Məhkəmə qərarları › İş №2-1(112)-348/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-348/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-348/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X8, iddiaçılar Cavabdeh1 və X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair, iddiaçılar Cavabdeh1 və X1 cavabdeh İddiaçınə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla dəymiş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4, ev 67 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 4, ev 67 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 56530 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək ünvan 4, ev 67 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 4, ev 67 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 48281 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1966/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1209/2019 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1209/2019 nömrəli qərardadı ilə Cavabdeh1 və üçüncü şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1966/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. İddiaçılar Cavabdeh1 və X5 cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4, ev 67 saylı evin sökülməsi nəticəsində 177615 manat vəsaitin dəymiş ziyanın tutulması, ünvan 4, ev 67 saylı evin sökülməsi nəticəsində ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə daşınar əmlakın dəymiş ziyanı olaraq 5000 manat vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq tutulacaq məbləğin 20% artımı nəzərə alınaraq cavabdeh Bakı şəhəri İddiaçındən xeyrlərinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-757 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-757/2019 nömrəli və və 2-1(81)-4284/2019 nömərli inzibati işlər 2-1(81)-4284/2019 nömrə altında bir icraatda birləşdirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabineti 358 saylı, xx xxxxxx 2015-ci il tarixli qərar vermişdir. Qərara əsasən Zərgərpalan küçəsi, ev 67 ünvanında yerləşən mənzilin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Yasamal RİH müəyyən edilib. Qərarın icrası məqsədi ilə İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdehlər ünvan 4, ev 67 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Həmin ev qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 358 saylı xx xxxxxx 2015-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehlərə danışıq (könüllü alqı-satqı) yolu ilə onların qeydiyyatda olduqları daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə sahibliyində olan ünvan 4, ev 67 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici «xxxxxxxxxxxx» MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 48.281 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina edir. İddiaçılar Cavabdeh1 və X5 iddia tələbinin onunla əsaslandırmışlar ki, ünvan 4 67 ünvanında yerləşən evin 2/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə X1 xüsusi mülkiyyətindədir. Həmin ev söküntü zonasında yerləşdiyindən cavabdehin təşkil etdiyi komissiyada dəfələrlə olmuşlar. Göstərilən ünvan sökülmüş, əşyaları isə məhv edilmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Hesab edirlər ki, mülkiyyətlərində və istifadələrində olan 118,41 kv.m daşınmaz əmlakın dəyəri 177615 manat, ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə daşınar əmlakın dəymiş ziyan olaraq 5000 manat, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq məbləğin 20% artımı nəzərə alınmaqla cavabdeh İddiaçındən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X18 tərəflərindən verilmiş iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin edilməsi, iddiaçılar Cavabdeh1 və X5 tərəfindən verilmiş iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar Cavabdeh1 və X1 nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin edilməsi, İddiaçı tərəfindən verilmiş iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli,06 saylı arayışından görünür ki,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 4, ev 67 ünvanında daimi pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********54 nömrəli məktubunun surətindən görünür ki, ünvan 4, 67 saylı fərdi yaşayış evi (ümumi sahəsi 65,40 kv.m, yaşayış sahəsi 44,9 kv.m) hal-hazırda 1/3 üzrə X1 və 2/3 hissə üzrə Cavabdeh1 mülkiyyətlərindədir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* №-li, xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli ümumi sahəsi 65,41 kv.m. (yaşayış sahəsi 44,88 kv.m., yardımçı sahəsi 20,53 kv.m.) olan fərdi yaşayış evinin 2/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə X1 xüsusi paylı mülkiyyətindədir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********71-10301 reyestr nömrəli xx.xx.2013-cü il tarixli Texniki Pasportdan görünür ki, ünvan 4, ev 67 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 65,41 kv.metrdir. - Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 358 saylı, xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu («Sovetski» deyilən ərazidə) Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, X22, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olan, vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. - xx xxx 2016-cı il tarixli və xx xxxxx 2017-ci il tarixli qiymətləndirmə aktlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 358 saylı qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 67 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (22 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxxxxxxxxx” MMC tərəfindən həmin əmlakın 2015ci il dekabr ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cəmi 48281 manat məbləğində (əsas sahə 18,45 kv.m x 1500 manat = 27675 manat, köməkçi sahə 11,3 kv.m. x 1500 manat = 16950 manat, bağlı eyvan 3,32 kv.m. x 800 manat = 2656 manat, 2 aylıq kirayə haqqı 1000 manat) qiymətləndirilmişdir - «xxxxxxxxxxx» MMC-nin direktoru və 61 saylı MKİS-nin işçiləri tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli aktdan görünür ki, Cavabdeh1 ünvan 4 67 ünvandakı yaşayış sahəsinə görə 48 281 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 könüllü razılaşmadan imtina etmişdir. - Cavabdeh1 və X5 tərəfindən İddiaçınə ünvanladıqları xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, mülkiyyətlərində olan və onların razılığı olmadan sökülmüş Yasamal rayonu, Zərgərpalan küçəsi 67 saylı evin hər birinə hissəsinə ayrılan kompensasiyanın onlara ödənilməsinə dair göstəriş verilməsini xahiş etmişlər. - Bakı şəhəri, İddiaçı tərəfindən Cavabdeh1 və X2 ünvanlanmış xx.xx.2018-ci il tarixli, A-139-152 nömərli məktubdan görünür ki, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 67 ünvanında yerləşən fərdi yaşaylış evinin dövlət ehtiyacı üçün alınması məqsədi ilə xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə və xx.xx.2015-ci il tarixdə X9 ilə İddiaçı arasında razılıq əldə edilmiş və müvafiq kompensasiyalar ödənilmişdir. Ərizələrində qeyd edilən məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 2-ci və 5-ci günləri, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etməkləri tövsiyə olunur. - Cavabdeh1 və X5 tərəfindən İddiaçınə ünvanladıqları xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, artıq bir neçə ildir ki, onlara məxsus ünvanda yerləşən mülkləri onların razılığı olmadan sökülüb, onlara aid kompensasiya isə heç bir sənədi olmayan, onlara məlum olmayan yo ilə, onlara məxsus ünvana qeydiyyata düşən bir şəxsə verilmişdir. Mülk rəsmi çıxarışa əsasən sahəsi 66,41 kv.m. təşkil edir. Ondan başqa həmin ünvanda 25 kv.m. yaxın əlavə tikintilləri vardır. Evlərinin içərisindəki əşyaları, ailələrinin foto-albomları və sair onlara məxsus digər şeyləri indiyə kimi harada olduğu onlara məlum deyil. Onlara məxsus çıxarışa əsasən kompensiyalarının verilməsinə dair müvafiq sərəncam verilməsi xahiş edilmişdir. - Bakı şəhəri, Yasamal rayon İcra və probasiya şöbəsinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, xx/xx-189251/1 nömrəli məktubdan görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1966/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilkə bağlı iş üzrə borclu İddiaçındən alınmış cavabda icra sənədinin icra olunduğu bildirilmiş, bu səbəbdən xx.xx.2019-cu il tarixdə icra sənədini icrasına xitam verilərək icra sənədi məhkəməyə geri qaytarılmışdır. - Həmin məktuba əlavə edilmiş İddiaçı xx xxxxxx 2018-ci il tarixli, 3836/d nömrəli məktubundan görünür ki, 2-1(81)-1966/2017 saylı, xx.xx.2017-ci il tarixli (Cavabdeh2) icra vərəqəsi icra olunmuşdur. - İddiaçı məhkəməyə ünvanlandığı 1689/d nömərli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 2-1(81)1966/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icra olunmuş, kompensasiya müvafiq depozit hesabına köçürülmüşdür, lakin mövcud məbləğ vətəndaş tərəfindən çıxarılmamışdır. Həmin ünvan məhkəmə qərarı əsasında sökülmüşdür. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsinin xx.xx.2015-ci il tarixli,219 saylı arayışına əsasənX9, X12, X15, X16 ünvan 4, ev 67 ünvanında daimi qeydiyyatındadırlar. Mənzilə dair X4 adına sənəd yoxdur. X9 notarial qaydada təsdiq etdiyi ərizədə ünvan 4 ünvanında yerləşən 67 saylı yaşayış evinin paylı mülkiyyət hüququ əsasında ona məxsus olan hissəsinə dair yaranan bürün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. X10, X16, X15, X12 notarial qaydada təsdiq edilmiş ərizələri ilə X4 adına olan Yasamal rayonu, Zərgərpalan küçəsi ünvanında yerləşən 67 saylı yaşayış evinin satılmasına etiraz etmədiklırini bildirmişlər. X9 ilə Bakı şəhəri İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən X9 daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2015-ci il tarixdə 61 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 219 olan Forma № 2 Arayışına əsasən Yasamal rayonu, Zərgərpalan küçəsi ünvanında yerləşən 67 saylı yaşayış evindən dövlət proqramı çərçivəsində 39.778 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı iddiası rədd edilməli, iddiaçılar Cavabdeh1 və X1 iddiası isə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. - 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. - 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. -56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin (56.1.1.); ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya (56.1.2.); torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti (56.1.3.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər (56.1.4.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər (56.1.5.); alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (56.1.6.). - 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 358 №-li, xx.xx.2015-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmiş və sonuncuya hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi tapşırılmışdır. ünvan 4, ev 67 ünvanında yerləşən 65,41 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh1 və X1 paylı mülkiyyətində olmuşdur. Həmin yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh1 48281 manat kompensasiya ödənilməsi təklif edilmiş, sonuncu isə həmin məbləğlə razılaşmamışdır. Yaşayış sahəsinin digər mülkiyyətçisi olan X2 isə hər hansı kompensasiya məbləği təklif edilməmişdir. İddiaçı məhkəməyə müraciət edən zaman yaşayış evinin paylı mülkiyyətdə olmasından xəbərdar olmuşdur. Həmin ünvanda qeydiyyatda olan, lakin yaşayış evinin mülkiyyətçisi olmayan, həmiçinin mülkiyyətçi olan şəxslərlə hər hansı əlaqəsinin olması müəyyən edilməyən X6 isə 39.778 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evi sökülmüşdür. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlak artıq İddiaçı tərəfindən söküldüyündən, eyni zamanda həmin iddia tələbində qeyd olunmuş kompensasiya məbləği real bazar qiymətini və eyni cür mübahisələrə baxılan zaman tətbiq edilmiş məhkəmə praktikasını əks etdirmədiyindən, həmçinin yaşayış evinin bütün mülkiyyətçilərinə aid edilmədiyindən İddiaçı iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə Cavabdeh1 və X1 mülkiyyətində olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınsa da, onlara müvafiq kompensasiya ödənilməmiş, onların daşınmaz əmlakdan istifadə və üzərində sərəncan vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafə olununa mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Bu halda iddiaçılar Cavabdeh1 və X5 mülkiyyətində olan daşınmaz əmlakın əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşlar. İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyəynləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X27 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). «X7rşı» işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, işin hallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh1 və X1 mülkiyyətində olan daşınmaz əmlaka görə təklif edilən kompensasiya məbləği həmin əmlakın əsl dəyərinə münasibətdə ağlabatan olmadığından həmin məbləğ ədalətli hesab edilə bilməz. Həmçinin Cavabdeh1 və X5 onlara məxsus fərdi yaşayış evinin faktiki ölçülərinin 118,41 kv.metr olmasını qeyd etsələr də, həmin əmlakın mülkiyyəti təsdqi edən sənəd üzrə sahəsi 65,41 kv.metr olmuşdur. Eyni zamanda daşınmaz əmlak söküldüyündən, həmin əmlakın faktiki sahəsini müəyyən etmək mümkün deyildir. Bu əsasdan məhkəmə Cavabdeh1 və X1 iddasının qismən, yəni 65,41 kv.metr sahəyə görə dəymiş ziyanın (kompensasiyanın) ödənilməsinin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə dəymiş ziyanın (kompensasiyanın) məbləğini müəyyən edərkən xx xxx 2016-cı il tarixli və xx xxxxx 2017-ci il tarixli qiymətləndirmə aktlarında qiymətləndirici tərəfindən həmin yaşayış evinin əsas və köməkçi sahələrinin 1 kv.metrinə görə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq müəyyən edilmiş 1500 manatın əsas götürülməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddiaçılar Cavabdeh1 və Qismət Mehdiyevin iddia tələbinin “ünvan 4 ev 67 saylı evin sökülməsi nəticəsində ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə daşınar əmlakın dəymiş ziyanı olaraq 5000 manat vəsaitin və 30 manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı isə hesab edir ki, həmin hissədə iddia tələbi müvafiq sübutlar təqdim edilmədiyinə, iddiaçılar tərəfindən dövlət rüsumunun ödənilməsi müəyyən edilmədiyinə (mədaxil qəbzində ödəyən şəxs qismində X11 göstərilmişdir) görə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçi İddiaçı iddiası təmin edilməməli, iddiaçılar Cavabdeh1 və X1 iddiası isə qismən təmin edilərək ünvan 4, 67 saylı ünvanda yerləşən, sahəsi 65,41 kv.m. olan yaşayış evinin sökülməsi nəticəsində 98.115 manat (65,41 kv.m. x 1500 manat = 98.115 manat) dəymiş ziyan cavabdeh Bakı şəhəri İddiaçındən iddiaçıların xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar Cavabdeh1 və X1 cavabdeh İddiaçınə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 4, 67 saylı ünvanda yerləşən, sahəsi 65,41 kv.m. olan yaşayış evinin sökülməsi nəticəsində 98.115 (doxsan səkkiz min yüz on beş) manat dəymiş ziyan cavabdeh Bakı şəhəri İddiaçındən tutularaq iddiaçılar Cavabdeh1 və X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar