Məhkəmə qərarları › İş №2-1(112)-3482/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3482/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3482/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07.10.2021-ci il tarixli, **********9 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarın ləğv edilməsi, 31.12.2020-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü ildə İsmayıllı rayonunda doğulmuşdur. Hazırda 57 yaşı var. Əmək fəaliyyətinə 1982-ci ildən başlamışdır, bundan əvvəl orta ixtisas təhsili (1979-1982) var. 21.10.1982-ci ildən 04.12.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Xidmətdən qayıtdıqdan sonra 04.02.1985-ci ildən 13.10.1992-ci ilədək Bakı Soyuducular zavodunda işləmişdir. 19.10.1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC-də 6-ci dərəcəli qalvanik (qaplaınaçı) peşəsində işləyir. Ona 52 yaşdan, yəni 05.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahsı" üzrə əlvan metallar bölməsi duz və qələvi məhlulların elektrolitik üsulu ilə metalların alınması yarımbölməsi 10714000a-19628, elektrolit vannaların şlamçıları, 10714000a-19771 sulu məhlulların elektrolizçiləri, 1072103a-16657 məmulatların qaplamaçıları üzrə təyin olunmuşdur. 31.12.2020ci il tarixdən onun pensiyası dayandırılıb. Dayandırmaya əsas odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahsı”nda onun işlədiyi örtükləyici - halvanik peşəsi 1 nömrəli Siyahının yuxarıda istinad edilən peşələrinə aid deyil. Eyni zamanda cavabdeh tərəfindən 07.10.2021 -ci il tarixli **********9 saylı "artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar qəbul olunmuşdur. Həmin qərara əsasən 05.01.2016-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş 15814,31 manat məbləğində artıq ödənilmiş məbləğin geri qaytarılması tələb edilir. Hesab edir ki, həm pensiyanın dayandırılması, həm də guya artıq hesablanmış pensiya məbləğinin geri qaytarılması barədə qərar qanunsuzdur, ona görə də ləğv edilməlidir. Belə ki, 01.01.2006-cı il tarixli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin nəzərinə çatdırır ki, onun işlədiyi halvanik peşəsi eyni zamanda qaplamaçı peşəsidir. Peşənin mahiyyəti ondan ibarətdir ki, o, qiymətli metalların sulu elektroliz məhlullarında əlvan və qiymətli metallardan olan məmulatlara dekorativ və qoruyucu örtükləmə və laklama işləri, qiymətli metalların sulu elektroliz məhlulların hazırlanması, elektrolitin işlək vəziyyətdə olması üçün gündəlik analizi və mürəkkəb kimyəvi tərkiblərinin normativə uyğun olması, əlvan və qiymətli metallardan olan medal və ordenlərin örtüklənməsi zamanı yüksək keyfiyyəti təmin etmək üçün məmulatları aşındırma məhlullarında aşındırmasını və metal şotkalarla təmizlənməsinin təmin edilməsidir. İş fəaliyyəti zamanı o, orqanizmə zərərli təsir edən lak, boya (kraska) amiyak, kaustik soda, iondəyişdirici qətran, tosfar, sulfat, ftor, azot, xlorid turşuları, mislisinkli birləşmələr, sian, rodan, kükürd birləşmələri, qiymətli metallardan preparatlar və digər zərərli konsaragenlərdən istifadə edir. İş şəraiti və işlədiyi peşə zərərli olduğu üçün ona əlavə olaraq 6 gün məzuniyyət verilir və gündəlik südlə də təmin olunurlar. İşlədiyi müəssisə tərəfindən də, gördüyü işlər barədə ətraflı arayış da, vardır. Arayışa əsasən onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahsı” üzrə Vİİ Metallurgiya istehsalı (əlvan metallar): 10714000 -12. Duz və qələvi məhlullarda elektrolitik üsulu ilə metalların alınması, 10714000a-19628- elektrolit vannaların şlamçıları, 10714000a-19771- sulu məhlulların elektrolizçiləri; 1072100-18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı; 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alınması və onların emalı; 1072102a - 19771 - Sulu məhlulların elektrolizçiləri; 1072103a - 16657 Məmulatların qaplamaçıları (metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta) 1072103a-188897 - metalın və metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010-Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçiləri; Halvanik sözü ruscadan raxiBamiK - azəricə tərcümədə bir metalın (eyni zamanda qiymətli metalın) digər metalın üzərinə yerləşdirilməsi, əlvan metalın üzərinə örtüyün çəkilməsidir. Həmçinin, qaplamaçı - metal və s. üzərinə qızıldan, gümüşdən və sdən təbəqə çəkəndir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, işlədiyi müəssisə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olduğundan Respublikada keçirilən bütün idman üzrə yarışmalar, ölkədə keçirilən beynəlxalq yarışlar, eyni zamanda 2015-ci il Avropa Oyunları, 2017-ci il X1, gümüş və bürünc medalları tərəfimdən hazırlanmışdır. Həmçinin, Respublikanın bütün order və medalları tərəfindən hazırlanır. Hesab edir ki, ona 2016-cı ildə düzgün olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh orqanın pensiyasının dayandırması və ödənilən haqlı pensiya məbləğinin geri qaytarılması barədə qərarı ədalətsiz və qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən hal-hazıradək məhkəməyə heç bir etiraz təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının və onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçının adına 21.07.1982-ci il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 01.09.1979- 21.07.1982-ci illərdə təhsil almış, 21.07.1982-ci ildən 15.10.1982-ci il tarixədək işləmiş, 21.10.1982-04.12.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuş,04.02.1985-ci ildən 13.10.1992-ci ilədək Bakı Soyuducular Zavodunda işləmiş, 19.10.1992-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-də işləyir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş 03.09.2021-ci il tarixli izahlı güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən 19.10.1992-ci ildən 17.07.2012-ci ilədək keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində 5-ci dərəcəli örtükləyici qalvanik (qaplamacı) peşəsində işləyib. Hal-hazırda 16.01.2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" (Azərbaycan Suvenirləri) MMC-də 6-cı dərəcəli qalvanik (qaplamacı) peşəsində işləyir. İşlədiyi müddətdə qiymətli metalların sulu elektroliz məhlullarında əlvan və qiymətli metallardan olan məmulatlara dekorativ və qoruyucu örtükləmə və laklama işləri aparmışdır. Sərbəst olaraq qiymətli metalların sulu elektroliz məhlulların hazırlamış, elektrolitin işlək vəziyyətdə olması üçün gündəlik analizini etmiş və mürəkkəb kimyəvi tərkiblərinin normativə uyğun olmasını təmin etmişdir. Qiymətli metalların sulu elektroliz məhlullarını hazırlamaq üçün kimyəvi saf qızıl, gümüş və platin qrupuna aid olan qiymətli metalları afınaj etmiş, duz və qələvi məhlullarında saf qızıl və gümüşün alınması əməliyyatını aparmış və katodların təmizlənməsini təmin etmişdir Əlvan və qiymətli metallardan olan medal və ordenlərin örtüklənməsi zamanı yüksək keyfiyyəti təmin etmək üçün məmulatları aşındırma məhlullarında aşındırmasını və metal şotkalarla təmizlənməsini təmin etmişdir. İş vaxtı insan orqanizminə zərərli olan : - lak, laksöçucu, boya (kraska , amiyak, kaustik soda.iondəyışdırıcı qətran, tosfar, sulfat, ftor, azot, xlorid turşuları; misli-sinklı birləşmələr; sian, rodan; kükürd birləşmələri ; qiymətli metallardan preparatlar və digər zərərli konsegenlərdən istifadə olunur. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq , əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda , peşə və vəzifələrdə çalışan işçilər həftədə 36 saatdan çox olmayan qısadılmış iş vaxtında işləyirlər. Həmçinin, həmin işçilər 6 təqvim günü əmək məzuniyyətinə əlavə və gündəlik südlə təmin edilirlər. İşlədiyi müddətdə qismən, iş olduqda amiyak qazı ilə işləyən avtomat xətlərin sazlanmasını və işə salınmasını təmin etmişdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin 1-ci siyahısının: Vİİ. Metallurgiya istehsalatı ( əlvan metallar): 10714000- 12. Duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması; ******* a - 19628 - Elektorolit vannaların şlamcıları; ******* a - 19771 - Sulu məhlulların elektrolizçiləri; ******* - 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı: 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alınması və onların emalı. ******* a -19771-Sulu məhlulların elektrolizciləri; 1072103a - 16657- Məmulatların qaplamaçıları (Metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta); 1072103a - 188897 - Metalın metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010 - Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçiləri. İşlədiyi sahə elektrokimya sahəsinə aiddir. 1-2-ci sinif təhlükəli və zərərli maddələr və kansrogenlərlə gündəlik təmasdadır. Odur ki, həmin peşədə işləyən şəxs, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması zərərli sahəyə uyğundur. İşdə olan cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 07.10.2021-ci il tarixli, **********9 nömrəli qərarının surətindən görünür ki, xx.xx.1964cü il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 05.01.2016-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15814, 31 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Pensiya ödənişinin dayandırılması haqqında” **********9 nömrəli, 09.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırılır ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması yarımbölməsində 10714000a—19628 kodu üzrə xammal və skrapın yuyulması ilə məşğul olanlardan başqa elektrolit vannalarının şlamçıları, 10714000a—19771 kodu üzrə sulu məhlulların elektrolizçiləri, 1072103a—16657 kodu üzrə məmulatların qaplamaçıları nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında qeyd olunan məlumatlara əsasən 19.10.1992-17.07.2012-ci il tarixləri arasındakı dövr ərzində “Zərgərsənaye” İB-də örtükləyici halvanik peşəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, işlədiyi örtükləyici halvanik peşəsi yuxarıda qeyd olunan 1 №-li Siyahının yuxarıda istinad edilən peşələrinə aid deyil. Bu səbəbdən də, onun 1 yanvar 2006-cı il tarixinədək 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona 05.01.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona 05.01.2016-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15814,31 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın metal emalı bölməsində (11) halvaniklər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Qeyd olunanları nəzərə alaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə 1979-1982-ci illərdə təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 07.10.2021-ci il tarixli qərarının mübahisələndirilməsinə dair 01.11.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İşin hallarından görünür ki, iddiaçı barəsində cavabdeh tərəfindən 07.10.2021-ci il tarixli, **********9 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar qəbul edilmiş və iddiaçı tərəfindən bundan sonra 01.11.2021-ci il tarixdə mövcud iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iş üzrə mübahisəli qərarın qəbul edilməsi və ona 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının səbəbi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) duz və qələvi məhsullarında elektrolitik üsul ilə metalların alınması yarımbölməsində 10714000a-19628 kodu üzrə xammal və skrapın yuyulması ilə məşğul olanlardan başqa elektrolit vannalarının şlamçıları, 10714000a- 19771 kodu üzrə sulu məhlulların elektrolizçiləri, 1072103a-16657 kodu üzrə məmulatların qaplamaçıları nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında qeyd olunan məlumatlara əsasən 19.10.1992-17.07.2012-ci il tarixləri arasındakı dövr ərzində “Zərgərsənaye” İB-də örtükləyici halvanik peşəsində işlədiyi müəyyən olunmuşdur. Örtükləyici halvanik peşəsi isə yuxarıda qeyd olunan 1 №-li Siyahının yuxarıda istinad edilən peşələrinə aid deyil. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Lakin, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçının işlədiyi peşələrin xarakteristikası və funksiyaları ətraflı şəkildə göstərilmiş, onun işlədiyi peşələrin xarakteristikası və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1-li siyahısının Vİİ bölməsində (Metallurgiya istehsalatı) (10714000- 12. Duz və qələvi məhlullarında elektrolitik üsulu ilə metalların alınması; ******* a - 19628 - Elektorolit vannaların şlamcıları; ******* a - 19771 - Sulu məhlulların elektrolizçiləri; ******* - 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı: 10721020 2) Azot turşulu gümüşün istehsalı, kimyəvi təmiz metalın alınması və onların emalı. ******* a -19771-Sulu məhlulların elektrolizciləri; 1072103a - 16657- Məmulatların qaplamaçıları (Metalın üzərinə qızıldan, gümüşdən və sair qiymətli metaldan təbəqə çəkən usta); 1072103a - 188897 - Metalın metal şotkalarla təmizlənməsi ilə məşğul olan məhsul təmizləyiciləri; 1080A010 - Antikorroziya tərkiblərinin və örtük sexlərin, bölmələrin, sahələrin işçilər) nəzərdə tutulduğu, həmin peşələrdə işləyən şəxsin, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasının zərərli sahəyə uyğun olduğu bildirilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi peşələrin xarakteristika və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında Vİİ. Metallurgiya istehsalatı sahəsində nəzərdə tutulmuş yuxarıda qeyd edilən peşələrlə eynilik təşkil etməsi, iddiaçının zərərli maddələrlə, zərərli iş şəraitində işləməsi onun işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışla öz təsdiqini tapdığından, bununla da, cavabdehin iddiaçıdan “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” mübahisəli qərarının da, əsassız olması müəyyən edildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 07.10.2021-ci il tarixli, **********9 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar ləğv edilsin. İddiaçı təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 31.12.2020ci il tarixdən verilməsinin davam etdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar