Məhkəmə qərarları › İş №2-1(112)-3482/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3482/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3482/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “R.N.X4 Biznes” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “R.N.X4 Biznes” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 19 avqust 2020-ci il tarixli **********139183 nömrəli qərara əsasən iddiaçı “R.N X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2017-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 20 avqust 2020-ci il - 30 sentyabr 2020-ci il tarixlərdə müəssisədə yoxlama təyin edilmiş, səyyar vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı onlayn kargüzarlıq vasitəsi ilə 27 noyabr 2020-ci il tarixli **********468900 saylı məktubla cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19.08.2020-ci il tarixli, **********139183 nömrəli “Səyyar vergi yoxlaması haqqında” qərarına əsasən iyul 2017- iyun 2020-ci il dövr üzrə 20.08.2020-30.09.2020-ci il tarix müddətində müəssisədə yoxlama təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının başa çatmasına baxmayaraq bugünə qədər səyyar vergi yoxlaması aktı müəssisəyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə aktın və digər sənədlərin, həmçinin səyyar vergi yoxlaması keçirilməsi üçün istifadə olunmuş sənəd və nümunə kimi əşyaların müəssisənin nümayəndəsinə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Həmin müraciətə cavab verilmədiyindən iddiaçı 28 noyabr 2020ci il tarixində **********638200 saylı məktubla təkrar olaraq cavabdehə müraciət edərək bildirmişdir ki, səyyar vergi yoxlaması aktı 27.11.2020-ci il tarixində saat 17:45-də müəssisəyə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020-ci il, bitmə tarixi 12.11.2020-ci il, aktın tarixi 17.11.2020-ci il göstərilmişdir. Vergi Məcəlləsinin 39.4.-cü maddəsində vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Buradan da görünür ki, səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisədə 06.12.2019-cu tarixli **********3669 nömrəli qərarla operativ vergi nəzarəti keçirilməmişdir. Bu barədə izahat verilməsini, bu operativ yoxlamanın “İddiaçı” MMC-də kimlərin iştirakı ilə və hansı obyektdə keçirilməsini izah edilməsini, müvafiq sübutların təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Çünki “İddiaçı” MMC-nin hər-hansı obyekti yoxdur. Xidmət keçirilməsi barədə yoxlayıcıya izahat da təqdim edilmişdir. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır ki, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Həmçinin, Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli İ704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik əsasında MDSS üzrə hər-hansı yoxlama keçirilməsi, yenidən hesablama və sair tədbirlər görülməsi 01.01.2020-ci il tarixdən nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən qanun pozuntularının icraçı şəxsləri barədə intizam tənbehinin verilməsini və qanunsuz olaraq tərtib edilmiş aktın ləğv edilməsini, məsuliyyətdən imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh vergi orqanı həmin müraciətlərə cavab olaraq 03 dekabr 2020-ci il tarixli **********177300 saylı məktubla bildirmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərara əsasən “İddiaçı” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir. Halbuki, 28 noyabr 2020-ci il **********638200 saylı müraciətdə cavabdehə ünvanlanan sualların heç birinə cavab verilməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin dispozisiyasını məktuba köçürərək guya ki, müraciətə cavab verilmişdir. Sonra iddiaçı 06 dekabr 2020-ci il tarixli **********089400 saylı və **********399400 saylı məktublarla cavabdehə müraciət edərək bildirilmişdir ki, 19.08.2020ci il tarixli **********139183 nömrəli “Səyyar vergi yoxlaması haqqında” qərara əsasən “xxxx” MMC-də X2 tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və 17.11.2020-ci il tarixli akt tərtib edilmişdir. Sürətli poçt qəbzindən də göründüyü kimi səyyar vergi yoxlaması aktı 12.11.2020-ci il tarixdə başa çatmış, 17.11.2020-ci ildə tərtib edilmiş, 23.11.2020-ci il tarixdə müəssisəyə göndərilmiş və 01.12.2020-ci il tarixdə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktının 3-cü səhifəsinin 1-ci abzasında göstərilir ki, 06.12.2019-ci il tarixli **********3669 nömrəli qərarı ilə operativ vergi nəzarəti üzrə cəmiyyətdə elektron sənədlərin götürülməsi əsasında səyyar vergi yoxlaması keçirildiyi göstərilir. Müvafıq qərarın götürülmə protokolunun və götürülmüş elektron cədvəllər adı qoyulmuş 11.6 GB həcmində faylların nədən ibarət olması, nə zaman, hansı şəraitdə “xxxx” MMC-nin obyekti yoxdursa, hansı obyektdən götürüldüyü və götürülmənin kimlərin iştirakı ilə rəsmiləşdirildiyi barədə qanunvericiliyə uyğun olaraq araşdırmanın aparılması, bu pozuntuları törətmiş şəxslər barəsində intizam tənbehinin tətbiq edilməsi, qanun pozuntularına görə cavabdeh şəxslərin cəzalandırılmasını xahiş etmişdir. Sənəd və nümunələrin götürülməsi qaydaları Vergi Məcəlləsinin 43-cü maddəsindəki kimi nəzərdə tutulmuşdur. Yəni vergi qanunvericiliyinin pozulmasını müəssisənin konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirir. Səyyar vergi yoxlaması aktında göstərilir ki, operativ vergi nəzarəti nəticəsində 06.12.2019-cu il tarixli qərara əsasən 11.6 GB elektron sənəd götürülmüşdür. Həmin 06.12.2019-cu il tarixli qərara əsasən götürülmüş 11.6 GB elektron sənədin “R.N X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir əlaqəsi yoxdur. Ona görə ki, müəssisədə ümumiyyətlə operativ vergi nəzarəti keçirilməmişdir. Yoxlama materiallarından da göründüyü kimi səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlər vergi orqanının yoxlayıcısına təqdim edilmişdir. Yoxlama ilkin sənədlərlə hər hansı vergi hesablaya bilməmişdir. Daha sonra səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad etmişdir. Halbuki, bu elektron məlumatların qanunvericiliyə uyğun olaraq müəssisəyə aidiyyatı sübuta yetirilməmiş və vergi hesablamasına əsas yaratmamışdır. Çünki, səyyar vergi yoxlamasına aidiyyatı olmayan bu məlumatlar Vergi Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq götürülməmiş, həmin məlumatların müəssisəyə aidiyyatı təsdiqini tapmamışdır. Həmin sənədlər tamamilə başqa bir müəssisəyə məxsus olmuşdur. Lakin yoxlayıcılar səyyar vergi yoxlaması zamanı hər- hansı bir tutarlı fakt tapa bilmədiyindən başqa müəssisəyə məxsus olan həmin sənədləri də iddiaçıya aid etmişlər. Qanunsuz olaraq müəssisəyə aid olmayan sənədlər əsasında səyyar vergi yoxlaması aktı tərtib edib və aktın nəticəsində məsuliyyətə cəlbetmə barədə qərar çıxarmaq qanunvericiliyə ziddir. Hətta səyyar vergi yoxlaması aktı tərtib olunduqdan sonra iddiaçı bu barədə yuxarı vergi orqanına müraciət edərək, “R.N X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən operativ vergi nəzarəti nəticəsində 06.12.2019-cu il tarixli qərarın müəssisəyə təqdim edilməsini dəfələrlə tələb etmişdir. Lakin cavabdeh vergi orqanı qeyd olunan qərarı təqdim edə bilməmişdir. Yəni olmayan qərarı necə təqdim edə bilərdilər ki? Əksinə qanunsuz və əsassız tərtib olunmuş səyyar vergi yoxlaması aktının nəticəsi olaraq da əsassız qərar qəbul etmişdir. Cavabdeh vergi orqanı həmin müraciətlərə cavab olaraq 09 dekabr 2020-ci il tarixli **********209100 saylı məktubla bildirmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “İddiaçı” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir”. Yenə də vergi orqanı tərəfindən təkrar olaraq 06 dekabr 2020-ci il tarixli **********089400 saylı və **********399400 saylı müraciətlərdə cavabdehə ünvanlanan sualların heç birinə cavab verilməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin dispozisiyasını məktuba köçürərək guya ki, müraciətə cavab verilmişdir. Vergi orqanına göndərilmiş 13 dekabr 2020-ci il **********279700 saylı müraciətində iddiaçı bildirmişdir ki, “Məktubunuzda qeyd edilənlər və qoşma cədvəllərlə tanış oldum. Bu cədvəllərin “R.N X4 Biznes” MMC-yə məxsusluğunu necə izah edə bilərsiniz? Siz buradakı rəqəmləri müəssisəmə hansı üsulla aid etməyiniz barədə izahat verməyinizi, həmçinin, müəssisəmdə hər-hansı operativ nəzarət qaydasında yoxlama keçirilmədiyini nəzərinizə çatdırmaq istərdim. AVİS altsistemində göstərilən qərarın başqa müəssisəyə aid olduğu müəyyən edilmişdir. Məktubda qeyd edilən operativ nəzarət yoxlaması qərarının mənim müəssisəmə aid edilməsinin hüquqi əsaslarının göstərilməsini xahiş edirəm“. Lakin edilmiş müraciətlər nəticəsiz qalmışdır. İddiaçı 19 dekabr 2020-ci il **********155700 saylı müraciətində “İddiaçı” MMC-də (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə əlaqədar əsaslandığı 2 fayl məlumatı ilə əlaqədar onu bildirmişdir ki, vergi orqanı tərəfindən müəssisədə “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar çıxarılmamış, operativ vergi nəzarəti keçirilməmiş, cəmiyyətdən hər hansı sənəd və məlumat götürülməmişdir. 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar müəssisəyə aid olmadığından səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilə bilməz. İddiaçı tərəfindən göndərilən 20 dekabr 2020-ci il **********253200 saylı məktubunda “R.N.X4 Biznes” MMCdə keçirilmiş səyyar vergi yoxlaması ilə əlaqədar əsaslandığı 2 fayl məlumatı ilə əlaqədar vergi orqanı tərəfindən müəssisədə “Operativ vergi nəzarətinin keçirilməsi barədə” göstərdiyi 06.12.2019-cu il tarixli **********3669 nömrəli Qərarın, “Müəssisədən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” qərarın və 11.6 GB həcmində elektron faylların götürülməsi barədə protokolun təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən cavab olaraq bildirilmişdir ki, “Sizin müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılır”. Vergi orqanına 27 dekabr 2020-ci il **********472400 saylı müraciətində qeyd etmişdir ki, “Yazdığınız məktubda qeyri - müəyyənlik mövcuddur. Bu məktubla nə dəmək istədiyinizi xahiş edirəm konkret bildirəsiniz. Məktubu qoşma olaraq Sizə təqdim edirik və bildiririk ki, məktubda qeyd olunan xəttin üzərində nəyi yazmaq istədiyiniz qeyd olunmamışdır. Xahiş edirik məktubu dəqiq və konkret formada göndərəsiniz”. Göndərilmiş çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsinə dair hər-hansı sənəd, protokol, izahat və sübut təqdim etməmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlamasının nəticəsinin qanunauyğunluğunu vergi ödəyicisinə sübut edə bilməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin 02.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etirazında göstərilmişdir ki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “RN. X4 Biznes” MMC-də (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: 01.07.2017-30.06.2020). Səyyar vergi yoxlamasının nəticəsi üzrə 17.11.2020-ci il tarixli **********139402 nömrəli akt tərtib olunmuşdur. “İddiaçı” MMC yoxlanılan dövr ərzində faktiki olaraq mühasibat uçotu və audit sahəsində fəaliyyət, vergilər üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olmuşdur. Vergi orqanı tərəfindən çıxarılmış “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə “X8 X10” MMC-də (hal-hazırki “xxxx” MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş fayllar araşdırılarkən “İddiaçı” MMC-yə məxsus pul vəsaitlərinin mədaxilini və məxaricini əks etdirən məlumatlar aşkar edilmişdir. Aşkar edilmiş cədvəllərə əsasən 01.08.2018-31.07.2019 dövr üzrə vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilmiş və bu hal üzrə Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Yoxlama ilə vergi ödəyicisinin gəlirlərinin, 01.08.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə cəmiyyətdən götürülmüş “elektron cədvəllərdə” qeyd olunmuş 88.614.41 manat (104 565.0:1,18) və cəmiyyət tərəfindən təqdim edilmiş 3.600 manat dəyərində e-qaimə fakturalar olmaqla ümumilikdə 92.214.41 manat olması, vergi ödəyicisinin xərclərinin isə vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş “elektron cədvəllərdə” qeyd olunmuş avqust 2019-cu il- noyabr 2019-cu il dövr üzrə işçilərə hesablanmış əmək haqqı məbləğləri, dekabr 2019-cu il üzrə cəmiyyətin özünün bəyan etdiyi əmək haqqı əsas götürülməklə ümumilikdə 22.891,69 manat, həmin əmək haqqlarına görə sosial sığorta ayırmalarının isə 4.374.21 manat, bank xidməti üzrə xərclərin 540,89 manat, sığorta fəaliyyəti üzrə sair xərclərinin 90.10 manat, digər xərclərinin isə 590,58 manat, ümumilikdə 28.487,47 manat olması müəyyən edilmişdir. Belə ki, yoxlama ilə gəlirlərin 92.214,41 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin 28.487,47 manat, vergiyə cəlb olunan gəlirinin 63.726.94 manat, mənfəətdən verginin isə 12.745,39 manat olması müəyyən edilmişdir. Yoxlama ilə, 2019-cu il üzrə 12.740,40 manat (12.745,39-4.99) mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında yəni 6.370,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə müəssisənin sadələşdirilmiş vergi üzrə mükəlləfiyyəti olmuş, cəmiyyət tərəfindən 01.01.2019-30.09.2019 vergi dövrü üzrə hasilatdan 2.500 manat dövriyyə göstərilmiş və 2% vergi dərəcəsi ilə 50 manat sadələşdirilmiş vergi hesablanmış və hesablanmış vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanı tərəfindən 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) elektron cədvəllərə əsasən 01.07.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 220.725 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi üzrə 2018-ci ilin 3-cü və 4-cü rüblərinin bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Qeyd olunan 220.725 manat vəsaitdən Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə sadələşdirilmiş vergi hesablamışdır. Belə ki, 2018-ci il üzrə (iyul-dekabr aylarında) 3.256,12 manat, 2019-cu il üzrə (yanvar-iyul ayılarında) 2.736,44 manat olmaqla, ümümilikdə 5.992,56 manat sadələşdirilmiş vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 5.992,56 manatın 50%-i miqdarında yəni 2.996,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) cədvəllərə əsasən 01.08.2018- 31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1 və 157.3.-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmindən, yəni 200.000 manatdan artıq olduğuna görə cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq vergi ödəyicisinə qeydiyyatsız olaraq 2019-cu ilin avqust-noyabr aylarının ƏDV bəyannamələri üzrə yayındırılmış 88.614,41 manat (ƏDVsiz) satış dövriyyəsindən (104 565.0:1,18) Vergi Məcəlləsinin 159.1 və 161.1-ci maddələrinə uyğun olaraq 15.950,60 manat (88.614.41x18%) ƏDV hesablanmış, həmçinin cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimə fakturalar əsasında daxil olan pul vəsaitləri də (2019-cu il üzrə 648 manat, 2020-ci il üzrə 7.239,60 manat ƏDV məbləği) ƏDV-yə cəlb edilmişdir. Ümumilikdə ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında, yəni 11.919,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il - noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci ilin oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində 200.90 manat məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar ilə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş 11.6 GB həcmində (qara mühasibatlıq) “elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il-noyabr 2019cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi) əməkdaşları tərəfindən götürülmüş aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində cəmiyyətin yoxlanılan dövrdə real dövriyyəsinin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh əsassız və həqiqəti əks etdirməyən elektron sənədlərə aid sübutlara istinad edərək iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. İddiaçı iddia ərizəsində ikili mühasibatlıq aparmasının səbəblərini əsaslandıra bilməmiş, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin “İddiaçı” MMC-yə aidiyyəti olmadığını qeyd etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Həmçinin, iddiaçı iddia ərizəsində yoxlamanın bir sıra prosessual pozuntular olmaqla həyata keçirildiyini qeyd etmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “RN. X4 Biznes” MMC-də (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş (yoxlanılan dövr: 01.07.2017- 30.06.2020). Səyyar vergi yoxlamasının nəticəsi üzrə 17.11.2020-ci il tarixli **********139402 nömrəli akt tərtib olunmuşdur. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********139348 saylı 21.08.2020-ci il tarixli tələbnamədən görünür ki, “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir: “1. Yoxlamanın predmetinə aid olan 01.01.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli, vergi ödəyicisinə aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı, dəyəri 10.000 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 min manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları. 2. Aşağıdakı sənədlərin elektron surəti yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda): yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesablan göstərilməklə), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda). Sənədlər 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3 maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni 10.09.2020-ci tarixə kimi vergi orqanın yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında) təqdim olunmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı sənədlərin müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3-cii maddəsinə uyğun olaraq məsuliyyət daşıyırsız və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlər götürüləcəkdir”. -İddiaçı onlayn kargüzarlıq vasitəsi ilə 27 noyabr 2020-ci il tarixli **********468900 saylı məktubla cavabdehə müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19.08.2020-ci il tarixli, **********139183 nömrəli “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən iyul 2017- iyun 2020-ci il dövr üzrə 20.08.2020-30.09.2020-ci il tarix müddətində müəssisədə yoxlama təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının başa çatmasına baxmayaraq bugünə qədər səyyar vergi yoxlaması aktı müəssisəyə təqdim edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə aktın və digər sənədlərin, həmçinin səyyar vergi yoxlaması keçirilməsi üçün istifadə olunmuş sənəd və nümunə kimi əşyaların müəssisənin nümayəndəsinə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir. - İddiaçı 28 noyabr 2020-ci il tarixində **********638200 saylı məktubla təkrar olaraq cavabdehə müraciət edərək bildirmişdir ki, səyyar vergi yoxlaması aktı 27.11.2020-ci il tarixində saat 17:45-də müəssisəyə təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020-ci il, bitmə tarixi 12.11.2020-ci il, aktın tarixi 17.11.2020-ci il göstərilmişdir. Vergi Məcəlləsinin 39.4.-cü maddəsində vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Buradan da görünür ki, səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri pozularaq təqdim edilib. Bundan əlavə olaraq yoxlama aktında 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. Müəssisədə 06.12.2019-cu tarixli **********3669 nömrəli qərarla operativ vergi nəzarəti keçirilməmişdir. Bu barədə izahat verilməsini, bu operativ yoxlamanın “İddiaçı” MMC-də kimlərin iştirakı ilə və hansı obyektdə keçirilməsini izah edilməsini, müvafiq sübutların təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Çünki “İddiaçı” MMC-nin hər-hansı obyekti yoxdur. Xidmət keçirilməsi barədə yoxlayıcıya izahat da təqdim edilmişdir. Müəssisəyə MDSS üzrə müəyyən hesablamalar aparılmışdır ki, bununla əlaqədar müəssisədə aparılan yoxlama zamanı heç bir dəlil və sübut təqdim edilməmişdir. Həmçinin, Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli İ704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik əsasında MDSS üzrə hər-hansı yoxlama keçirilməsi, yenidən hesablama və sair tədbirlər görülməsi 01.01.2020-ci il tarixdən nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən qanun pozuntularının icraçı şəxsləri barədə intizam tənbehinin verilməsini və qanunsuz olaraq tərtib edilmiş aktın ləğv edilməsini, məsuliyyətdən imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. - Cavabdeh vergi orqanı həmin müraciətlərə cavab olaraq 03 dekabr 2020-ci il tarixli **********177300 saylı məktubla bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “İddiaçı” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 03.12.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “R.N.X4 Biznes” MMC-nin ƏDV məqsədləri üçün vergi orqanında qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. - iddiaçı 06 dekabr 2020-ci il tarixli **********089400 saylı və **********399400 saylı məktublarla cavabdehə müraciət edərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19.08.2020-ci il taixli **********139183 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən “xxxx” MMC-də X2 tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və 17.11.2020-ci il tarixli akt tərtib edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.11.2020-ci il tarixli **********139402 saylı aktından görünür ki, aparılan səyyar vergi yoxlaması nəticəsində 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisinə yayınma oldugundan vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının 06.12.2020-ci il tarixli müraciətinə cavab olaraq göndərdiyi məktubla bildirilmişdir ki, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “İddiaçı” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 30.06.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama aktını imzalamamaq və ya etirazınızı, öz yazılı izahatınızı təsdiq edən sənədlərlə birlikdə yoxlamanı həyata keçirən vergi orqanına təqdim edə bilərsiniz. Həmçinin, müraciətiniz əsasında vergi orqanı tərəfindən çıxarılmış “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli Qərarı ilə keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətdən götürülmüş 11.6 GB həcmində elektron fayllardan, Səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilmiş “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar Sizə təqdim olunur”. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin iddiaçının müraciətlərinə cavab olaraq 09 dekabr 2020-ci il tarixli **********209100 saylı məktubla bildirmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19.08.2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən “İddiaçı” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 17.11.2020ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmişdir”. - Cavabdehə göndərilmiş 13 dekabr 2020-ci il **********279700 saylı müraciətində iddiaçı bildirmişdir ki, “Məktubunuzda qeyd edilənlər və qoşma cədvəllərlə tanış oldum. Bu cədvəllərin “R.N X4 Biznes” MMC-yə məxsusluğunu necə izah edə bilərsiniz? Siz buradakı rəqəmləri müəssisəmə hansı üsulla aid etməyiniz barədə izahat verməyinizi, həmçinin, müəssisəmdə hər hansı operativ nəzarət qaydasında yoxlama keçirilmədiyini nəzərinizə çatdırmaq istərdim. AVİS altsistemində göstərilən qərarın başqa müəssisəyə aid olduğu müəyyən edilmişdir. Məktubda qeyd edilən operativ nəzarət yoxlaması qərarının mənim müəssisəmə aid edilməsinin hüquqi əsaslarının göstərilməsini xahiş edirəm“. -İddiaçı 19 dekabr 2020-ci il **********155700 saylı cavabdehə müraciətində “İddiaçı” MMC-də (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə əlaqədar əsaslandığı 2 fayl məlumatı ilə əlaqədar onu bildirmişdir ki, vergi orqanı tərəfindən müəssisədə “Operativ vergi nəzarətinin keçirilməsi barədə” 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərar çıxarılmamış, operativ vergi nəzarəti keçirilməmiş, cəmiyyətdən hər hansı sənəd və məlumat götürülməmişdir. 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar müəssisəyə aid olmadığından səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilə bilməz. -İddiaçı tərəfindən cavabdehə göndərilən 20 dekabr 2020-ci il **********253200 saylı məktuba əsasən “R.N.X4 Biznes” MMC-də (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə əlaqədar əsaslandığı 2 fayl məlumatı ilə əlaqədar onu bildirmişdir ki, vergi orqanı tərəfindən müəssisədə “Operativ vergi nəzarətinin keçirilməsi barədə” göstərdiyi 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarın, “Müəssisədən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” qərarın və 11.6 GB həcmində elektron fayllarin götürülməsi barədə protokolun təsdiq edilmiş nüsxəsinin təqdim edilməsini xahiş etmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin iddiaçının 19.12.2020-ci il, 20.12.2020-ci il, 23.12.2020-ci il, 25.12.2020-ci il müraciətlərinə cavab olaraq bildirilmişdir ki, müraciətlərə baxılır və nəticəsi barədə məlumat veriləcəkdir. -Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında qərarından görünür ki, “X8 X10” MMC-də (hal-hazırki “xxxx” MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərə” əsasən vergi ödəyicisinin gəlirlərinin, 01.08.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə 88.614.41 manat (104 565.0:1,18) və cəmiyyət tərəfindən təqdim edilmiş 3.600 manat dəyərində e-qaimə fakturalar olmaqla ümumilikdə 92.214.41 manat olması, vergi ödəyicisinin xərclərinin isə işçilərə hesablanmış əmək haqqı məbləğləri, dekabr 2019-cu il üzrə cəmiyyətin özünün bəyan etdiyi əmək haqqı əsas götürülməklə ümumilikdə 22.891,69 manat, həmin əmək haqqlarına görə sosial sığorta ayırmalarının isə 4.374.21 manat, bank xidməti üzrə xərclərin 540,89 manat, sığorta fəaliyyəti üzrə sair xərclərinin 90.10 manat, digər xərclərinin isə 590,58 manat, ümumilikdə 28.487,47 manat olması müəyyən edilmişdir. Yoxlama ilə, 2019-cu il üzrə 12.740,40 manat (12.745,39-4.99) mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə müəssisənin hasilatdan 2.500 manat dövriyyəsi göstərilmiş və 2% vergi dərəcəsi ilə 50 manat sadələşdirilmiş vergi hesablanmışdır. Elektron cədvəllərə əsasən 01.07.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 220.725 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə ümümilikdə 5.992,56 manat sadələşdirilmiş vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 5.992,56 manatın 50%-i miqdarında 2.996,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cədvəllərə əsasən 01.08.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinə əsasən cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq vergi ödəyicisinə qeydiyyatsız olaraq 2019-cu ilin avqust-noyabr aylarının ƏDV bəyannamələri üzrə yayındırılmış 88.614,41 manat (ƏDV-siz) satış dövriyyəsindən (104 565.0:1,18) Vergi Məcəlləsinin 159.1 və 161.1-ci maddələrinə uyğun olaraq 15.950,60 manat (88.614.41x18%) ƏDV hesablanmış, həmçinin cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimə fakturalar əsasında daxil olan pul vəsaitləri də (2019-cu il üzrə 648 manat, 2020ci il üzrə 7.239,60 manat ƏDV məbləği) ƏDV-yə cəlb edilmişdir. Ümumilikdə ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci il -oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində 200.90 manat məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3689 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3689 saylı qərarından görünür ki, “X8 X11” Məhdud Məsuliyyətli Cəmiyyətindən “nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, komputer prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar götürülməsi həyata keçirilməsi qərara alınmışdır. -06.12.2019-cu il tarixli VN seriyalı, 000253 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, “X8 X11” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2 ədəd yaddaş qurğusu, 2 etibarnamə qovluğu, elektron fayl sənədləri və 9 ədəd noutbuk götürülmüşdür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********143346 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı “İddiaçı” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr əhatə edilməklə 17.11.2020-ci il tarixli **********139402 nömrəli aktla rəsmiləşdirilmiş növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi nəticəsində 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200.90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100.45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sıgorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında yəni 165.65 manat maliyyə sanksiyası hesablanaraq tətbiq edilmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 19 avqust 2020-ci il tarixli **********139183 nömrəli qərarına əsasən iddiaçı “R.N X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2017-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 20 avqust 2020-ci ildən 30 sentyabr 2020-ci il tarixədək müəssisədə yoxlama keçirilməsi təyin edilmiş, səyyar vergi yoxlaması həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktında yoxlamanın başlama tarixi 20.08.2020-ci il, bitmə tarixi 12.11.2020-ci il, aktın tarixi 17.11.2020-ci il göstərilmişdir. Eyni zamanda yoxlama aktında 06.12.2019-cu il tarixli **********3669 nömrəli qərarla müəssisədə operativ vergi nəzarəti keçirildiyi göstərilmişdir. İddiaçının iddia etdiyinə görə müəssisədə heç bir operativ vergi nəzarəti keçirilməmişdir. Bu barədə cavabdeh də heç bir sübut təqdim etməmişdir. Səyyar vergi yoxlaması aktının 3-cü səhifəsinin 1-ci abzasında 06.12.2019-ci il tarixli **********3669 nömrəli qərarla operativ vergi nəzarəti üzrə cəmiyyətdə elektron sənədlərin götürülməsi əsasında səyyar vergi yoxlaması keçirildiyi göstərilir. Müvafıq qərarın götürülmə protokolunun və götürülmüş elektron cədvəllər adı qoyulmuş 11.6 GB həcmində faylların nədən ibarət olması, nə zaman, hansı şəraitdə və hansı obyektdən götürüldüyü və götürülmənin kimlərin iştirakı ilə rəsmiləşdirildiyi barədə səyyar vergi yoxlaması aktında heç nə göstərilməmişdir. Belə ki, 06.12.2019-cu il tarixli qərara əsasən götürülmüş 11.6 GB elektron sənədin “R.N X4 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir əlaqəsi yoxdur, müəssisədə ümumiyyətlə operativ vergi nəzarəti keçirilməmişdir. Beləliklə də səyyar vergi yoxlamasına aidiyyatı olmayan başqa bir operativ vergi yoxlaması üzrə qərara və götürüldüyü qeyd edilən elektron fayllara istinad edilmişdir. Halbuki, bu elektron məlumatların qanunvericiliyə uyğun olaraq müəssisəyə aidiyyatı sübuta yetirilməmiş, həmin sənədlər tamamilə başqa bir müəssisəyə məxsus olmuşdur, 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar müəssisəyə aid olmadığından səyyar vergi yoxlama zamanı vergilərin və icbari ödənişlərin hesablanmasında istifadə edilə bilməzdi. Məlum olur ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında qərarı ilə “X8 X11” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus olan obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, 06.12.2019-cu il tarixli **********3689 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3689 saylı qərarla 06.12.2019-cu il tarixli VN seriyalı, 000253 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında protokolla rəsmiləşdirilmiş 11.6 GB həcmində elektron, “noyabr əh 2019 2 müdür düzəldən“ və “Kassasiya şik İyul...son ƏSAS 22.10.2019” adlı fayllar iddiaçıya aid olmayan həmin obyektdən götürülmüşdür. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında qərarına əsasən “X8 X10” MMC-də (hal-hazırki “xxxx” MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllərə” əsasən vergi ödəyicisinin gəlirlərinin, 01.08.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə 88.614.41 manat (104 565.0:1,18) və cəmiyyət tərəfindən təqdim edilmiş 3.600 manat dəyərində e-qaimə fakturalar olmaqla ümumilikdə 92.214.41 manat olması, vergi ödəyicisinin xərclərinin isə işçilərə hesablanmış əmək haqqı məbləğləri, dekabr 2019-cu il üzrə cəmiyyətin özünün bəyan etdiyi əmək haqqı əsas götürülməklə ümumilikdə 22.891,69 manat, həmin əmək haqqlarına görə sosial sığorta ayırmalarının isə 4.374.21 manat, bank xidməti üzrə xərclərin 540,89 manat, sığorta fəaliyyəti üzrə sair xərclərinin 90.10 manat, digər xərclərinin isə 590,58 manat, ümumilikdə 28.487,47 manat olması müəyyən edilmişdir. Yoxlama ilə, 2019-cu il üzrə 12.740,40 manat (12.745,39-4.99) mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə müəssisənin hasilatdan 2.500 manat dövriyyəsi göstərilmiş və 2% vergi dərəcəsi ilə 50 manat sadələşdirilmiş vergi hesablanmışdır. Elektron cədvəllərə əsasən 01.07.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 220.725 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 218ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə ümümilikdə 5.992,56 manat sadələşdirilmiş vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 5.992,56 manatın 50%-i miqdarında 2.996,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cədvəllərə əsasən 01.08.2018-31.07.2019 dövr üzrə müəyyən edilmiş vergi tutulan əməliyyatların həcminin 217.510 manat olduğu müəyyən edilərək Vergi Məcəlləsinin 155.1 və 157.3.1-ci maddələrinə əsasən cəmiyyət növbəti ayın 1-dən (01.08.2019-cu il tarixdən) məcburi ƏDV qeydiyyatına alınmışdır. Bununla əlaqədar olaraq vergi ödəyicisinə qeydiyyatsız olaraq 2019-cu ilin avqust-noyabr aylarının ƏDV bəyannamələri üzrə yayındırılmış 88.614,41 manat (ƏDV-siz) satış dövriyyəsindən (104 565.0:1,18) Vergi Məcəlləsinin 159.1 və 161.1-ci maddələrinə uyğun olaraq 15.950,60 manat (88.614.41x18%) ƏDV hesablanmış, həmçinin cəmiyyət tərəfindən təqdim edilmiş e-qaimə fakturalar əsasında daxil olan pul vəsaitləri də (2019-cu il üzrə 648 manat, 2020-ci il üzrə 7.239,60 manat ƏDV məbləği) ƏDV-yə cəlb edilmişdir. Ümumilikdə ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Elektron cədvəllərdə” qeyd olunmuş işçilərə hesablanmış əmək haqqı məbləğlərini özündə əks etdirən hesabatlara əsasən, 16 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il - noyabr 2019-cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 39.247,14 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 6.117,61 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 33.129,53 manat (39.247,14 – 6.117,61) təşkil etdiyi müəyyən edilmişdir. Aparılan yoxlama ilə 2018-ci il -oktyabr, noyabr, dekabr ayları üzrə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq muzdlu işdən gəlir vergisi hesablanmışdır. Qeyd edilənlərə əsasən yoxlanılan dövr ərzində 200.90 manat məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan yoxlama ilə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat vəsait hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********143346 saylı qərarı ilə iddiaçı “İddiaçı” MMC-nin fəaliyyəti üzrə 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək olan dövr əhatə edilməklə 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat, 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200.90 manat, 100.45 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sıgorta haqqı üzrə 331,30 manat, 165.65 manat maliyyə sanksiyası eyni əsaslarla “X8 X10” MMC-də (hal-hazırki “xxxx” MMC) (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı, cəmiyyətdən götürülmüş 11.6 GB həcmində “elektron cədvəllər” əsasında təkrarən hesablanaraq tətbiq edilmişdir. Göründüyü kimi bu ziddiyyətlərin və aydın olmayan məqamların əksi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsinə müvafiq səyyar vergi yoxlamasının keçirilməsi tələblərini pozmaqla Vergi Məcəlləsinin 48-ci maddəsinə zidd olaraq götürülmüş sənədlərin iddiaçıya aid olması cavabdeh tərəfindən sübut olunmadıgından vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Çünki vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.4. səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 39.1. səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.4. vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 43.1. sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.1. səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Əşyaların nümunə kimi götürülmə həcmi, miqdarı, müddəti və onların tədqiq edilməsi qaydaları bu maddəyə uyğun müəyyən edilir. 43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir. 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. 43.6. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6-ci bəndinə əsasən: 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən: 8.1. Bu Qaydalarda müddətlərin müəyyən edilməsi Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 8.2. Yarım illə hesablanan müddət altı aya, rüblə hesablanan müddət üç aya bərabərdir. 8.3. Vergi Məcəlləsi ilə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 8.4. Bu Qaydalarda nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 8.11. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.14. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ına (Əlavə 26) əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: 8.14.1. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 8.14.2. Səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 8.15. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********143346 saylı qərarı qanuvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi üçün əsas olan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli **********3669 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə “X8 X11” MMC-də (hazırkı “xxxx” MMC (VÖEN **********) məxsus olan obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan “elektron fayllara” istinad edilmişdir. Halbuki həmin qərarda iddiaçı “İddiaçı” MMC-də (VÖEN **********) hər-hansı yoxlamanın keçirilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin tələblərinə baxmayaraq cavabdeh tərəfindən həmin sənədlərin iddiaçıya aid olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143346 saylı qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar