Məhkəmə qərarları › İş №2-1(112)-348/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-348/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-348/2021 12.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Cəfər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan B 45 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 1985-ci il tarixli, 15/358 nömrəli qərarına əsasən, vətəndaş X9 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.m olan B 45 saylı ayrılmışdır. X12 “Azərelektroterm” EİB Bağçılıq Yoldaşlığına ərizə ilə müraciət edərək, B-45 №-li bağ sahəsini qaytarmaq və onu bağçılıq yoldaşlığı üzvlüyündən azad edilməsini xahiş etmişdir. X12 göstərilən bağ sahəsini zavod işçiləri arasında alan olmadığı üçün iddiaçıya verilməsini xahiş etmişdir. “Azərelektroterm” EİB X3 Heyətinin xx.xx.1999-cu il tarixli iclasının protokolundan çıxarışa əsasən, iddiaçı “Azərelektroterm” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş, B 45 nömrəli bağ sahəsi bütün tikililəri (500 kv.m) ilə birlikdə iddiaçıya verilməsinə razılıq verilmiş və X12 bağçılıq yoldaşlığın üzvlüyündən azad edilmişdir. Lakin bu günə qədər bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də iddiaçı müvafiq qaydada sənədləri toplayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv. metr olan B-45 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Buna görə də iddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********79 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən B-45 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və X8 adları aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunsa da, münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə təqdim edilmiş mülahizə-vəsatətə uyğun izahat verdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx xxxxxxx 1985-ci il tarixli, 16/358 nömrəli qərarına, 1986-cı ilin yanvar ayında 86/05 saylı və fevral ayında 05 “a” saylı ayrıc aktlarına əsasən, “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə Hövsan bağ qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “Azərelektroterm” X1 Heyətinin və X2 birgə iclasının xx xxxxxxxx 1985-ci il tarixli 28 saylı protokolu ilə təsdiq edilmiş “Azərelektroterm” Elmi-İstehsalat Birliyinin bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısında, həmçinin əlavə siyahıda da X8 və İddiaçı adları aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, **********13 saylı məktubda İddiaçı “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyinə qəbul edilməsi barədə xx.xx.1999-cu il tarixli protokolun, bağçılıq yoldaşlıq üzvlərinin həmin tarixli siyahısının, həmçinin də bölgü sxeminin arxiv qovluğunda aşkar edilmədiyi bildirilmişdir Məhkəmə tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********33 saylı tarixli məktubu ilə alınmış mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivindəki B 45 saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən sənədlərin və koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması üçün mütəxəssis rəyi tələb olunaraq məhkəməyə təqdim edilmiş mülahizə-vəsatətdə göstərilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi əvvəllər SOKAR-ın istifadəsində olmamış, lakin sonradan Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Qanunun 4-cü bəndində göstərilir ki, sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə ona ayrılmış torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün əsası barədə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və X8 adları aşkar olunmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmədə iddiaçı Bakı şəhər X11 İcraiyyə Komitəsinin 1985-ci il tarixli, 15/358 nömrəli qərarına əsasən, X9 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.m olan B 45 saylı bağ sahəsindən iddiaçının xeyrinə ərizə ilə imtina etdiyi üçün “Azərelektroterm” EİB X3 Heyətinin xx.xx.1999-cu il tarixli iclasının protokolundan çıxarış ilə “Azərelektroterm” bağçılıq yoldaşlığına üzv qəbul edildiyini, B 45 nömrəli bağ sahəsi bütün tikililəri (500 kv.m) ilə birlikdə iddiaçıya verilməsinə razılıq verildiyini və X12 bağçılıq yoldaşlığın üzvlüyündən azad edildiyini bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı “Azərelektroterm” EİB Bağçılıq Yoldaşlığı tərəfindən tərtib edilmiş üzvlərinin siyahısında X12 adlı şəxsin və İddiaçı adları aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “bağçının üzvlük kitabçası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməmişdir. Buna görə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin dispoziyası iddiaçıya münasibətdə tam şəkildə mövcud olmadığı üçün tətbiq edilməsi mümkün deyil. Bundan başqa, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7-ci maddələrinə əsasən, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin iclasının protokolundan çıxarış üzvlük kitabçası və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi göstərilsə də, iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən B 45 nömrəli bağ sahəsi üzərində onun hüquqlarının yaranması əsası kimi istinad etdiyi “Azərelektroterm” EİB X3 heyətinin xx.xx.1999-cu il tarixli iclasının protokolundan çıxarışın əsli və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq, təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının təqdim etdiyi həmin sənədi nəzərdən keçirərkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə “Azərelektroterm” X1 Heyətinin və X2 birgə iclasının protokolu oldugundan X10 rəhbəri, X2 sədri və katibi tərəfindən imzalanaraq həm də X2 möhürü ilə təsdiq edilməli oldugu halda (nömrəsi də qeyd olunmaqla, necə ki DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovlugunda saxlanılan tələb edilmiş sənədlərdə bu öz əksini tapmışdır) iddiaçının təqdim etdiyini sənəddə bunlar əks olunmamış, sənədin tamlıgı pozulmuşdur. Beləliklə də həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilmədiyindən iddiaçının torpaqayırma sənədi kimi təqdim etdiyi sənəddə bağ sahəsinin iddiaçıya ayrıldığı müəyyən olunmur. Azərbaycan Respublikası İPM-nin: - 48.3-cü maddəsinə əsasən, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: - 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; - 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Əlavə olaraq məhkəmə araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən B 45 nömrəli bağ sahəsinin yerləşən ərazinin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7 Limited” Şirkətinin istifadəsinə verildiyi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi” barədə x xxxx 2007ci il Azərbaycan Respublikası Qanunun 4-cu maddəsinə əsasən həmin Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan B 45 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan B 45 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar