Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3478/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Teymur Rauf oğlu İsmayılovun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi- Həkim Komissiyasına qarşı “10.06.2017-ci il tarixli 1090 saylı ”c” yarımbəndli qeyd edilmiş qərarın ləğv edilməsi və “a” bəndini “Azərbyacan Respublikası müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” qeyd edilməklə yeni qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Hərbi- Həkim Komissiyasına qarşı “10.06.2017-ci il tarixli 1090 saylı ”c” yarımbəndli qeyd edilmiş qərarın ləğv edilməsi və “a” bəndini “Azərbyacan Respublikası müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” qeyd edilməklə yeni qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həmin dövrdə yaradılmış könüllü batalyonların birinin tərkibində iştirak etmişdir. Onun iştirak etdiyi döyüşlər Laçın rayonu və ona yaxın ərazilərində olmuşdur. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Müvafiq hərbi hissəsinin tərkibində Ağdərə,Tərtər, Göranboy rayonları ərazilərində olan döyüş mövgelərində xidmət etmişdir. Onun xidmət müddəti 1997-ci ilin iyul ayınadək davam etmişdir. Dəfərlərlə düşmən qüvvələri ilə üz-üzə gəlmişdir. 1997-ci ilin fevral ayında xidmətdə olarkən mina partlaması nəticəsində ağır kəllə -beyin zədəsi və bədənin döş qəfəsi bir neçə yerdən qəlpə yaraları almışdır. Bundan əlavə həmin dövrdə dəri xəstəliyinə də tutulmuşdur ki, bu xəstəlik bu günədək də davam edir və onun müalicəsi yoxdur. O illərin həkimlərin səhlənkarlığı ucbatından, döş qəfəsindəki yad cisim qeyd edilsədə, kontuziya, sol qulağının qan açılmasını epikrizə qeyd edilməyib. Qərargah rəisi hərbi biletinə mina partlamasını da qeyd etməyib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi- Həkim Komissiyası tərəfindən 10.06.2017-ci il “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 7.2.-ci bəndinin “c” yarımbəndinə əsasən xəstəlik qazanma səbəbi ”Hərbi travmadır hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” təyin edilmişdir. Həmin qərarla iddiaçı razı deyil, qərarın ləğv edib yeni qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərmişdir ki, iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçının 10.06.2017-ci il tarixli 1090 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi mübahisləndirmə növünə, xəsarətin, xəstəliyin səbəb əlaqəsi -“Azərbyacan Respublikası müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” qeyd edilməklə yeni qərar qəbul edilməsi tələbi isə məcburetmə iddia növünə aiddir . Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Hərbi - Ekspert Komissiyasının 10.06.2017-cı il tarixli qərarından görünür ki, iddiaçının xəstəliyinin səbəbi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 7.2.-ci bəndinin “c” yarımbəndinə istinadən təyin edilmişdir. Hazırda isə iddiaçı inzibati orqanın həmin qərarı ilə razılaşmayaraq, onun xəstəliyin, aldığı xəsarətin səbəbini Əsasnamənin 7.2-ci bəndinin “a” bəndinə əsasən -“Azərbyacan Respublikası müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” müəyyən edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1–ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.2–ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır İnzibati Prosessual Məcəllənin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1.-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar 10.06.2017-cı il tarixdə qəbul edildiyi təqdirdə, iddiaçı məhkəməyə 19.02.2020-ci il tarixdə, yəni inzibati akt qəbul edildiyi tarixdən 2 ildən artıq bir müddət keçdikdən sonra müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın ləğv edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı“10.06.2017-ci il tarixli 1090 saylı ”c” yarımbəndli qeyd edilmiş qərarın ləğv edilməsi və “a” bəndini “Azərbyacan Respublikası müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” qeyd edilməklə yeni qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası mümkünlük şərtlərinə cavab verilmədiyi üçün mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası və Müdafiəsi Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı“10.06.2017-ci il tarixli 1090 saylı ”c” yarımbəndli qeyd edilmiş qərarın ləğv edilməsi və “a” bəndini “Azərbyacan Respublikası müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” qeyd edilməklə yeni qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2 Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3478/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3478/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver