Tibb Mərkəzinə qrup şəklində göndərilməyi qanuna uyğun deyildir. İddiaçı bu məsələ ilə (analizin nəticələri) razılaşmadığını öz təqrirində qeyd etmişdir. Buna əlavə edir ki, “Məhkəmə-kimyəvi ekspertiza”sının şöbə rəisinin yanına gedərək yenidən analiz vermək üçün müraciət etmişdir. Cavabında bildirmişdir ki, iddiaçıdan yalnız fiziki şəxs olduğu halda analiz götürməyə ixtiyarları var. Lakin onun fəaliyyət göstərdiyi qurumdan məktub ünvanlanmalıdır və həmin halda yenidən analiz götürməyə hüquqları var, əks halda mümkün deyil. Ondan qəlyan istifadə edib-etməməsi soruşulmuş, iddiaçı siqareti tərgitmək məqsədi ilə gün ərzində mütəmadi olaraq qəlyandan istifadə etdiyini bildirmişdir. Əgər qəlyan istifadəçisidirsə, narkotik sayılan (marexuananın THC) analizin nəticəsində çıxması normal haldır deyə bildirilmişdir. Çünki qəlyan istifadəçilərinin əksəriyyətində bu hallarla qarşılaşdıqlarını bildirmişdir. İddiaçı tütün məmulatlarından şəxsi qəlyanında isdifadə edir və qanunvericiliyə əsasən şəxsi qəlyandan isdifadə etmək qadağan deyil. Lakin onun məsələyə qeyri-obyektiv yanaşılması və onda (marixuana THC) maddə olmadığı halda heç bir əsaslı səbəb olmadığından qəlyan çəkdiyini səbəb gətirərək bu maddənin (THC) qəlyanın tərkibində olaraq məndə aşkarlandığını subut etmək üçün eskpertizanın rəyində əleyhinə rəy çıxarmışlar. Onlar maddənin (THC) qəlyanın tərkibində olduğunu bildirərək onda maddə (THC) olduğun aşkarlandığını bildirmişlər. İddiaçı bu məsələyə etirazını bildirərək dəfələrlə yenidən analiz verməyə çalışsa da ona mane törətmişlər. xx.xx.2021-ci il tarixində analizə aparıldığı halda işdən xx.xx.2021-ci il tarixində kənarlaşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3475/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “xx.xx.2021-ci il tarixli 0433/s nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 2015-ci il tarixdən leytenant hərbi rütbəsi verilməklə Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - qanun) 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində iddiaçı dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində “Marixuana” narkotik maddəsi aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanuna müvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 həmin tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində “Kannabinoid” narkotik maddəsi aşkar edilmişdir. Bununla da Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 21 yanvar 2021-ci il tarixli 150/K saylı məhkəmə-kimyəvi akt əsasında Azərbaycan Respublikası Cavabdeh 15 aprel 2021-ci il tarixli 0433/Ş nömrəli əmrinə əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş EZ ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1993-cü il təvəllüdlü İddiaçı 2015-ci ildə AR FHN-in Akademiyasını bitirmiş, xx.xx.2017-ci il tarixli 1106 nömrəli əmrlə baş leytenant hərbi rütbəsi verilmiş, xx.xx.2021ci il tarixdə FHN-in 0433 nömrəli əmri ilə “HXH” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Fövqaladə Hallar Nazirliyi Tibbi Xidməti Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli sidikdə narkotestlərin təyini analizindən görünür ki, Opium (OPİ) - neqativ, Kokain (COC) - neqativ, Marixuana (THC) - pozitiv, Metamfetamin (MET) - neqativ, Benzodiazipin (BZO) - neqativdir. İddiaçı analizin nəticələrinə etiraz edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2021-ci il tarixli, 150/K nömrəli məhkəmə-kimyəvi ekspertizanın nəticələrindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nətcəyə gəlir: İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinonid” aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə xx.xx.2021-ci il tarixli izahatından görünür ki, İddiaçı qarşısında qoyulmuş “xx.xx.2021-ci il tarixində FHN Tibb Xidmətinin Tibb Mərkəzində narkoloji müayinə və Məhkəmə-Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyində verilən narkoloji analizin nəticə cavablarında qanda və sidikdə marexuana aşkar edilmişdir. Bununla bağlı nə deyə bilərsiniz?” sualına izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0433/ş nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən və “Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.6-cı bəndini rəhbər tutaraq Nazirliyin Böhran Vəziyyətlərində X2-kommunikasiya texnologiyaları idarəsinin Şəbəkələrin, əməliyyat sistemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması; qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinə göndərilməsi əmr edilmişdir. Əsas: X3 Mərkəzinin 26 fevral 2021-ci il tarixli xx/xx-00212 №-li məktubu və təqdimatı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2021-ci il tarixli, 2179 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müavini Vüqar Yusifovun xx.xx.2021-ci il tarixli göndəriş məktubu əsasında vətəndaş İddiaçı götürülmüş qan və sidik nümunələrinin Birliyin Məhkəmə-kimya şöbəsində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının təyini ilə bağlı məhkəməkimyəvi tədqiqatı aparılmışdır. Adıçəkilən tədqiqat xx.xx.2021-ci il tarixdə başa çatdırılaraq, qüvvədə olan əsasnamə və təlimata uyğun, ekspert-kimyaçı tərəfindən “Maddi sübutların ekspertizası Aktı” tərtib olunmuş və həmin Akt aidiyyəti üzrə xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə Cavabdehnə təqdim edilmişdir. Birliyin Məhkəməkimya şöbəsindən verilmiş həmin Aktın nəticəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid”in aşkar edildiyi göstərilmişdir. Eyni zamanda bildirilir ki, ərizədə qaldırılan digər məsələlər, o cümlədən verilmiş Aktın hüquqi qiymətləndirilməsi, yeni tədqiqatın aparılmasının təyini və s. Birliyin deyil, bu işin təhqiqat araşdırmasını aparan rəsmi orqanın səlahiyyətlərinə aiddir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı 2015-ci il tarixdən leytenant hərbi rütbəsi verilməklə Cavabdehnə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə baş leytenant hərbi rütbəsi verilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4”ndə tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edildiyi üçün Fövqəladə Hallar nazirinin xx.xx.2021-ci il tarixli, 0433/Ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırkı iddiasında iddiaçı sözügedən xx.xx.2021-ci il tarixli, 0433/Ş nömrəli əmrin ləğvini və xidmətə bərpasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: -1.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. -2.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. -156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). -168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: -6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.1-ci maddəsinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. -24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -24.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında: 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh Böhran Vəziyyətlərində X2 kommunikasiya texnologiyaları idarəsinin şəbəkələrin, əməliyyat sistyemlərinin istismarı və təhlükəsizliyi şöbəsinin zabiti baş leytenant rütbəsində xidmət edərkən narkoloji sərxoşluq hallarının müəyyən olunması məqsədilə əvvəlcə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində dövri tibb müayinəyə cəlb edilmiş, tibbi müayinə zamanı iddiaçıdan götürülmüş analiz nümunəsində sidik narkotestlərin təyini nəticəsində Marixuana (THC) aşkar olunmuşdur. Qeyd edilən analizin nəticəsinə iddiaçı etiraz etmiş, bundan sonra İddiaçı götürülmüş qan və sidik nümunələrinin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının təyini ilə bağlı İddiaçı qan və sidik nümunələri götürülmüş, nümunələr əsasında məhkəmə-kimyəvi tədqiqatı aparılmış, adıçəkilən tədqiqat xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və nəticədə iddiaçıdan götürülmüş analiz nümunələrinin tərkibində təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. İddiaçı məhkəmə icraatında ekspertiza zamanı ondan qan və sidik nümunələrinin xx.xx.2021-ci il tarixdə götürüldüyü halda xx.xx.2021-ci il tarixdə ekspert müayinəsinə başlandığını və xx.xx.2021-ci il tarixdə başa çatdığını, keçən zaman müddətinin analizin nəticələrinin mötəbərliliyinə təsir edə biləcəyini iddia etmişdir. Qeyd edilən dəlilin araşdırılması ilə bağlı məhkəmə tərəfindən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən müvafiq sorğu ünvanlanaraq tədqiqat üçün götürülmüş qan və sidik nümunələrinin saxlanma müddəti, həmin nümunələrin maxsimum nə qədər müddətə saxlana bilməsi, saxlanma müddəti ərzində tərkibinin dəyişib-dəyişməməsi, bu dəyişmənin ekspertiza tədqiqatının nəticəsinə təsir edib-etməməsi, eləcə də kanabinoid və marixuananın (THC-nin) tərkibində oxşarlıq (eyni) olub-olmaması, eyni şəxsdən götürülmüş qan və sidik nümunəsində eyni vaxtda aşkar edilməsinin mümkünlüyü barədə məlumat (izah) tələb edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-kimya şöbəsinin ekspert kimyaçısı, eyni zamanda ekspert tədqiqatını bilavasitə aparmış xx.xx.2021-ci il tarixli, 150K nömrəli ekspert rəyini vermiş ekspert İlahə Cəfərova məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, məhkəmə-kimya şöbəsinə narkotik və psixotrop maddələrin təyini üçün göndərilmiş qan və sidik nümunələri şöbənin arxivində xüsusi tələb olunan şəraitdə (qaranlıq və xüsusi tempraturda) 6 ay müddətində saxlanılır. Saxlanma müddəti bitdikdən sonra aktlaşdırılaraq məhv edilir (atılır). Saxlanma müddəti ərzində (6 ay ərzində) qan və sidik nümunələrində məhkəmə kimya tədqiqatı nəticəsinə, yəni aşkarlanan “Kannabionid”-ə təsir edəcək heç bir dəyişiklik baş vermir. Kannabionid və marixuana (THC) çətənə bitkisindən alınır və təbii mənşəli narkotik vasitə hesab edilir. Kannabionid və marixuananın (THC) tərkibi eynilik təşkil edir. Kannabionid qrupunun qeyri-qanuni narkotik vasitələrinin ən çox yayılmış formaları bunlardır: marixuana, nəişə, həşiş və həşiş yağıdır. Bunlar isə bir-birindən kəmiyyət və keyfiyyətcə fərqlənir. Marixuana - bitkinin yuxarı hissəsinin (yarpaqları və gülləri) qurudulmuş formasıdır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə FHN-in Tibb Xidməti Tibb Mərkəzində narkoloji müayinə və Məhkəmə-Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyində verilən narkoloji analizin nəticələri ilə bağlı iddiaçıdan izahat alınarkən iddiaçı rəylə bağlı hər hansı qeydlərini etməmiş, izahat verməkdən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçıdan xx.xx.2021-ci il tarixdə FHN-in Tibb Xidməti Tibb Mərkəzində sidik nümunəsində narkotik vasitə aşkar olunmuş, eyni gündə Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində götürülmüş qan və sidik nümunələrinin tərkibində də narkotik maddə aşkar olunmuşdur. Hər iki tibbi analiz bölmələrində analiz nümunələri iddiaçıdan götürülmüş, eyni gündə götürülmüş və nəticələrində narkotik vasitə istifadəsi müəyyən olunmuşdur. Beləliklə, iddiaçı barəsində əliverişsiz inzibati akt olan mübahisələndirilən əmrin verilməsi üçün əsas olan hal, yəni iddiaçının qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktı öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. -41.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir. -41.8-ci maddəsinə görə ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3475/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3475/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver