Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3482/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının aparıcı mütəxəssisi, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18 mart 1988-ci ildən 03 sentyabr 1990-cı ilə qədər Bakı şəhəri Sabunçu rayonunda (keçmiş Lenin rayonu) X2 7№-li yeməkxanasında mətbəx fəhləsi vəzifəsində və 18 sentyabr 1990-cı ildən 20 may 1998-ci ilə qədər "xxxx" Avtomobil bazasının təsərrüfat şöbəsində fəhlə və çilingər vəzifələrində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Pensiya yaşı tamam olmuşdur. Halhazırda heç bir yerdə işləmir. 18 mart 1988-ci ildən 03 sentyabr 1990-cı ilə qədər Bakı şəhəri Sabunçu rayonunda (keçmiş Lenin rayonu) X2 7№-li yeməkxanasında mətbəx fəhləsi vəzifəsində və 18 sentyabr 1990-cı ildən 20 may 1998-ci ilə qədər "xxxx" Avtomobil bazasının təsərrüfat şöbəsində fəhlə və çilingər vəzifəsində işləmişdir. İşlədiyi həmin illər barədə arxiv arayışları əldə etmişdir. Əmək kitabçası olmadığına görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən verilmiş xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktuba əsasən ona bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığından əmək pensiyası hüququ yaranmır. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əmək kitabçasını təqdim etmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli, 5/2358 saylı məktubdan görünür ki, "xxxx" X7 Cəmiyyətinin Avtomobil bazasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İşdə olan "xxxx" X7 Cəmiyyətinin Avtomobil bazası tərəfindən verilmiş 12-k saylı, 18 sentyabr 20001-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abduləli oğlu xx.xx.1990-cı il tarixdə 125 saylı əmrlə Avtomobil bazasına təsərrüfat şöbəsinə təsərrüfat fəhləsi işinə qəbul olunmuşdur. xx.xx.1995-ci il tarixdə 15/ş saylı əmrə əsasən mexaniki təmir sexinə çilingər işinə keçirilmişdir. xx.xx.1998-ci il tarixdə 56 saylı əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti Səhmdar Cəmiyyətinə çevrilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********18 saylı, 16 yanvar 2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı Bakı şəhəri Lenin rayonu X3 Birliyinin (İİMB) xx.xx.1988-ci il tarixli 64 №-li əmri ilə həmin tarixdən 7 №-li yeməkxanaya mətbəx fəhləsi qəbul edilmiş, xx.xx.1989-cu il tarixli 101 №-li əmri ilə xx.xx.1988-xx.xx.1989-cu illər iş dövrü üzrə xx.xx.1989-cu İİ tarixdən növbəti məzuniyyət verilmişdir. Bakı şəhəri Lenin rayonu X6nin (İİT) (İİMB-nin bazasında) xx.xx.1990-cı ii tarixli 93 №-li əmri ilə xx.xx.1990cı il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Sabunçu (keçmiş Lenin) rayonu Ticarət və İctimai İaşə İdarəsi (keçmiş İİT-nin bazasında) ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. Məhkəmə araşdırması dövründə iddiaçının Bakı şəhəri Lenin rayonu X3 Birliyinin xx.xx.1988-ci il tarixli 64 saylı əmri ilə 7 saylı yeməkxanaya mətbəx fəhləsi vəzifəsinə qəbul edilməsi və xx.xx.1990-cı il tarixli 93 saylı əmri ilə işdən azad olunması barədə əmrlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********93 saylı, 14 may 2020-ci il tarixli məktubla İddiaçı mövcud arxiv sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Lenin rayonu X6 üzrə 93 saylı, 03 sentyabr 1990-cı il tarixli əmrdən görünür ki, 7 saylı yeməkxananın fəhləsi İddiaçı 09 avqust 1990-cı il tarixdən öz xahişi ilə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Həmin məktuba əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən mətbəx fəhləsi vəzifəsində işləmiş, xx.xx.1990-cı il tarixdən öz xahişi ilə ailə vəziyyətinə görə işdən azad edilmişdir. (89 saylı, xx.xx.1990-cı il tarixli əmr). Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı pensiyaçı deyil. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********1 saylı imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığından əmək pensiya hüququ yaranmadığı əsası ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı 18 mart 1988-ci ildən 03 sentyabr 1990-cı ilə qədər Bakı şəhəri Sabunçu rayonunda (keçmiş Lenin rayonu) X2 7 saylı yeməkxanasında mətbəx fəhləsi vəzifəsində və 18 sentyabr 1990-cı ildən 20 may 1998-ci ilə qədər "xxxx" Avtomobil bazasının təsərrüfat şöbəsində fəhlə və çilingər vəzifələrində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Lakin həmin dövr üzrə sığorta stajına malik olmasını iş materiallarına əlavə edilmiş arxiv arayışları ilə əsaslandıraraq, həmin müddətin ona pensiya təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına hesablanmasını tələb edir. Lakin məhkəmə hesab edir ki, göstərilən arayışlar qanunvericiliklə müəyyən edilmiş sənədlər siyahısına aid olmadığından, həmin sənədlər iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün əsas kimi götürülə bilməz. Belə olan halda iddiaçının əmək stajı ona yaşa görə pensiya təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə nəzərdə tutulan tələblərə cavab vermir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 30 iyun 2019-cu il tarixədək kişilərin yaş həddi 64 yaş olmuşdur. İddiaçının xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçının Qanunun tələbinə əsasən yaş ilə əlaqədar uyğunsuzluğu olmasa belə, lakin onun minimum sosial sığorta stajının olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Hazırki halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarixədək işlədiyi illərin sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X5 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin iddiaçı əmək kitabçasını, əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının ona pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3482/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3482/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver