Məhkəmə qərarları › İş №2-1(112)-3479/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3479/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3479/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 Təyinat üzrə Mərkəzi Filalına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1974-cü ilin yanvar ayının 10-dan Bakı "xxxx" ASC-də müxtəlif peşə və vəzifələrdə işləmiş, həmin dövlət müəssisəsində əlli ildən çox əmək stajı var. 2006-cı ilin yanvar ayının 1-dən 2020-ci ilin oktyabr ayının 1-nə kimi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Bakı "xxxx" ASC-nin idarə heyətinin sədrləri Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə süni yaratdıqları bir milyon manatdan çox borclarını ödəməmişlər. Pensiya təyin olunan tarixədək (2009-cu ilin may ayınadək) iddiaçının fərdi hesabında 355,68 manat pensiya sığorta kapitalı olduğu müəyyən edilmişdir. Məbləğin az olmasının səbəbi 2006-cı ilin yanvarından Bakı "xxxx" ASC-nin idarə heyəti sədrlərinin əmək haqlarından yığılan sığorta pullarını on beş il ərzində mənimsəmələridir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 909 nömrəli Fərmanının 5-ci bəndinə əsasən təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqlarının əmək haqqı ödənişləri ilə eyni vaxtda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna tam ödənilməsinə şəxsən məsuliyyət daşıyırlar. Fərmanın tələbləri hər iki ASC-nin rəhbərləri tərəfindən kobud pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin cavabdeh "xxxx" ASC-nə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia tələbi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi xx.xx.2009-cu il tarixdə xx.xx.2010-cu il tarixədək olan dövr ərzində 488.933,14 manat (Qiyabi Qətnamə 2-1(81)-2476/2010) məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə borcun ödənilməsi barədə tələbi irəli sürmüş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(82)-1363/2014 saylı qətnaməsi ilə təmin edilərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna yaranmış 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pulun tutularaq, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(82)-1363/2014 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli və 2- 2(103)-05/2016 sayı qərardadı ilə ləğv edilərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin cavabdeh "xxxx" ASC-nə qarşı "məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması" tələbinə dair iqtisadi işin icraatına xitam verilmişdir. Lakin burada xitam haqqında məhkəmə kollegiyasının qənaəti Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinin tələbinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara iqtisadi qaydada deyil, inzibati qaydada baxılmalı olduğundan qoyulmuşdur. Yəni cavabdeh "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna yaranmış 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul mübahisələndirilməmiş və işin icraatı baxımından xitam verilmişdir. "xxxx" ASC tərəfindən mənimsənilmiş 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul ona təyin olunmuş pensiyanın baza hissəsinin artımına və sığorta hissəsinə öz mənfi təsirini göstərmişdir. Bundan əlavə ona pensiyanın hesablanması zamanı "X1 haqqında" Qanununun 13, 17, 71, 72-ci maddələrini tətbiq etməmişlər və hüquqlarını pozaraq ona maddi və mənəvi zərər vurmuşlar. Belə ki, iddiaçının orta əmək haqqını 152,06 manat hesablayaraq Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 90 faizinədək hesablanmalı olduğu halda onlar yaşa görə pensiyanı qərəzli 83 faizlə hesablamışlar. “Əmək pensiyaları haqqında" AR Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "X1 haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, "X1 haqqında" Qanunun 17-ci maddəsinə əsasən Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 65%, lakin minimum pensiyadan az olmayan məbləğdə həmçinin orta aylıq əmək haqqının 90%-dən artıq olmamaqla pensiya təmin edilmişdir cavabı onlara təqdim etdiyi sənədlərə əsaslanmır. "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinə əsasən 1970-ci ilin oktyabr ayının 1-dən 2006-cı ilin yanvarın 1-dək onun pensiya kapitalı 38 il 7 ay üçün iş stajına uyğun hesablanmalıdır: 38 il 7 ay x 306 manat = 11842,20 manat 11842, 20 manat: 144 ay = 82, 23 manat onun sığorta kapitalıdır. Cavabdeh isə bu məbləği azaldaraq 2,47 qəpik göstərməklə saxtakarlıq edir. İddiaçının 2009-cu ilin may ayının 27də 57 yaşı tamam olduqdan sonra yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlərini DSMF-nun Bakı şəhəri, Nizami rayon şöbəsinə təqdim etmişdir. Cavabdeh onun pensiyasını hesablayarkən (2009-cu ildə) X1 haqqında Qanunun 72-ci maddəsinə əsasən 2004-2005-ci illərin əmək haqqlarından orta aylıq əmək haqqı hesablamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə kimi əmək haqqını nəzərə almamışdır. Cavabdehin nəzərə almaq istəmədiyi 3 il 4 ayın əmək haqqından orta aylıq əmək haqqı aşağıdakı kimi hesablanmalıdır: 2006-cı il — 2159,13 manat - 12 ay, 2007-ci il — 2135,99 manat - 12 ay, 2008-ci il — 4332,31 manat - 12 ay, 2009-cu il — 2279,87 manat - 4 ay. Beləliklə, 3 il 4 ayın əmək haqqının cəmi 10907,30 manat təşkil edir. Bu məbləğin 25%-i — 2726,82 manatı sosial kapital hissəsidir. Cavabdeh pensiyanı hesablayarkən orta aylıq əmək haqqını 2007-ci ilin 8 ayını, 2008-ci ilin 12 ayını, 2009-cu ilin 4 ayının əmək haqqların nəzərə almalı olduğu halda, 2004-2005-ci illərin əmək haqlarını götürərək növbəti saxtakarlığını etmişdir. Qanunun 71-ci maddəsinə uyğun orta aylıq əmək haqqını cavabdeh aşağıdakı kimi hesablamalıdır: 2007-ci il - 8 ay - 2135,99 manat; 2008-ci il - 12 ay - 4332,31 manat 2009-cu il - 4 ay - 2279,87 manat. “X1 haqqında” Qanunun 71 və 72-ci maddələrinin tələblərinə uyğun olaraq orta əmək haqqı müəyyən edilir: Cəmi: 8030,78 manat: 24 ay = 334 manat 62 qəpik. Qanunun 27-ci maddəsinə əsasən qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması tələbinə uyğun xx.xx.2006-cı il tarixdən 2017-ci ilin 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017ci il 1 iyul tarixinə hesabın sığorta hissəsində qeydə alınır. Həmin maddənin tələbinə uyğun ilkin pensiyası hesablanarkən nəzərə alınmayan 2726,82 manat x 80% = 4908,27 manat sığorta kapitalı təşkil edir. Beləliklə, cavabdeh qanuna zidd onun yaşa görə güzəştli şərtlərlə pensiyanın məbləğini azaldaraq 2009-cu ilin iyun ayından bu günə kimi (13 il) mənəvi və maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş pensiya işindən məlum olur ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı iİ tarixədək ümumi iş stajı 34 il 28 gündür (xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, 10.01,1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər). Həmçinin, İddiaçı orta aylıq əmək haqqının 152,06 manat məbləğində olması müəyyən edilmişdir. İddiaçının pensiyası 25 il stajına uyğun orta aylıq əmək haqqının 65 faizi, tələb olunan iş stajından artıq hər tam ili üçün 18 faiz ((34-25)*2) olmaqla, ümumilikdə 83 faiz (65+18) müəyyən olunur. İddiaçı iddia ərizəsində ona pensiya təyin edilərkən pensiyasının orta aylıq əməkhaqqının 90 faizi ilə hesablanmalı olmasını qeyd etsə də, Qanunun müvafiq maddəsində «b» bəndində nəzərdə tutulan işçilərin pensiyasının orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilmədiyi, hesablanma qaydasını 25 ilə müvafiq 65 faiz, tələb olunan iş stajından artıq hər tam il üçün iki faizə qədər artırıldığı qeyd olunmuşdur. İstinad olunan qanunvericilik normaları və işin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçının orta aylıq əmək haqqının 83 faizi 126,20 manat təşkil edir (152.06*83%). “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki redaksiyasının 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Qanuna uyğun olaraq, iddiaçının orta aylıq əməkhaqqından, yəni 126.20 manatdan 2006-cı il üçün pensiyanın baza hissəsi 25 manat baza hissə çıxılaraq 101.21 manat (126,20-25) müəyyən edilmişdir. Həmin məbləğin iddiaçıya pensiya təyin olunan tarixədək indeksləşdirilərək 154,52 manat (101,21*8,3 %+16,7%+20,8) olduğu müəyyən edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçıya təyin edilməli olan pensiyanın sığorta hissəsi 154,52 manat təşkil edir. Həmçinin, iddiaçıya pensiya təyin olunan tarixədək fərdi hesabında 355,68 manat pensiya sığorta kapitalı müəyyən edilmişdir (2006-cı il tarixdən 2009-cu il tarixədək). Həmin pensiyanın sığorta kapitalı Qanunvericiliyin tələblərinə uyğun olaraq 144-ə bölünməklə pensiyanın sığorta hissəsi 2,47 (355,68:144) manat hesablanmışdır. İddiaçıya pensiya təyin olunan tarixdə pensiyanın baza hissəsi 75 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə iddiaçıya 231,99 (75+154,52+2,47) manat pensiya məbləği müəyyən edilmişdir. Daha sonra iddiaçıya pensiya təyin edilərkən hesablanmış 231,99 manat pensiya məbləği illər üzrə pensiyanın baza hissəsinin artımı və sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixinə 362,55 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən nesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixində 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 6844,05 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (6844,05/72=95,06 manat) əmək pensiyasının (362,55 manat) üzərinə əlavə edilərək 457,61 (95,06+362,55) manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 594,40 manat)) müəyyən edilmişdir. Hal-hazırda İddiaçı əmək pensiyası 634.81 manat təşkil edir ki, həmin məbləğ iddiaçının müvafiq kart hesabına köçürülməklə ödənilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki hallarını nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı təyin edilmiş pensiya yenidən düzgün hesablanmış və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək:

1. 2009-cu ilin may ayının 27-də 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdığı vaxtda olan orta əmək haqqının 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayı (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) cəmi 24 ayın nəzərə alınması;

2. xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək seçkili vəzifədəki fəaliyyətinin ümumi iş stajına daxil edilməsi;

3. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən 2006-cı ildən 2020ci ilin oktyabr ayının 1-dək aktiv məcburi sosial sığorta ödəyicisi olduğu halda ASC-nin rəhbəri aylıq məcburi sosial sığortanın ödənişlərini etməməsindən həmin dövrün ödənişləri onun pensiyasında nəzərə alınmadığından əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, DSMF-nin Nizami rayon şöbəsinin qərarı ilə xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, sizə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 27 may 2009-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-cı ıl tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “X1 haqqında” Qanunun 17-ci maddəsinə əsasən Qanunun 13-cü maddəsinin «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 65 faiz, lakin minimum pensiyadan az olmayan, məbləğdə, həmçinin orta aylıq əmək haqqının 90 faizindən artıq olmamaqla pensiya təyin edilir. Belə ki, sizə -1 yanvar 2006-cı il tarixinədək 34 il ümumi iş stajınıza müvafiq olaraq 2004-2005cı iiiə. üzrə 152,06 manat məbləğində orta aylıq əmək haqqınızın 83 faizi ((65+(34- 25)*2)) 126,20 manatdan (152,06*83%) 2006-cı il üçün pensiyanın 25 manat baza hissə çıxılaraq 101,2 (126,20-25) manat müəyyən edilmişdir. Həmin məbləğ pensiya təyin olunan tarixə indeksləşdirilərək 154,52 manat təşkil etmişdir. -sizə pensiya təyin olunan tarixədək fərdi hesabınızda 355,68 manat pensiya sığorta kapitalı müəyyən edilmişdir. Həmin pensiyanın sığorta kapitaiı qanunvericiliyin tələblərinə uyğun olaraq 144-ə bölünməklə pensiyanın sığorta hissəsi 2,47 (355,68:144) manat hesablanmışdır. -sizə pensiya təyin olunan tarixdə pensiyanın baza hissəsi 75 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə sizə 231,99 (75+154,52+2,47) manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd edilən 231.99 manat pensiya məbləği illər üzrə pensiyanın baza hissəsinin artımı və sığorta hissəsinin indeksləşdiriməsi ilə əlaqədar 01 06.2019-cu il tarixinə 362,55 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixində 6 il və daha çox işlədiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 6844,05 manat sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay (pensiyaçı kimi işlədiyiniz ayların miqdarı) aya bölünməklə (6844,05/72=95,06 manat) əmək pensiyanızın (362,55 manat) üzərinə əlavə edilərək 457,61 (95,06+362,55) manat (xx.xx.2021-ci il tarıxinədək ındeksləşdirilməklə 594,40 manat)) müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, əmək pensiyanızın məbləği 01 08.2021-ci il tarixindən etibarən 594,40 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1952-ci il təvəllüdlü olmaqla ona 57 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonuncu dəfə əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmış və yenidən hesablanan pensiya məbləği 594,39 manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh pensiyanın hesablanması zamanı aşağıdakı hallar nəzərə alınmamışdır:

1. İddiaçıya pensiya təyin olunan zaman “X1 haqqında” Qanunun 72-ci maddəsinə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) orta əmək haqqı nəzərə alınmaqla hesablanmalı;

2. İddiaçıya “X1 haqqında” Qanunun 13, 17, 71, 72-ci maddələrinə əsasən ona orta aylıq əmək haqqının 83 faizi ilə deyil, 90 faizlə hesablanmalı;

3. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq 1970-ci ilin oktyabr ayının 1-dən 2006-cı ilin yanvarın 1-dək onun pensiya kapitalı 38 il 7 ay üçün iş stajına uyğun hesablanmalı;

4. ƏPQ-nin 27-ci maddəsinə əsasən ilkin pensiyası hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə kimi ola pensiya kapitalı 80% artırılmaqla pensiya kapitalına hesablanmalı;

5. xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək seçkili vəzifədəki fəaliyyətinin ümumi iş stajına daxil edilməklə pensiya yenidən hesablanmalı;

6. 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərini nəzərə almaqla pensiyası yenidən hesablanmalı. Cavabdehin mövqeyinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 34 il ümumi iş stajına müvafiq olaraq 2004-2005-ci illər üzrə 152,06 manat məbləğində orta aylıq əmək haqqının 83 faizi məbləğində pensiya təyin olunmuş, pensiya təyin olunan tarixədək fərdi hesabında 355,68 manat pensiya sığorta kapitalı 144-ə bölünməklə pensiyanın sığorta hissəsi hissəsi hesablanmış, pensiyanın baza hissəsi əlavə edilməklə pensiya məbləği müəyyən edilmiş, xx.xx.2019-cu il tarixində 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 6844,05 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə əmək pensiyasının üzərinə əlavə edilərək 457,61 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 594,40 manat)) müəyyən edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2009-cu ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı işləyən əmək pensiyaçısı olmaqla pensiya təyin olunduğu vaxtdan 6 il və ondan çox işlədikdən sonra əmək pensiyasının yenidən hesablanılmasını tələb etmək hüququ yaranmışdır. İşin hazırkı mübahisələndirilən halları: -xx.xx.2009-cu il tarixədək pensiyanın hesablanması; -xx.xx.2009-cu ildən sonra işlədiyi dövr üzrə yığılmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanması. İddiaçının əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir. Bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbayan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qanunun 45-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (T) Azərbayan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay müəyyən edilmişdir.

1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir.

2. Yaşa görə əmək pensiyasının təyin olunması zamanı bu Qanunun qüvvəyə mindiyi tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən işlədiyi dövrlər üzrə orta aylıq əmək haqqı barədə sənəd təqdim etməyən və bu Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplamayan şəxslərin əmək pensiyalarının məbləği Qanunun 27-ci maddəsinə uyğun olaraq yalnız yaşa görə əmək pensiyasının baza hissəsi məbləğində müəyyənləşdirilir və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan əlavələri almağa hüququ olan şəxslərin pensiyasının üzərinə həmin əlavələr hesablanır. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “X1 haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. Belə ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun qəbul olunmuş redaksiyasına əsasən: -1.0.5. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; -1.0.7. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsi yalnız ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından hesablandığından, qanunla nəzərdə tutulmuş son 24 ay məhz ƏPQ-nun qüvvəyə minməsindən əvvəlki 24 ayı, yəni 2004- 2005-ci ilin orta aylıq əmək haqqını ifadə edir. Beləliklə, iddiaçının iddia etdiyi kimi xx.xx.2009-cu il tarixdə pensiyaya çıxdığı halda həmin tarixdən əvvəlki 24 ayın orta əmək haqqısı əsasında hesablanması qanunla nəzərdə tutulmamışdır. İddiaçının 2004-2005-ci illər üzrə orta əmək haqqı 152,06 manat təşkil etmişdir. Əmək pensiyasının hesablanması zamanı nəzərə alınan orta əmək haqqı faizinə gəlincə aşağıdakılar qeyd edilməlidir: “X1 haqqında” Qanunun: -13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “X1 haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. -17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. -78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək tələb olunan staja münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Göründüyü kimi orta əmək haqqının faizi tələb olunan iş stajından, yaşa görə əmək pensiyasının növündən asılı olaraq müəyyənləşirdi. Adi yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 60%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 85%-dən artıq olmamaqla, 1 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 70%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 100%-dən artıq olmamaqla, 2 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 65%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 90%-dən artıq olmamaqla hesablanırdı. Cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi əmək stajını xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər olmaqla 34 il 28 gün hesablamış, 25 il stajına uyğun orta aylıq əməkhaqqının 65 faizi, tələb olunan iş stajından artıq hər tam ili üçün 18 faiz ((34-25)*2) olmaqla, ümumilikdə 83 faiz (65+18) müəyyən etmişdir. Məhkəmə cavabdehin iddiaçının ümumi iş stajına uyğun olaraq orta əmək haqqının faizinin müəyyən edilməsi ilə bağlı hesablama qaydası ilə razılaşsa da ümumi iş stajının müddəti ilə razılaşmır. Belə ki, iddiaçının əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı xx.xx.1989-cu ildə Nərimanov rayon partiya komitəsinin Elektrosentrolit zavoduna ilk partiya təşkilatının katibi seçilmiş, xx.xx.1991-ci ildə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə saxladığı Bakı şəhər Məhkəməsinin xx.xx.1992-ci il tarixli qətnaməsinə əsasən işə bərpa olunmaqla 7 nömrəli Qəlib Qarışdırıcı və içlik hazırlama sexinə rəis vəzifəsinə qəbul edilmişdir. Cavabdeh qeyd edilən dövrlərdən iddiaçının seçkili vəzifədə olduğu xx.xx.1989xx.xx.1991-ci il tarixi onun ümumi iş stajına hesablamış, lakin iddiaçının işdən azad olunduğu və vəzifəyə bərpa olunduğu tarixədək olan dövrü, yəni xx.xx.1991-xx.xx.1992-ci ilədək olan dövrü onun iş stajına daxil etməmişdir. Məhkəmənin sorğusu ilə AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 10/128 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər Məhkəməsinin xx.xx.1992-ci il tarixli 3-26 nömrəli qətnaməsinə əsasən İddiaçı Elektrosentorilt zavoduna əvvəlki işinə-direktorun kadr və məişət üzrə köməkçisi vəzifəsinə bərabər başqa işlə təmin edilməsi zavodun mdriyyətinə tapşırılmış, Elektrosentrolit zavodundan bir illik məcburi proqul günləri üçün 3672 manat əmək haqqının İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1992-ci ildə Elektrosentrolit zavoduna işə bərpa edildiyindən və ona məcburi iş buraxma üçün əmək haqqı ödənildiyindən hesab olunur ki, iddiaçının iş stajı azad edildiyi xx.xx.1991-ci il tarixdən işə bərpa edildiyi xx.xx.1992-ci il tarixədək olan dövr də onun ümumi iş stajına hesablanmalıdır. Qeyd edilən fasilə dövrü 01 il 29 gün təşkil edir. Belə olan halda iddiaçının ümumilikdə 35 il 01 ay 27 gün (34 il 28 gün+01 il 29 gün) olmuş, həmin stajdan tələb olunan əmək (sığorta) stajı 25 il, tələb olunandan artıq əmək stajı isə 10 il olmuşdur. İddiaçının “X1 haqqqında” Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının faizi aşağıdakı şəkildə hesablanmalıdır: 2 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün 25 il tələb olunan staja görə 65% + 20% (tələb olunandan artıq əmək stajı 10 il *2% olmaqla) =85% olmaqla, iddiaçının 2004-2005-ci illər üçün müəyyən edilmiş orta aylıq əmək haqqının 85 faizi isə 129,25 manat təşkil edir (152.06*85%). Alınmış orta əmək haqqından həmin vaxt qüvvədə olmuş 27-ci maddənin tələbinə uyğun olaraq 2006-cı il üçün pensiyanın baza hissəsi yəni 25 manat hisssə çıxılaraq, 104.25 manat (129.25-25) müəyyən edilir ki, iddiaçının 2009-cu ildə pensiyaya çıxdığı nəzərə alındıqda 2006-cı il üçün müəyyən edilmiş həmin 104.25 manat pensiya məbləğinin pensiya təyin olunduğu 2009-cu il tarixədək illər üzrə müvafiq qaydada indeksləşdirilərək sığorta hissəsinə hesablanmalıdır. Bundan əlavə qeyd edildiyi kimi xx.xx.2006-cı il tarixədək orta əmək haqqı əsasında müəyyən edilmiş pensiya sığorta hissəsinin üzərinə Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünməklə əldə olunan məbləği əlavə edilməklə əmək pensiyasının sığorta hissəsi müəyyən edilirdi. Həmin dövrdə Qanun qüvvəyə mindiyi tarixə vətəndaş əmək haqqı barədə sənəd təqdim etmədiyi halda və eyni zamanda onun Qanun qüvvəyə mindikdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplamadığı halda isə əmək pensiyasının məbləği Qanunun həmin vaxt qüvvədə olmuş 27-ci maddəsinin redaksiyasına əsasən yaşa görə əmək pensiyasının ümumi məbləği P=BH+SH=YH düsturuna müvafiq olaraq sığorta hissəsi “0”, yığım hissəsinin keçid dövrü üçün “0” və baza hissəsi 25 manat məbləğində müəyyənləşdirilirdi. Daha sonra xx.xx.2009-cu il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən müəyyən edildi ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. xx.xx.2017-ci il tarixdən qüvvədə olan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. İddiaçının tələb etdiyi kimi xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalının yenidən ƏPQ-nun 27-ci maddəsinin hazırkı dövrdə qüvvədə olan tələbinə uyğun olaraq, yəni ümumi iş stajının hər ilinin 306 manata vurulmaqla hesablanması yolverilməzdir. Əvvəla, qeyd edildiyi kimi iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı iddiaçının həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005ci illərin orta əmək haqqından hesablanmışdır. İkincisi, Qanunun qüvvədə olan 27.1-ci maddəsi artıq əmək pensiyası təyin olunmuş şəxslərin xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınmasını istisna etmişdir. Başqa sözlə, iddiaçı 2009-cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək pensiya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2009-cu il vəziyyətinə indeksləşmiş məbləği 355.68 manat olmuşdur ki, həmin kapital qanunvericiliyin tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144-ə bölünməklə həmin dövr üçün pensiyanın sığorta hissəsi 2.47 manat (355.68/144) manat hesablanmışdır. İddiaçıya pensiya təyin olunan vaxt pensiyanın baza hissəsi 75 manat təşkil etdiyindən həmin baza hissəsi xx.xx.2006-cı il tarixədək müəyyən edilən pensiya məbləğinin üzərinə əlavə edilməklə (BH=75+SH+PS) pensiyanın hesablanması qanunun tələbinə uyğundur. İddiaçı tələbində xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə kimi olan pensiya kapitalı 80% artırılmaqla pensiya kapitalına hesablanmalı olmasını mübahisələndirsə də məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.9-cu bənd ləğv edilmişdir. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etməsi tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -1.0.12-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdısa, xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun yuxarıda adı çəkilən son redaksiyada 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, yəni istifadə olunmamış olsun. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin (bu zaman pensiya kapitalı istifadə edilməmiş qalır), ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməkdə davam etsin (bu zaman xx.xx.2017-ci il tarixədək pensiya təyin edilən və işləməyə davam edən şəxslərin pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsas götürülür) Hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçıya pensiya təyin edilənədək yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək yığdığı pensiya kapitalı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş ƏPQ-nin, eləcə də 377 nömrəli Fərmanın tələbinə uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i nəzərə alınmaqla hesablanmış və həmin kapital əsas götürülməklə xx.xx.2009-cu ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Qanunun hazırkı 27.1-ci maddəsi isə məhz istifadə olunmamış pensiya kapitalının 80% artırılmasını mümkün saymışdır. Başqa sözlə, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən xx.xx.2009-cu ildə hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda xx.xx.2009-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80 % artırılaraq pensiya məbləğində nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. İddiaçı pensiya çıxdığı xx.xx.2009-cu ildən sonra 6 il və daha çox işlədiyinə görə xx.xx.2019-cu il tarixində fərdi hesabın sığorta hissəsində toplanmış 6844,05 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144-72) aya bölünməklə (6844,05/72=95,06 manat) müəyyən edilmiş 362,55 manat əmək pensiyasının üzərinə əlavə edilərək 457,61 (95,06+362,55) manat müəyyən edilmiş, həmin məbləğ xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 594,40 manata çatdırılmışdır. İddiaçının 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərini nəzərə almaqla pensiyasının yenidən hesablanmalı olmasına gəlincə məhkəmə iddiaçının bu tələbinin qanunvericiliyin məqsəd və tələbinə uyğun hesab etmir. “Sosial sığorta haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Əmək Məcəlləsinin 9-cu maddəsinə görə əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək. 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək (...). Göründüyü kimi məcburi dövlət sosial sığorta ödəmələri işçinin əmək haqqından sığortaçıya ödənilən pul vəsaitidir ki, həmin vəsait əsasında işçinin müvafiq pensiya kapitalı formalaşır. Qanun məcburi dövlət sosial sığorta ödəmələrinin yerinə yetirilməsini işəgötürənin vəzifəsi kimi müəyyən edilməsinə qarşılıq işçinin də işəgötürəndən müvafiq ödəməni yerinə yetirməsini tələb etmək hüququnu tanımışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edildiyi kimi qanunla yalnız xx.xx.2006-cı il tarixədək müəssisə, idarə və təşilatların yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir, lakin həmin tarixdən sonra ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi nəzərdə tutulmamışdır. Başqa sözlə, xx.xx.2006-cı il tarixdən sonra fərdi uçot sistemi məcburi dövlət sosial sığorta əsasında hesablandığından, yalnız büdcəyə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının xx.xx.2017-ci il tarixədək 50%-i, xx.xx.2017-ci il tarixdən sonra 90%-i əsas götürülməklə müvafiq pensiya kapitalı hesablandığından vaxtında müəssisə tərəfindən ödənilməmiş, məcburi dövlət sosial sığorta üzrə büdcəyə daxil olmamış sığorta ödəmələrinə görə cavabdeh orqanın üzərinə pensiya kapitalının hesablanaraq ödənilməsi vəzifəsi qoyula bilməz. Odur ki, iddia bu hissədə əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.1991-xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün onun ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1991-xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar