Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3477/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh X11rşı “plandankənar yoxlamanın qanunsuz hesab edilməsi, nəticələrinin ləğv edilməsi və təzminatın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh X11rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehn xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə İddiaçı MMC-də keçirilmiş plandankənar yoxlamanın qanunsuz hesab edilməsi, nəticələrinin ləğv olunması bütün bu dövr ərzində məruz qaldığı işgüzar nüfuzuna xələl gətirmə, normal fəaliyyətinə maneə nəticəsində itkilərə görə 10.000 (on min) manat həcmində təzminat ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 18 iyul 2023-cü il tarixli, KY231938971 nömrəli çıxarışa əsasən, İddiaçı MMC-də xx.xx.2023- xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. Eyni zamanda, həmin KY231938971 nömrəli çıxarışa əsasən yoxlayıcı şəxslər qismində Teymur Musayevin, İlkin Əhmədovun və Aqşin Salmanovun iştirak etməsi nəzərdə tutulmuşdur. Eləcə də, AR Səhiyyə Nazirliyinin X8nin xx.xx.2023-cü il tarixli 491 nömrəli aktında da plandankənar yoxlamanın keçirilməsində həmin şəxslərin iştirakı nəzərdə tutulmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş plandankənar yoxlamada 491 nömrəli aktda adının göstərilməsinə baxmayaraq, İlkin Əhmədov iştirak etməmişdir. İlkin Əhmədovun əvəzinə isə özünü İlkin Əhmədov kimi təqdim edən X9 iştirak etmişdir. Əslində isə X4 yoxlamada iştirakı tamamilə qanunsuz olmuşdur. Əvvəla onun adı nə KY231938971 nömrəli çıxarışda, nə də xx.xx.2023-cü il tarixli 491 nömrəli aktda səlahiyyətli vəzifəli şəxs kimi göstərilməmişdir. Digər bir tərəfdən isə B.Mirzəyev özünü İ.Əhmədov kimi təqdim etməyə cəhd edərək yoxlama prosesində qeyri-qanuni iştirak etmiş və onun yoxlamada iştirakını təsdiq edən heç bir hüquqi sənəd mövcud olmamışdır. Yoxlamada məhz X4 iştirak etdiyi MMC-nin nəzarət kameralarının video çəkilişi ilə təsdiq olunur. Həmçinin bildirilir ki, B.Mirzəyev İddiaçı MMC direktor müavini X2 əmisidir. Bu fakt X6 məlum olmuş, hətta apardığı qanunsuz yoxlama zamanı öz qardaşı oğlu, İddiaçı MMC direktor müavini X5 ilə telefon əlaqəsi yaradılanda, sonuncunun iş yerində yoxlamada olduğunu bildirmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6-1.2.2-ci maddəsinə əsasən yoxlayıcı yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda yoxlama apara bilməz. Və bu hüquqi norma Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehn nümayəndəsi kimi X6 məlum olmaya bilməz. Qeyd olunan qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh X14 etdiyi şikayət əsasında ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli cavab məktubunda “Mərkəzdə şikayət əsasında araşdırma aparıldığı və araşdırmanın nəticəsi barədə mənə əlavə məlumat veriləcəyi" bildirilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh X15 tərəfindən yol verilən qanunsuzluqlar onlar tərəfindən davam etdirilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış artıq 12 oktyabr 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “...X9 tutduğu vəzifədən azad olunduğundan, onun barəsində intizam-tənbehi görülməsi məsələsi öz aktuallığını itirmişdir”. Halbuki, tərəf öz şikayətində yalnız hər hansı bir şəxsə qarşı intizam tənbeh tədbirinin görülməsini deyil, eyni zamanda Mərkəzin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onlar tərəfindən aparılan yoxlamanın və onun nəticələrinin heç bir hüquqi qüvvəsinin olmamasını bildirmişdi. Mərkəz isə təqdim etdiyi dəlillərə heç bir hüquqi qiymət verməmiş, təqdim edilmiş sübutları təkzib edə bilməmiş (haqlı olduqlarına dair heç bir sübutları olmaması səbəbindən) və bu qanunsuzluqları pərdələmək üçün yoxlamada qanunsuz iştirak edən X4 “vəzifədən azad olunduğu” ifadələri ilə kifayətlənmişlər. Bu hal isə bir daha yoxlamanın qanunsuz keçirildiyini sübuta yetirir. Göstərilənlərə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 4-2.1-ci yarımbəndinə əsasən yoxlamaları bu Qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək yoxlama zamanı yoxlayıcının vəzifəsidir. Qanunun 17.1-ci bəndinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Qanunun 17.2.5-ci bəndinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın növü göstərilməlidir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 7.1-ci bəndinə əsasən, yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına, habelə qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan qanunvericilik normalarına əsasən, B.Mirzəyev həm qohumluq əlaqəsi olduğu üçün, həm də yoxlama aparmaq səlahiyyəti olmadığı üçün yoxlamada iştirak edə bilməzdi. Nəticədə, qeyd olunan qanun pozuntularının olmasına baxmayaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İddiaçı MMC barəsində AR İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 19 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2319/2023 saylı iş üzrə 25 avqust 2023-ci il tarixli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətdə iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən “keçirilmiş plandankənar yoxlamanın qanunsuz hesab edilməsi, nəticələrinin ləğv olunması” məsələsinə artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 44B, A15 nömrəli binanın 1-ci mərtəbəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 18 iyul 2023-cü tarixli, KY231938971 nömrəli çıxarışa əsasən plandankənar yoxlama həyata keçirilmişdir (yoxlamanın yekununu əks etdirən 491 nömrəli yoxlama aktına əsasən, yoxlama zamanı müəssisənin nümayəndəsi də iştirak etmiş və aktı imzalamışdır). Yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmayan həkimin fəaliyyəti aşkar olunmuş və İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə 19 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim: X.Əlisoy) İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1846/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiyası Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmçinin iddia ərizəsində qeyd edilən 10000 (on min) manat təzminat məsələsinə münasibətdə bildirilir ki, bu tələb tamamilə əsassızdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəfindən tələb heç bir şəkildə əsaslandırılmamış, faktiki olaraq cavabdeh tərəfindən işgüzar nüfuzuna hansı üsul və vasitələrlə xələl gətirildiyi və normal fəaliyyətinə necə maneə olunduğu qeyd edilməmişdir. Mərkəz tərəfindən yoxlama qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmişdir və barəsində protokol tərtib edilən inzibati xətanın törədilməsi məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.1.6-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama yoxlamaların həmin Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan həmin Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Qanunun 4.1-ci maddəsinə əsasən yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Qanunun 31.1-ci maddəsinə əsasən yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. Yuxarıda qeyd edilənlərə və İPM-in 38.1, 35.1-ci maddələrinə əsasən iddianın mümkünsüz hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi X3 verdiyi izahatda iddia ərizəsini müdafiə edərək, tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmasını və mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izhaat verərək tələbin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17). Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən: -3.2. Bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən isə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına, habelə qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Beləliklə, işin faktiki hallarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmaqla AR Səhiyyə Nazirliyinin Cavabdeh PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-də plandankənar yoxlama keçirilmiş və iddiaçının qanuni təmsilçisinin iştirakı ilə plandankənar yoxlamanın yekununa dair eyni tarixli, 491 nömrəli akt tərtib edilmiş və yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə xx.xx.2023-cü il tarixli 877 nömrəli qərar qəbul edilmişdir. Yoxlama zamanı müəssisədə sertifikasiya şəhadətnaməsi olmayan həkimin fəaliyyəti aşkar olunmuş və müəssisə barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İXM-in 215.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, nəticədə iddiaçı barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, gəlinmiş nəticə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli yoxlamanın qanunsuz hesab edilərək onun nəticələrinin ləğv edilməsini və bu yoxlamanın nəticəsi olaraq vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə tələbin birinci hissəsi ilə bağlı qeyd edir ki, göründüyü kimi, mübahisələndirilən yoxlama nəticəsində iddiaçı üçün hər hansı hüquqi nəticə yaradan inzibati akt qəbul edilməmiş, yalnız inzibati xətalar qanunverciliyinin tələblərinin pozulması əlamətləri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti ümumi məhkəməyə göndərilmişdir. Halbuki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bu baxımdan tərəflər arasında yaranmış hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmadığından, yəni inzibati icraat çərçivəsində deyil, inzibati xətalar qanunvericiliyinin pozulması ilə bağlı olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə tələbin digər hissəsi ilə bağlı bildirir ki, iş materialları ilə iddiaçı tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə ilkin müraciətin edilməsi müəyyən edilməmişdir. Halbuki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 41.5, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3477/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3477/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver